151
qızılbaşlarla olan əhvalatını xatırladı, Burun Sultan Təkəli və başqa
adamlarla şahdan döndü, gedib müxaliflərə qoşuldu. Cənnətməkan
şah elə onsuz da bir dəstə nifaq əhli olan Hüseyn xan Şamlı, Qazi
xan Təkəli və Məlik bəy Cüveyni kimi bəd əməlli əmirlərin
hərəkətlərini müşahidə etməkdə və onlara qarşı etimadsızlıq
göstərməkdəydi. Buna görə də canlarından keçən mübarizələri
toplamaqdan ötrü bir neçə gün döyüşü yubatmaq qərarına gəldi,
"göylərin və yerin qoşunları Allahındır"
137
kimi kəramətli sirr zahir
oldu və birdən-birə sanki qeybdən zahir olan döyüşçülər rum
qoşununun dəfinə başladılar. Əqrəb bürcünün* on üçündə
Sultaniyyəyə qalın qar yağdı. Elə qar ki, Kamal İsmayıl belə
demişdi:
Beyt:
Pambıq içində gizli qalan pənbədanətək
138
Qaldı qarın altında yenə dağ cismləri.
139
Sultaniyyədə rumi ləşkərinin çadırları qar altında qaldı və
rumi döyüşçülərdən çoxlu adam qarın içərisində görünməz oldu,
şaxtadan dondular. Bir şair həmin hadisə haqqında belə demişdir:
Beytlər:
Sultaniyə səmtinə səfər eylərikən
Gördüm iki min cəsəd, nə gor var, nə kəfən.
Sordum ki, "Kim öldürüb bu osmanlıları?"
Dilləndi səhər yeli, cavab verdi ki, "Mən!"
140
137
İfadənin ərəbcəsi: "...və lillahi cünudu-s-səmavati və-l-ardi".
138
Pənbədanə - pambıq toxumu, çəyirdəyi - Ş.F.
139
Beytin farcası:
Manənde-ponbedane ke dər pənbe təbiyəst
Əcrame-kuhhast nehan dər miyane-bərf.
140
Beytlərin farscası:
Rəftəm ço be Sultaniye-an torfe çəmən,
Didəm do hezar morde bi gur-o kəfən.
Goftəm "Ke bekoşt inhəme osmani-ra?
Bade-səhər əz miyane bərxast ke: "Mən!".
152
[Daha] İraqda qalmağa Sultan Süleymanın imkanı olmadı.
Azuqə qıtlığından Azərbaycan yolu ilə geri qayıtmaq mümkün
olmadığı üçün, abadan yer olan Şəhrizura getdi ki, bu qışı Mosul
yaxınlığında qışlasın. O, Əllaməni Zülqədərlə Təbrizə yolladı,
cənnətməkan şah da onlara hücum etdi. Qazi xan Təkəli duz-çörəyi
unudub hümayun ordudan qaçdı, Təbrizə getdi, Əllaməni və onun
yoldaşlarını şəhriyarın hücumundan xəbərdar etdi, [nəticədə] onlar
Vana qaçdılar, həmin qalaya sığındılar.
Sam Mirzə ilə dost olduğu üçün cənnətməkan şahın
Hüseyn xan Şamlıdan xoşu gəlmirdi. O bu arada fərar etdi və şah
tərəfindən qətlə yetdi. Şah [sonra] Van qalasına hücuma keçdi və
onları (Əllaməni və yoldaşlarını - Ş.F) qalada mühasirəyə aldı,
həmin qışı qala ayağında dayandı.
Sultan Süleyman Mosula rəvan olan vaxt İbrahim paşa
Bağdad hakimi Məhəmməd xan Şərəfəddinoğlunun və təkəli
əmirlərinin yanına bir adam yolladı, onların xandgara tabe
olmalarını və Bağdad qalasını təhvil vermələrini məsləhət gördü.
Məhəmməd xan onun məsləhətinə əməl etmədi. Amma, böyüklər və
ağsaqqallar Cuhə Sultanın qətli və təkəli əmirləri olan Əllamənin və
Qazi xanın fərarı səbəbindən, həmçinin cənnətməkan şahdan
qorxduqları üçün, xandgara itaət etməyi özlərinə məsləhət bildilər,
qalanın açarını xandgara göndərib onu qalaya dəvət etdilər. Xandgar
Mosul qışlağından qayıdıb Bağdada yollandı. Sufi və dövlətxah
adam olan Məhəmməd xan Şərəfəddinoğlu şahın əmrinə əsasən
şəhər və qaladan əl üzüb, çay üzərindəki körpünü (cəsr) kəsdi,
"şahısevən" olan özünün təxminən üç yüz nəfər qohum-əqrabası ilə
Bəsrə yoluyla Düzfula gəldi, oradan da Şiraza gəlib-yetişdilər.
Başqa təkəlilər isə Sultan Süleymanı istiqbal edib Bağdada
gətirdilər. Sultan həmin qışı Bağdadda qışladı.
SULTAN SÜLEYMANIN AZƏRBAYCANA İKİNCİ GƏLİŞİ
Doqquz yüz qırx birinci il (miladi 1535) olan sonrakı ildə
Sultan Süleyman ikinci dəfə Bağdaddan əcəm diyarına ləşkər çəkdi,
İraq mülkünə qədəm basdı, Dərczinədək gəlib çıxdı. Buna görə də,
cənnətməkan şah Van qalası ayağından ayağını çəkib Təbrizə
yollandı. Orada mötəbər əmirlər silkindən olan və sonralar nifaq
əhlinə çevrilən Məlik bəy Cuveyni qətlə yetirildi. [Şah] orardan
153
çıxaraq qəzəbli ləşkərini rumlu əskərlərin meydanına tərəf hərəkətə
gətirdi.
Müzəffər ləşkərin çərxçiləri Dərczində xandgar ordusunun
münqəlayına çataraq döyüşdülər və qalib gəldilər. Qızılbaşların
qələbəsi, rumilərin isə məğlubiyyətindən agah olan Sültan Süleyman
öz əmirlərini həyəcana düşmələrinə (aşofte) görə danlayıb dedi: "Siz
hərgah çorxçi döyüşçüləri və qarovul tərəfindən məğlub
olmuşsunuzsa, bəs qızılbaş padşahı ilə necə döyüşəcəksiniz?". O,
kədərləndi, qızılbaşlarla qarşılaşmaqdan daşındı, Dərczindən çıxıb,
qayıdış, bəlkə də məğlubiyyət cilovunu Ruma tərəf yönəltdi.
Rum sultanının geri çəkilməsi:
Şahın zəfər ayəli ordusu isə onun ardınca hərəkətə başladı.
Van qalasına çatdıqları vaxt Bəhram Mirzəm və bəzi əmirləri
rumilərin təqibinə göndərdilər, hümayun qoşun isə Van
çəmənliyində dayandı. Van qalasındakı rumilərsə şahın əzəməti
(şokuh) və qüvvəsi (setvət) qarşısında tab edə bilməyərək, orada
qalmadılar və fərar etdilər. Bu əhvalatdan əvvəl rum xandgarı
Diyarbəkr əmirülümərası Məhəmməd paşanı Əllamə, bəzi rum əmir
və paşaları, habelə iki min nəfər yeniçəri ilə Van qalası əhalisinin
köməyinə yollamışdı. Vəstana çatdıqları vaxt onların gəlmə xəbəri
cənnətməkan şaha çatdı və şah bir neçə cəngavərlə birlikdə onlara
hücum etdi. Rum qoşununun qaraltısı gözə göründüyü zaman
qızılbaş ləşkərinin əksəriyyəti gecə yuxuda idi. Hücumun şiddətli
vaxtı qalibiyyətli məiyyətdə iki mindən çox adam qalmamışdı.
Əllamə şah bayraqları arasında (Şah Təhmasibin - Ş.F.)
parıltılı (foruq) "bükürük" adı ilə məşhur olan xüsusi bayrağını
gördükdə tanıdı və Məhəmməd paşaya dedi: "Həzrət şahdır ki, özü
şəxsən buraya təşrif gətirməkdədir. Cəngə girməyimiz məsləhət
deyildir, çünki biz onun əzəmət və qüdrətinə tab edə bilmərik".
Məhəmməd paşa [isə] öz ləşkərinin böyüklüyünə və qızılbaşların
azlığına qürurlanıb, qoşun səfini bəzədi. Amma, rumilər Şiraz
zülqədərlərindən olan Qazi xanın və bir dəstə müzəffər qorçinin
birgə həmləsi ilə məğlub olub, geri çəkildilər, göz müşahidəsinə
görə onların əksəriyyəti qətl olundu, xandgarın bir neçə mötəbər
adamı əsir alındı, yerdə qalanları isə Ərciş qalasına tərəf getdilər və
adam yollayıb xandgardan kömək istədilər.
Dostları ilə paylaş: |