925
xanın zövcəsinin hiyləgərliyinin nəticəsidir. Amma əhalini özlərinə
ram etməkdən ötrü aqil adamlar və ağsaqqallar bu məsələni təsdiq
edir, vaxtın məsləhətinə uyğun olaraq onları inkar etmirdilər. Pir
Məhəmməd xan tərəfindən Məhəmmədəminə yərliğ yazıldı və Pir
Məhəmməd ona "fərzənd" sözü ilə xitab etdi. Belə bir sovqata
(ətiyye) şükr edərək, öz sevinclərini izhar etdilər, Əbdülmömin
xanın məmləkətini Əbdüləmin xana təhvil verdilər, amma bu şərtlə
ki, Bəlxdə Pir Məhəmməd xanın adına sikkə zərb olunmasın və
xütbədə onun adını öz adından əvvəl yazsın.
Onların dövlət məktubu "məlikin istəyinə baxmayaraq"
626
qayda-qanuna uyğun yazılmadığı üçün heç birinin işi sahmana
düşmədi və qurduqları dövlətin büsatı bir neçə gün davam etdi ki, bu
haqda gələcəkdə yazılacaqdır.
XORASANIN VƏZİYYƏTİ, DİNMƏHƏMMƏD XANIN
HERATDA SƏLTƏNƏT TAXTINA CÜLUS ETMƏSİ, ONUN
VƏZİYYƏTİNİN SONU VƏ QARDAŞI BAQİ XANIN
DÖVLƏT BAYRAĞININ MAVƏRƏNNƏHRDƏ
QALDIRMASININ ZİKRİ
Yuxarıda yazılmışdı ki, Abdulla xanın bacısı oğlu Yetim
Sultan ibn Canı bəy Sultan öz qardaşları ilə hökümət yərliğinin
hökmüylə hakimlik edirdilər. Əbdülmömin xanla onlar arasında
vəhşət və dava-dalaş yarandığı üçün, Abdulla xandan aldıqları
tərbiyətə əsasən Əbdülmöminə itaət etmir, onun əmr və
qadağalarına (nəhy) o qədər də iltifat göstərmirdilər.
Abdulla xanın vəfatından sonra Əbdülmömin xan səltənət
və padşahlıqda istiqlal əldə edib, qohum-əqrabasının və əmisi
oğlanlarının həyat ipini kəsdikdə və onların ataları Canı bəy Sultanı
zindana saldıqda, onlara qorxu üz verdi və əlahəzrət zilləllah şahın
dövlətinə pənah apardılar. Yetim Sultan Kirman hakimi Gəncəli xan
vasitəsiylə qızılbaşların kömək və imdadına yetişdi.
O öz quşbəyisi Yusif bahadırı sədaqətini şaha ərz etməkdən
ötrü onun yanına göndərdi, qüvvətli şah dövlətinin adamlarının
köməyi sayəsində Xorasanda Əbdülmömin xana qarşı müxalifət
təbilini döydü, Xorasan paytaxtı olan Herat qalasını əlinə almaq
istədi. Bu məqsədlə də az adamla golib Herat yaxınlığına çatdı.
626
İfadənin ərəbcəsi: "Bi rağmi təvətuyi-l-məliki min təşa."
926
Heratda olan özbək əmirləri güclü döyüşçülərinin azlığı üzündən
eşiyə çıxmayıb qalaya sığındılar, onu içəri buraxmadılar. Qalaya yol
tapa bilməyən Yetim Sultan oranın ətraf yerlərini qarət edərək geri
döndü.
Elə həmin vaxtlarda, o, iki min nəfərlə Fərah üzərinə yürüş
etdi, Fərah qalasını tutdu, Esfezar qalasını da zəbt etdikdən sonra
Herata doğru gəldi. Herat vilayətinin hakimi Hacı bəyin özü şəhərdə
qalıb, Molla Qaranı və Seyid Məhəmməd Sultanı iki min nəfər
adamla onun qarşısına yolladı. Onlar Pole-Malana qədər gəlib, o
zaman Esfezarda olan Yetim Sultanın yanına adam göndərdilər və
belə dedilər: "Sərt rəftarını tərk et və geri dön, əks təqdirdə hərbə
hazır ol!". Yetim Sultan bu sözlərə etina etməyərək, Esfezardan
çıxıb Herat ziyarətgahına gəldi, onlarla döyüşə hazırlaşdı. Molla
Qara və Seyid Məhəmməd Sultan qoşun səflərini bəzəyərək, onun
qarşısına yollandılar. Tərəflər hələ silaha əl atmamışdılar ki, Bəlx və
Buxaradan etibarlı qasidlər gəlib, Əbdülmömin xanın öldürülmə
xəbərini Herata çatdırdılar. Hacı bəy heyrət və əndişə bəhrinə qərq
oldu. Əlahəzrət zilləllah şahın hümayun ordusunun [Xorasana]
yürüş xəbəri və güclü qızılbaş əsgərlərinin gəlmələrinin sədası da
gəlib yetişdi. Mavərənnəhrdə padşahlığa namizəd sultanlar
nəslindən kiminsə qaldığına güman yox idi, buna görə də, Hacı bəy
Yetim Sultanla müxalifət edə bilməzdi.
Adı Din Məhəmməd Sultan olan Yetim
Sultanın Herat taxtına cülus etməsi:
Heratın özbək əyanları pərişan olub belə qərara
gəldilər kı, şücaətli və dilavər adam olan Yetim Sultanı Herata
gətirsinlər və ona uca “xan” ləqəbi versinlər, bütün Xorasan əmirləri
onun ətrafına toplaşsınlar və məmləkəti qorumaqla məşğul olsunlar.
Hamının məsləhəti ona itaət etmək oldu. Elə həmin gün Hacı bəy
onun yanına adam yollayıb məsələni bildirdi. Bundan belə
"Dinməhəmməd xan" adlandırılacaq Yetim Sultan bu şad xəbərin
doğru olub-olmadığını müəyyənləşdirdikdən sonra, şadimanlıq
papağını öz iqbal başına əyri qoydu, beyin sarayına qürur havası
doldu, səltənət və padşahlıq etmək qərarına gəldi. Ona qarşı
inadkarlıq etmiş Molla Qara və Məhəmməd Sultan qorxudan
qaçdılar və əsgərlər Dinməhəmməd xana birləşdilər. Şəhərin özbək
əyan-əşrafı ilə orada olan Hacı bəy silahsız halda onu qarşılamağa
927
çıxdı və Pole-Malanda onun mülazimətinə yetişdi, qarşısında diz
çökdü və xanın ali ordusu ilə birlikdə şəhərə gəldi.
Amma, həmin gün bəd bir saatda başlamışdı və ay (qəmər)
alovlanma yolunda (təriqeye-mohtəreqe) idi. Nəsə başqa bir əməlin
başlanmasından qorxan Dinməhəmməd xan saatın yaxşı, ya pis
olmasının fərqinə varmayıb, həmin nəhs saatda şəhərə daxil oldu,
sultanların iqamət yeri olan "Bağe-şəhr"də dayandı, səltənət işləri
tədbirlərinə başladı, Xorasanda yaşayan seyidlərə, varlı adamlara,
əhaliyə, qala və şəhər mühafizlərinə nəvazişanə yərliğlər yolladı.
Həcc səfərindən qayıdıb onun yanına gələn babası Yarməhəmməd
xan çingizilərə xas qaydaya rəğmən onu "padşah" adlandırdı, xütbə
və sikkəni onun adıyla bəzədi. Xorasan əmirləri də itaət qədəmlərini
irəli atıb Dinməhəmməd xanın ətrafında toplaşdılar. O isə, əhahəzrət
zilləllah şah ilə başladığı dostluğu unudub (nesyan) Xorasan
məmləkətlərini zəbt etmək məqamına gəldi. Özbək əmir və
əyanlarının hər birini öz istəyinə uyğun olaraq ali mənsəblərə təyin
etdi, asudəliklə səltənət balışına baş qoydu.
Şer
Saqinin zülfünü tutmuş o həriflər necə xoş!..
Yaxşıdır qoysa fələk onları bu halətdə.
627
Əbdülmömin xan və qızılbaş ləşkərinin Xorasana gəlişi
xəbərinin yayıldığı ilk gün bu xəbər Xorasan özbəklərini elə təlaşa
salmışdı ki, onların hamısı savab yolu itirib boş əndişələrə və
mənasız fikirlərə dalaraq, öz vəziyyətləri barədə düşünməkdəydilər.
O cümlədən, o vaxt Əbdülmömin xanın fərmanı ilə Mərvin Şahican
adlı mahalının hakimi olan mötəbər özbək əmiri Süleyman
Yasovul, deyildiyinə görə, Canı bəy xanın nəslindən və Abdulla
xanın qohumu olan və dərvişlik libası geyib homin vilayətdə
avaralanan Qasım Sultan adlı bir şəxsi yanına gətirib, ona hakimlik
verərək Mərv Şahicanına, Çaharsuya, Nisaya, Xorasana Bavərdə və
o hüduddakı yerlərə göndərdi. Dinməhəmməd xanın Xorasanda
xəbəri eşidiləndən sonra Süleyman Yasovul etdiyi bu cürətdən
627
Şerin farscası:
Xoş qereftənd hərifan səre-zolfe-saqi,
Gər fələkşan begözarəd ke qərari girənd.
Dostları ilə paylaş: |