Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə333/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   329   330   331   332   333   334   335   336   ...   340

973 

 

qayıtmasına  rüxsət  verərsə,  bu  [sizin  tərəfinizdən]  olduqca  böyük 



mərhəmət və sədaqətin ifadəsi olar. 

Amma,  Buxara  əmirləri  mənə  qarşı  bir-birləri  ilə 

birləşmişlər  və  əhd-peyman  bağlamışlar,  biz  də  məcburiyyət 

üzündən  Pirməhəmməd  xanın  padşahlığı  ilə  razılaşmışıq. 

Baxmayaraq  ki,  o,  səltənət  dudmanından  və  ləyaqətli  padşah 

irsindən olan bir dərvişdir,  asudəlik (fərağət)  və qənaət* küncündə 

əyləşərək  bu  məşğuliyyəti  məmləkəti  əldə  saxlamaq  işindən  üstün 

tutmuşdur.  Elə  bu  səbəbdən  də  mülk  və  dövlət  işlərində  zəiflik 

yaranmışdır,  Baqi  Sultan  isə  Səmərqənd  vilayətini  istila  edərək, 

müxalifət  nağarası  çalmaqdadır  və  Bəlxdə  başqa  bir  iş  görmək 

niyyətindədir.  Hal-hazırda  Mavərənnəhr  səltənəti  və  padşahlıq 

məqamı  mənə  qismət  olmuşdursa  da,  irsilik  və  hüquq  baxımından 

Məhəmməd  İbrahim  sultandan  daha  layiqli  bir  adam  yoxdur. 

Xahişim  budur  ki,  qoy  o  həzrət  vasitəçi  olub  hümayun  həzrət 

zilləllah  şahdan  onun  bu  diyara  gəlməsi  xahişini  etsin.  [Şah]  belə 

edərsə, bu  vilayət xalqının  minnətdarlığına səbəb olar, bütün ömür 

boyu şah dərgahının adamlarına qarşı qardaşcasına və səmimiyyətlə 

hərəkət  edər,  bundan  sonra  özbəklərlə  qızılbaşlar  birlik  və  dostluq 

münasibətində olarlar". 

Elə  ki,  Məhəmməd  İbrahim  Sultanı  Bağdaddan  şahın 

yanına  gətirdilər,  şah  belə  fikirləşdi:  Əgər  o,  Mavərinnəhr 

səltənətində  taxta  əyləşərsə  bu  iş  məqbul  olar.  [Şah]  belə  qərara 

gəldi ki, müqəddəs Məşhəddən əzəmətli əmirlərin birini Məhəmməd 

İbrahim Sultana həmrah edərək Mərvə-Nurməhəmməd xanın yanına 

göndərsinlər,  əgər  Buxara  əmirləri  öz  sözlərinə  sadiqdirlərsə  onu 

qarşılamaq üçün Mərvə və Çəharcuya gəlsinlər, Nurməhəmməd xan 

onlardan vəd alıb nifaq [qorxusundan] xatircəm olsun. 

Amma, zəfər ayəli ordu Semnana çatdıqda, Nurməhəmməd 

xanın yanından adamlar gəlib Mavərənnəhr barədə belə ərz etdilər: 

"Pirməhəmməd xanla Baqi Sultan arasında müharibə olmuş  və xan 

sultanın  əli  ilə  qətlə  yetirilmişdir.  Əmirlərin  əksəriyyəti  də 

öldürülmüşdür.  Pirməhəmməd  xan  dövlətinin  təsisçisi  və  oradakı 

işlərin  tənzimləyicisi  olan  Xudaynəzər  bəy  döyüşdən  qurtulub 

Mərvə gəlmişdir. Baqi Sultan isə Buxara şəhərini tutmuş, özbəklər 

də  istər-istəməz  ona  tabe  olmuşlar.  Bütün Mavərənnəhr  məmləkəti 

hazırda onun zəbti altındadır. 

Əlahəzrət  bu  xəbəri  eşitdikdən  sonra  belə  qərara  gəldi  ki, 

qoy  Nurməhəmməd  xan  Xudarnəzər  bəyi  cahanpənah  dərgaha 




974 

 

göndərsin,  özbəklərin  düşdükləri    vəziyyət  onun  dilindən  eşidilsin 



və  tam  məlumat  əldə  olunsun,  Məhəmməd  İbrahim  Sultan 

xüsusunda isə zamanın məsləhətinə görə müvafiq iş icra olunsun. 

İndi isə, sözün rabitəsi qırılmasın deyə, Mavərənnəhrdə baş 

verən bəzi hadisələr və Baqi Sultanın səltənət taxtına neçə əyləşməsi 

barədə yazmaq yaxşı olar. 

 

MAVƏRƏNNƏHRDƏ BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ, 



BAQİ SULTAN ƏHVALATININ BƏYANl, ONUN DÖVLƏT 

VƏ KAMRANLIQ BAYRAĞININ UCALMASI 

 

Sözlər  yazan  qələm  yuxarıda  yazmışdı:    Əbdülmömin 



xanın qətlindən sonra Buxaranın əmirləri və özbək əyanları Abdulla  

xanın    qohumlarından    və    Canı    bəy    dudumanının  

sultanzadələrindən    olan    Pirməhəmməd    xanı    padşah  etdilər. 

Əbdülmömin  xanın  qətli  xəbəri  Türküstan  ölkəsinə  yayıldıqda 

Təvəkkül  xan  Qəzaq  Mavərənnəhri  sağ-salamat  vücud  sahibi  olan 

bir padşahdan xali görərək, Türküstan qəbilələrindən  və  səhraneşin  

özbəklərdən  ibarat  saysız-hesabsız ləşkərlə o məmləkəti fəth etmək 

əzmi ilə həmin səmtə yürüş etdi. O vilayətin əksər camaatı özlərində 

belə  əzəmətli  bir  ləşkərlə  qarşılaşmaq  və  müqavimət  göstərmək 

qüvvəti  görməyib,      istər-istəməz    tabe      oldular.      Təvəkkül  xan 

Türküstan  və  Mavərənnəhr  vilayətinin  Sima  Əxsikəs,  Əndican, 

Daşkənd, Səmərqənd [adlı yerlərindən] Miyankala qədərki yerlərini 

zəbt  edib,  qardaşı  Eyşəm  Sultanı  iyirmi  min  döyüşçü  ilə 

Səmərqənddə  saxladı,  özü  yetmiş-həştad  min  adamla  Buxaranı 

tutmağa  yollandı.  O  vaxt  Buxarada  on-on  beş  min  nəfərdən  başqa 

adam yox idi. Pirməhəmməd xan və Buxara əmirləri şəhərdən çıxıb 

döyüş səfl bəzəməyi məsləhət görmədilər, şəhərin bürc və barılarını 

möhkəmləndirdilər, o ağır qoşunun hücumunu dəf etmək niyyətinə 

düşdülər.  Təvəkkül  xan  o  böyük  şəhəri  mühasirəyə  aldı.  Ləşkərlər 

bir-birlərindən  ayrılaraq  şəhərin  hər  tərəfinə  səpələndilər.  Buxara 

mübarizləri  hər  gün  bir  darvazadan  çıxıb  hərb  atəsini 

alovlandırırdılar. Onlar bir dəstə müxalifin ömür xırmanını iti qılınc 

şöləsi ilə yandırdılar. 

Hərb alovu tərəflər arasında on bir gün şölələndi. On ikinci 

gün  Buxara  əskərləri,  igidlik  sahibləri  və  bahadırlar  birlikdə 

şəhərdən çıxdılar və günəşin doğuşundan qurub etməsinədək hər iki 

dəstə  arasında  böyük  hərb  oldu.  O  gün  buxaralılar  qalib,  qəzaq 



975 

 

ləşkəri  isə  məğlub  oldu.  Təvəkkül  xan  dayandığı  yerdən  qalxdı  və 



əzilmiş halda öz ordusuna tərəf getdi, əskərlərinin əksəri pərakəndə 

olub fərara tərəf üz tutdu. Gecə düşəndə Buxara camaatı zəfərlə geri 

dönüb  şəhərə  qayıtdı,  şadmanlıq  nağaraları  çalınmağa  başladı. 

Qorxuya  düşmüş  Təvəkkül  xan  orada  dayana  bilməyərək,  orduda 

məşəllər  yandırdı,  gecənin  zülmətində  Səmərqəndə  qayıtdı.  Onlar 

Səmərqəndə çatıb  vəziyyətdən  və xanın geri qayıtmağından Eyşəm 

Sultanı agah etdilər. 

Bu  məsələdən  əzilən  Eyşəm  Sultan  qardaşının  yanına  bir 

adam  yollayıb  ona  bu  sözləri  çatdırdı:  "Sənə  ar  olsun  ki,  yanında 

olan  saysız-hesabsız  ali  bir  ləşkərlə  Buxaranın  sayca  çox  az  olan 

dəstəsinə  məğlub  oldun  və  geriyə  qaçdın.  Əgər  sən  belə 

məğlubiyyətlə  Səmərqəndə  gəlsən,  mümkündür  ki,  səmərqəndlilər 

müxalifət  qapılarını  açıb  müvafiqət  qapılarını  üzümüzə  bağlayalar. 

Dövlətin  məsləhəti  belədir  ki,  qoy  xan  geri  dönsün,  mən  də  öz  ali 

ordumla gedib ona qoşulum". 

Təvəkkül  xan  qardaşının  məsləhətinə  əməl  edərək  geri 

qayıtdı,  Eyşəm  Sultan  da  gəlib  ona  qoşuldu  və  onlar  ikinci  dəfə 

cəngə amadə oldular. 

Təvəkkül xanın fərar etməsindən sonra Pirməhəmməd xan 

və təbəələri onu təqib edib, tutduğu mahalları geri almaq məqsədi ilə 

Buxaradan çıxdılar, Mavərənnəhrin hər tərəfindən gəlib onlara çoxlu 

adam  qoşuldu,  biganə  ləşkəri  dəf  etmək  niyyətinə  düşdülər.  Onlar 

Miyankalın  Uzunsaqqal  adlı  yerində  müxaliflərə  çatdılar  və 

aralarında  hərb  atəşi  alovlandı.  Bu  vaxt,  Pole-Salar  döyüşündə 

müzəffər  qızılbaş  ləşkərindən  zərbə  görən  və  fərar  edən 

Dinməhəmməd  xanın  qardaşı  Baqi  Sultan  Pirməhəmməd  xanın 

yanına  gəldi.  Onun  bu  gəlişinin  şərhi  belədir:  Qardaşı 

Dinməhəmməd  xan  az  miqdar  əskərlə  cəng  meydanından  çıxıb 

Əndxoda çatdıqdan sonra Gorgi keçidindən keçərək Buxaraya gəldi. 

O  zaman,  Pirməhəmməd  xan  Buxaradan  çıxıb  Təvəkkül  xanın 

təqibinə  getdiyi  üçün,  Buxara  əhalisi  onun  icazəsi  olmadan  Baqi 

Sultanın  şəhərə  daxil  olmasına  yol  vermədi.  [Buna  görə  də]  Baqi 

Sultan  Xacə  Bəhaəddin  məzarından  keçib  Pirməhəmməd  xanın 

ordusuna  tərəf  getdi,  Uzunsaqqalda  onun  ordusuna  birləşdi  və 

əmirlərin  vasitəsilə  xanla  görüşmək  şərəfinə  yetişdi,  çingiziyyə 

qanun-qaydasına görə ona kurneş* etdi. 

Pirməhəmməd xan əmirləri Baqi Sultanın gəlişini qənimət 

bilərək,  bu  gəlişi  şad  əlamət  (estebşar)  kimi  başa  düşdülər,  xanın 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə