949
qaldı. Bostan sahibləri onu görüb tamdılar, həbs edib Heratda şahın
yanına gətirdilər.
Padşah Dinməhəmməd xanın öldürülməsi:
Bu əsnada Dinməhəmməd xanın öldürülmə xəbəri də
gəlib çatdı və xəbər düzgün çıxdı. Amma, onun necə öldürülməsi
məlum deyildi. Bəzi adamlar dedilər ki, atdan yıxılıb ölüb. Yuxarıda
adını çəkdiyimiz Mövlana İbrahim Münşi isə belə söyləmişdi:
"Çehel doxtəran"a qədər onunla həmrah idim. Atdan yıxılması
barədə deyilənlər düz deyil, səhih olansa budur: Xan elə ki, Maruçaq
yaxınlığındakı Qaqçi eli adamlarının yanına gəlib-yetişdi, çoxda qan
itirdiyi üçün olduqca zəifləmişdi. Yanındakı adamlar onu bir qədər
dincəlməkdən ötrü bir tərəfdə atdan düşürdülər, özləri isə xan üçün
xörək gətirmək məqsədi ilə qaqçilərin yanına getdilər. Həmin
camaat ondan xəbər tutub üstünə tökülüşdü və işini bitirdi".
Xülasə, xan elə oradaca axirət sarayına yollandı və
yoldaşları onun cəsədini elə o yaxınlıqda torpağa tapşırdılar. Bu
haqda başqa bir fikir də vardır: "Qaqçi camaatı onun cəsədini
Murğab çayına tullamışdır".
Sözün qısası əlahəzrət bir neçə gün şəhər xaricində dayanıb
öz şərafətli vaxtını kəsilmiş başlara və ələ keçirilən axtərmələrə
baxmaqla keçirdi. O hər kəsi göstərmiş olduğu mərdanəliyə görə
mükafatlandırırdı. İraqda Herat işləri barədə Fərhad xana muştuluq
yolladı. Həmin cəng zamanı öz tədbirsizliyi üzündən məğlubiyyətə
uğradığına görə şah daxilən xandan incimişdisə də, amma dediyi
sözə əməl edib Heratın əyalət və mülkiyyət ipini və Xorasan
əmirəlüməralığını ona verdi. Xanın vəkilləri Xorasan məmləkətinin
sahmana salınmasına başladılar və onun adamlarının əksəriyyəti
şəhərdə yerləşdi. Elə o əsnada fələyin qəzası və asimanın qədərinə
uyğun olaraq Fərhad xanın qəribə bir şəkildə qətli baş verdi, Herat
hakimliyi və bütün Xorasanın əmirülüməralığı şəmşir qorçisi
Hüseyn xan Şamlıya verildi.
950
FƏRHAD XANIN QƏTLİNİN ZİKRİ, O VAXTLARDA BAŞ
VERƏN BƏZİ HADİSƏLƏRİN BƏYANl VƏ ALLAHIN
KÖMƏYİ İLƏ XORASAN İŞLƏRİNİN TƏNZİMLƏNMƏSİ
Dünyanın aqil adamlarına və bilik sahiblərinə aşkardır ki,
sultanlarla yaxınlıq etməyin mənəvi ünsürü qanla qarışmışdır və
padşahların qəlb aləmi başqa bir aləmdir. Ayıq ürəkli, hüşyar başlı
adam gərək böyüklük badəsinin nəşəsindən məst olmasın, sultanlara
yaxın cövlangahda onun fikir və əndişə ayağı sürüşməsin.
Sultanların xidmətində o qədər rəy və tədbir sahibləri olmuşlar ki,
onlar ali rütbələrə çatmış, sonradan yaxınlıq şəraitində ikən sədaqət
yolundan dönmüş, dövranın şilləsinə tuş olmuş, onun savadsızlıq
ətəyi yaxınlıq atəşi ilə odlanmış və nəticədə həmin odla da
yanmışdır. Xoş o adamın halına ki, elə vəziyyətdə ona İlahinin
köməyi yetişmiş, bu sətirlər müəllifinin rübaisində deyildiyi kimi,
özünə sultanla yaxınlıq sərmayəsi qazanmışdır.
Rübai
Etsən də yaxınlıq şaha, bihuş olma,
Vəslin meyini nuş eylə, mədhuş olma.
Hərçənd ki, dostdan sənə çox naz gəlir,
Öz meylini ərz eylə ki, xamuş olma.
634
Fərhad xanın qətlinin səbəbi:
Bir neçə il kamkar şəhriyarın diqqəti ilə cürbəcür inayətə
yetişib başqalarından üstün olan Fərhad xanın acınacaqlı vəziyyəti
barədə həqiqət belədir: O, ifrat nəfsin ucbatından öz sədaqət ipini
əlindən verdi və nəticədə ipə keçdi. Fərhad xan qətlinin zahiri səbəbi
budur: O həmişə şahın yanında boş söhbətlər edir və deyirdi:
"Arzum budur ki, həzrət şahın da olduğu bir döyüşdə öz canımı
hümayun şaha qurban edim".
634
Rübainin farscası:
Ey del, ze şərabe-qorb bihuş məşov,
Və-z badeye-vəsl məst-o mədhuş məsov.
Hərçənd ze dust biştər bini naz,
Dər ərze-niyaz quş-o xamuş məşov.
951
Fərhad xanın qürur badəsi onun güman (pendar)
badəsindən [daha çox] aşıb-daşdığına görə o, həmin qəflət badəsinin
bir sərxoşuna çevrildi və Dinməhəmməd xanla baş verən cəngdə
zəiflik göstərərək məğlub oldu. Bu məğlubiyyət nəticəsində az
qalmışdı ki, bu əbədi dövlətə və müzəffər müqəddəs zata (Şah
Abbasa - Ş.F.) göz (çeşme-zəxm) dəysin. Buna görə də Fərhad xan
başqalarına ibrət olsun və [dilindən] "öz canımı döyüş meydanında
vəlinemətimdən ötrü qurban verərəm" kimi yalan sözlər bir daha
çıxmasın deyə, gərək cəzalandırılaydı. Bu qətlin başqa bir səbəbi isə
budur: Vaxt ötdükcə əlahəzrətin xana qarşı şəkk-şübhəsi artır və şah
onu sınayırdı. Xanın hərəkətlərini müşahidə etdikcə həmin şəkk get-
gedə çoxalıb, yəqinlik sərhədinə çatdı. Elə Fərhad xanın özü də
bunu hiss etmişdi.
Öz rəyi, hüşyarlığı, əqli olan xan hadisələr burulğanında
ruzigar tərəfindən cəzaya məruz qaldı. Şahın sayəsində bu qədər
cah-cəlala və ucalığa yetən xan şahanə şəfəqqətlərin qədrini bilmədi,
şeytan onu öz yolundan döndərdi, ona qismət olan nemətin qədr-
qiymətini anlamadı.
Fərhad xanın qətli:
Açıq-aşkar görünən sübutlar hümayun şahın xan
barəsindəki fikrini qətiləşdirdi, onun şüurunun işığı bu məqsədə
yönəldi və xan şaha olan etibarı əldən verdi. Nəticədə, qəzavü qədər
icraçıları onun qətlinə hazır oldular, Allahverdixana, bəzi əmirlərə
və qulamlara bu işin yerinə yetirilməsi tapşırıldı, onlar da onun
evinə gedərək işini bitirdilər. Allahverdi xan əlini uzadıb onun
xəncərini belindən çıxararkən, xan, artıq məsələnin nə yerdə
olduğunu anladı. Fərhad xan türk ibarəsi ilə təkcə belə deyə bildi:
"Beləmi oldu?" Yəni "Mənim işim beləmi oldu?" ("Karema çenin
şod?"). Azərbaycan əmirülümərası olan onun qardaşı Zülfüqar xan
qardaşının qətli ilə əlaqədar özünün də öldürüləcəyini güman edib,
özünü hümayun dövlətxanaya çatdıraraq bu qətlə mane olmaq
istəmişdi. Amma, əlahəzrət... (kitabda ərəbcə yazılan ifadə
anlaşılmır – Ş.F.) sözlərinə əməl edib, Zülfüqar xana qarşı lütfkarlıq
və şəfəqqətdən başqa heç nə etmədi. O, elə həmin gün Zülfüqar xanı
qiymətli xələtlərlə sərəfraz etdi və onun pərişan əhvalı xatircəm
oldu. Xan istək və sufi heysiyyəti ilə (sufigəri) mürşidi-kamilin (Şah
Abbasın - Ş.F.) mübarək fikrinə təşəkkür edərək belə dedi:
Dostları ilə paylaş: |