Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə339/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   332   333   334   335   336   337   338   339   340

989 

 

əlahəzrət, Məhəmməd İbrahim xanın təbriki üçün etimadlı adamlarla 



ona cürbəcür ənam və hədiyyələr yolladı. 

Məhəmməd  İbrahim  xanın  səltənət  və  iqtidar  xəbəri 

Mavərənnəhrə çatdıqda bu məsələ Baqi xanın təşvişinə səbəb oldu. 

Meymənd  vilayəti,  Faryab,  Əndxod,  Sibirğan,  Bəlx  və  bu  yerlərə 

məxsus  başqa  yerlər  Bədəxşana  qədər  Məhəmməd  İbrahim  xana 

çatdı.  Xan,  cah-cəlal  ordusunun  Xorasandan  olduğu  vaxtlarda 

həmişə ali saraya qasidlər göndərərək, baş verən gündəlik hadisələri 

şaha ərz edirdi. Xudaynəzər bəy onun divanbəyisi və bütün işlərinin 

icraçısı oldu. 

 

ZƏFƏR AYƏLİ MÜZƏFFƏR ORDUNUN ƏBİ VƏRDƏ VƏ 



ŞAHİCAN MƏRVİNƏ YÜRÜŞÜ, O VİLAYƏTİN FƏTHİ VƏ 

NURMƏHƏMMƏD XAN ÖZBƏKİN ƏLƏ 

KEÇİRİLMƏSİNİN ZİKRİ 

 

Yuxarıda yazılmışdı ki, Nurməhəmməd xan fələk əzəmətli 



dərgaha gəlməyərək, əsassız və həqiqətdən uzaq üzrxahlıqlar etmiş, 

buna görə də şah ondan incimişdi. Amma, yenə də əvvəlki kimi ona 

öz  iltifatını  izhar  etməkdəydi.  Əlahəzrət,  izzətbüsatının  yaxın 

adamlarından olan behişt ayinli məclisin  "Çaryar"  ləqəbli yasovulu 

Xosrov  bəyi  Nurməhəmməd  xanın  yanına  yollayıb,  ona  şahanə 

diqqətlə  dolu  bir  fərman  göndərdi,  ali  saraya  gəlmədiyi  barədəki 

üzrxahlığını qəbul etdi və təqsirindən keçdi. 

Amma,  şah  Nurməhəmməd  xana  məxfi  göndərdiyi 

məktubunda  yazırdı:  "Hümayun  məiyyətin  Xorasana  bu  dəfəki 

yürüşü  o  qardaşa  (yəni  Baqi  xan  Özbəkin  qardaşı  Nurməhəmməd 

xana  -  Ş.F.)  yardım  etmək  idi.  Bizim  aramızda  daim  mövcud  olan 

bir  neçə  illik  yaxınlaşma  (məaşirət  və  həmsöhbəti)  tələb  edirdi  ki, 

bizim tərəfimizdən görüş xahişi olunan kimi gərək o qardaş dərhal 

hümayun  məiyyəti  Damğan  və  Bəstamda  qarşılayaydı.  Sən  əgər 

indiyəcən  Baqi  xanın  qəzəbindən  qorxursansa  [bu  qorxu  əbəsdir], 

çünki, biz hazırda dövlət  və iqbalın gücü ilə Xorasandayıq, Bəlxdə 

hakimiyyətə  çıxmış  Məhəmməd  İbrahim  xandan  isə  sənə  heç  bir 

zərər dəyməz. Əgər [bu dəfə] aramızda görüş baş tutmazsa, adamlar 

bizim  əlaqəmizin  kəsilməsini  düşünərlər  və  başqa  fikrə  düşərlər. 

Özlərini  sənin  tərəfdarın  kimi  göstərən  və  səni  bizim  yanımıza 

gəlməyə qoymayan adamlar isə, həqiqətdə sənin tərəfdarın deyillər 

və sənin pisliyinə çalışırlar. Belə bir vəziyyətdə, yaxşısı budur ki, bu 




990 

 

məsələ xüsusunda heç kimə qulaq asmayıb, sədaqətli bir dost kimi 



yanımıza gələsən, bir neçə günlük görüşdən sonra izzət və ehtirama 

layiq  olub  geri  qayıdasan.  Xülasə,  biz  sizinlə  hökmən  görüşmək 

istəyirik.  Əgər  sən  gəlməsən,  bizi  tezliklə  qarşıla  ki,  şikar  edə-edə 

Mərvə gəlib səninlə görüşəcəyik. Bu iki şərtdən hansını qəbul etsən, 

biz ona əməl edəcəyik". 

Xosrov  bəy  Çaryar  fələk  iqtidarlı  şəhriyarın  əmriylə 

Nurməhəmməd xanın yanına gedib, hümayun şahın səadətli fikrinin 

yerinə  yetirilməsini  təklif  etdi.  Xosrov  bəyin  xanı  şah  hüzuruna 

getməyə  tərğib  etməsinə  baxmayaraq,  o,  gedəcəyini  dəfələrlə 

söylədiyinə  baxmayaraq,  özünün  məsləhətçisi  (moşir)  və  etibarlı 

adamı olan Qazi Nədr və vəziri Mir Qiyasın məsləhətləri ilə verdiyi 

vədə peşman olub, mənasız üzrxahlıq edirdi. Xosrov bəy məqsədinə 

yetişmədən  geri  qayıtdı.  Evlər  yıxan  xoşxəbərlər

653


  xana  belə 

deyirdilər: "Əlahəzrət zilləllah şahın bu vilayətə tamahı düşüb. Əgər 

o,  səni  tutsa,  bu  dəfə  İraqa  aparacaq  və  bu  vilayəti  qızılbaşlara 

verəcəkdir". Nurməhəmməd xanın sülaləsinə qədimdən bəri xidmət 

edən və xanla İraqa getmiş olan  Hafizək Sultan Xəbuşani isə şahın 

məsləhətinə  qulaq  asmağı  məsləhət  bildi:  "Əgər  hümayun  kamyab 

nəvvabın  bu  balaca  vilayətə  tamahı  vardısa,  elə  Xorasan  fəthinin 

birinci ilində buranı qızılbaş əmirlərinə verərdi və sənə saxlamazdı. 

Elə səhv fikirlərə yol vermə". Xan isə Hafizək Sultanın dövlətxahlıq 

sözlərinə etina etməyərək, nəhayət onu qətlə yetirdi. 

Sözün  qısası,  Nurməhəmməd  xanın  tuğyanı  və 

nəməkharamlığı  məlum  oldu. Bu əsnada  Məhəmməd  İbrahim xan  

onun  Əbdüləmin  xana    yazdığı bir   neçə    məktubu ələ keçirərək 

şaha göndərdi.  Nurməhəmməd xan həmin məktublarda Əbdüləmin 

xanla  əhd-peyman  edib  yazırdı:  "Sən  Məhəmməd  İbrahim  xanın 

oraya  gəlişinə  razı  olma,  qızılbaşları  da  gəlməyə  qoyma. 

Məhəmməd İbrahim xanı oraya göndərməkdən şahın məqsədi Bəlxi 

ələ  keçirməkdir".  Həmin  məktublarda  şaha  qarşı    müxalifət  və 

etinasızlıq vardı.  [Buna görə də]  Nurməhəmməd  xanın  elə yersiz 

hərəkətləri şahın ona qarşı kininin artmasına səbəb oldusa da,  amma  

hövsələsinin    çoxluğundan,    o,    yenə  də    xanla  həmin    əlaqəsini  

kəsmirdi.  Nəhayət,  Nurməhəmməd  xan öz tərəfindən  Əbivərdin 

hakimi    təyin  edilən  və  həmişə  əlahəzrət  zilləllah  şaha  sədaqətini 

izhar edən Mirzə Xacə Kəlan Cığataydan şübhələnərək, onu da dəf 

                                                           

653


  İsgəndər bəy Münşi burada xəbərçi adamları eyhamla "xoşxəbər" adlandırır.  


991 

 

etmək  qərarına  gəldi.  Xandan  şübhələnən  Xacə  Kəlan  Əbivərdə 



yaxın  olan  və  müqəddəs  Məşhədin  Pəsakuh  adlı  yerində  yaşayan 

Xudaverdi  xanın  oğlu  Mürşidqulu  Sultan  Cəlayiri  yanına  çağırıb, 

Əbivərd  qalasını  ona  tapşırdı,  özü  isə  gedib  fələk  əzəmətli  şah 

dərgahına sığınmaq fikrinə düşdü. 

Şahın  şahanə  diqqət  və  iltifatının  Nurməhəmməd  xana 

qarşı  son  dərəcə  yüksək  olduğunu  düşünən  Mürşidqulu  Sultan  isə 

Əbivərd qalasına şahdan icazə almadan getməyə cürət etmirdi. Xacə 

Kəlan  yenidən  ona  məktub  göndərdi.  Xülasə,  xacənin  cahanpənah 

saraya  hələ  getməməsi  və  bu  məsələnin  uzanması  xəbəri  ətrafa 

yayıldı  və  xacə  oraya  getməyə  cürət  etdi,  Əbivərd  qalasını 

Mürşidquluya  tapşırıb,  cahanpənah  dərgaha  rəvan  oldu,  Herat 

darüssəltənəsində  hümayun  şahla  görüş  səadəti  ilə  şərəfləndi.  O, 

orada Nurməhəmməd xanın üsyan və tüğyanı barədə xəbər çatdırdı 

və  əlahəzrəti  hücuma  rəğbətləndirdi,  həmin  xanın  işləri  üzərindən 

pərdəni açdı. 

Bu  xəbərlər  Mərvdə  Nurməhəmməd  xana  çatdıqda,  o, 

həyacanlanaraq  Əbivərd  qalasına  tərəf  hərəkət  ctdi,  gəlib  qala 

ayağında dayandı, Mürşidqulu Sultanın yanına adam yolayıb ondan 

soruşdu:  "Sən  niyə  mənim  vilayətimə  dəxalət  etmisən,  əgər  bu 

məsələ  xüsusunda  şahın  hökmü  varsa  mənə  göstər,  yoxsa  qaladan 

çıx". Mürşidqulu Sultan öz cavabında dedi: "Hələ şahın hökmü gəlib 

mənə  çatmamışdır  və  mən  buraya  özbaşına  gəlmişəm,  amma 

məsələni  şaha  ərz  etmişəm.  Ondan  cavab  gəlməyənəcən  qaladan 

çıxan deyiləm. Bir neçə gün gözlə". 

Mirzə Xacə Kəlanın gəlişindən bir neçə gün əvvəl Şirazdan 

sərkara  bəzi  şeylər  (barxane)  göndərilmişdi.  Əlahəzrət,  qəbul 

olunmuş  qayda  üzrə,  həmin  şeylərə  bir  qatar  qatır  (əstər)  da  əlavə 

edərək onları qorçi Vəli bəy Evoğlu ilə Nurməhəmməd xana yolladı. 

Həmin  şeylər  Xacə  Kəlanlə  Mürşidqulu  Sultan  arasında  başlayan 

yazışma zamanı gəlib çatdı. 

Şahın  göndərdiyi  şeyləri  özü  üçün  böyük  nicat  (fovz) 

əlamətinin  izharı  olduğunu  düşünən  Nurməhəmməd  xan  sadəlövh 

bir  türk  olan  Vəli  bəyi  aldadıb  dedi:  "Bir  halda  ki,  mənə  belə  bir 

şahanə  iltifaq  izhar  olunmuşdur,  Mürşidqulu  Sultanı  mənə  qarşı 

etdiyi  hərəkətdən  daşındırsın".  Cahil  və  nadan  adam  olan 

Mürşidqulu  Sultan  onun sözlərindən  və  şahanə  qəzəbdən  qorxaraq 

qalanı xana verdi, Pəsakuha getdi. 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə