952
"Qardaşım öz cəzasına görə qətl olundu, amma nə üçün bu iş mənim
də başıma gətirilmədi?" Əlahəzrət bu hadisədən sonra həmişə iki
cəhətdən öz kədərini izhar edir və heyfsilənirdi: Birincisi, neçə il
Fərhad xanı yetişdirib bu uca mərtəbəyə qaldırdığına görə, ikincisi
isə ona görə ki, izzət büsatından (yəni şah məclisindən - Ş.F.)
uzaqda olan adamlar şaha yaxın adamların etdikləri hərəkətlərdən
bixəbər olub, məbadə başqa hərəkətlərə yol verə bilərlər.
Xülasə, şah Fərhad xanın öldürülməsindən sonra Herat
hakimliyini şəmşir qorçisi Hüseyn xan Şamlıya verdi, ağalar
zümrəsindən olan Bəktaş Sultan Ustaclıya əmirlik rütbəsi verərək
şərəfləndirdi və onu Maruçaq qalasının və Murğabın zəbti üçün
göndərdi. Bəktaş Sultan Maruçaq qalasını təmir edib Murğabı tutdu
və həmin yerləri abalaşdırmağa səy göstərdi, Xorasan vilayətlərinin
hər birisinin hakimliyi sədaqətli əmirlərə tapşırıldı.
Bu vaxt, özbək ləşkərinin vurduğu sədəmələrdən, habelə
Yetim Sultan və qardaşlarının talançılığından Sistan vilayətini tərk
edib cahanpənah dərgaha gəlmiş Məlik Cəlaləddin xan Sistani, o
zaman Qəndəharda olan şahın xidmətinə yetişdi və [əlahəzrət]
Gəncəli xana verdiyi Sistan hakimliyini yenidən məlikə qaytardı.
Təbəs hakimi olan Mehrab xan Qacar həmin yolla
hümayun ordu ilə gedib Tunda oranın hakimi olan Allahyar Oğlanı
mühasirəyə aldı. Günün isti vaxtında, qazilərin yorulub istirahət
etdikləri zaman Mehrab xan şəhərdən çıxdı. Tunda olan özbək
dəstəsi fərar etməyə başladıqda bundan xəbər tutan xan onları təqibə
başladı, Allahyar Oğlanı ələ keçirərək, başqa özbəkləri intiqam
qılıncı ilə qətlə yetirdi, Allahyarı isə ali saraya gətirib şahın inayət
və iltifatına layiq görüldü, Xaf və Baxərz hakimliyi ona verildi.
NURMƏHƏMMƏD XANIN QIZILBAŞ DÖYÜŞÇÜLƏRİ İLƏ
MƏRVƏ GETMƏSİ, ONUN VƏ XARƏZM VALİSİ HACI
MƏHƏMMƏD XANIN ÖZ İRSİ MÜLKLƏRİNİN TAXTINDA
OTURMALARI, BÖYÜK ŞAHƏNŞAHIN İQBALININ GÜCÜ
İLƏ MƏHƏMMƏD İBRAHİM SULTANIN ƏLƏ
KEÇİRİLMƏSİ VƏ MÜZƏFFƏR MƏİYYƏTİN İRAQA
TƏRƏF QAYITMASININ ŞƏRHİ
Xorasanın fəth olunması əhvalatının əvvəlində Budaq
xanın bir dəstə əzəmətli qorçi ilə Nurməhəmməd xanla birlikdə
Sahican Mərvinə göndərilməsi barədə məlumat verilmişdi. Onlar
953
sağ-salamat o tərəfə yola düşdülər. Bağdada çatdıqda, Abdulla xanın
əmisi oğlu, Əbdülmömin xanınsa dayısı oğlu, on səkkiz yaşlı
yaraşıqlı bir cavan olan Bağdad hakimi Tursun Məhəmməd Sultanın
oğlu Məhəmməd İbrahim Sultan bir-birinin ardınca gələn
xəbərlərdən, yəni Mavərənnəhrdəki qarma-qarışıqlıq, müzəffər
şah məiyyətinin yürüş yerinə yetişməyi, Nurməhəmməd xanın
qızılbaş ləşkəri ilə gəlib-çatmağı barədəki xəbərlərdan hali olduqda,
canına brzə düşdü, istədi ki, özünü tez-tələsik Mərvə çatdırsın və
Çəharcu* yoluyla Buxaraya getsin. Əzəmətli qorçilər və çekəni
qaziləri dərhal onun ardınca yola düşdülər və ay haləsi kimi onu
dövrəyə aldılar. Onun xidmətində olan özbəklər qızılbaş ləşkərinin
hücumuna tab gətirməyib, cəngdən sonra qaçış yoluna düşdülər.
Məhəmməd İbrahim Sultan müzəffər qazilərin əlinə keçdi. Onlar
həmçinin Nisa və Əbivərd vilayətini zəbt cdib, Şahican Mərvinə
doğru yola düşdülər.
Mərvdə olan Süleyman Yasovul və Dinməhəmməd xanın
qardaşı Vəli Məhəmməd Sultan hümayun məiyyətin gəlişi və
Nurməhəmməd xanın buraya varid olması xəbərini eşidərək pərişan
oldular, amma Mərv vilayətində yaşayan qəbilələrin əksəriyyətini və
o diyarın bütün əhalisini bu mülkün varisi olan Nurməhəmməd
xanın tərəfdarı gördülər. Çarəsiz qalaraq, daha burada qalmağın
çətin olacağını düşünərək, qəm-kədərlə əllərini mülkdən və maldan
üzdülər, arxayın bir yerə getmək istədilər.
Məlum oldu ki, şahın zəfər ayəli ordusu müqəddəs
Məşhəddən Herata yollanmış və qiyamətəsər qızılbaş ləşkəri
Xorasanın hər tərəfini bürümüşdür. Buna görə də, onlar Herata gedə
bilməyərək, Dinməhəmməd xana qoşulmadılar, məcburiyyət
üzündən Çəharcu yoluyla Buxaraya tələsdilər. Nurməhəmməd xana
sədaqət şüarını irəli sürən Mərv əhalisi onun istiqbalına çıxdı, o
hüdudun əhalisi, cəlayir qəbilələrinin başçıları və həmin yerlərin
başqa türkmanları Nurməhəmməd xanın başına toplaşılar, hamısı
birlikdə zəfər və iqballa Mərvə gəldilər.
Bu işlər baş verən vaxt Heratın fəthi və özbək ləşkərinin
cəzaya məruz qalma xəbəri gəlib onlara yetişdi, şadimanlıq
nağaraları səslənməyə başladı, bu vilayətdə xütbə və sikkə hümayun
şahın adı və ləqəbi ilə bəzəndi. Budaq xan və bu ədəbiyaşar dövlətin
əmir və qorçiləri Nurməhəmməd xanı öz irsi mülkünün səltənət
taxtına əyləşdirib, Məhəmməd İbrahim xanı bir dəstə qızılbaş qazisi
ilə şahın yanına yolladılar. Məhəmməd İbrahim xan Herat
954
darüssəltənəsində [şahın] irəm məclisinə yetişməklə izzətləndi,
şahın nəzərinə və iltifatına layiq görüldü. Əlahəzrət, xanı öz
xosrovanə diqqəti sarıdan xatircəm etdi və o, əvvəlkindən də artıq
diqqətə məruz qaldı. Xanın izzət və ehtiramla qorunmasını xasseye-
şərifə qulamı Təhmasibqulu bəy Gürcüyə tapşırdılar. Həmçinin Hacı
Məhəmməd xan tərəfindən belə bir sədaqət ayinli məktub gəldi:
"Şahın diqqəti və iltifatı sayəsində Xarəzm məmləkətləri, əvvəllərdə
olduğu kimi, bizim əlimizə keçdi, bu vilayətin torpağı müxalifət
əhlinin tör-töküntüsündən təmizləndi, bu dövlətxah adam izzət və
ucalıq taxtında əyləşdi. Bu beytlər onun halına münasibdir:
Beytlər
Əgər hər tükümün olsa bir dili,
Səndən ötrü dua etməsi bəlli.
Hələ şükür dili açmamışam mən,
Hələ deməmişəm sənə şükrümdən.
635
Sözün qısası, bu hadisələrdən sonra Bağşəhr Bəhram qəhrli
xosrovun iqamət yeri oldu, [şah] orada Xorasan işlərinin
nizamlanmasına, ehtiyac sahiblərinin və dövlətxah adamların
mətləblərinin həllinə başladı. Özbəklərin hakimiyyətləri vaxtı
dövlətxahlıq izhar edən, din və dövlət yolunda çalışan, öz qalalarını
qoruyan, vətənlərindən çıxıb İraqa gələn bütün Xorasan əhlinə
ənamlar, soyurğallar və yaxşı xələtlər verildi, onlar imtiyazlara layiq
görüldülər.
Şah Abbasın Heratdan müqəddəs Məşhədə qayıdışı:
Məmləkət işlərini gördükdən, əskər və rəiyyətin dərdinə
çarə etdikdən sonra müzəffər məiyyət müqəddəs Məşhədə tərəf
hərəkətə başladı, oraya çatıb bir ayadək həmin cənnətnişan yerdə
dayandı, müqəddəs astana sərkarının işlərinə əl yetirdi, oranın
xidmətçilərinə, müdərrişlərinə*, heffazlarına**, başqa əmələ və
635
Beytlərin farscası:
Əgər hər muye-mən gərdəd zəbani,
Şəvəd hər yek to-ra təsbihxani.
Hənuz əz bizəbani xofte başəm,
Ze səd şokrət yeki nagofte başəm.
Dostları ilə paylaş: |