Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə55/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   51   52   53   54   55   56   57   58   ...   340

157 

 

Əlqas  Mirzəni  bəzi  paşa  və  sancaqbəyilər  və  təxminən  qırx  min 



nəfər  əskərlə  Mərəndə  -münqəlay  əmirlərinin  üzərinə  yolladı,  özü 

isə  yerdə  qalan  cəngavər  döyüşçülərlə  Təbrizə  tərəf  hərəkət  etdi. 

Mərəndə getmiş əzəmətli əmirlər Ziyadoğlunu iqbal qoşununun bir 

dəstə mübariz əskəri ilə qarovulu [əməliyyatına] göndərmişdilər. O, 

rumilərin  ön  dəstəsinə  çatmış  və  onların  arasında  qızğın  döyüş 

olmuş,  Ziyadoğlu  həmin  döyüşdə  mərdanəlik  göstərmişdi.  Mərənd 

çəmənliyindəki  əmirlər  dəstə-dəstə  gələn  rumlu  döyüşçülərin 

çoxluğunu  görərək,  ehtiyatkarlıq  etmiş  və  dağa  tərəf  çəkilmiş, 

[amraa] bir dəstə döyüşçünü xəbər toplamaq (xəbərgiri) məqsədiylə 

Mərənddə saxlamışdılar. 

Xəbər  toplamaqdan  ötrü  Mərənddə  qalmış  qızılbaş 

dilavərləri şəhərə gəlib çatan Əlqas və rumilərə  özlərini göstərdilər 

və  onlarla  cəngə  başladılar.  Onların  pusquda  çoxlu  yardım 

döyüşçüsü  olduğundan  ehtiyatlanan  rumilər  bu  döyüşə  bir  o  qədər 

də  cürət  etmirdilər.  Axırda  aralarında  güclü  döyüş  başlandı, 

qızılbaşlar  cəng  edə-edə  çıxıb  əmirlərə  birləşdilər,  amma  rumilər 

həmin  az  miqdar  qızılbaşın  mərdanəliyindən  fikir-xəyala  düşdülər. 

Abdulla  xan  və  qızılbaş  əmirlərinin  Mərənd  çəmənliyindən 

getdiklərini  görən  rumilər  də  geri  qayıtmağı  məsələhət  bildilər  və 

qayıdaraq  Təbrizin  Çərəndab  [adlı  yerində]  Sultan  Süleymana 

birləşdilər.  [Bu  tərəfdən]  Abdulla  xan  və  əmirlər  də  Əşənkiz

141


 

yaylağında  hümayun  məiyyətə  qoşuldular.  Yeri  cənnətlik  olan 

əzəmətli  həzrət  şah  iqbal  qoşununun  mübarizlərini  rumilərin  dörd 

tərəfinə göndərdi. Onlar döyüşkən  müxalifiəri gecə-gündüz narahat 

edir, hər gün bir neçəsini ələ keçirib qətlə yetirirdilər. 

Rumilər  azuqədən  ötrü  ordularından  kənara  çıxa 

bilmədikləri üçün onların ordusunda azuqə və heyvan yemi (əliqəd-

dəvab)  yoxa  çıxmış,  hamısı  çörək  qıtlığından  nigaranlığa  düçar 

olmuşdu. Buna görə də şəhəri qarət etməyə girişdilər, amma heç nə 

əldə  edə  bilmədilər.  Sultan  Süleymanın  Təbriz  şəhərində  olduğu 

dörd gün müddətində bir neçə min at və qatır qüvvədən düşüb ədəm 

otlağına yollandı. 

 

 

 

                                                           

141

 Əşkənbər olmalıdır - Ş.F. 




158 

 

Sultan Süleymanın Təbrizdən fərar etməsi: 

 

  Bu yürüşdən peşman olan Sultan Süleyman  geri qayıtmaqdan 



başqa  heç  bir  çarə  görmədi.    Hümayun  ordunun  Əşənkizdən 

(Əskənbərdən  -  Ş.F.)  büsbütün    çıxmasından    sonra    qızılbaş  

ləşkərinin  [onlara]  yaxınlaşma  xəbəri  rumiyyə  ordusuna  yayıldı. 

Sultan  Süleyman  qayıdış  təbilini  çalaraq,  ağır-yüngül  ləvazimatını 

irəliyə  göndərdi,  özü  isə  sübhədək  at  üstündən  düşmədi,  sübh 

açılarkən  yola  düşdü.  Təbrizin  quldurluq  edən  adamları  rumilərin 

qətl  və  qarətinə  başladılar  və  onların  çox  hissəsi  bu  quldurların  iti 

xəncər yaraları ilə ədəm yoluna yollandı. 

Qəribə əhvalatlardan biri də budur: Rumilərin Çərəndabda 

olduqları bir neçə gündə ildırımın (saeqe) güclü çaxması və küləyin 

bərk  əsməsi  nəticəsində  göyə  elə  toz-torpaq  qalxdı  və  hava  elə 

qaraldı  ki,  ruzigarın  uzaqları  görən  gözü  aydın  gündüzü  qara 

gecədən ayıra bilmirdi. Rumilərin qayıdışından sonra [isə] zülmət və 

qaranlıq aradan çəkildi və hava dəyişdi, İran xosrovunun dərya kimi 

dalğalanan döyüşçüləri fərmana əməl edərək, rumiləri təqib etməyə 

başladılar.  Onlar  hər  yerdə  rumilərə  əl  uzatmaqla  məşğul  idilər. 

Sultan  Süleyman  Vana  tərəf  getdi  və  qala  döyəcləyən  top  və 

badliclərlə  qalagirliyə  başladı,  silah  tədarükü  gördü.  Van  qalasının 

kutvalı olan Şahəli Sultan Çəkəni rumilərin çoxluğu və hücumundan 

çaş-baş  qalaraq  qalanı  onlara  verib  aradan  çıxdı,  xandgar  Rüstəm 

pasanı Van qalasında saxladı. 

Çuxur-Səd  və  Ərzrumun  arasında  yerləşən  Qars  qalasının 

bir tərəfi Gürcüstanın [Meşq adlı yerinə] birləşir. Bu qala əskərlərin 

gediş-gəlişi  nəticəsində  bərbad  hala  düşmüşdü.  Rumilər  Qars 

qalasını  abadlaşdırıb  Amasya,  Ərzrum,  Toqat,  Sivas,  Ağsəhr  və 

müxtəlif  yerlərdən  dörd-beş  min  nəfər  münasib  adamı  oraya 

yığmışdılar.  Bu  vaxt  Sultan  Süleyman  Osman  Çələbi  adlı  qullar 

ağasını  dörd-beş  min  döyüşkən  süvari  ilə  onların  mühafizəsinə 

qoyub, özü Müşabada tərəf  getdi. Həzrət cənnətməkan şah rumiləri 

təqib  etməkdən  əl  çəkməyərək,  İsmayıl  Mirzəni  Göycə  Sultan 

Qaçarla birlikdə onların üstünə, Qarsa  yolladı. Onlar işıq  və külək 

sürətilə  hücuma  başlayıb,  qala  yaxınlığında  yuxarıda  adı  çəkilən 

(məzkur)  qullar  ağasına  və  rumiyyə  döyüşçülərinə  gəlib  çatdılar. 

Döyüş başlandı. Müzəffər əskərlər rumi döyüşçülərə qalib gəldilər. 

Üç-dörd  min  rumi  və  Qarşın  abadlaşdırılmasından  ötrü  ətraf 

yerlərdən  yığılmış  dörd-beş  min  adam  qazi  qılınclarının  yemi 




159 

 

oldular,  yaş-quru,  hər  şey  qəhr  atəşi  ilə  yandırıldı,  yerdə  qalan 



adamlarsa canlarının qorxusundan özlərini qalaya atdılar,  müzəffər 

döyüşçülər  qalanı  mühasirəyə  aldılar.  Üç  gün  ərzində  mühasirədə 

qalanların  işi  (54)  elə  pisləşdi  ki,  onlar  "əl-aman"  deyərək  fəryada 

başladılar.  Qullar  ağası  Osman  Çələbi  və  altı  yüz  nəfərədək 

mühasirədə  qalan  adamlar  aman  alıb  eşiyə  çıxdılar.  Döyüş  zamanı 

qullar ağası şəmşirini sıyırıb divanə kimi Toyğün (mətndə Təbgun - 

Ş.F.)  bəy  Qaçarın  sinəsinə  bir  zərbə  endirdi.  Rumilər  də  hamısı 

birlikdə  şəmşirlərə  əl  atıb,  şahzadəyə  və  onunla  birlikdə  olanlara 

həmlə etdilər. Buna görə də onların qətliam olunmaları başlandı və 

bir nəfər də olsun rumi nicat tapa bilmədi.  Kamkar xosrovun  əmri 

ilə qazilər qalanı dağıdaraq, qayıdıb hümayun orduya birləşdilər. 

O  vaxt  Bəhram  Mirzə  döyüşkən  ləşkər  və  döyüş 

meydanının  igid  əskərləri  ilə  birlikdə  öz  ülkası  olan  Həmədandan 

gəlib  onlara  çatdı.  Həzrət  cənnətməkan  şah  onu  Bayburda  tərəf 

yollayaraq, İsmayıl Mirzəni də ona qoşdu, bir dəstə məğlubedilməz 

döyüşçünü Əxlata, başqa bir dəstəni  Adilcəvaza (mətndə  Adilcur  - 

Ş.F.) göndərdi, özü isə qələbə və iqbal gücü ilə Həmiş (?) və Masis 

Ölkəsinə  basqın  etdikdən  sonra  Muşabad  yilayətinə  yollandı.  Ali 

məqamlı  cənnətməkan  şahın  və  gün-gündən  onun  köməyinə  gəlib 

çatan və təqibdən əl çəkməyən müzəffər qızılbaşların vəziyyətlərini 

müşahidə  edən  Sultan  Süleyman  Əlqas  Mirzəni  beş  min  nəfərlə 

Kərkuyə  və  Şəhrizur  yoluyla  İraqa  tərəf,  Əllaməni  isə  on  iki  min 

əskər  və  Ərzrum  paşası  ilə  birlikdə  adı  çəkilən  vilayətə  göndərdi, 

çünki  Əlqas  Mirzə  xandgara  belə  demişdi:  "Qızılbaşların  hamısı 

məni  istəyirlər,  Mən  əgər  əcəm  vilayətinə  qədəm  bassam,  onlar 

dəstə-dəstə  gəlib  mənim  başıma  toplanacaqlar".  Elə  buna  görə  də, 

rumilər belə qərara gəldilər: Əlqas Mirzə və Əllaməni, hər birini bir 

yana yollasınlar ki, qızılbaşlar qoy onların üzərinə hücuma keçsinlər 

və xandgarın ordusu aradan çıxa bilsin. 

Xandgar öz ağrəqi ilə Bitlis (mətndə  Tiblis  -Ş.F.)  yoluyla 

gedib özünü Diyarbəkrə çatdırdı. 

 

Şah Təhmasib əmirlərinin hər birinin 



 Sultan Süleyman əmirləri üzərində qələbələri: 

 

Cənnətməkan  şah  isə  Muşabad  vilayətinədək  gedib,  o 



vilayəti qarət etdi, yandırdı və həmin diyarda abadlıqdan əsər-əlamət 

qoymadı. Əllamə Təkəlinin xandgar ordusundan ayrılması, bir dəstə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə