Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə337/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   332   333   334   335   336   337   338   339   340
    Bu səhifədəki naviqasiya:
  • Beyt

983 

 

mehrli bir möhürlə bəzədi və Məhəmməd İbrahim xana təhvil verdi. 



Xan  Əsfərayində  [şahdan]  rüxsət  aldı,  müqəddəs  Məşhəd  hakimi 

Budaq  xan  öz  qoşun  və  ləşkəri  ilə  ona  yoldaş  kimi  yola  salındı. 

Lakin  onların  gedişindən  sonra  asimani  bir  nida  şaha  xatırlatdı  ki, 

əgər Bəlx əhalisindən soruşub (estemzac) onun barəsində fikirlərini 

mükəmməl  şəkildə  öyrənə  bilsələr  və  təkrar  sorğu-sual  və  gediş-

gəliş  nəticəsində  dəqiq  (kəmahi)  məlumat  əldə  olunsa,  özbəklərin 

fitnəsindən  xatircəm  olmaq  olar.  Belə  bir  halda,  fəqət  cah-cəlal 

ordusu Bəlxə yaxın olan (əqrəb) Herat darüssəltənəsinə gəlib orada 

dayandıqda  onu  (Məhəmməd  İbrahim  xanı  -  Ş.F)  göndərsək  daha 

yaxşı olar. 

Ehtiyatkarlıq  etmək  bunu  tələb  etdiyinə  görə  də  bu 

bəyənilən rəyə əməl olundu və xanı müqəddəs Məşhəddə saxladılar. 

[Sonra]  söhbət  yasovulu  Ruhulla  bəy  Zülqədərə  məktub  və  lazimi 

hökmlər verib, Bəlx elçiləri ilə birlikdə o tərəfə yollandılar. [Şah isə] 

Əsfərayindən müqəddəs Məşhədə doğru yolu düşdü, həzrət imaməl-

cenn və-n-nasin nurlu məqbərəsini təvaf etmək şərəfi ilə şərəfləndi. 

O, qışı həmin  mübarək büqədə dua  və ziyarətlə başa  vurdu, həmin 

müqəddəs  rövzədə  fəqət  müqəddəs  hümayun  zata  mənsub  olan 

xadimbaşıgəri  xidmətləri  ilə  məşğul  olmaqda  ikən,  baharın  ənbər 

qoxulu nəsimi əsməyə başladı, təbiəti ətirləndirdi. 



 

[HİCRİ TARİXLƏ] MÜBARƏK MİN DOQQUZUNCU İLƏ 

(MİLADİ 1600/01) BƏRABƏR SİÇAN İLİNİN, YƏNİ 

HÜMAYUN ŞAHIN SƏADƏTİLİ CÜLUSUNUN ON 

DÖRDÜNCÜ İLİNİN BAŞLANMASI 

 

Səadət  amallı  bu  ilin  aləmi  bəzəyən  novruzu  mübarək 



ramazan  ayının  beşinə  (10  mart),  çəharşənbə  gününə  düşdü,  yəni 

insanlara işıq bəxş edən səyyarələr sultanı (yəni günəş - Ş.F.) iqballı 

əzəmətlə şəfəq taxtına çıxıb öz yüksək bayrağını qaldırdı, ordibehişt 

[ayının]  nəsimi  bahar  güllərinin  qoxusundan  ətirlənməyə  başladı, 

təbiəti  rayihələndirdi,  ürəkaçan  baharın  gülləri  gözəllik  bülbülləri 

(hezaran)  ilə  qış  yatağından  (hecle)  özlərini  göstərərək,  insanların 

şadlığını  artırdı,  [soyuğun]  qarətgər  ləşkərinin  gəlişi  ilə  torpağın 

gizli  ağuşuna  (nihanxane)  girib,  ayaglarını  təvazökarlıq  (xəmul) 

ətəyinə  yığan  güllərin  (rəyahın)şux  gözləri  cilvəgərliyə  və  şuxluq 

etməyə (şuxi) başladı: 



 


984 

 

Beytlər 



 

Gün ayinli novruz gəldi yenə də,  

Bənzətdi qoynunu yerin cənnətə.  

Bahar nəsimləri ətirli oldu,  

Cahanın hər yanı sevinclə doldu. 

Bahar bir tərəfdən, gün başqa yandan,  

Hər biri bədənə vermədədir can.  

Bahardan elə bir lütf yüksəlir  

Ki ondan zövq ətri, yar ətiri gəlir

651


 

 

Əlahəzrət  müqəddəs  Məşhəddə  dövlət  kamina  çatdı  və 



şadimanlıq bayrağı ucaltdı, behiştnişan şəhərin meydanında çovkan 

və  qəbəq  (qəbəqəndazi)  oyunları  onun  nurlu  eyş-işrətini 

artırmaqdaydı.  Novruz  günlərinin  sevinc  və  nişatından  sonra  o, 

yürüş cilovunu Herat darüssəltnəsinə tərəf döndərdi, zəfər və iqballa 

həmin  cənnətmisal  yerə  gəlib  çatdı,  "Baqe-şəhr"də  dayandı. 

Hüseynxan  Şamlı  əhali  və  əyanlarla  onu  qarşılayaraq,  ləyaqətli 

xidmətlər  göstərdi.  [Şah]  Xarəzm  valisi  Hacı  Məhəmməd  xana  və 

Şahican  Mərvinin  valisi  Nurməhəmməd  xana  Mavərənnəhr 

məsələləri  xüsusunda  məsləhətləşməkdən  və  qərar  çıxartmaqdan 

ötrü  məktub  yazaraq,  onları  yanına  dəvət  etdi  və  məktubları  şah 

ordusunun  mülazimləri  apardılar.  Hacı  Məhəmməd  xan  fərmana 

əməl  edib  Xarəzmdən  çıxdı.  O,  yol  getməkdə  idi  ki,  xəstələndi, 

yolun bir neçə mərhələsini kəcavədə (məhəffe) gəldi, lakin xəstəliyi 

şiddətləndiyi  üçün  [Herata]  çata  bilmədi,  üzr  istədi  və  əlahəzrət 

onun üzrünü qəbul etdi, amma Nurməhəmməd xan əsassız səbəblar 

irəli sürdü və gəlməkdən imtina etdi. 

Herat  darüssəltənəsi  hadisələrindən  biri  də  budur:  Bəlxə 

göndərilmiş Ruhulla bəy qayıdıb belə ərz etdi: "Bəlx əhalisinin bir 

                                                           

651


 Beytlərin farscası: 

Baz novruz gəşt mehrayin,  

Kərd səhne-cəmən ço xoldbərin.  

Şod nəsime-bəhar ənbərbiz,  

Dər-o bame-cəhan neşatəngiz.  

Dər nəsime-bəhar-o feyze-səbuh 

Hər dəmi can dəməd be qalebe-ruh.  

Be məşame-cəhan ze lotfe-bəhar  

Mirəsəd buye-zovq-o nekhəte-yar 



985 

 

hissəsi  İbrahim  Məhəmməd  xanı  istəyir,  amma  başqa  hissəsi  isə, 



hal-hazırda  da  onların  hakimi  olan  Əbdüləmin  xan  tərəfdarıdır. 

İkinci  hissə  İbrahim  Məhəmməd  xanın  oraya  göndərilməsinin 

əksinədir  və  onlar  qorxurlar  ki,  xanın  gəlişi  ilə  Əbdüləmin  xan 

dövlətinə  sədəmə  toxuna  bilər."  Bir  neçə  kəngaş  məclisi 

çağırıldıqdan  sonra  əlahəzrət  zilləllah  şah  istəmədən  bu  fikirlə 

razılaşdı.  Şərt  belə  oldu  ki,  Məhəmməd  İbrahim  xan  Əbdüləmin 

xanı  özünün  böyük  qardaşı  bilsin,  onunla  görüşsün,  əmr  və 

tapşırıqlarına əməl etsin, Əbdüləmin xanın rəsmi hökmü (yərliğ) ilə 

ona  verdiyi  məmləkətlərlə  kifayətlənsin  və  Mavərənnəhrin  fəthinə 

qədər bununla qənaətlənsin, amma, Allahın köməyi ilə Mavərənnəhr 

ələ  alındıqdan  sonra  onların  biri  Buxarada,  o  birisi  isə  Bəlxdə 

yerləşər. 

Şah  tərəfindən  Məhəmməd  İbrahim  xana  istimalət  kağızı 

yazıldı  ki,  orada  xana  "izzətli  qardaş"  ifadəsi  ilə  müraciət 

olunmuşdu. Bu iş şahın ürəyindən olmasa da, zamanın məsləhətinə 

uyğun olaraq belə dedi: 

 

Beyt 

 

Dövlət işi ittifaq iləndir,  

Amma süqutu nifaq iləndir.

652


 

 

Xudaynəzər bəyin fikir və hüsni-tədbirinə tam etimadı olan 



şah  Məhəmməd  İbrahim  bəyin  huşyarlıq  qulağına  (guşe-huş)  öz 

qiymətli nəsihətbrini çatdırıb ona lazimi tapşırıqlar (sefareşate-bəliğ) 

verdi, bidirdi ki, Nəzər bəyin  məsbhət  və  razılığı ilə hərəkət etsin, 

zamanın  da  məsləhətini  nəzərə  alaraq  Əbdüləmin  xanla  da 

mülayimlik  və  məhəbbət izharı şəraitində dolansın, əqlin və biliyin 

göstərişinə  əməl  etsin.  Şah  ona  şahanə  yaraqlar  verib,  müqəddəs 

Məşhəd  hakimi  Budaq  xanı  və  ibn  Hüseynxan  Firuzcəngi  də  ona 

həmrah  edərək  yola  rəvan  etdi.  Sonra  İmamqulu  xan  Pakizə 

Türkmanı  Bəlxə  Əbdüləmin  xan  və  özbək  böyüklərinin  yanına 

yollayıb, onlarla ülfət  məktubları  göndərdi. O, həmrəylik  və ittifaq 

barədə öz ürək sözlərini yazaraq belə buyurmuşdu: "İrsi mülkün ələ 

                                                           

652

  Beytin farscası: 



Dovlət həme z-ettefaq xizəd,  

Bidovləti əz nefaq xizəd. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə