Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə330/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   326   327   328   329   330   331   332   333   ...   340

964 

 

(hezbe-şeytan)  azacıq  varı  olan  adamın  evinə  gedir,  onu  qətl 



edəcəkləri ilə hədələyir, sakinlərin var-yoxlarını əllərindən alırdılar. 

Onlar  namuslu  adamların  üzə  duracaqlarından  (hətk)  qorxmayaraq 

namussuzluqlar edirdilər. Məsələn, Xacə Şərəfəddin Savəri iki dəfə 

özünün  çoxlu  siyahpuşu  ilə  qadın  hamamına  getmiş,  qadınların 

mülazimlərini  hamamdan  çölə  çıxarmış,  lüt-üryan  qadınları 

qəddarlıqla  (onf)  kafir  və  firənglər  kimi  əsir  etmiş,  az  vaxt 

keçdikdən  sonra  onları  bir-bir  yenə  öz  sahiblərinə  satmışdılar.  Elə 

pis əməlli adamların cəzalarını  verməmək, hərc-mərclik günlərində 

olsa  belə,  ülviyyətin  (robubiyyət)  zülalı  olan  sultanların  ədalət 

tərəzisi  ilə  ölçülməlidir,  çünki  əgər  zəiflər,  məzlumlar  və  bəd 

adamlar  cəzalanmazlarsa,  rahat  ola  bilməzlər.  Buna  görə  də, 

[əlahəzrət] 

məmləkəti 

qorxu-hürkü 

bilməyən 

adamlardan 

təmizləməyi lazım bildi. 

 

Beyt 

 

Fələkdən mükafat almaq istəsən,  



Gərək bəd işlərdən yan olasan sən.

643


 

 

Sözün qısası, cahanı bəzəyən (cəhanpira) ədalətli rəy sahibi 



olan  şah  xudpəsənd  zülmkarları  öz  cəzalarına  yetirmək  qərarına 

gəldi. Seyidlərin, üləmanın, din adamlarının və soyurğal sahiblərinin 

işləri ilə məşğul olduğu bir  gün, onların  və övladlarının öz keçmiş 

xasiyyətlərini tərk edib-etməyəcəkləri, yaxud yenə də quldurlar kimi 

siyahpuşlarla  əlaqədar  olub-olmadıqları  barədə  məlumat  almaqdan 

ötrü siyahpuş sərdarlarını da hümayun məclisə gətirdilər. 

Bu  günün  işini  görüb  qutardıqdan  sonra  əlahəzrət,  Xacə 

Şərəfəddin  Savəridən  Mürtəzaqulu  xan  Pornak  barədə  məlumat 

soruşdu:  "O,  Astrabada  necə  gəlmiş  və  necə  də  buranı  tərk 

etmişdir?".  Nadan  xacə  bu  sorğu-sual  vaxtı,  özünün  hərc-mərclik 

vaxtı etdiyi zülmlərin artıq əlahəzrət tərəfindən bağışlandığına ümid 

edərək,  camaata  və  qızılbaş  qazilərinə  qarşı  öz  ağılsızlığı  üzündən 

etmiş olduğu zülm  və namussuzluqdan da danışdı ki, bəlkə şahanə 

qəzəb bəhrindən qurtula bilsin. Amma  məzlumların çəkdikləri ahın 

                                                           

643


  Beytin tərcüməsi: 

Ço bəd kərdi məbaş eymən ze afat  

Ke xahi yaft əz gordun mokafat. 



965 

 

oxları  və  acizlərin  duaları  ulduzlar  (əqtəran)  tərəfindən  artıq  qəbul 



olunduğundan  və  belə  zalımların  cəzalanmaları  Allahın  təqdir 

səhifəsində  müsbət qarşılandığından, xacənin bu  yaltaqlığı  və şirin 

dili  onu  qəzadan  yayındırmadı.  Onların  hamısını  tutdular,  zəmanə 

qəhrəmanının  qəhr  şəhnəsi  onları  cəzalandırmağa  başladı.  Xacə 

Şərəfəddin  Savərini  parça-parça  doğrayıb,  onun  hər  parçasını  o 

məhəllədə  və  o  hamamın  qapılarından  asdılar,  bəzi  siyahpuşları 

zülmlə  öldürüb,  onların  xəbis  cəsədlərini,  baxanlara  ibrət  olsun 

deyə,


644

  şəhər  darvazalarından  başıaşağı  asdılar,  başqa  bir  neçə 

nəfərinsə, adamlara dərs olsun deyə, gözlərini çıxardılar. 

Xülasə,  o  zülmkarların  hər  biri,  öz  əməllərinin  heç  kimin 

hələ görmədiyi cəzasına çatdılar. Camaatın fərəh sədaları, sevinc və 

şadlıqlarının avazı Keyvan səyyarəsinədək ucaldı  və onlar  gündən-

günə  böyüyən  bu  dövlətə  dua  etməyə  başladılar,  hürkmüş  ürəklər 

yenidən  aram  oldu,  ürəklərin  yaraları  tamamilə  sağaldı.  Cah-cəlal 

ordusu  İraqa  getdikdən  sonra  Astrabad  hakimi  Hüseyn  xan  da 

hümayun işarə alaraq, üsyankarların axtarışı ilə məşğul oldu, dövlətə 

qarşı çıxanların hamısını  aradan götürdü.  Elə cəza üsullarına əl atdı 

ki,  bundan  sonra  heç  kim  qarşı  çıxmağa  cürət  edə  bilmədi. 

Siyahpuşlar  təbəqəsi  qorxunun  şiddətindən  siyahpuşluq  havasını 

başlarından çıxarıb, ayaqlarını salamatlıq və rəiyyət olmaq ətəyində 

saxladılar,  Astrabad  vilayəti  başqa  İran  məmləkətləri  kimi  əmin-

amanlıqda oldu. 

 

ƏLVƏND DİV MAZANDARANİNİN ƏLƏ KEÇİRİLMƏSİ, 

MÜZƏFFƏR MƏİYYƏTİN MAZANDARANA YÜRÜŞÜ VƏ 

HƏMİN BEHİŞTNİŞAN VİLAYƏTİN NİZAMA 

DÜŞMƏSİNİN ZİKRİ 

 

Əlahəzrət  zilləllah  şah  Astrabad  işlərindən  azad  olduqdan 



sonra, hələ də  meşədə  müxalifət  və tuğyanda olan  Əlvənd Divi  və 

div  timsallı  adamları  ələ  keçirməkdən  ötrü  onların  olduqları  yerə 

yürüş  etdi.  Şahın  qərarı  beləydi  ki,  əgər  bu  qış  Mazandaranda 

qışlamaq  belə  lazım  olarsa,  orada  qalıb,  meşə  və  cəngəlliklər 

özlərini yarpaq yükündən təmizləyən vaxtlarda, başında düşmənçilik 

və  tuğyan  olan  hər  bir  kəsi  tutsun  ki,  həmin  behiştnişan  vilayət 

üsyançılardan  və saxtakar adamlardan təmizlənsin  və o,  İraqa tərəf 

                                                           

644

 İfadənin ərəbcəsi: "Ebrətun-lin-nazerinə". 




966 

 

getməyə  başlasın.  [Şah]  Mazandaran  əyanlarına  da  bol  vədlər 



verərək,  onları  da  Əlvənd  Divi  və  başqa  düşmənləri  tapmağa  cəlb 

eylədi, bir dəstə adamı hələ hümayun  məiyyət yollanmazdan əvvəl 

onların axtarışına rəvan etdi. 

 

Əlvənd Divin Şah Abbas dərgahına pənah gətirməsi: 

 

Bu xəbər Əlvənd Divə çatdıqda o, nicat yolunu fələknişan 



dərgaha  gəlib  aman  istəməkdə  gördü.  Əvvəlcə,  bir  adamını    alı  

dərgaha  yollayıb    ona  pak  xislətli,  gözəl  təbiətli  şahzadə,  yəni 

əlahəzrətin bibisinin (əmmə) əziz oğlu (nəvvabe-mostətab) oğlu ilə 

görüşməyi  və  belə  deməsini  tapşırdı:  "Əgər  [şahzadə]  aləmin  ən 

mərhəmətli  adamı      olan

645


      şahdan    bu    günahkar      [bəndənin]   

günahlarının  bağışlanmasını  xahiş  edərsə  və  mən  əfv  olunaramsa, 

başımı  ayaq  edib  aləmpənah  dərgaha  gələrəm."  Əlahəzrət 

vəziyyətdən  agah  olub  söz  verdi  ki,  əgər  Əlvənd  Div  sədaqətlə 

xalqlara  pənah  verən  dərgaha  gələrsə,  öz  canı,  malı,  torpağı  və 

namusu  ilə  amanda  olacaqdır,  yoxsa  bunu  bilsin  ki,  inşallah,  onun 

dəf olunmasınadək Mazandarandan başqa bir yerə getmək mümkün 

olmayacaqdır. 

Əlvənd  Div  bu  iltiqat  və  mehribanlıq  müjdəsi  xəbərini 

eşitdi,  şahın  mürüvvətinə  söykənərək,  ümid  üzünü  cahanpənah 

dərgaha tutdu, özünü hümayun dövlətxana qapısına çatdırdı. Həzrət 

də,  vəd  etdiyi  kimi,  onu  nəvazişləndirərək,  etdiyi  əməllərə  əfv 

qələmi  çəkdi.  Divin  qarşısına  belə  şərt  qoyuldu  ki,  o, 

[Mazandaranda]  hakim  olmaq  havasını  başından  çıxarsın,  öz 

fərzəndləri  və  əhl-əyalı  ilə  İraqa  gəlsin,  hala  münasib  olaraq,  bu 

uzunömürlü  dövlətin  kölgəsi  altında  ömür  sürsün,  bəla  və  qorxu 

(məxavət)  sarıdan  arxayın  olsun.  Əlvənd  Div  bu  xeyirxahlığa  və 

canına  zərər  yetirilmədiyinə  görə  başına  şadimanlıq  papağı  qoydu, 

bir  neçə  günlük  ömrü  qənimət  bildi,  fərzəndləri  və  yaxın 

adamlarıyla  İraqa  gəldi,  Şiraz  darülmülkündə  yaşamaq  istədi  və 

həmin  tərəfə  də  yollandı.  Şah  artıq  onun  tüğyan  etməyəcəyindən 

arxayın olaraq, bir neçə  gün Mazandaranda seyr  və şikarla  məşğul 

oldu. Fitnəkar və üsyançı adamların bəzisi cəzalandırıldı, bəzisi isə 

köçüb İraqa gəldi. 

                                                           

645


  İfadənin ərəbcəsi: "rəhmətun li-l-aləminə". 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə