Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Qızılbaş qoşununun qələbəsi və özbəklərin məğlubiyyəti



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə46/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   42   43   44   45   46   47   48   49   ...   340

130 

 

Qızılbaş qoşununun qələbəsi və özbəklərin məğlubiyyəti: 

 

Həmin  əqidə  sahibləri  olan  və  canlarından  keçən 



döyüşçülərdən  əvvəlcə  şamlı  və  zülqədər  qorçiləri  kamil  mürşidin 

(Şah Təhmasibin  - Ş.F) fərmanını can-başla qəbul  etdilər, öz  misri 

qılınclarını sıyırıb və gen ətəkli qalxanlarını başlarına tutub düzgün 

əzmlə "Allaha təvəkkül" deyərək sağ qoldan atlarını irəli sürdülər. 

Sol qolun dilavərləri də hərəkətə başladılar. Onların hamısı 

birlikdə fədakarlıqla və o qeyb qoşununun köməyi ilə həmin qəddar 

və  xunxar  özbəklərin  üstünə  at  çapdılar.  [Belə  ki,]  onların  üç  min 

şimşək  parıltılı  şəmşirləri  birlikdə  işləməyə  başladı.  Qızılbaşlar, 

kamil  mürşidin  buyurduğu  kimi,  yaraladıqları  hər  adamı  qətlə 

yetirməyib,  başqası  ilə  döyüşə  başladılar.  Çox  miqdarlı  özbək 

əskərlərinin əksəriyyəti qazilərin almas kimi parıldayan qılınclarının 

zərbələrindən  yaralandı, yaxud öldürüldü, müdafiə olunmağa fürsət 

tapa  bilmədi,  qoşunlarının  qəlb  hissəsi  parçalandı.  Kucəm  xan  və 

Übeyd  xan  elə  çaşdılar  ki,  fərar  etməkdən  başqa  heç  bir  çarələri 

qalmadı, o saysız-hesabsız ləşkər canlarından keçən fədailərin bircə 

mərdanə həmləsi ilə məğlub edildi. 

Bir-birilərindən  ayrı  düşən  ulduzlar  kimi  (bənatən-nəş) 

qızılbaş  döyüşçüləri  isə  keçirdikləri  kədər  və  ümidsizlikdən  sonra 

qələbəyə  ümidvar  olaraq  Sürəyya  ulduzları  kimi*  bir  yerə 

toplaşdılar. 

Elə  fəthdən  sonra  belə  məğlubiyyətə  uğrayan  özbək 

sultanları kama yetməyərək, qaçmağa başladılar. Əzəmətli qorçilərin 

biri Übeyd xana çatıb ona şəmşirlə arxadan bir zərbə vurdu və xan 

bayıldı.  [Qorçi]  nifrət  etdiyindən  hətta  onun  həqarətli  bədənini 

götürüb-aparmaq  belə  istəmədi,  ondan  daha  yaxşısını  tapıb-

öldürməyə  üz  tutdu.  Bəzi  adamların  sözünə  görə,  qorçi  [Übeyd 

xanın] başına elə toppuz zərbəsi vurdu ki, qulağı (samec) parçalandı. 

[Buna  görə  də]  xalq  arasında  o  "Kar  Übeyd"  kimi  də  adlanmışdı. 

Übeyd  xan  Mavərənnəhrin  və  Daşkəndin  qırx  nəfər  əzəmətli 

adamını  da  özü  ilə  buraya  gətirmişdi  ki,  onlar  bayrağın  yanında 

dayanıb,  onun  qələbə  çalmasından  ötrü  dua  etsinlər.  Haqq  onlarla 

olmadığından,  duaları  geri  qayıtdı  və  hamısı  bayrağın  yanındaca 

öldürüldü. 

Xülasə, Kucəm xan  və Übeyd xan yüz təşvişlə həmin qan 

dənizindən  canlarını  qurlara  bildilər.  O  azğınların  təxminən  iyirmi 

min nəfəri ildırım təsirli şəmşirlərin şöləsi ilə yandırıldı, o alçaqları 




131 

 

(xaksar) "onları tapdığınız yerdə tutun və öldürün" ifadəsinə uyğun 



olaraq  öldürdülər

127


.  Həzrət  cənnətməkan  şah  haqqında  belə 

danışılır:  Həzrət  şahla  birlikdə  özbək  qoşununun  qəlb  hissəsinə 

hücuma  keçən  üç  min  nəfər  döyüşçüdən  başqa,  habelə  daha  min 

yeddi  yüz qorçi  və əmirlər ləşkərinin  yerdə qalanları (tətəmme) da 

vardı.  Özbək  sultanlarından  Canıbəy  Sultan  öz  təbəələri  və  özbək 

döyüşçüləri  ilə  birlikdə  məğlub  olan  qızılbaşların  təqibindən  geri 

qayıdarkən, axşam vaxtı, qızılbaş ordusunun çıraqlarının Übeyd xan 

ordusunun  çıraqları  olduğunu  zənn  edib,  hümayun  ordunun  arxa 

tərəfinə gəldi və orada dayandı. 

Ertəsi  gün,  məhərrəmül-həram  ayının  on  birində  (24 

sentyabr) onların qaraltıları gözə dəydi. Onların Özbəklər olduqları 

məlum  olduqda  hamı  yəğma  (qarət  -  Ş.F.)  məqsədi  ilə  atlandı. 

Cənnətməkan  şah  da  ata  süvar  oldu  və  onlar  o  bəxti  dönmüşlərin 

üzərinə  yollandılar.  Cuhə  Sultan  onların  getmələrinə  mane  olaraq 

deyirdi:  "Qızılbaş  ləşkəri  dağıldığından  getmək  lazım  deyil.  Allah 

eləməsin,  iş  əngələ  düşə  bilər".  O  həzrət,  igidlik  və  dilavərliyinin 

çoxluğundan  bu  ağıllı  təklifə  əhəmiyyət  vermədi  və  o  rəzillərin 

üzərinə  hücum  etdi,  cəsur  bir  həmlə  ilə  onların  işini  bitirdi, 

[özbəklərin]  əksəriyyəti  qazı  şəmşirləri  üçün  yem  oldu.  Canı  bəy 

Sultan  bir  az  müqavimət  göstərdi  və  onun  adamları  mərdanəliklə 

döyüşdülər, amma nəticədə fərar yoluna düşdülər. 

Beləliklə,  bəxtləri  uca  olduğundan  [qızılbaşlar]  elə  fəthə 

nail  oldular  ki,  belə  fəth  qədim  zamanlardan  bəri  olduqca  az 

görünmüşdür. Bir nəfərə on nəfər düşdüyü halda özbəklər  əzildilər 

və  özlərinin  idbar  diyarlarına  qayıtdılar.  "Əgər  aranızda  iyirmi 

səbirli  kişi  olsa,  iki  yüz  nəfərə  qələbə  çalarlar"  ayəsi  gerçəkləşmiş 

oldu.

128


  Qızılbaşlar  İlahiyə  şükr  edərək  ətraf  məmləkətlərə 

fəthnamələr*  göndərdilər.  Şah  Xorasan  işlərini  tənzimləməyə 

başladı.  Bu  cəngdə  Hüseyn  xan  Şamlıdan  igidliklər  zahir  olduğu 

üçün  Heratın  və  onun  mülkiyyətinin  idarə  olunması  fərmanla  ona 

tapşırıldı. [Sonra] yürüş İraqi-Ərəb səmtinə oldu ki, bu səfərin şərhi 

[tərəfimizdən] yazılacaqdır. 

 

 

 

                                                           

127

 İfadənin ərəbcəsi: "... vəqtuluhum heysu vəcədtumuhum". 



128

 İfadənin ərəbcəsi: "İnyəkun-minkum işrunə sabirinə yəğlibu-mi-ətəyni" 




132 

 

ÜBEYD XANIN XORASANA  



DÖRDÜNCÜ GƏLİŞİNİN ZİKRİ 

 

Şahın müzəffər ordusunun qayıtması xəbərindən agah olan 



Übeyd  xan  yenə  də  elə  həmin  ildə  -  doqquz  yüz  otuz  beşinci  ildə 

(miladi  1528/29)  Buxaranın  ətraf  yerlərindən  döyüşkən  ləşkər 

toplayaraq,  Xorasana  gəldi.  Sevincək  Məhəmməd  Sultanı  və 

Əbdüləziz  Sultanın  oğlunu  özündən  əvvəl  müqəddəs  Məşhəd 

səmtinə  yolladı.  Qızılbaş  əmirlərindən,  o  vaxtlarda  "sultan"  olan, 

Ağzıvar xan Şamlı,  [habelə] Əhməd Sultan Əfşar  və Yaqub Sultan 

Qacar müqqədəs Məşhəddə idilər. Məşhəd barısının inşası hələ başa 

çatmadığı  üçün  onlar  şəhərdə  səngər  (kuçebənd)  quraraq, 

qorunmaqla  (moharesət)  məşğul  olmağa  başladılar.  Onların 

aralarındakı  hərb  atəşi  iki  ayədək  alovlandı.  [Sonra]  Übeyd  xanın 

özü  də  Mavərənnəhrin  Bəhram  qəzəbli  qoşunu  ilə  şəhər  xaricinə 

gəlib  yetişdi  və hücuma keçdi. Səngərlərin ətrafında bərk döyüşlər 

başlandı.  Bu  hərbə  davam  gətirməyə  bundan  artıq  taqətləri 

qalmayan  qızılbaşlar  döyüşməyi  məsləhət  görməyərək,  bir  gecə 

Məşhəddən  çıxdılar.  Əhməd  Sultan  Əfşar  özünün  ülkası  olan 

Fəraha* getdi, Fərah qalasını möhkəmlədib orada qaldı, Ağzıvar xan 

və Yaqub Sultan isə Məzinana tərəf yollandılar. 

Bir  sübh  zamanı,  özbəklər  qızılbaşların  gedişlərindən 

xəbərdar  olaraq,  onların  təqibinə  doğru  hərəkət  etdilərsə  də,  gedib 

əmirlərə çata bilmədilər. Übeyd xan müqəddəs Məşhədi özünün bir 

etibarlı əmirinə tarşırıb Herata yollandı, şəhəri mühasirəyə aldı. 

Hüseyn  xan  və  şamlı  qazilərinin  müdafiə  və  qaladarlıqla 

məşğul  olduqları  və  şəhərdə  hərb  alətlərinin  şölələndiyi  həmin  il 

bütün yerlərdə taxıl yoxa çıxmışdı. [Buna  görə də]  Hüseyn xan  və 

şamlı  ağsaqqalları,  ərzağın  və  qaladarlıq  vəsaitinin  olmadığından, 

şəhərdən  çıxmağı  məsləhət  bilib  [özbəklərlə]  sülh  danışıqlarına 

başladılar. Arada elçi gediş-gəlişi oldu və belə qərara gəldilər: Qoy 

Übeyd xan bir neçə mənzil geriyə çəkilsin ki, qızılbaşlar öz uşaqları, 

əhl-əyalları  və  əşyaları  ilə  şəhərdən  çıxa  bilsinlər,  onları  heç  bir 

özbək sultanı təqib etməsin. 

Übeyd  xan  sülhə  rəğbətlənərək,  bir  neçə  mənzil  geriyə 

çəkildi.  Əhd-peymandan  sonra  Hüseyn  xan  bütün  qazilər  və  şiə 

məzhəbli  əhali  ilə  sağ-salamat  şəhərdən  çıxıb,  Sistana  tərəf  getdi. 

Sistan  valisi  Məlik  Mahmud  insanpərvərlik  göstərdi.  Hüseyn  xan 

qızılbaşlara  yağı  olan  Pəştzereh  (?)  quldurlarının  üstünə  gedərək 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə