955
xidmətkarlarına, kasıblara və təqaüdçülərə (ratebexar) cənnətməkan
şahın hakimiyyəti vaxtında olduğu kimi kömək olundu. Sərkar üçün
zəruri olan hər şeyi onun sərəncamına tapşırdı, ona qiymətli daş-
qaşlar, qızıl və gümüşlə işlənmiş qəndillər, şamdanlar, gözəl Kirman
xalıları və qab-qacaq verildi, müqəddəs rövzənin gözəlləşməsinə
çalışdı. O, müqəddəs Məşhəddə olduğu hər gün ərzində həmişə
ziyarət səadətinə yetişdi, istəyi və etiqadı hədsiz olduğu üçün
vaxtının çoxunu şəxsən xadimlik, fərraşlıq və sair işlərdə iştirakını
əsirgəmədi, bu işləri görməklə iftixar etdi. Xorasanda daha heç bir
görüləsi iş qalmadığından, müqəddəs rövzəyə əlvida dedi və zəfər
ayəli ordu Radkan və Xəbuşan yoluyla Astrabada getməkdən ötrü
Dəşte-Bəhryana doğru hərəkətə başladı.
UCA QƏDİR-QİYMƏTLİ XAQANIN ÜRƏKAÇAN RADKAN
SƏHRASINDA ŞİKARA ÇIXMASININ ZİKRİ
Zərəfnişan məiyyətin gəlib çatdığı Radkanda hümayun
şahda şikar nişatına başlamaq meyli baş qaldırdı. Qəmərğə*, yəni
şikarcərgə hazırlandı, müzəffər əsgərlər fərmana əməl edərək, bir
neçə gün ərzində ov heyvanlarını artıq müəyyən bir yerə
cəmləşdirmişdilər. Cərgə dairəsi qapanan vaxt, bu cərgəyə o qədər
heyvan yığılmışdı ki, qorxu (vəhm) mühasibi onların sayını
hesablamaqda aciz qaldığını etiraf edirdi. Cərgə meydanının hələ bir
fərsəx
636
sahəni əhatə etdiyi vaxt əlahəzrət meydana girdi və onun
nəzəri bir neçə çöl eşşəyinə (xərgur) sataşdı. O, hər addımı fələyin
sürətindən iti olan külək sürətli atını həmin nişat artıran meydanda
çövlana gətirərək cilovu o gurxərlərə
637
tərəf çevirdi, onları bir qədər
qovduqdan sonra ox və qılınc ilə hamısını yaralayıb yerə yıxdı.
Döyüş meydanının get-gedə genişləndiyi sübh çağından axşama
qədər şah at sürməkdə və ov ovlamaqda oldu. İzzət büsatının cəmisi
iki-üç yaxın adamı şahın yanında şikara çıxmışdısa da, onlara ov
ovlamaq icazəsi verilməmişdi. O həzrət bəhrami
638
kamanı hər dəfə
işə saldıqca cilovdarlar iti qanadlı qartallar kimi ona dəstə-dəstə iti
oxlar gətirirdilər. Qanadlarını geniş açmış o həzrətin çəkdiyi yayın
636
6 km.
637
Müəllif bu dəfə "xərgur" əvəzinə "gurxər" yazır - Ş.F.
638
Bəhram Gurun kamanına işarədir.
956
səsindən ahular və başqa heyvanlar çaxnaşmaya düşürdülər.
Əlahəzrətin ovladığı hər bir heyvan ona yaxın olan adamlar
tərəfindən sayılırdı.
O gün əlahəzrətin atdığı oxlarla yüz altmış iki heyvan həlak
torpağına sərildi. Şikar dairəsi daraldıqda, bəzi əmirlər və şaha yaxın
adamlar rüxsət alıb cərgəyə daxil oldular. Az sonra müqəddəs
ordunun mülazimlərinin, yaxın adamlarının, qorçilərin, qulamların
əksəriyyəti də izn alaraq şikara başladılar. Nəhayət, bütün
döyüşçülərə rüxsət verildi. İş o yerə çatdı ki, iti qaçışlı ahular
yorulub hərəkətdən qaldılar, belə ki, piyadalar cərgəyə girib onları
əlləri ilə tuturdular. Heyvanlar o qədər çoxdular ki, hesaba
gəlmədilər, amma:
Misra
Bircə kəs də qalmadı əlinə ov keçməsin
639
Hələ də cərgədə iki-üç min ahu heyrət içində və sərgərdan
halda vurnuxur, özlərini əziyyət tələsinə düşən görüb, çıxış yolu
tapa bilmirdilər. Nadir hadisələrdəndir ki, bir neçə heyvanda qəribə
hallar müşahidə olundu. Belə ki, həmin biçarələr başqa çarə
tapmayıb qeybdən onlara gələn bir istək (elham) hissi ilə özlərini
əlahəzrət dayanan yerə çatdırıb, oranı təhlükəsiz yer sandılar, o
həzrətin dövrəsində dayandılar. Sonra bir neçə dövrə hərlənərək,
hamısı o izzət və məqam sahibinə pənah gətirib, elə oradaca dizləri
üstə çökdülər. Onların belə hərəkəti qoyunların "yataq" ("yətaq")
etmələrinə bənzədi. Əlahəzrət bunu müşahidə edib ovu dayandırdı
və hamıya bir daha heyvanlara toxunmağı qadağan etdi.
Bir qədər uzun sürən (momtəd) vaxtdan sonra, günəş qürub
edərkən ahular bir qədər dincəldilər və əhahəzrət onları azad etmək
qərarına gəldi, əmr etdi ki, cərgənin çöl tərəfini açıb heyvanlara yol
versinlər. Artıq heç kimin onları ovlamaq cürəti yox idi. Təxminən
iki-üç min heyvan bəla girdabından qurtuldu və çölə tərəf götürüldü.
Ertəsi gün hökm olundu ki, ovu olan hər adam ovunu şaha
göstərsin. Bütün şikarları bir yerə yığdılar və onlar məzəffər əsgərlər
arasında bölüşdürüldü. Sonra oradan ov edə-edə çıxıb Xobuşan və
639
Misranın farscası:
Kəsi nəmand ke, seydi nəyamədəş dər dam.
957
Səməlğan yoluyla Bəhryan çölünə çatıb dayandılar. Əlahəzrətin
fikrinə Astrabada getmək və həmişə o vilayətə zərər vuran oxlu və
kuklən üsyançılarını cəzalandırmaq, sonrasa Astrabadın işlərini
tənzimləmək düşdü. Buna görə də yürüş cilovu o tərəfə
istiqamətləndi.
HÜMAYIN ŞAH MƏİYYƏTİNİN ASTRABAD
SƏMTİNƏ YÜRÜŞÜ, BƏDNİYYƏT DÜŞMƏNLƏRİN
CƏZALANMALARI VƏ MÖHTƏŞƏM
MÜBARƏKABAD QALASININ TƏMİRİNİN ZİKRİ
[Bu kitabın] birinci səhifəsinin "Hər ildə baş verən
hadisələr" hissəsində Astrabad və oradakı qarışıqlıq barədə bir qədər
məlumat verildiyinə baxmayaraq, yenidən o haqda danışmaq
təkrarçılıq, ətalət və yazılanı yenidən yazmaq olsa da, burada
münasib görüldü ki, oxucuların tam məlumata malik olmalarından
ötrü bir daha o vilayətin vəziyyətindən yığcam şəkildə bəhs edilsin.
Xülasə, Astrabad darülmülkü İran torpağının gözəl və
ürəkaçan yerlərindəndir. Bu vilayət bir tərəfdən Xəzər dəryasına
birləşir, olduqca gözəldir, oranın bahar (rəbi) və payız (xərif)
fəsilləri eynidir, cənnətin bir parçasıdır. Əhalisi iman bəzəyi
(həliyye) ilə bəzənmişdir, zöhd və təqvada ali dərəcəli
adamlardandır. Amma, yolkəsən adamlardan da xali yer deyildir,
Təbəristanın başqa yerləri kimi onların başlarında hərdənbir üsyan
havası olur ki, o təbəqədən olanlan "siyahpuş" adlandırırlar.
İran mülkünün əmniyyət və istiqlalının həzrət cənnətməkan
şah dövründə, həmin yerin hakimləri siyahpuşluq havasını
başlarından çıxarıb şaha rəiyyətlik edirdilər, lakin "Xarəzm valisinin
təbəələri (ətobba)" və "yəqə türkmanları" kimi tanınan sayınxani,
oxlu, kuklən, eylur ("eymur" olmalıdır - Ş.F.), salur və başqa uluslar
Cürcan və Xarəzm vilayətləri arasında, Ətrək çayı kənarında
yaşayırdılar. Onlar sonra Gürgan çayınadək gəlib həmin sonsuz
səhrada əkinçiliklə məşğul olaraq Cürcan hakimlərinə əkin
vergisi (male-məzrui) verməyə başladılar. Amma, hakimləri
məmləkətin abadlaşdırılması qane etmədi. Get-gedə həmin
təbəqədən olan adamlar tüğyana qalxıb Astrabad məmləkətinə
əliuzunluq etməyə başladılar. Astrabad hakimləri də, onların
fitnələrini dəf etməyə çalışdılar və buna görə də, Astrabad hüdudu
çox vaxt fitnəkarlıqdan xali ola bilmədi. Cənnətməkan şah onların
Dostları ilə paylaş: |