Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə29/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   25   26   27   28   29   30   31   32   ...   340

80 

 

qiymətli  dürrünü  geri  aparmaqdan  ötrü  türkman  padşahı  əmirzadə 



Rüstəm tərəyindən  Gilana tez-tez adam  gələrdi. Karkiya Mirzə Əli 

isə  onlarla  ağıllı  davranıb,  gələn  adamları  üzrxahlıqla  geri 

qaylarmaqdaydı. Belə vəziyyət mərhum Həsən padşahın övladı olan 

türkman  sultanzadələri  arasında  hərc-mərclik  (extelal)  düşənədək 

davam etdi. Onların başı bir-birinə qarışmışdı. O sülalə [üzvləri öz 

aralarında]  elə  iğtişaş  (şureş)  və  ayrılığa  düçar  oldular  ki,  başqa 

adamlarla  düşmənçilik  etməyə  girişmədilər.  O  həzrətin  [Gilanda] 

qaldığı  müddətdə sufi  və iradət əhlinin gediş-gəlişi onun kəramətli 

dərgahını  boş  qoymurdu.  Böyüyə-böyüyə  o,  gah  şikar  nəşəsi  ilə 

məşğul  olur,  gah  da  o  vilayətin  görməli  yerlərini  gəzirdi.  Alın 

lövhəsində  cahandarlıq  nəqş  olunduğundan,  onun  ənginliyə  uçan 

himmətinin şahin quşu məmləkət qartalını ovlamaq məqsədilə daim 

pərvaza gəlməkdəydi. 

 

Beytlər: 



 

Ona qətilik himməti yar idi

Niyyətinə həxti mədədkar idi. 

Istədi olsım cahana şəhriyar, 

Eylədi yardım ona Pərvərdigar. 

Yardı ona ədl ilə din işləri, 

Fikri bu idi doğulandan bəri.

100


 

 

Türkman  Ağqoyunlu*  sultanları  dövlətində  baş  verən 



iğtişaş və çaxnaşma xəbərini eşidən Süleyman şanlı xaqanın cahanı 

bəzəyən  fikri  Gilandan  çıxmaq  oldu.  Ev  sahibinə  xas  olan 

qonaqpərvərlik  və  dövlətxah  ehtiyatkarlığı  nəzərə  alan  Karkiya 

Mirzə  Əli  onun  bu  istəyinə  qarşı  çıxıb  dedi:  "Hələlik  dövlət 

gülüstanının çiçəklənmə  vaxtı gəlib çatmamışdır, yəni ali nəvvabın 

(İsmayıl Mirzə - Ş.F.) zühur etmək vaxtı sinninin az, düşmənlərinin 

çox,  yar-yoldaşının  seyrək  olması  səbəbindən  yetişməmişdir.  Qoy 

                                                           

100

 Beytlərin farscası: 



Be əzme-qəvi hemmətəş yar bud, 

Dər an kar bəxtəş mədədkar bud. 

Bexater hədise-cahandariyəş 

Ze Dadar darənde bod yariyəş... 

Be del budəş əz atəşe-dad-o din 

Ze ruze əzəl bud fekrəş həmin.    




81 

 

bir  müddət  fürsət  gözləsin  ki,  bu  ali  mətləbin  həyata  keçməsinin 



şəraiti  Allahın  təsdiqi  (təyid)  ilə  lazimi  səviyyədə  yaransın".  O 

həzrət  bir  müddət  də  Karkiyanın  xatirinə  gözlədi.  Doqquz  yüz 

altıncı ildə (miladi 1500) Həsən padşahın nəvələri Sultan Murad ibn 

Yaqub  və  Mirzə  Əlvəndin  Yusif  Mirzə  arasında  mübarizə 

getməkdəydi.  Nəhayət,  həmin  mübarizə  sülh  (müsalehə)  ilə 

nəticələndi  və  İran  məmləkətləri  iki  əmioğlu  arasında  bölündü. 

Gilanda  qalma  müddəti  altı  il  yarım  olan  Süleyman  şanlı  xaqanın 

orada dayanmaq səbri tükəndiyindən, qeybdən gələn ilhamla həmin 

mülkdən çıxmağa hazırlaşdı, Karkiya ilə vidalaşaraq, kiçik bir dəstə 

əqidəli  xidmətçi  və  tərəfdarlarıyla  birlikdə,  münasib  bir  saatda 

məqsədə doğru hərəkətə başladı.  İmkanı daxilində əli çatan  vəsaiti 

ona verən Karkiya Mirzə Əli öz layiqli xidmətini başa vurdu və onu 

bir  neçə  fərsəx*  müşaiyət  etdi.  Güclü  dövlətin  iqbal  əncüməni 

(cəmiyyət  -  Ş.F)  taxtının  mülazimətindəki  ağsaqqallar  öz 

vəsiyyətlərini edərək, həzrət Allah-təalanın amanına sığınıb, mətləbə 

doğru  rəvan  oldular.  Amma,  o  il  Astara  vilayətinin  Ərcivan 

kəndində şaxta  və soyuq  (bord) qoşununun hücumuna  məruz qalıb 

orada  qışladılar.  Təvalış  (talış  -  Ş.F)  camaatı  onların  xidmətində 

dayandılar.  Baharın  başlanğıcında  yer  səfəvi  dudmanın 

tərəfdarlarının  ümid  bağçası  kimi  İlahi  lütfün  bulud  damcıları 

(rəşəhate-səhab)  sayəsində  yaşıllaşan  vaxtda  qışlaq  yurdundan 

hərəkətə  gələrək  ikinci  dəfə  Ərdəbil  darülirşadına  təşrif  gətirdilər. 

Əvvəlcə,  həzrət  sultanül-övliyanın"  rövzəsini  və  yerləri  cənnətlik 

olan əcdadlarının qəbirlərini ziyarət etməklə şərəfləndilər. Duaların 

yerinə yetirilmə (estecabət) məkanı və uca Allahın ehtiramına layiq 

olan  o  yerdə  özlərinin  Haqq  sevən  batinlərindəki  ali  mətləblərinin 

icrasını Allah-təaladan xahiş etdilər. Ziyarət qayda-qanununu yerinə 

yetirdikdən  və  dualarının  müstəcəb  olma  parıltılarını  gördükdən 

sonra, o həzrət möhtərəm ana və qardaşının görüşü ilə şadiman oldu. 

Baş  vermiş  hadisələrin,  o  həzrətin  hümayun  fallı  zühurunun 

hakimiyyətə  gəlişinin  və  fatehliyinin  müfəssəl  təsvirini  vermək, 

həmçinin onun üzünə (20) zəfər və yardım açan ilə fəth qapılarının 

necə  açıldığını  yazmaq  bizim  sınıq  qələmimizin  imkanından  çox, 

bəlağətli  tarixçilərin  yazı  məharətindən  yuxarı  olan  bir  işdir. 

"Həbibüs-siyər"  kitabının  məlumatları,  rumlu  tarixçi  Həsən  bəyin* 

"Əhsənüt-təvarix"ində  dərc  olunanlar  və  Mir  Yəhya  Seyfi 

Qəzvininin*  "Lübbət-təvarix"ində  söylənənlər  baş  verənlərin  onda 

biri  (əşri  əz  əşar),  bəlkə  də  mindən  biridir.  Bizim  yazdığımız  bu 




82 

 

kitab  dünya  fatehi  (gitisetan)  o  şəhriyarın  müfəssəl  tarixini  özündə 



yerləşdirə  bilmədiyindən,  o  barədə  müxtəsər  və  icmal  (mücməl) 

şəklində  məlumat  verəcəkdir,  çünki  əsl  mətləbimiz  əlahəzrət 

zilləllah şahın  cülusundan etibarən baş verən hadisələri yazmaqdır. 

Xülasə,  [o  həzrət]  böyük  əcdadlarının  və  kəramətli  şeyxlərin 

müqəddəs  ruhlarından  kömək  xahiş  edib,  Ərdəbil  darülirşadından 

Qarabağa  yollandı.  Dünyanı  tutan  orduya  iradət  sahibləri 

toplanmaqdaydılar.  O,  Qarabağda  Mirzə  Cahanşahın  nəvələrindən 

olan  və  hələ  də  üzə  çıxmaq  və  yüksəlmək  xəyalıyla  yaşayan 

Sultanhüseyn  Barani***  ilə  görüşdü.  Onun  hərəkətlərində  kələk  və 

amansızlıq  müşahidə  edən  o  həzrət  ondan  ayrılaraq  Gögcə 

Təngizə**** təşrif apardı və Ərzincanadək irəlilədi. Orada üç-dörd 

minə  qədər  sufi  və  başqa  əqidəli  adamlar  Şam,  Diyarbəkr,  Sivas, 

Bayburd  və oraya  yaxın yerlərdən o həzrətin  yanına  gəlib çıxdılar. 

Xan Məhəmməd Ustaclı çoxsaylı adamla bellərinə ehram bağlayıb, 

aləmpənah dərgahın mülazimi kimi gələrək, xidmət etmək səadətinə 

yetişdi,  o  həzrət  tərəfindən  qiymətləndirildi.  Ərzincanda  məsləhət-

məşvərətdən  sonra  Şirvana  yürüş  etmək  və  şirvanlılardan  intiqam 

almaq  onun  nurlu  qəlbinə  yol  tapdı,  səkkiz  min  nəfər  sadiq  və 

əqidəli sufi ilə Şirvana tərəf  yollandılar.  İyirmi  min süvarisi  və bir 

neçə  min  nəfər  də  piyada  döyüşçüsü  olan  Şirvan  valisi  Fərrux 

Yəsarla  Gülüstan  qalası  yaxınlığında  döyüş  başlandı.  O  həzrət 

qələbə çaldı,  Fərrux Yəsar  isə şir ovlayan qazilərin intiqam qılıncı 

ilə  bir  çox  Şirvan  böyükləri  və  o  diyarın  piyada  və  süvarilərindən 

ibarət çoxlu adamlarıyla birlikdə axirət evinə  yollandı, o diyarda o 

həzrətin  (İsmayılın  -    Ş.F.)  səltənət  və  şəhriyarlıq  təbili  uca  səslə 

çalınmağa  başladı.  O  qış  Şirvanın  Mahmudabad  adlı  yerində 

qaldılar.  Şirvanşahın  "Şeyxşah"  ləqəbli  oğlu  Şeyx  İbrahim  gəmiyə 

minib dərya  yoluyla  Gilana  gəldi. Şirvan  vilayətinin əksəriyyəti [o 

həzrətə]  itaət  etdi,  ölkədə  və  qalalarda  saxlanılan  bütün  xəzinə  və 

dəfinələr Süleyman şanlı xaqanın sərkarına* verildi. Bəzi qalaların, 

xüsusilə  Bakı  qalasının  əhalisi  xilaf  məqamına  gələrək,  bir  az 

itaətsizlik  (sərkeşi)  və  qaladarlıq  (qələdari)  etdilərsə  də,  qala 

dövlətin gücü ilə zavalsız fəth olundu. 

Bakı qalası üç tərəfdən dərya suyu ilə əhatələnmiş qaladır. 

Heç  bir  şan-şöhrət  sahibinin  əli  hələ  onun  ətəyinə  (xakriz)  dəyə 

bilmirdi.  Qalanın  torpaq  olan  tərəfində  aqillərin  fikri  kimi  geniş 

dərin xandaq (xəndəq) qazılmışdır. 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə