Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə37/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   33   34   35   36   37   38   39   40   ...   340

103 

 

Zəhirüs-səltənə olan  Məhəmməd Babur Mirzənin  xahişinə 



əsasən  belə  bir  humayun  hökm  verildi:  Onun  Məvarənnəhr 

vilayətindən  fəth  edə  biləcəyi  hər  yer  qoy  onun  özünə  qalsın! 

[Babur] Kabuldan öz irsi (movrus) mülkünə getdi, Bədəxşanda Xan 

Mirzəni  özünə  yoldaş  (məshub)  etdi  və  Hisare-Şadmana  yollandı. 

Hisarın  və  Bədəxşan  vilayətinin  hakimləri  olan  Cəmşid  xan  və 

Mehdi  Sultan  özbək  cığatay  ləşkəri  ilə  hərbə  başladı.  Məhəmməd 

Babur Mirzə onların üzərində qələbə çaldı və hər iki özbək sərdarı o 

mərəkədə  öldürüldü,  humayun  nişanla  (Şah  İsmayıl  fərmanı  ilə  - 

Ş.F.)  Hisar  və  Bədəxşan  vilayəti  Xanmirzəyə  verildi.  Bu  əhvalatın 

necə baş verdiyini ali saraya ərz edən Babur bu sözləri yazdı: "Əgər 

humayun şah tərəfindən kömək gəlib çatarsa, Mavərənnəhrin başqa 

yerlərinin  də  fəth  olunmasına  ümid  vardır".  Süleyman  şanlı  xaqan 

Əhməd Sultan Sufioğlunu  və Şahrux Sultan Möhrdar Əfşarı  döyüş 

meydanının  bir  sıra  igid  döyüşçüsü  ilə  birlikdə  onun  köməyinə 

göndərdi,  Məhəmməd  Babur  Mirzə  əzəmətli  əmirlərə  qoşulub 

Səmərqəndə  yollandı.  Məhəmməd  Babur  Mirzənin  qızılbaşlarla 

birlikdə  hücumundan  xəbər  tutan  özbək  sultanları  öz  dövlət 

paytaxtlarını  tərk  edib,  Türküstana  tərəf  getdilər,  Babur  Mirzə  isə 

Səmərqənd  şəhərində-müzəffər  əcdadının  taxtgahında  padşahlıq 

taxtına  əyləşərək,  həmin  cənnətnişan  şəhərdə  o  həzrətin  (Şah 

İsmayılın - Ş.F.) adına isna əşəri xütbəsi oxutdu, qızılbaş əmirlərinə 

qayıtmaq  rüxsəti  verdi,  şaha  layiqli  peşkəşlər  göndərdi.  Amma, 

əmirlərin çıxıb getmələrindən sonra, özbək sultanları yenidən qalın 

qoşun və dağ əzəmətli ləşkərlə Mavərənnəhrə gəldilər. Babur Mirzə 

az  miqdar  adamıyla  düşmən  qarşısına  çıxıb,  cəng  səfi  bəzədi  və 

onların  aralarında  böyük  bir  döyüş  başlandı.  Cənab  Baburun 

mülazimlərinin  əksəriyyəti  qətlə  yetirildi  və  məğlubiyyətə  düçar 

oldular.  Mavərənnəhrdə  duruş  gətirmək  imkanı  olmayan  Babur 

Mirzə  Hisari-Şadmana  gəldi.  Özbək  sultanları  da  onun  təqibincə 

qalaya yollandılar. Qalada qalıb möhkəmlənən Babur Mirzə Bəlxə - 

Bayram  xan  Qaramanlının**  yanına  adam  yollayıb  ondan  kömək 

istədi  və  Bayram  xan  bir  dəstə  qızılbaş  döyüşçüsünü  [onun 

köməyinə]  göndərdi.  Qızılbaş  ləşkərinin  gəlişindən  xəbər  tutan 

Özbəklər  mühasirədən  əl  çəkib  Mavərənnəhrə  qayıtdılar.  Bu 

əhvalatın baş verməsi və özbəklərin tüğyan etmələri xəbəri cah-cəlal 

sarayına  çatdıqda,  Əmir  Nəcme  -  Sani  Xorasana  rəvan  oldu.  O  ali 

divanın vəkili olmaqla sərəfraz olmuş, ali dərgahda və xalq arasında 

əzəmət,  kamranlıq,  böyüklük,  etibar  və  iqtidarına  görə  məşhur  bir 




104 

 

şəxsə  çevrilmişdi.  Onun  Xorasan  işlərinin  nizamlanması  və 



özbəklərin  şərini  orada  dəf  etməsi  barədə  "Həbibüs-siyər"də  bir 

qədər məlumat verilmişdir. 

 

Bayram xanın qətli, Əmir Nəcmin öldürülməsi,  

Şah İsmayılın ikinci dəfə Xorasan  yürüşünə getmək qərarı: 

 

Bəlx   hüduduna   gəlib-çatan   Əmir Nəcm humayun şahın 



əmri  və işarəsi olmadan Mavərənnəhri tutmaq fikrinə düşdü, Herat 

hakimi  Hüseyn  bəy  Lələ,  Xorasanın  əzəmətli  əmirləri  və  Bəlx 

hakimi  Bayram  xanla  Amuyə  çayını  keçdi.  Hısar  tərəfdən  də 

Məhəmməd  Babur  Mirzə  özünü  ona  çatdıraraq  qızılbaş  qoşununa 

qoşuldu.  Onlar  əvvəlcə  Hərar  (?),  sonrasa  Qərşi  qalalarını  aldılar. 

Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə 

Özbək  və  on  beş  min  nəfər  əsgər  və  rəiyyət  qətl  olundu.  Mirzə 

Babur,  əhalisi  cığatay  camaatı  olan  Qərşi  əhalisindən,  qan  (qan 

bahası!)**  xahiş  etməsinə  rəğmən  onun  xahişinə  əməl  olunmadı. 

Buna  görə  də,  onların  aralarında  ədavət  (neqar)  başlandı.  Əmir 

Məhəmməd  Yusif  Sədrin  də  came  məscidinə  yığışan  seyidlərdən 

(sadat)  bu  haqda  etdiyi  xahiş  qəbul  edilmədi,  buna  görə  də 

seyidlərin əksəriyyəti qətlə yetirildi. Bu əməl Əmir Nəcmin xoşuna 

gəlmədi. 

Bu hadisədən sonra o, Məhəmməd Teymur Sultan  və Əbu 

Səid Sultanın yerləşdikləri Qəcdəvan qalasına gələrək, həmin qalanı 

dörd  ay  mühasirədə  saxladı.  [Buna  görə  də]  qızılbaş  ordusunun 

ərzaq  və  başqa  ehtiyatları  (məkulat)  azalmağa  başladı.  Döyüşçülər 

azuqə və əliqdən*** ötrü mal-qaranı (dəvab) kəsməyə başladılar. 

Abdullah  xan  və  Cam  bəy  Sultan  Buxarada  idilər.  Onlar 

qızılbaşların  düşdükləri  çətinlikdən  (əsrət)  xəbərdar  olub, nizama 

salınmış ləşkərlə Əmir Nəcmin üstünə getdilər. Məhəmməd Teymur 

Sultan  da  qaladan  çıxıb  onlara  qoşuldu.  Ramazanın  otuzunda 

yekşənbə günü Gəcdəvanın kənarına çatdılar, aralarında bərk döyüş 

oldu.  Həmin  döyüşdə  canuzən  bir  ox  qızılbaş ləşkərinin  sərdan  və 

çərxçisi*  olan  Bayram  bəy  Qaramanlıya  dəydi  və  o,  atdan  yıxıldı. 

Bu hadisə çərxçilərin məğlubiyyətinə və özbəklərin ürəklənmələrinə 

səbəb  oldu  və  özbək  dəstələri  hamılıqla  hücuma  keçdilər.  Qızılbaş 

əmirləri  təlaşa  düşdülər  və  ləşkərin  qol  hissəsi  bir-birinə  dəydi. 

Məhəmməd Babur Mirzə hərbdən yan olub öz ləşkəri ilə qalaya üz 

tutdu.  Əmir  Nəcmin  qürur  və  yekəxanalığından  təngə  gəlmiş 



105 

 

qızılbaş  əmirləri,  onu  hifz  etməyə  səy  etdilərsə  də,  lakin  o,  ələ 



keçirilib öldürüldü. Xorasanın bəzi böyükləri fərar yoluna düşdülər, 

Kərki keçidindən keçib Xorasana getdilər. Bu hadisə doqquz yüz on 

səkkizinci ildə (miladi 1512) baş verdi. 

Özbək sultanlarının fəth və zəfərindən sonra onlar Xorasanı 

tutmaq  əzmi  ilə  çaydan  keçdilər  və  Xorasanın  müxtəlif  yerləri  bir 

neçə  vaxt  özbəklərin  tapdağı  altında  qaldı.  Bu  xəbər  uca  saraya 

çatdıqda,  şah  yenidən  Xorasan  yürüşünü  qərarlaşdırıb,  hücum 

cilovunu  oraya  tərəf  istiqamətləndirdi.  Kalpuş  adlı  yer  dərya  kimi 

qaynayan  ləşkərin  gəlib-çatdıqları  yer  olduğu  zaman  bəzi  əmirləri 

bir dəstə müzəffər döyüşçü ilə Tus istiqamətinə göndərdilər. Zəfərli 

şah  ordusunun  gəlib-çatma  xəbərini  eşidən  özbək  sultanları  bərk 

lərzəyə düşdülər və onların orada dayanma ayaqları sustaldı, qayıdış 

cilovunu  döndərib  Mavərənnəhrə  getdilər.  O  məmləkət  yenidən 

şahın uca dövlət övliyalarının əlinə keçdi. Süleyman şanlı xaqan bir 

neçə  müddət  Xorasanda  dayanıb,  özbəklərlə  müharibədə  süstlük 

göstərən bəzi əmirləri cəzalandırdı, o cümlədən Mərv hakimi Dədə 

bəyin  başına  çadra  (məcər)  örtüb  onu  bərk  cəzaya  məruz  qoydu. 

Həmçinin,  hümayun  ordunun  burada  olmadığı  vaxt  özbəklərə 

yardım edərək, şiə əhalisinə sədəmə  yetirən bəzi fitnəkarlar zaman 

qəhrəmanının atəş qəzəbi ilə yandırıldılar, o vilayət tör-töküntüdən 

(xəs-o  xaşak)  təmizləndi.  Şah  Heratın  hakimliyini  və  Xorasanın 

işlərini Zeynalxan Şamlıya verib geri qayıtdı. 



 

ALLAHIN KÖMƏYİ İLƏ SÜLEYMAN ŞANLI XAQANIN 

RUM PADŞAHI SULTAN SƏLİMLƏ ÇALDIRANDA 

DÖYÜŞÜNÜN ZİKRİ 

 

Süleyman şanlı xaqanın  Həmədan  yaylaqlarında  və həmin 



vilayətin  ürəkaçan  və  pak  (monəzzeh)  yerlərində  istirahət  etdiyi 

doqquz  yüz  iyirminci  ildə  (miladi  1514)  Rum  xandgarı  (sultanı  - 

Ş.F.)  Sultan  Səlimin  gəlişi  xəbəri  eşidildi.  Bu  məsələnin  müxtəsər 

(bər səbile  -  ecmal) bəyanı belədir: Süleyman şanlı xaqanın ortaya 

çıxdığı vaxt (xoruc) Rum məmləkətlərinin hökmdarı Sultan Bayazid 

idi. O, o həzrətlə dostluq və  məhəbbət  münasibətində olub, həmişə 

yaxınlıq  və  birlik  nümayiş  etdirməkdəydi.  Arada  dostluq  (vedad) 

mövcud  idi.  Doqquz  yüz  on  yeddinci  ildə  (miladi  1512)  Sultan 

Səlim atası ilə düşmənçilik məqamına gəldi və onların arasında cəng 

başladı.  Ləşkərin  arif  adamları,  xüsusilə  yeniçəri*  tayfası  birləşib, 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə