928
peşiman oldu, xana sədaqət və fədakarlıq izhar edən bir məktub
göndərdi, Qasım Sultana da, xana məktub yazaraq, öz itaətini və
sədaqətini bildirməyi təklif etdi.
Mülk və mal işlərində fərasəti və hakimlikdə adından başqa
heç nəyi olmayan Qasım Sultan, Süleyman Yasovulun
davranışından özünə qarşı peşimançılıq hissi olduğunu güman edib,
onu aradan götürmək və müstəqil olmaq qərarına gəldi. Mərv
hadisələrindən xəbərdar olan Dinməhəmməd xana Süleyman
Yasovuldan sədaqət məktubları gəldiyi üçün Vəli Məhəmməd
Sultan öz kiçik qardaşını Mərvə göndərib Süleyman Yasovulun
adına istimalət məktubu yazdı, oranın pis-yaxşı bülün işlərini öz
istədiyi kimi həll etmək üçün onun iqtidar əlinə tapşırdı və bildirdi
ki, Mərvdə sikkə babası Yarməhəmməd xanın adına kəsilsin. [Buna
görə də,] Vəli Məhəmməd Sultan gedib Mərvə çatdıqda, Süleyman
Yasovul onu qarşıladı, Qasım Sultanı da Vəli Məhəmmədin istiqbalı
üçün zorla onun yanına apardı. Amma, şəhər darvazasına gedib
çatdıqda, "on dərviş bir xalça üstündə otura bilər, iki padşah isə bir
ölkəyə yerləşə bilməz" misalına uyğun hərəkət etdi, mülazimləri
onun işarəsi ilə o günahsız biçarənin boynunu Taxta körpünün
üstündə vurdular, Vəli Məhəmməd Sultanı isə izzət və ehtiramla
şəhərə gətirdilər, ona xidmət etməyə başladılar. Vəli Məhəmməd
Sultan hələ Mərvdə rahatlana bilməmişdi ki, həmin bir neçə gün
ərzində, əlahəzrət zilləllah şahın zəfər ayəli ordusunun təntənə ilə
Xorasana gəlişi, həmçinin ata-babadan Mərv Şahicanının varisi
Nurməhəmməd xanın oraya gəlib çatması xəbəri həmin vilayətdə
eşidildi. Onlar orada qalmağa macal tapa bilməyib, bu dəftərin zeyl
hissəsində yazılacağı kimi, mülk və maldan keçərək Çəharcu
yoluyla Mavərənnəhrə getdilər. Müqəddəs Məşhədin hakimi olan
Əbülməhəmməd bəy qızılbaş ləşkərinin gəlişi və Nişapurun
tutulmasından xəbərdar olub, qala silahı hazırlamaq və qaladarlıqla
məşğul olmaq fikrində ikən, elə həmin gecə Əbdülmömin xanın
öldürülməsi xəbəri gəlib yetişdi və bu xəbər təsdiqləndi.
Əbülməhəmməd bəy balıq kimi iztirab burulğanına düşüb,
belə fikrə düşdü: Əgər məmləkətin ərbabları və əhalisi dövlətxahlıq
məqamında durub qaladarlıq işlərində kömək edərlərsə, özbək
qoşununun padşahının kim olacağı bilinənədək şəhəri hifz etməyə
çalışmaq olar. O elə bu fikirdəydi ki, Dəstcerd qalasından belə bir
xəbər gəldi: On iki min qızılbaşla Fərhad xan Dəstcerdə gəlib-çatdı.
929
Bu xəbərdən çaşıb-qalan Əbülməhəmməd bəyin ləngimək
və qaladarlıq etmək macalı olmadı və bütün özbəklər pərişan olub
dedilər: "Fələyin hökmü ilə hakimiyyət özbək dudmanından kənar
olmuş, bu tayfaya bəla üz tutmuşdur. Bizim müstəqil padşahımız
yoxdur. Belə bir vəziyyətdə, qızılbaşların yüz illik ülkası olmuş,
bizim əlimizə isə təzəliklə düşmüş məmləkətdə qalmaq ağıldan uzaq
bir haldır. Nə qədər ki, fürsət var və hələlik mühasirəyə düşməmişik,
gərək öz əhli-əyalimizi qəm-qüssə bəhrinin təlatümlü dalğalarından
qoparıb nicat sahilinə çatdıraq, xətərsiz bir yerə gedək".
Bəzi cahillərsə dedilər: "Nə üçün biz abad bir şəhəri
qızılbaşlara verək? Oranı qarət edək, həzrət imaməl-cinn və-n-naşın
zərihinin qızıl məhəccərini qoparaq, mübarək gümbəzin üstündəki
qiymətli daş-qaşlarla bəzənmiş mili və rövzədə mövcud olan bütün
zər-zivəri götürüb yolumuza rəvan olaq".
O zaman müqəddəs Məşhəddə olan sey idlər və ağıllı
şəxslər [özbəklərin] bu fikirlərindən xəbər tutub, Əbülməhəmməd
bəyi o quldurların fitnəsindən və bədnamlıq qorxusundan, habelə
dargöz özbəklərin meylini bu fikirdən daşındırdılar. Bəy bu istəyi
tərk edib, aşiqanə dəlillərlə özbək cahillərinə belə bir iş görməyi
qadağan etdi [və dedi]: "Siz on ildir ki, bu mülkün çörəyini
yeyirsiniz. Gərək duz-çörəyi unutmayıb, böyük fitnə-fəsad ehtimalı
görünən bu şəhər əhalisinin torpağı, namusu və qarəti barədə
düşünməyəsiniz, sağ-salamat buradan çıxasınız", O, şəhər
seyidlərinə və böyük adamlarına isə belə xitab etdi: "Sizdən
xahişimiz belədir: Məhəllə ağsaqqallarına deyin ki, qoy qarətçi və
avara adamlar heç bir özbəyə və əhl-əyala hücum etməsinlər, üç gün
müddəti bitməyənədək qızılbaşların yanına adam yollamayın və bu
vəziyyət barədə onlara məlumat verməyin ki, özbəklər arxayınlıqla
buradan çıxıb özlərini əmin-amanlıq olan yerələrə çatdırsınlar". Elə
həmin gecə köç təbilini döyərək, süvari, yaxud da piyada olan bütün
özbəklər şəhəri tərk etməyə hazırlaşdılar, "Mir Əli Amu"
darvazasından çıxaraq, Sərəxs yoluna rəvan oldular.
Özbəklərin çıxıb-getmələrindən sonra elə həmin gün
seyidlər, əhali və müqəddəs şəxslər Dəstcerddə olan Fərhad xanın və
əmirlərin yanına adam yollayıb, onları vəziyyətdən hali etdilər. O
saat Dəstcerddən çıxan Fərhad xan müqəddəs Məşhədə gəldi, həzrət
imaməl-cinn və-l-ünsün mələk aşiyanlı astanasını ziyarət etməklə
şərəfləndi, şaha baş verən əhvalatı əks etdirən və müqəddəs
Məşhədin fəthini xəbər verən bir məktub və ziyarətnamə göndərdi.
930
Hümayun şah Əsbahi, Şəqan və Cürbəda çatan vaxt Fərhad xanın
yolladığı adam və müqəddəs Məşhəd əhalisi də gəlib şaha çatdılar,
bu şad xəbəri ona bildirdilər. Əbülməhəmməd bəy və yoldaşları
Sərəxsdən keçib Zurabada gəldikdən sonra eşitdilər ki,
Dinməhəmməd xan Herat darüssəltənəsində səltənət taxtına cülus
etmişdir və Xorasan əmirləri onun dərgahına gedərək ona tabe
olmuşlar. Əbülməhəmməd bəyin Məşhəddən çıxmasını və o
müqəddəs şəhəri əldən verməsi xəbərini eşidən Dinməhəmməd
xəbər yollayaraq, onu öz əskərləri və yoldaşları ilə birlikdə Herata
aparmış, Əbülməhəmmədi yərğu* məzəmmətinə tutmuş və
danlamağa başlamışdı: "Sən nə üçün müqəddəs Məşhədi tərk edib
oradan çıxdın?" Əbülməhəmməd xanın üzrxahlıq etməsinə və
ağılabatan dəlillər gətirməsinə baxmayaraq Dinməhəmməd xan heç
nə eşitmək istəmədi. Xan hətta bəylə görüşə üç gün icazə vermədi
və yalnız üç gündən sonra dövlət başçılarının vasitəçiliyi və səyi ilə
görüş icazəsi hasil oldu. Dinməhəmməd xan özünün əmisi oğlu olan
Seyid Məhəmməd Sultanı dərhal müqəddəs Məşhədə hakim təyin
etdi, dörd yüz bacarıqlı bahadırla onu təcili olaraq həmin istiqamətə
yolladı ki, qızılbaş ləşkərindən əvvəl özünü müqəddəs Məşhədə
çatdırıb o mübarək şəhəri zəbt etsin. Xan həmçinin Şahım kəltəni"
bir dəstə əskərlə Guryan qalasını qorumağa göndərdi və bu kəltə
qalaya daxil olaraq, o vilayətin zəbtinə başladı.
Amma, Seyid Məhəmməd xan və yoldaşları Cam türbətinə
gəlib çatdıqları vaxt qızılbaşların artıq gedib müqəddəs Məşhədə
girdiklərindən xəbərsiz idilər. Cam şəhərinin kələntəri iti sürətli bir
qasidi müqəddəs Məşhədə yollayıb o camaatın gəlişindən xəbərdar
etdi. Fərhad xan elə o saat qardaşı Zülfüqar xanı bəzi əmirlərlə
onların dəfinə namizəd etdi və o, hücumla yola düşdü. Qızılbaş
ləşkərinin qaraltısını görən özbəklər pis hala düşdülər, səf bəzəməyə
və hərb etməyə macal tapmadılar, fərar etdilər. Qızılbaş ləşkəri isə
onlara çatdı, əksəriyyətini qətlə yetirdi, həştad nəfərə yaxın özbəyi
isə tutub, müqəddəs Məşhədə qayıtdı.
Məğlubiyyət və pərişanlıqla Herata gəlib çatan Seyid
Məhəmməd Sultan Dinməhəmməd Sultanı qızılbaş ləşkərinin
gəlişindən xəbərdar etdi. Özbəklər arasında bu xəbərlər də eşidildi:
"Fərhad xan və Kirman hakimi Gəncəli xan Abdulla xanın vəfatını,
Əbdülmömin xanın isə öldürülməsini eşidərək Xorasana gəlmişlər.
Xorasanın bəzi mahallarında qalan Budaq xan və qızılbaş əmirləri
Dostları ilə paylaş: |