Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə338/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   332   333   334   335   336   337   338   339   340

986 

 

keçirilməsinə  çalışın.  Əgər  qızılbaşların  köməyinə  ehtiyac  olarsa, 



bizə bildirin ki, onları yollayaq". 

Məhəmməd  İbrahim  xan  xoş  bir  saatda  şahın  yanından 

ayrılaraq qızılbaş döyüşçüləri və Xudaynəzər bəylə yola rəvan oldu. 

O,  Pakizə  İmamqulunu  irəli  göndərdi  ki,  onun  gəlişini  əmisinə 

çatdırsın,  əhalinin istiqbala  çıxmasını  təşkil  etsin. Pakizə  də  Bəlxə 

gedərək özünün bu elçilik xidmətini yerinə yetirdi. 

Amma,  Bəlx  böyükləri  hazırda  səltənət  taxtında  əyləşən 

Əbdüləmin  xanın  xatirinə  Pakizə  İmamqulunun  xahişinə  əməl 

etməyərək,  xanın  izni  olmadan  Məhəmməd  İbrahim  xanı 

qarşılamağa  cürət  etmirdilər.  Nəhayət  bəzi  ağsaqqalların  məsləhəti 

ilə  onlar  xanı  qarşılamağa  yollandılar  və  Meymənə  hüdudunda 

aralarında görüş oldu. Onlar hər məsələ xüsusunda xeyli danışdılar. 

Bəlxlilər Məhəmməd  İbrahim xanın hərəkətlərindən anladılar ki, o, 

məchul bir övlada baş əyməyəcəkdir. Əbdüləmin xan tərəfindən iş 

başına keçirilən və onun tərəfdarı olan bəzi adamlar səltənət iddiası 

izhar  edərək,  oradan  geri  qayıtdılar,  şəhərə  gəldilər.  Başqaları  isə 

belə  dedilər:  "Qızılbaş  ləşkərinin  gəlişinə  ehtiyac  yoxdur.  Öz 

padşahzadəmizi  bizim  ixtiyarımızda  saxlayın  ki,  özbəklər  necə 

istəyirlərsə, eləcə də hərəkət etsinlər". 

Bulaq  xan  və  Xudaynəzər  bəy  özbaşına  tərzdə  bu  təkliflə 

razılaşmadılar  və  qərara  aldılar  ki,  qoy  hər  iki  tərəf  məsələni  şaha 

ərz etsin və şah tərəfindən söyləniləcək təklifə əməl olunsun. Həmin 

adamlara  etibarı  olmayan  Məhəmməd  İbrahim  xan  və  yoldaşlrı 

ehtiyatkarlıqla  bir  neçə  mənzil  geri  çəkildilər  ki,  qızılbaşların 

köməyinə  yaxın  olsunlar.  Onlar  şahın  yanına  adam  yollayıb  ona 

məktub  göndərdilər,  həmin  ağsaqqallar  isə  Bəlxə  qayıtdılar. 

Əlahəzrətdən  bərk  qorxduqları  üçün  onlar  da  bir  adamlarını  ali 

saraya  göndərib  [belə]  ərz etdilər:  "Bizim cidd-cəhdimiz  (hemmət) 

buna yönəlmişdir ki, qoy Məhəmməd İbrahim xan Buxaraya ləşkər 

çəkib  Mavərənnəhr  məmləkətini  saxta  adamların  (motəgəl-lebe) 

əlindən alsın. Bizim Əbdüləmin xan və Bəlxin əmir və əyanlarından 

təvəqqəmiz yoldaşlıq və həmrahlıqdır, biz əsla Bəlx məmləkətini və 

Əbdüləmin  xanın  zəbtində  olan  yerləri  ondan  geri  istəmirik. 

Qızılbaş  ləşkərinin  buraya  gəlməyini  istəmədiyimiz  üçün,  əgər 

[Əbdüləmin]  xanın  toxunulmazlığı  xüsusunda  əhd-peyman 

bağlanılarsa  və  həmin  əhd-peyman  imanla  möhürlənərsə,  şah 

[özbəklərin] nifaq etməyəcəklərindən arxayın ola bilər". 



987 

 

Əhd-peyman  bağlandıqdan  sonra  Budaq  xan  və  İbn 



Hüseynxan  geri  qayıtdılar  və  [Məhəmməd  İbrahim  bəyi]  özbək 

döyüşçüləri ilə sağ-salamat Bəlxə rəvan etdilər. Bu məqsədlə Pakizə 

İmamqulu ikinci dəfə Bəlxə getdi. Zahirən Əbdüləmin xandan razı 

qalmalarından ötrü bəlxlilərə bu sözləri çatdırdı. 

Amma,  özbək  böyükləri  batinən  onunla  belə  əhd  etdilər: 

"Əgər  Məhəmməd  İbrahim  xan  buraya  təşrif  gətirərsə,  biz 

özümüzün  əsil-nəsəbi  məlum  olan  o  padşahzadəmizin  tərəfini 

tutacaq,  zərurət  üzündən  qəbul  etdiyimiz  məchul  nəsəbli 

[Əbdüləmin]  xanı  qəbul  etməyəcəyik"  Onlar  məxfi  əhdnamələr 

yazıb, onları Pakizə İmamquluya verdilər, xan da onların razılıq və 

itaətindən xatircəm olub qeri qayıtdı, qorxu-hürküsüz halda və hərbi 

mülahizələrlə  Məhəmməd  İbrahim  xanı  Xudaynəzər  bəylə  Bəlxə 

apardı və qızılbaşlar geri döndülər. 

Bəlxin  kənarına  gəlib-çatan  Məhəmməd  İbrahim  xanın 

gəlişindən  xəbər  tutan  Əbdüləmin  xan  bir  neçə  adamı  onun 

istiqbalına yolladı. Həmin adamlar onunla görüş səadətinə yetişərək, 

Məhəmməd  İbrahim xanda nəcabət  və padşahlıq əlaməti  müşahidə 

etdikləri  üçün,  ona  mülazim  olmaq  qərarına  gəldilər.  O,  Bəlxə 

yollandığı  gün,  şəhərdə  qalmış  əmirlər  və  əyanlar  Əbdüləmin  xanı 

Məhəmməd  İbrahim  xanın  istiqbalına  getməyə  rəğbətləndirdilər. 

Amma o, özünün səltənət  və böyüklük rütbəsinin hifzi üçün oraya 

getmək  istəmirdi.  [Buna  görə  də]  onlar  həmin  böyük  xanıma 

(Əbdüləmin xanın himayəçisinə  - Ş.F.)  belə dedilər:  "Əgər nəvvab 

xan  Məhəmməd  İbrahim  xanı  qarşılamağa  getməzsə  və  ona  öz 

qardaşlıq  ülfətini  bildirməzsə,  bütün  özbəklər  sizi  öz  qardaşınız 

oğluna  (Məhəmməd  İbrahim  xana  -  Ş.F.)  qarşı  mehribansızlığda 

ittiham edəcəklər." 

Xülasə,  həmin  böyük  banu  istiqbala  razılıq  verdi  və 

Əbdüləmin  xan  əmirlər  və  əyanlarla  istər-istəməz  xanı 

qarşılamaqdan ötrü atlara süvar oldular. Onlar şəhərdən çıxanda  və 

Məhəmməd  İbrahim  xan  görünəndə  adamların  əksəriyyəti  onu 

görməkdən  ötrü  irəli  gəldilər  və  onunla  kurneş  etdilər.  Adamların 

sayı  get-gedə  azaldı.  İstiqbala  gələnlərlə  görüş  bitdiyi  vaxt  özbək 

əyanları  belə  qərara  gəldilər:  "Görüş  zamanı  Məhəmməd  İbrahim 

xan  əgər  atından  düşərsə,  gərək  cənab  xan  da  piyada  olub  onu  öz 

mehribanlıq  ağuşuna  çəksin,  qardaşcasına  görüşsün,  öz  isti 

münasibətini bildirsin". 



988 

 

Əbdüləmin xan razılaşdı. Onlar gəlib bir-birlərinə çatdıqda 



əvvəlcə həmin sadəlövh biçarə nadan xan atdan düşdü. Əbdüləmin 

xanın  atından  endiyini  müşahidə  edən  Məhəmməd  İbrahim  xanın 

özü  isə  ata  süvar  halda  qaldı  və  öz  tərəfdarlarına  dedi  ki, 

Əbdüləmini  irəli  gətirsinlər  və  onunla  görüşdürsünlər.  Bu  fərmanı 

alan adamlar  elə də etdilər. Vaxt get-gedə  azalır  və əhali nəsə təzə 

bir  əhvalat  gözləyirdi.  Əbdüləmin  xan  tərəfdarlarından  heç  kim 

danışmağa  macal  tapmadı,  xan  isə  pərişan  və  heyranlıqla  kurneş 

mərasimini  yerinə  yetirdi.  Məhəmməd  İbrahim  xan  öz 

mülazimlərinə  onun  minik  atlarını  götürmələrinə  işarə  etdi. 

Görüşdən  sonra  o  biçarənin  atlanmaqdan  ötrü  cilov  tələb  etməsinə 

baxmayaraq, ona cilov gətirmədilər. Xan heyranlıqla əskər atlarının 

əl-ayaqları  altında  qalmışdı.  Nəhayət,  Məhəmməd  İbrahim  xan 

yanında saxlayıb şəhərə gətirməyindən ötrü onu etibarlı bir adamına 

tapşırdı, özü isə dövlət, iqbal, əzəmət və cah-calal ilə Bəlx qübbətül-

islamına daxil olub səltənət sarayında dayandı. 

Möhtərəm bibi öz qardaşı oğlunun görüşünə gəldi, iş artıq 

əlindən  çıxdığı  üçün  ona  öz  bağlılıq  və  mehribanlığını  izhar  etdi, 

onun  Əbdüləmin  xanla  mürüvvət  və  hüsn-rəğbətlə  (ehsan) 

davranması  və  ona  pislik  etməməsi  xüsusunda  xahişini  bildirdi. 

Amma,  elə  həmin  gecə  Yarməhəmməd  Mirzə  öz  dövlətxahlığını 

bildirərək Əbdüləmin xanı aradan götürdü, Məhəmməd İbrahim xan 

isə  arxayınlıqla  səltənət  taxtına  əyləşdi,  özbək  tayfaları  ayaqlarını 

ona  itaət  dairəsinə  qoydular.  Həsare-Şadiman  hakimləri  də 

Məhəmməd  İbrahim  xana  öz  bağlılıqlarını  izhar  etdilər  və  onun 

dövlət bayrağı göyə ucaldı. Məhəmməd İbrahim xanın hakimiyyətə 

gəlişi  və  Əbdüləmin  xanın  öldürülməsindən  sonra  belə  xəbər 

eşidildi: Xanın bibisi məsələnin üstündən pərdəni açıb [Məhəmməd 

İbrahimə]  belə  söyləmişdir  ki,  Bəlx  əhalisi  Baqi  xanın  atası  Canı 

bəy  Sultanın  padşahlığını  istədikləri  və  Canı  bəyin  ailə  üzvləri  isə 

tamamilə qırıldığı üçün bu məsələni məmləkəti [məhz] səndən ötrü 

qorumaqdan ötrü mən düşünmüşəm. 

Amma,  Məhəmməd  İbrahim  xan  bibisi xüsusunda  yalan  - 

doğru danışılan söhbətlərə görə, doğrusunu Allah bilir, ona qarşı çox 

da iltifat göstərmədi, bibisindən ötrü Həcc səfəri hazırlığını görərək, 

germəyinə  izn  verdi,  bibi  isə  yolda  ikən  axirət  aləminə  getdi. 

Məhəmməd İbrahim xan baş verən məsələlər barədə sədaqət üslublu 

bir məktub yazaraq, ali saraya göndərdi.  Bu xəbərdən şadiman olan  



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə