Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə331/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   327   328   329   330   331   332   333   334   ...   340

967 

 

Xülasə,  irsən  əlahəzrətə  mənsub  olan  cənnətnişan 



Mazandaran  torpağı  da  Cürcan  kimi,  üsyankarların  tör-

töküntülərindən  təmizləndi,  bütün  sərhədyanı  məmləkətlər,  o 

cümlədən  Təbəristan,  Cürcan,  Mazandaran,  Rüstəmdar,  Gilanat, 

Kəskər  və  Təvaleş  qədim  dövrlərdən  bəri  ehtişamlı  hakimlər 

arasında  bölünmüş  Şirvanın  sərhədinədək  [düşmənlərdən] 

təmizləndi.  Həmişə  hakimlərin  üsyanı,  fitnə-fəsadı  və  dava-dalaşı 

nəticəsində gözəl qadınların zülfü kimi qarışıq və pərişan olan bütün 

vilayətlər  güclü  şahın  hakimiyyəti  altına  keçərək,  əmin-amanhq 

evinə  (darül-əman)  çevrildi,  əsirlər  və  asılı  rəiyyət  rahatlanmış 

ürəklər  kimi  təskinlik  tapdı.  Hümayun  fallı  bayraqlar  (rayat) 

dalğalandı,  zəfər  və  iqballa,  çətin  yollarına  görə  şərh  və  bəyanına 

ehtiyac olmayan və o günlərdə bir nizə uzunluğunda qarla örtülmüş 

Dəmavənd  dağının  ətəyi  ilə  İraqa  qayıtdı.  Bu  beyt  [Dəmavənd 

dağının] görünüşünə uyğundur: 

 

Beyt 

Haqqın qüdrəti kimi onun zirvəsi uca,  

Enişi neçə dəfə mənim bəxtimdən alçaq

646


 

 

Şah Abbasın Xorasan səfərindən  



qayıdışı və səltənət paytaxtına gəlişi: 

 

Müzəffər ləşkər o dağda çox əziyyətə düçar oldu. Belə ki, 



əlahəzrət atdan düşdü, atın   cilovunu  öz mübarək əlinə alıb, qarın 

olduqca daraltdığı və adamların yalnız bir-bir keçməsi mümkün olan 

bir  yol  ilə  piyada  getdi,  səadət  və  iqlalla  oradan    Dəmavənd  

qəsəbəsinə  gəlib-çatdı, sonrasa Qəzvin darüssəltənətinə rəvan oldu, 

səltənət paytaxtı yenidən zəfərnişan məiyyətin gəlişindən gözəlləşib 

şadlandı,  əhali  hümayun  məiyyətin  istiqbalına  çıxdı,  şadimanlıq 

nağaraları  ucadan  səsləndi,  Xorasan  fəthinin  səs-sorağı,  dünyanı 

tutan  şəhriyarın  cahangirlik  üsulları  haqqında  deyilənlər  hər  tərəfə 

gedib-çatdı,  işrət  əsaslı  o  şəhərdə  abadlıq  işləri  başlandı,  şəhər 

sevinc  aləminin  ziynətini  daha  da  artırdı.  [Əlahəzrət]  müzəffər 

əsgərlərə özlərinin məskən və vətənlərinə getmək icazəsi verdi, səfər 

                                                           

646

  Beytin farscası: 



Fərazəş ço qodrət bolənd-o nəşibəş  

Ze bəxtəm nequntər be çəndin mərateb. 




968 

 

cilovunu Qəzvindən İsfahan darüssəltənəsinə tərəf çevirdi, iki ulduz 



parıltısının  (neyreyn)  iki  xoşbəxt  ulduzla  qarşı-qarşıya  gəlib 

eyniləşəcək  (məqarene)  dörd  hissəyə  bölünməkdən  (tərbi)  uzaq 

olduğu bir saatda Nəqşe-cahanın  "Bağe-cəhanara"sı dünyanı gəzən 

şah  atının  dirnaqlarından  qopan  tozlardan  təmizlənib,  ətirlənməyə 

başlayanda  qışı  olduqca  böyük  şadyanalıqla  həmin  cənnətnişan 

şəhərdə başa vurdu. 

 

ALLAHIN TƏQDİRİ VƏ İSTƏYİ İLƏ FAYDALI XORASAN 

SƏFƏRİ ZAMANI BAŞ VERƏN BƏZİ HADİSƏLƏRİN ZİKRİ 

 

Bu  il  Xorasan  səfərində  baş  vermiş  hadisələrdən  [biri  də] 



budur: Herat darüssəltənəsində şamlı yüzbaşılan silkinə məxsus olan 

Mirzə  Əli  bəy  Kəramili  elçi  sifətilə  Hindistana  göndərildi,  ali 

məqamlı  padşah  Cəlaləddin  Məhəmməd  Əkbərə  Xorasan  fəthinin 

necə  baş  verməsi  və  Dinməhəmməd  xanla  müharibənin  nə  təhər 

olması  barədə  ənbər  qoxulu  qələmlə  yazılmış  məktub  apardı. 

[Həmçinin]  qeysər  məmləkətlərinin  (Rum  ölkəsi  -  Ş.F.)  hökmranı 

Sultan  Məhəmmədxan  ibn  Sultan  Murada  [da]  məklub  yazılıb  baş 

verənlər  haqda  məlumat  verildi.  Bu  faydalı  səfər  zamanı  bütün 

İraqın  rəiyyətinə  və  başqa  kasıb  əhalisinə  şahanə  iltifat  edilərək, 

onlara yüz min İraq tüməni məbləğində bir sıra həmesale* güzəştləri 

edildi və təsdiqlədi. 

[Məbləği  azaldılan]  vergilərdən  biri  çobanbəyi"  vergisidir 

ki,  qoyunların  sayına  görə  yığılır.  Bu  vergidən  iyirmi  min  İraq 

tüməni  [pul]  hər  il  ələ  gətirilirdi.  Xorasana  hücümun 

başlanmasından  bu  günədək,  Xorasan  əhalisinin  öz  malları  və 

canları bahasına  müzəffər əskərlərə, xorasanlılara  və hər təbəqədən 

olan  mehmanlara  etdikləri  çoxlu  köməyə  görə  əlahəzrət  həmin 

xidmətlərin  müqabilində  qanun-qayda  üzrə  onlardan  yığılan  həmin 

vergini ləğv etmək qərarına gəldi və əmr etdi ki, bundan sonra heç 

kimdən bircə dinar belə çobanbəyi vergisi yığılmasın. 

Ləğv  olan  ikinci  vergi  [növü]  hakimlərin  səlahiyyətində 

olan  "beşdə  bir  dinar"  ("dinari-pənc-dinar")  vergisidir  ki,  onun 

yığılması  zaman  ötdükcə  İraqda  qanuna  çevrilmişdi.  "Dinari-pənc 

dinar" tiyuldara və daruğəyə çatası vergi kimi beş rəiyyətin birindən 

alınırdı.  Bu  vergi  yığımı  qədim  qanunlar  və  cənnətməkan  şahın 

dosturüləməlinə  xilaf  olduğundan  aradan  götürüldü.  "Dinari-pənc 

dinar" vergisinin məbləği əlli-altmış min tüməndən artıq olurdu. 



969 

 

Başqa vergi növü isə İsgahan əhalisindən toplanan bir illik 



(yeksale)  mal  vergisi  idi  ki,  onu  da  ərbablara  və  rəiyyətə 

bağışladılar.  Həqiqətən  də,  o  vergilərin  ləğvi  rəhmdillik  (rafət)  və 

rəiyyətpərlikdən  irəli  gələn  böyük  şəfəqqət  və  mərhəmətdir. 

Ümidvarıq  ki,  bu  uca  məqamlı,  mübarək  sifatlı,  Allah  dərgahının 

bəyəndiyi zat bütün bəlalardan uzaq olacaq və onun ədalət nurunun 

işığı  daim  aciz  və  kasıb  bəndələrin  başları  üzərində  parlayacaq, 

davamlı olacaqdır. 

Səfər  vaxtı  baş  vermiş  başqa  bir  əhvalat  isə  Durmuş  xan 

Şamlının nəvəsi Əliqulu xanın oğlu Vəlixan Mirzənin  behişt ayinli 

məclis  xidmətçisi  olan  Saleh  adlı  təbrizli  bir  gənc  tərəfindən 

öldürülməsidir  ki,  o,  öz  yaxınları  arasında  bu  dudmanın  şərafətli 

şəxslərindən sayılırdı. Dövranın ağıllı adamlarından gizli deyildir ki, 

duz-çörəyin  qədrini  bilən  hər  təbəqə  adamlarına  vəlinemət  [şah] 

tərəfindən  göstərilən  kömək  və  verilən  nemətin  səbəblərindən  biri 

budur  ki,  gərək  hər  şəxs  biri-digərinin  xacədaşı  (xacətaş)  olan 

ağaları  özlərinin  fərzəndi,  dostu  və  qardaşı  bilsin,  biri-digərinin 

namusunun  qorunmasına  çalışsın,  əgər  onların  biri  başqasına 

xəyanət  gözüylə  baxarsa,  qeyrətli  adamların  məzhəbinə  görə, 

cəzalanmalıdır.  Adı  çəkilən  Vəlixan  cəhalətinin,  cavanlığının  və 

şüursuzluğunun  çoxluğu  üzündən  adı  çəkilən  Salehə  bir-iki  dəfə 

məhəbbət  və  xüsusi  dilbirlik  izhar  etmişdi.  Xorasana  səfər  vaxtı, 

Cacərm yaxınlığında bir  gecə Vəlixan behişt ayinli  məclisdən çölə 

çıxdıqda, Saleh onun arxasınca gedərək, özünün iti və qanlar tökən 

qılıncı ilə onu öldürdü və elə o saat da  geri qayıdıb  məsələni şaha 

ərz  etdi.  Onun  bu  hərəkəti  qeyrət  baxımından  bəyəniləsi  bir  əməl 

olduğundan, şah tərəfindən bəyənildi. Vəlixanın cəsədi sübhədək elə 

həmin  yerdə atılıb qaldı, çünki onun qardaş  və  mülazimlərinin [bu 

gecə vaxtı] onu dəfn etmək imkanı olmadı. Gündüz isə, mülazimlər 

dəfn izni aldılar, Vəlixanın qoşunu və ləşkəri isə onun kiçik qardaşı 

və həmdamadı (bacanağı - ?) olan  Hüseynxan Mirzəyə  verildi. Baş 

vermiş  başqa  hadisə  isə  budur:  Bu  ilin  əvvələrində  oxlu  və  yəqə 

türkman  camaatı  atasından  sonra  Astrabada  hakim  təyin  edilmiş 

Əliyar  xan  Eymurun  oğlu  Məhəmmədyar  xanla  xilaf  məqamına 

gəldilər,  hiyləgərliklə  ona  yaxınlaşdılar,  hələ  iyirmi  yaşına 

yetişməyən  o  cavanın  ömür  ağacını  cavanlığının  başlanğıcında  iti 

qılıncla  üzdülər.  Onun  kiçik  qardaşı  Qılıc  bəy  ali  saraya  pənah 

gətirib, şahla görüş şərəfinə yetişdi, şahanə iltifata layiq görüldü və 

Astrabad hakimliyi rütbəsi ilə sərbülənd oldu. Buna baxmayaraq, o, 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə