Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə329/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   325   326   327   328   329   330   331   332   ...   340

961 

 

yaxınlaşmasından  əndişələndilər,  bərk  çaxnaşmaya  düşdülər,  ali 



saraya  getməkdən  çəkinib  fərar  məqamına  gəldilər,  Ətrək  tərəfə 

yollandılar.  İllərlə  üsyan  səhrasında  müstəqillik  edən  oxlular 

qorxmadan  Məhəmmədqulu  bəyin  yaşadığı  evə  hücuma  keçdilər. 

Bəyin  mülazimləri  müdafiəyə  başladılar  və  onların  arasında  savaş 

başlandı. Bir neçə yerdən Məhəmməqulu bayi ağır yaraladılar, onun 

bir  neçə  mülazimini  qətlə  yetirdilər  və  var-dövlətini  qarət  edib  öz 

tayfalarının yanına getdilər. 

Bu  xəbəri  eşidən  əlahəzrət  elə  həmin  gün  Kəbudcamədən 

çıxaraq  o  aqibətsizlərin  ardınca  yollandı.  Gecə  vaxtı  oxluların 

yurduna  gəlib  çatdılar.  Onlar  isə  öz  xeymə,  xərgah  və  alaçıqlarını 

(əlaçuq) atıb fərar  etdilər. Olduqca qaranlıq (mozlem) bir  gecə idi. 

Zülmət  cəhənnəmdəki  quyudan  (çahe-vil)  xəbər  verirdi.  Buludun 

gözləri ağlamağını saxlaya bilmirdi. 

 

Beytlər 

 

Gecə qıvrılırdı başda saç kimi,  



Babil quyusundan fərqli idimi? 

Hava - qır rənginə "bəyaz " deyirdi,  

Qara - yar zülfünü üstələyirdi.  

Gecə - soyunmadı sübhədək donu,  

Əl - tapa bilmədi ağız yolunu.

640


 

 

Əlahəzrət zilləllah şah istəyirdi ki, Qari xana çatana və onu 



tutanadək  hücumu  dayandırmasın  və  heç  yerdə  dayanmasın. 

Ruzigarın  təcrübəsinə  çox  yaxşı  yiyələnmiş  yaxşı  düşüncəli 

dövlətxah adamlar belə ərz etdilər:  "Zülmət gecə  vaxtı padşahların 

şəxsən  gedib  yağını  təqib  etməsi  barədə  heç  bir  yerdə  fərman 

(dəstur) yoxdur. Əgər  əlahəzrət öz camal aynasında qeybdən  gələn 

hadisələr  pərdəsini  dəlib  keçən  fikir  nurunu  müşahidə  edərək, 

səltənət  və  hökmranlıq  məsələlərində  məsləhətlərə  qulaq  asır  və 

                                                           

640

 Beytlərin farscası: 



Şəbi əz tiregi çon cəde - kakol,  

Şəbi tariktər əz çahe - Babol.  

Həvaye qirgune - an şəbe-tar  

Səbəq borde ze cəde - sonbole-yar.  

Çenan tire bod an şəb ta səhərgah  

Nəbordi dəstha suye-dəhən rah. 




962 

 

[böyük]  işlər  (karnameha)  görürdüsə,  onun  gördüyü  işlər  ruzigar 



sultanlarının düsturül-əməllərinə müvafiq olubdur." Şah həmin yaxşı 

düşüncə  sahiblərinin  fikri  ilə  razılaşdı  və  Qari  xanın  yurdunda 

atından  yerə  endi.  Onun  Astrabada  gəlişinin  əsl  məqsədi  o  gözəl 

vilayəti  üsyankarlardan  xilas  etmək  olduğundan,  ağrəq  qoşununu 

orada qoyub, Bərxurdar bəy Ənis Topçubaşını  bir dəstə tüfəngçi ilə 

ağrəq  [mallarının]  mühafizəsi  üçün  saxladı.  Sobhe-sadiqin  işartısı 

göründükdə, zəfər və iqbal ilə ata süvar oldu və gedib Ətrək çayının 

sahilində oxlu qəbilələrinin köçünə çatdı. Təşvişə düşən Qari xan öz 

qoşunundan ayrıldı, bir neçə adamla Ətrək çayını keçdi, çöl yoluna 

düşdü,  onun  qoşunu isə  müzəffər  qazilərin  basqınına  məruz  qaldı. 

Kişilər  iti  şəmşirlərə  yem,  qadınlar  və  uşaqlar  əsir,  mal-dövlət, 

heyvanlar  və qənimətlər isə qarət və tarac küləyinə giriftar oldular. 

Qari xanın hansı tərəfə qaçdığı məlum olmadığı üçün həmən susuz 

çöldən geri döndülər, Gürgan çayı kənarında olan  və  Şəmsül-məali 

Qabus ibn Vəşmgirin gümbəzi yaxınlığında orduya birləşdilər, sonra 

oradan çıxaraq Mübarəkabad qalasının yanında dayandılar. 

Sayinxanilərin  eymur,  kuklən,  salur  və  başqa  qəbilə 

ağsaqqalları şahın qəzəbindən qorxub ali taxt ayağına gəldilər və şah 

tərəfindən  nəvazişləndilər.  Əlahəzrət  Mübarəkabad  qalasının  təmir 

olunması  qərarına  gəldi.  Qalanın  hər  tərəfini  əmir  və  əskərlər 

arasında böldülər və bu iş başlandı. Olduqca hündür olan qala divarı 

on iki gün ərzində ucaldıldı. 

Bu vaxt şah belə fikirləşdi: Siyahpuşlar arasında onların bu 

mülkdə hakimiyyət etdikləri  vaxt qızılbaşlara xidmət  edən heç kəs 

sağ  qalmamışdır,  bu  dövrdə  doğulan  cavanların  da  yaşları  iyirmi-

iyirmi  beş  yaşdan  çox  deyildir  ki,  onlar  da  hakim  görməyərək, 

özlərini  hakim  təsəvvür  etmiş,  başlarına  qürur  havası  dolmuşdur. 

Gərək ehtiyat naminə o tayfaya qarşı tədbir görülsün ki, onlar qəflət 

yuxusundan oyansınlar. 

Qalanın  təmiri  qurtardıqdan  sonra,  şah  bütün  siyahpuş 

sərdarlarını [yanına] tələb etdi və onlara öz gövhərlər səpən dili ilə 

dedi: "Bu məmləkət artıq neçə ildir ki, layiqli hakimdən xali olmuş, 

buranı  hiyləgərliklə  zəbt  etmişlər.  Siz  öz  qayğınıza  qalıb,  rəiyyət 

olmaq  yolundan  uzaqlaşmış,  döyüşkənlik  meydanına  qədəm 

atmısınız.  Bir-birinizin  qorxusundan  və  türkmanların  basqınından 

qorunmaqdan ötrü siyahpuşları toplayaraq, qızılbaş əmirlərinə qarşı 

hörmətsiz  hərəkətlər  etmisiniz.  İndi  isə,  öz  keçmiş  əməllərinizdən 

peşman  olub  üzrxahlıq  və  bizə  bağlılıq  məqamına  gəlmisiniz.  Biz 




963 

 

sizin  hərc-mərclik  zamanı  vaqe  olmuş,  ya  olmamış



641

  əməllərinizi 

əfv etmişik. Hal-hazırda İlahinin inayəti və şahın qüvvəti sayəsində 

bu  məmləkətin  hər  tərəfi  (həvaşi)  əmin-amanlıq  içərisindədir  və 

Təbəristan, Cürcan  və Xorasan Murğab çayınadək bu  güclü dövlət 

övliyalarının  əlindədir.  Xarəzm  və  Ürgənc  sultanları  bizə  itaət 

edirlər. Sayinxani ulus düşmənləri öz cəzalarını almış, qalanlar isə 

boyunlarını bizə bəndəlik həlqəsinə salmışlar. Məmləkəti idarə edən 

bir  hakim  lazımdır.  Bundan  sonra  adamlar  ərbabların  cövr  və 

zülmündən azaddırlar. Elə buna görə də, onların artıq [burada] qala 

saxlamaq  ehtiyacı  yoxdur.  Siz  gərək  öz  qalalarınızı  dağıdıb,  bütün 

silah-sursatınızı  hakimin  sərkarına  verəsiniz  ki,  həmin  silahlar 

Mübarəkabad  qalasında  işə  yarayacaqdır.  Siz  özünüz  isə 

xanəköçünüzü  bu  qalaya  gətirib  orada  yaşayacaqsınız.  Qədim 

vaxtlarda  olduğu  kimi  gərək  əkinçilik  və  rəiyyət  işləri  ilə  məşğul 

olasınız, siyahpuşluğu tərk edəsiniz. Belə olan halda bu məmləkətin 

hakimi  sizdən,  siz  isə  hakimdən  qorxmadan  etibarlı  şəkildə 

yaşayacaqsınız." 

Sərdarların  tabe  olmaqdan  başqa  çarələri  qalmadığı  üçün 

bu təklifi qəbul etdilər. Əlahəzrət işləri qaydaya salmağı etibarlı bir 

qızılbaşa  həvalə  etdi  və  dedi  ki,  əgər  bundan  sonra  bircə  şəmsir, 

hətta bir ədəd nizə də evlərinizdə olarsa onları saxlayan adamın qanı 

hədər yerə axacaqdır. 

Xülasə, bu günlərə qədər  Astrabad  vilayətində  yaşayan  və 

"yalnız mən", yaxud da heç kim"

642


 təbilini çalan siyahpuş təbəqəsi 

özlərini  heç  vaxt  təsəvvür  etmədikləri  qəribə  vəziyyətdə  gördülər, 

ikrah  hissi  ilə  fərmana  boyun  əydilər.  Amma,  onlar  biri-digərini 

ağılsızlıqda  töhmətləndirirdilər,  hərəkətlərindən  müxalifət  və  nifaq 

əlamətləri müşahidə olunurdu. 

Xülasə,  qərara  alındığı  kimi,  onların  qalaları  dağıdıldı. 

Mübarəkabad  qalasına  bir  neçə  min  tüfəng,  zireh,  ox  ucu  (kiş)  və 

kaman gətirildi, sərdarların ailələri qalada yerləşdirildi. Bu hadisələr 

baş  verən  vaxt,  əlahəzrət  zilləllah  şah  bir  gün  şəhərə  təşrif 

aparmışdı.  Qadın  və  uşaqların  nalə  səslərini  eşitdi.    Siyahpuşların 

zülmü göyə yüksəlirdi. Hərc-mərclik dövründə olduğu kimi, elə indi 

də,  əksəriyyəti  zahid,  abid  və  xeyrxah  (saleh)  olan  Astrabad 

şəhərinin  camaatına  qarşı  zülm  olunur,  siyahpuşlar  şeytancasına 

                                                           

641

  İfadənin ərəbcəsi: "Kənə ləm yəkun". 



642

 İfadənin ərəbcəsi: "Ənə va la ğeqru".  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə