964
(hezbe-şeytan) azacıq varı olan adamın evinə gedir, onu qətl
edəcəkləri ilə hədələyir, sakinlərin var-yoxlarını əllərindən alırdılar.
Onlar namuslu adamların üzə duracaqlarından (hətk) qorxmayaraq
namussuzluqlar edirdilər. Məsələn, Xacə Şərəfəddin Savəri iki dəfə
özünün çoxlu siyahpuşu ilə qadın hamamına getmiş, qadınların
mülazimlərini hamamdan çölə çıxarmış, lüt-üryan qadınları
qəddarlıqla (onf) kafir və firənglər kimi əsir etmiş, az vaxt
keçdikdən sonra onları bir-bir yenə öz sahiblərinə satmışdılar. Elə
pis əməlli adamların cəzalarını verməmək, hərc-mərclik günlərində
olsa belə, ülviyyətin (robubiyyət) zülalı olan sultanların ədalət
tərəzisi ilə ölçülməlidir, çünki əgər zəiflər, məzlumlar və bəd
adamlar cəzalanmazlarsa, rahat ola bilməzlər. Buna görə də,
[əlahəzrət]
məmləkəti
qorxu-hürkü
bilməyən
adamlardan
təmizləməyi lazım bildi.
Beyt
Fələkdən mükafat almaq istəsən,
Gərək bəd işlərdən yan olasan sən.
643
Sözün qısası, cahanı bəzəyən (cəhanpira) ədalətli rəy sahibi
olan şah xudpəsənd zülmkarları öz cəzalarına yetirmək qərarına
gəldi. Seyidlərin, üləmanın, din adamlarının və soyurğal sahiblərinin
işləri ilə məşğul olduğu bir gün, onların və övladlarının öz keçmiş
xasiyyətlərini tərk edib-etməyəcəkləri, yaxud yenə də quldurlar kimi
siyahpuşlarla əlaqədar olub-olmadıqları barədə məlumat almaqdan
ötrü siyahpuş sərdarlarını da hümayun məclisə gətirdilər.
Bu günün işini görüb qutardıqdan sonra əlahəzrət, Xacə
Şərəfəddin Savəridən Mürtəzaqulu xan Pornak barədə məlumat
soruşdu: "O, Astrabada necə gəlmiş və necə də buranı tərk
etmişdir?". Nadan xacə bu sorğu-sual vaxtı, özünün hərc-mərclik
vaxtı etdiyi zülmlərin artıq əlahəzrət tərəfindən bağışlandığına ümid
edərək, camaata və qızılbaş qazilərinə qarşı öz ağılsızlığı üzündən
etmiş olduğu zülm və namussuzluqdan da danışdı ki, bəlkə şahanə
qəzəb bəhrindən qurtula bilsin. Amma məzlumların çəkdikləri ahın
643
Beytin tərcüməsi:
Ço bəd kərdi məbaş eymən ze afat
Ke xahi yaft əz gordun mokafat.
965
oxları və acizlərin duaları ulduzlar (əqtəran) tərəfindən artıq qəbul
olunduğundan və belə zalımların cəzalanmaları Allahın təqdir
səhifəsində müsbət qarşılandığından, xacənin bu yaltaqlığı və şirin
dili onu qəzadan yayındırmadı. Onların hamısını tutdular, zəmanə
qəhrəmanının qəhr şəhnəsi onları cəzalandırmağa başladı. Xacə
Şərəfəddin Savərini parça-parça doğrayıb, onun hər parçasını o
məhəllədə və o hamamın qapılarından asdılar, bəzi siyahpuşları
zülmlə öldürüb, onların xəbis cəsədlərini, baxanlara ibrət olsun
deyə,
644
şəhər darvazalarından başıaşağı asdılar, başqa bir neçə
nəfərinsə, adamlara dərs olsun deyə, gözlərini çıxardılar.
Xülasə, o zülmkarların hər biri, öz əməllərinin heç kimin
hələ görmədiyi cəzasına çatdılar. Camaatın fərəh sədaları, sevinc və
şadlıqlarının avazı Keyvan səyyarəsinədək ucaldı və onlar gündən-
günə böyüyən bu dövlətə dua etməyə başladılar, hürkmüş ürəklər
yenidən aram oldu, ürəklərin yaraları tamamilə sağaldı. Cah-cəlal
ordusu İraqa getdikdən sonra Astrabad hakimi Hüseyn xan da
hümayun işarə alaraq, üsyankarların axtarışı ilə məşğul oldu, dövlətə
qarşı çıxanların hamısını aradan götürdü. Elə cəza üsullarına əl atdı
ki, bundan sonra heç kim qarşı çıxmağa cürət edə bilmədi.
Siyahpuşlar təbəqəsi qorxunun şiddətindən siyahpuşluq havasını
başlarından çıxarıb, ayaqlarını salamatlıq və rəiyyət olmaq ətəyində
saxladılar, Astrabad vilayəti başqa İran məmləkətləri kimi əmin-
amanlıqda oldu.
ƏLVƏND DİV MAZANDARANİNİN ƏLƏ KEÇİRİLMƏSİ,
MÜZƏFFƏR MƏİYYƏTİN MAZANDARANA YÜRÜŞÜ VƏ
HƏMİN BEHİŞTNİŞAN VİLAYƏTİN NİZAMA
DÜŞMƏSİNİN ZİKRİ
Əlahəzrət zilləllah şah Astrabad işlərindən azad olduqdan
sonra, hələ də meşədə müxalifət və tuğyanda olan Əlvənd Divi və
div timsallı adamları ələ keçirməkdən ötrü onların olduqları yerə
yürüş etdi. Şahın qərarı beləydi ki, əgər bu qış Mazandaranda
qışlamaq belə lazım olarsa, orada qalıb, meşə və cəngəlliklər
özlərini yarpaq yükündən təmizləyən vaxtlarda, başında düşmənçilik
və tuğyan olan hər bir kəsi tutsun ki, həmin behiştnişan vilayət
üsyançılardan və saxtakar adamlardan təmizlənsin və o, İraqa tərəf
644
İfadənin ərəbcəsi: "Ebrətun-lin-nazerinə".
966
getməyə başlasın. [Şah] Mazandaran əyanlarına da bol vədlər
verərək, onları da Əlvənd Divi və başqa düşmənləri tapmağa cəlb
eylədi, bir dəstə adamı hələ hümayun məiyyət yollanmazdan əvvəl
onların axtarışına rəvan etdi.
Əlvənd Divin Şah Abbas dərgahına pənah gətirməsi:
Bu xəbər Əlvənd Divə çatdıqda o, nicat yolunu fələknişan
dərgaha gəlib aman istəməkdə gördü. Əvvəlcə, bir adamını alı
dərgaha yollayıb ona pak xislətli, gözəl təbiətli şahzadə, yəni
əlahəzrətin bibisinin (əmmə) əziz oğlu (nəvvabe-mostətab) oğlu ilə
görüşməyi və belə deməsini tapşırdı: "Əgər [şahzadə] aləmin ən
mərhəmətli adamı olan
645
şahdan bu günahkar [bəndənin]
günahlarının bağışlanmasını xahiş edərsə və mən əfv olunaramsa,
başımı ayaq edib aləmpənah dərgaha gələrəm." Əlahəzrət
vəziyyətdən agah olub söz verdi ki, əgər Əlvənd Div sədaqətlə
xalqlara pənah verən dərgaha gələrsə, öz canı, malı, torpağı və
namusu ilə amanda olacaqdır, yoxsa bunu bilsin ki, inşallah, onun
dəf olunmasınadək Mazandarandan başqa bir yerə getmək mümkün
olmayacaqdır.
Əlvənd Div bu iltiqat və mehribanlıq müjdəsi xəbərini
eşitdi, şahın mürüvvətinə söykənərək, ümid üzünü cahanpənah
dərgaha tutdu, özünü hümayun dövlətxana qapısına çatdırdı. Həzrət
də, vəd etdiyi kimi, onu nəvazişləndirərək, etdiyi əməllərə əfv
qələmi çəkdi. Divin qarşısına belə şərt qoyuldu ki, o,
[Mazandaranda] hakim olmaq havasını başından çıxarsın, öz
fərzəndləri və əhl-əyalı ilə İraqa gəlsin, hala münasib olaraq, bu
uzunömürlü dövlətin kölgəsi altında ömür sürsün, bəla və qorxu
(məxavət) sarıdan arxayın olsun. Əlvənd Div bu xeyirxahlığa və
canına zərər yetirilmədiyinə görə başına şadimanlıq papağı qoydu,
bir neçə günlük ömrü qənimət bildi, fərzəndləri və yaxın
adamlarıyla İraqa gəldi, Şiraz darülmülkündə yaşamaq istədi və
həmin tərəfə də yollandı. Şah artıq onun tüğyan etməyəcəyindən
arxayın olaraq, bir neçə gün Mazandaranda seyr və şikarla məşğul
oldu. Fitnəkar və üsyançı adamların bəzisi cəzalandırıldı, bəzisi isə
köçüb İraqa gəldi.
645
İfadənin ərəbcəsi: "rəhmətun li-l-aləminə".
Dostları ilə paylaş: |