976
qədəmini alqışladılar, onun da müxaliflərə qarşı hərbə getməyinə
tərəfdar oldular. Beləliklə, Baqi Sultan, Təvəkkülün adamlarıyla bir
neçə hərbə başlayıb, əksər savaşlarda qələbə çaldı. [Vaxti ilə]
Abdulla xanın mötəbər əmirlərindən və Əbdülmömin xanın qətlində
şərik olan Əbdülvase bəy bu sülaləyə qarşı çıxaraq Təvəkkül xanın
yanına getmiş və xanı Mavərənnəhri tutmağa rəğbətləndirmişdi. O,
Baqi Sultanın əliylə qətlə yetirildi. Bu iki dəstə arasında başlayan
hərb atəşindən iki aya qədər vaxt keçdi. Pirməhəmməd xanın
tərəfdarlığı ilə Baqi Sultandan igidlik və səmimiyyət zahir oldu.
Nəhayət Təvəkkül xan müharibədən bezərək, bir gün Pirməhəmməd
xanın ləşkərinə güclü bir gecə basqını (şəbxun) etdi, bu tərəfdən də
Pirməhəmməd xanın adamları maneçilik qalxanını üzlərinə tutub,
özlərinin igidlik qollarını Təvəkkül xana qarşı uzatdılar, aralarında
güclü bir hərb oldu. Həmin şəbxunda Pirməhəmməd xanm qohumu
Seyid Məhəmməd Sultanın və Məhəmməd Baqi Atalıq
Divanbəyinin
Təvəkkül
xanın
döyüşçüləri
tərəfindən
öldürülmələrinə baxmayaraq, elə Təvəkkülün özü də yaralandı və
heç bir iş görə bilmədi, qayıdış cilovunu tutub Daşkəndə getdi, elə
orada da xəstələndi, bəqa aləminə yollandı.
Baqi Sultanın ona etdiyi yaxşılıqlara görə Pirməhəmməd
xan xeyirxah adamların məsləhətiylə Səmərqənd vilayətinin ixtiyar
ipini Baqi Sultanın iqtidar qəbzəsinə tapşırdı, onu o tərəfə rəvan
etdi, özü isə Buxaraya qayıtdı. Baqi Sultan kamyab və kamranlıqla
Səmərqəndə çatdıqda, biganə döyüşçülərin hökmranlığından
(təsəllot) təngə gəlmiş səmərqəndlilər xanın qədəmini qənimət
bilərək, öz hallarının mühafizəsi və mallarının qorunmasından ötrü
şövqlə onun görüşünə tələsdilər, hakimiyyətinə tərəfdar oldular.
Nəqsbəndiyyə şeyxlərinin düzgün məsləhəti (estesvab) ilə Baqi xan
və Daşkənddə olan qəzaq tayfasının valisi arasında bir sülh sazişi
(solhgune) imzalandı və şərtləşdilər ki, Səmərqənd ləşkəri Daşkəndə
hücüm (motəərrez) etməyəcəkdir.
Xülasə, Baqi Sultan tam iqtidarla Səmərqənd vilayəti
hakimliyi taxtına əyləşdi, sikkə və xütbə isə Pirməhəmməd xanın adı
ilə bəzəndi və o, məmləkətin hər tərəfini zəbt etdi. Baqi Sultan
həmin il öz itaət və bağlılığını izhar etsə də, get-gedə qürur
badəsindən sərməst oldu, bədməstliyə başladı. O, özünü səltənət və
hökümranlıq işində Pirməhəmməd xandan daha layiqli sanır,
Səmərqənd kimi bir məmləkəti heç bir maneçilik və savaş olmadan
idarə edir, o vilayət meydanında başqa kimsəni görmürdü. [Buna
977
görə də] onun başına səltənət və padşahlıq havası doldu, beyninə isə
qürur buxarı yol tapdı. Baqi xan öz səxavət (bəzl) və əta əlini
açaraq, vilayətin məhsulunu ənam kimi avara adamlara və əskərlərə
paylayırdı, elə bunun üçün də özbək tayfalarının böyük bir hissəsi
onun başına toplaşdı və çoxlu adamı oldu. Baqi Sultanın əmiləri
Rəhmanqulu Sultan və Abbas Sultan, qardaşı Tursun Məhəmməd
Sultan, həmçinin başqa qohum-qardaşı və əyan-əşrafı Səmərqəndə
gəlib ayaqlarını ona itaət dairəsinə qoydular. Gün-gündən onun
dövlət bayrağı ucalmaqdaydı. "Xan" ləqəbi ilə ləqəbləndirilən Baqi
Sultanın adamlarından məmləkətin hər yerinə əliuzunluq vaqe
olmaqda idi.
Pirməhəmməd xanın əmir və dövlət başçıları xanı iki-üç
dəfə Baqi xana üz verməkdə və mülayimlikdə taxsırlandırmışdılarsa
da, bunun heç bir təsiri olmadı. Nəhayət, xan Baqini cəzalandırmaq
məqamına gələrək, böyük bir ləşkər topladı və Səmərqəndə getmək
niyyətinə düşdü. Bundan sonra Baqi xan adlandırılacaq Baqi Sultan
məsələdən xəbərdar olub, məsləhəti onunla tovəzökarlıq (frutəni) və
mülayimliklə davranmaqda gördü, dili yağlı adamlar yollayıb
üzrxahlıq etdi. Bu vaxtadək sikkəni öz adına vurmadığını özünün
xana itaət və bağlılığına dəlil kimi göstərdi və söylədi ki, bundan
sonra ayağını ədəb ətəyinə büküb, ona verilmiş Səmərqənd vilayəti
ilə kifayətlənəcəkdir. Buxara əmirləri də sülh olmasını istədilər və
onların arasında barışıq yarandı. Cəng şöləsi bir neçə günlüyə yatsa
da,
amma
Baqi
xanın hərəkətlərində müxalifət əlaməti
görünməkdəydi. O, özbək əyanlarına məxfi hökm və məktublar
yollayıb, onları özünə tabe olmağa səsləyirdi. Pirməhəmməd xan
dövlətinin ağıllı adamlarına məlum oldu ki, Baqi xan heç vəchlə
başını itaət doğanağına (çənbər) salmayacaqdır. Səltənət və
padşahlıq xəyalı beynində möhkəm yerləşdiyi üçün, Səmərqənd
məhsullarından ülufə və başqa rüsumları (mərsumat) az yığırdı.
Baqi xan bu dəfə ürəyindəki fikri gizlətməyərək, müxalifətə başladı,
Miyankal vilayətini tutmağdan ötrü ağır ləşkələ Səmərqənddən
çıxdı. O, əvvəlcə Miyankalın Dəbus qalasını mühasirəyə aldı.
Miyankalın hakimi Şahkuçek Durmən "Qəleye-kohne"dən (Köhnə
qaladan - Ş.F.) çıxaraq Baqi xanın yanına getdi, ona tabe oldu. Buna
görə də, xan Dəbus qalasına əlini uzadıb oranı fəth etdi. Həmin
qalada olan Pirməhəmməd xanın qohumu Məhəmməd Şərəf Sultanı
qətlə yetirib fəth və iqtidar bayrağını qaldırdı və məmləkət
ətrafındakı yerlərdən tutmağı bacardığı hər yeri zəbt etdi.