Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə67/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   63   64   65   66   67   68   69   70   ...   340

192 

 

Məsələnin  sonunda  o,  müqavimət  göstərməkdə  aciz  qaldı,  əlini 



aman ətəyinə atdı. Əhd-peymandan sonra qalanı təhvil verərək Hind 

diyarına  rəvan  oldu,  Sultan  Hüseyn  Mirzə  Qəndəhar  əyalətində 

istiqlal  tapdı.  Təxminən  iyirmi  il  o,  qiymətli  ömrünün  kölgəsi 

altında həmin diyarda hakim oldu, izzətli  və xoşbəxt həyat  yaşadı, 

İsmayıl  Mirzənin  cülusu  vaxtı  təbii  əcəllə  öldü.  Onun  fərzəndləri 

haqqında,  inşallah,  bu  aləmi  bəzəyən  kitabın  ikinci  səhifəsində, 

əlahəzrət  zilləllah  şahın    möhtərəm  əhvalının  şərhi  zamanı  müşk 

yağdıran  qələmlə  məlumat  veriləcəkdir.  İndi  isə,  kəlamın  sövqü, 

sözün  zəbti  və  məqamın  münasibliyini  nəzərə  alıb,  Xorasanda  baş 

verən hadisələrin ardı yazılacaq, o həzrətin [Şah Təhmasibin] səadət 

peyvəndli  uca  dövlətinin  hakimiyyəti  dövründəki  hadisə  və 

vaqiələrdən bəhs olunacaqdır. 

 

ÜBEYD XANIN VƏFATINDAN SONRA BAŞ VERMİŞ 

XORASAN HADİSƏLƏRİNİN ARDI, HABELƏ CAHANI VƏ 

CAHANDA OLAN HƏR ŞEYİ YARADANIN TƏQDİRİ VƏ 

İRADƏSİ İLƏ HƏYATA KEÇƏN ƏHVALATLARIN ZİKRİ 

 

Ənbər  ətirli  qələm  bundan  əvvəl  yuxarıda  belə  yazmışdı: 



Übeyd  xan  ibn  Mahmud  Sultan  ibn  Əbülxeyr  xan  sağ  olduğu 

müddət  ərzində  öz  işğal  əlini  Xorasan  mülkünə  uzatmış,  qaniçən  

özbəklərin    yürüşləri    nəticəsində    həmin    diyarda  çoxlu  yerlər 

dağıdılmışdı. Onun vəfatından sonra Xorasan bir neçə ilidi ki, əmin-

amanlıqdaydı. 

Herat 


darüssəltənəsində 

Məhəmməd 

ibn   

Şərəfəddinoğlu   Təkəli   ədalət bayrağı ucaltmış və məşhur şahzadə 



Sultan  Məhəmməd  Mirzənin  mülazimətində  durub,  mülk  işləri  ilə 

məşğul  olmaqdaydı.  O,  Ğorcistana*  ləşkər  çəkərək  özbəklərlə  və 

oranın hakimi Sima Bayram Oğlanla böyük savaşlar etmiş və qələbə 

çalmışdı. [Buna görə də,] Özbəklərin illərlə Xorasana gəlmək cürəti   

olmamışdı.   Doqquz   yüz   əlli   yeddinci   (miladi 1550/51) ildə, 

Übeyd  xanın  vəfatından  on  bir  il  sonra,  atasının  yerinə  Buxarada 

padşah olmuş oğlu  Əbülxeyr xan  da üqba  aləminə  yollandı.  Bəraq 

xan  ibn  Sevincək  Sultan  ibn  Əbülxeyir  xan,  Əbdüllətif  Sultan  və 

Şah  Məhəmməd  Sultanla  birlikdə  Daşkənd,  Səmərqənd  və  Hisare-

Şadmandan  Xorasana  ləşkər  çəkərək,  çoxlu  adamla  Herat  üzərinə 

gəldi.  Məhəmməd xan Şərəfəddinoğlu  qala  və şəhərin  möhkəmliyi 

ilə  kifayətlənməyərək,        şəhərin        xaricində        küçəbəndlər 

(səngərlər-  Ş.F.)  qurdu  və  oralara  təcrübəli  sərdarlar,  topçular  və 



193 

 

tüfəngçilər  təhkim  etdi.  Özbəklərlə  qızılbaşlar  arasındakı  cəng 



günlərlə  uzandısa  da,  özbəklər  bircə  küçəbəndi  də  ola  bilmədilər. 

Özbək sultanlarının ən şücaətli sultanı olan Şah Məhəmməd Sultan 

Sistanı və Fərahı qarətə yollandı. Oradan qayıdıb Herata gəldiyi vaxt 

Bəraq  xana  etirazla  dedi:  "Niyə  indiyədək  küçəbəndləri  ələ  keçirə 

bilməmisən?".  İddia  ilə  əlavə  etdi:  "Sabah  küçəbəndləri  tutmayana 

qədər  mən  at  üstündən  yerə  düşməyəcəyəm".  Ertəsi  gün  çoxlu 

məşhur  bahadırlardan  ibarət  döyüşçü  ilə  bu  məqsədlə  atlara  süvar 

oldular  və  o,  "Məzare-Şah  Zeyd"  ("Şah  Zeydin  məzarı"  -Ş.F.) 

küçəsinə  üz  tutdu,  igidliklə  oranı  qoruyanlara  hücum  etdi. 

Küçəbəndin  qoruyucuları  müqavimətə  tab  gətirməyərək,  fərar  edib 

küçəbəndin  arxa  tərəfinə  keçdilər.  Şah  Məhəmməd  Sultan  və 

özbəklər atlarını küçəbəndin ağzına qədər (dəhəne) sürdülər. Elə bu 

əsnada təsadüfən canüzən bir daş atıldı və sultanın üzünə dəydi, o, 

qürur atından torpağa yıxıldı. Belə bir vəziyyətlə Məhəmməd xanın 

mülazimlərindən olan  məchul bir adam  vaxtında özünü ona  yetirdi 

və  onun  bədənini  baş  yükündən  yüngülləşdirdi. Bir neçə  adlı-sanlı 

bahadır  da  əsir  götürüldü.  Şah  Məhəmməd  Sultanın  başına  gələn 

hadisənin  xəbəri  Bəraq  xana  çatdıqda  qorxuya  düşdü,  qayıdış 

təbilini 

döyərək 


Mavərənnəhrə 

gəldi. 


Məhəmməd 

xan 


Şərəfəddinoğlu  və  oğlu  Qazaqın  həbsindən  sonra  aləm  şahzadəsi 

Sultan Məhəmməd Mirzə ali orduya getdi, [amma] təzədən Xorasan 

mülkünə hakim təyin olundu və Şahqulu Sultan Yeqan Ustaclı onun 

lələsi oldu, ali şahzadənin ordusu ilə Xorasana yollandı. Abdullaxan 

ibn İsgəndər xan ibn Canı bəy Sultan və Xosrov Sultan yürüş əzmi 

ilə  Amu  çayından  keçərək  Xorasana  —  mirzənin  və  sultanın 

keçəcəyi  yolun  üçtünə  çıxdılar.  Mirzənin  başına  Xorasan  ləşkəri 

hələ gəlib-yığışmadığı üçün, həmçinin o zaman mirzənin və sultanın 

hələ  cəng  istedadı  olmadığından,  onlar  özlərini  "Türbəte-

Heydəriyyə"  ("Heydəriyyə  türbəti")  qalasına  saldılar.  Özbək 

sultanları isə yetişərək, qalanı  mühasirəyə aldılar. Düşmənlərin dəf 

olunmasından ötrü Xorasan əmirlərinin hər biri öz yerindən hərəkətə 

başladı.  Hələ  gəlib  bir  yerə  toplaşmamışdılar  ki,  İraq  ləşkərinin 

gəlib-yetişməsi xəbəri yetişdi. Özbək sultanları tab gətirə bilmədilər, 

əvvəlcə  Xosrov  Sultan  ehtiyatı  əldən  verməyib  getdi,  ertəsi  günsə 

Abdulla  xan  köç  təbilini  döyərək,  Buxaraya  qayıtdı.  Onların 

gedişlərindən  sonra  bir  daha  Mavərənnəhr  sultanlarından  heç  kim 

Xorasana  gəlməyə  cürət  etmədi,  fəqət  birdən-birə  Pir  Məhəmməd 

xan ibn Canı bəy Sultan Bəlxdən çıxıb, müqəddəs şəhər (Məşhəd - 



194 

 

Ş.F.) yaxınlığına gəldi və yenidən geri qayıtdı, dayısı Tulək bahadırı 



töhfə və hədiyyələrlə üzrxahlıqdan ötrü xalqlara pənah olan dərgaha 

göndərdi,  Tulək  bahadırsa  şahanə  iltifatla  sərəfraz  olaraq  geri 

qayıtdı. Başqa bir  vaxt Özbək xan ibn Rüstəm Sultan ibn Cam bəy 

Sultan doqquz yüz altmış yeddinci ildə (miladi 1559/60) Əndxod və 

Şibirğandan* səkkiz  min qaniçən  və döyüşkən döyüşçü ilə çıxaraq 

Sərəxs, Zurabad və Cama gəldilər, bir neçə dəfə qarətkarlıq edib, öz 

diyarlarına  döndülər.  [O  zaman]  Cam  hakimi  Zeynal  xan  ibn 

İbrahim xan Zülqədər, Mir Hüseyn Sultan Firuzcəngi yanına çağırdı 

və özbəklərin dəf olunmaları xüsusunda onunla məsləhətləşdi. O və 

cığatay əmirlərindən olan məşhur Hacı Sultan Kutval qoşun bəzəyib 

Zeynal xana birləşdilər. O da onların köməyinə  yetişərək, özbəkləri 

təqib  etmək  fikrini  bildirdi,  amma  adları  çəkilən  əmirlər  təqibi 

məsləhət  bilmədilər.  Bir  dəstə  döyüşçünü  təqibə  yollayıb, 

məğlubiyyətə  uğrayan  Zeynal  xan,  öz  cəhalət  və  qürurunun 

çoxluğundan,  iki  min  beş  yüz  nəfər  qızılbaş  və  cığataylarla 

özbəklərin ardınca gedərək, Pole-Xatunda Özbək xana çatdı. Özbək 

xan  iki-üç  min  döyüşçünü  qızılbaşların  qarşısında  qoyub,  özü  isə 

yeddi  min  nəfərlə  pusquda  dayandı.  İlk  həmlədə  özbəklər  məğlub 

oldular.  Zeynal  xanın  adamları  qənimətlərdən  ötrü  təzəcə  işə 

başlamışdılar  ki,  Özbək  xan  pusqudan  çıxdı  və  atını  əmirlərə  tərəf 

sürdü,  onları  bir  həmlə  ilə  məğlub  etdi  və  qızılbaşlar  dağılışdılar. 

Qızılbaşların  tam  qüvvətlə  mərdanə  döyüşmələrinə  baxmayaraq, 

min nəfərədək qızılbaş və cığatay döyüşçüsü, habelə Zeynal xan və 

Mir  Hüseyn  Sultan  öldürüldü,  Hacı  Sultan  Kutval  isə  qoşunun 

qalıqlarıyla birlikdə yüz həyəcanla həmin qorxulu  mərəkədən  yaxa 

qurtara  bildi.  [Beləliklə,]  Zeynal  xanın  tədbirsizliyi,  cəhaləti  və 

qüruru  üzündən,  qüvvətli  qoşuna  belə  bir  zərbə  dəymiş  oldu  və 

Özbək xan öz diyarına döndü. 

 

HÜMAYUN CƏNNƏTMƏKAN ŞAHIN BAĞDAD 

DARÜLXİLAFƏSİNƏ VƏ XUZİSTANA YÜRÜŞÜ VƏ 

CAHAN PƏRVƏRDİGARININ İLTİFATIİLƏ İNADKAR 

ADAMLARIN DƏF OLUNMALARININ ZİKRİ 

 

Bu kitabın əvvəlində dünya şəhriyarının, yəni həzrət Cəm 



məqamlı cənnətməkan şahın dövründə baş  vermiş hadisələrin şərhi 

vaxtı  iki  dilli  qələm  bəyan  səhifəsində  belə  yazmışdır:  Hümayun 

cülusun  başlanğıcında,  habelə  hakimiyyəti  və  cahanı  bəzəyən 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə