Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə335/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   332   333   334   335   336   337   338   339   340

978 

 

Bu  vəhşətli  xəbərləri  Buxarada  eşidən  Pirməhəmməd  xan 



tərəfdarları  narahat  olub  öz  əskər  və  təbəələrini  toplayaraq  xanı 

cəzalandırmaq  fikrinə  düşdülər,  Bəlxə-Əbdüləmin  xanın  və  oranın 

əmirlərinin  yanına  adam  yollayıb,  onları  Baqi  xanın  hücumundan 

xəbərdar  edərək,  kömək  istədilər.  Bəlxin  atalıqları  və  ağsaqqalları 

Baqi  xanın  işğal  və  iqtidarı  nəticəsində  öz  dövlətlərinin  əldən 

gedəcəyini  bildiklərindən  və  əvvəllər  onun  padşahlığından  agah 

olduqlarından,  [bir-birləri  ilə]  məsləhət  və  kənqaş  etdikdən  sonra 

Pirməhəmməd  xana  kömək  etmək  qərarına  gəldilər,  o  vilayətin  ali 

dərəcəli seyidlərindən olan Şah Xacə Nəqibin sərkərdəliyi və başqa 

etibarlı sərdarların köməyi ilə on min nəfərə yaxın süvari və piyada 

topladılar və onları [irəliyə] rəvan etdilər. Pirməhəmməd xan, sayları 

qırx  min,  bəlkə  də,  ondan  da  çox  əskər  topladıqdan  sonra  tam 

hamiliklə  (eztezhar)  Səmərqənd  üzərinə  ləşkər  çəkdi.  O,  həmin 

şəhərə  yaxınlaşan  vaxt  Baqi  xan  yenə  əvvəlki  kimi  üzrxahlıq  və 

alçaqlıq  məqamına  gəldi,  hiyləgərlik  və  yaltaqlıqla  bu  hadisənin 

qarşısını  almaq  istədisə  də,  faydası  olmadı.  Pirməhəmməd  xan  və 

dövlət  başçıları  Baqi  xanın  öz  sözü  üstündə  durmadığını 

bildiklərindən,  onun  əhd  və  şərtinə  etibar  etmədilər  və  xanı 

cəzalandırmaq  fikrindən  daşınmadılar.  Sülhün  baş  tutmamasından 

məyus olan Baqi xan özündə səhra cəngi* etməkdən ötrü qüvvət və 

qüdrət  görmədi,  çarəsiz  qalaraq  qaladarlıq  etmək,  bürc  və  barıları 

möhkəmləndirmək üçün hərb ləvazimatı hazırlamağa başladı. Bəlx 

və Buxara əskərləri Səmərqəndin ətrafına gəlib çatdılar, qalanın hər 

tərəfini mühasirəyə aldılar və hərb hazırlığı gördülər. Bəlx əskərləri 

Pirməhəmməd xana kömək etməkdən ötrü gəldiklərinə baxmayaraq, 

amma  onların  əmirləri  Buxara  əmirlərindən  qorxduqlarından, 

ləşkərə  qoşulmadılar,  əlahiddə  bir  yerdə  toplaşdılar.  Səmərqənd 

camaatı darvazadan çıxaraq, arxalarını qalaya çevirib hərb alətlərinə 

əl  atdı  və  o  gün  tərəflər  arasında  böyük  döyüşlər  baş  verdi.  Ertəsi 

gün  Baqi  xan  böyük  bir  qoşun  dəstəsini  "Dərbe-Boxara"  ("Buxara 

qapısı"  -  Ş.F.)  adlanan  darvazadan  çölə  göndərdi  və  onlar  Bəlx 

ləşkərinin  müqabilində  döyüş  səfi  bəzədilər,  cəsurluqla  savaşdılar. 

Pirməhəmməd  xan  da  öz  ordu  səfini  döyüşə  hazırladı  və  onun 

əskərləri  səmərqəndliləri  dəf  etməkdən  ötrü  Buxara  darvazası 

tərəfinə  getdilər.  O  gün,  Abdulla  xanın  böyük  mirlərindən  olan 

Dostum  Ərğun  haramnəməklik  edərək  Pirməhəmməd  xandan  üz 

döndərdi, Baqi xana birləşdi, belə hərəkəti ilə Baqi xanın qüvvəsini 

artırdı və onun adamları hərbdə öz səbat ayaqlarını möhkəm ataraq 




979 

 

qələbə  əldə  etdilər,  igidlik  və  mərdanəlik  göstərdilər.  Buxara  və 



bütün Bəlx ləşkəri biri-digərinin köməyinə bel bağlayıb savaşmağa 

başladı.  Get-gedə  o  ləşkər  əskərlərinin  əksəriyyəti  düşmənləri 

qırmaqdan  ötrü  Pirməhəmməd  xanın  qol  cinahından  döyüşə 

qoşuldu, ehtiyatkarlıqdan qafil oldular. 

Bu  əsnada  Baqi  xan  yanındakı  bütün  əskərlərlə  birlikdə 

əmisi  Rəhmanqulu Sultanı çərxçi təyin etdi, özü isə bir qolda min, 

ikinci  qolda  isə  beş  yüz  nəfər  fədaisi  olan  döyüşçülərlə  şimal 

darvazasından 

çıxaraq 

gözqamaşdıran 

(lame) 

işiq 


kimi 

Pirməhəmməd  xanın  qoluna  tərəf  yollandı.  Dostum  Ərğunun  fərar 

etməsindən  sonra  Pirməhəmməd  xanın  ləşkərinə  bərk  qorxu  üz 

vermişdi.  Rəhmanqulu  Sultanın  etdiyi  ilk  həmlə  nəticəsində  qol 

ləşkəri  bir-birinə  dəydi,  müdafiə  fürsəti  tapmadı,  məğlub  olub 

dağılışdı. [Bu vaxt], Pirməhəmməd xanın döyüşçüsü olan məchul bir 

adam  gələrək,  xanı  tanımadan  bərk  yaraladı,  tanıdıqdan  sonra  onu 

Baqi  xanın  yanına  apardı  və  elə  həmin  ləhzə  də  xan  qətl  olundu. 

Pirməhəmməd  xanın  öldürülməsi  və  qol  döyüşçülərinin  fərar 

etmələri  xəbəri  döyüş  meydanına  çatdıqda  bütün  döyüşçülər  pərt 

olaraq, yanlarında olan mal və başqa şeylərdən əl çəkib məğlubiyyət 

yoluna üz tutdular. 

Bəlx camaatı Buxara ləşkərindən ayrıldı, onlara bir o qədər 

də  xəsarət  dəymədi,  meydandan  çıxıb  Qərşiyə  gəldilər, 

Pirməhəmməd  xanın  azyaşlı  oğlu  olan  və  Qərşidə  yaşayan 

Məhəmməd  Səlim  Sultanı  özləri  ilə  götürüb Bəlxə  gətirdilər.  Baqi 

xan  isə  zəfər  və  qalibiyyətlə  ağır  qoşunla  yubanmadan  Buxaraya 

tərəf üz tutdu. Meydandan qaçmaqla canlarını qurtaran bəzi Buxara 

əmirləri, xüsusən o tayfanın mötəbər adamlarından olan Xudaynəzər 

bəy  Buxaraya  gəlib  çatdı.  Onların  padşahları  olmadığından  və 

qaladarlıq  etməkdə  özlərində  qüvvə  görmədiklərindən,  elə  həmin 

gecə  özləri  ilə  heç  nə  götürmədən  şəhərdən  çıxdılar.    Xudaynəzər 

bəy  Çəharcu  keçidindən  keçərək  Mərvə  -  Nurməhəmməd  xanın 

yanına gəldi. Baqi xan isə üçüncü gün Buxara darüssəltənəsinə gəlib 

çatdı,  şəhərin  əyan-əşrafı  onun  istiqbalına  tələsib  kurneş  və  təbrik 

rəsminə əməl etdilər. Xanın özü isə əzəmət  və kamranlıqla Buxara 

şəhərinə  qədəm  basaraq,  Abdulla  xanın  cahangirlik  taxtında  cülus 

etdi, özbək tayfaları ayaqlarını onun tabeçilik dairəsinə atdılar. Baqi 

xan Pirməhəmməd xanın ələ keçən və özünə xilaf olan adamlarının 

hamısını,  o  cümlədən  Kukəltaşı  və  qardaşını,  Çöhrə  ağası  olan 

Dustu  və  başqalarını  qətlə  yetirsə  də,  başqa  adamlarla  barışıq  yolu 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə