Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə328/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   324   325   326   327   328   329   330   331   ...   340

958 

 

fitnəsini  aradan  qaldırmaqdan  ötrü  Gürgan  çayı  kənarındakı 



Mübarəkabad      qalasını      hazırlayıb,      belə      qərara      aldı      ki, 

hakimlər  şəhərdən  çıxaraq,  yəqə  türkmanlarından  qorunmaq  və 

məmləkətin  təhlükəsizliyini  təmin  etməkdən  ötrü  həmin  qalada 

iqamət  etsinlər.  O  vaxtlarda  baş  vermiş  hadisələrin  təfsilatı  [bu 

kitabın]  birinci  səhifəsində,  cənnətməkan  şahın  bəhsi  hissəsində 

qələmə alınmışdır. 

Yeri cənnət asiyanlı şahın  vəfatından sonra  İsgəndər şanlı 

nəvvab  və  İraq  Azərbaycanın  ləşkəri  rum  hücumunu  dəf  etməklə 

məşğul idi. Xorasan əmirləri [isə] iki dəstəyə bölünüb bir-birləri ilə 

savaş  məqamına  gəldilər.  Qızılbaş  tayfalarının  başı  elə  qarışdı  ki, 

onlar  bir  neçə  il  Astrabadın  zəbt  olunma  məsələsi  ilə  məşğul  ola 

bilmədilər,  bu  məmləkətin  müstəqil  bir  hakimi  olmadı.  Yəqə 

türkmanları,  xüsusilə  Əliyar  bəy  Eymur  ürəklənib  Zərrabxanə  və 

Mübarəkabad  qalasınadək  şəhərin  üç  fərsəxliyinə  gəlib  çatdı, 

türkmanlar  orada  dayandılar,  qalanı  dağıtdılar  və  rahatlandılar. 

Astrabad əhalisi onların hücumunu dəf etmək məqsədiylə bir qədər 

dözdülər. Nəhayət, türkmanlarda düşmənçilik və üsyan duyğusu baş 

qaldırdı. Hər bölgədə bir saxtakar (motəqəlleb) adam ortaya çıxdı və 

siyahpuşluq qaydası təzələndi. Onlar o torpaqda qala tikdilər, oraya 

çoxsaylı  tüfəngçi  və  kamandar  topladılar,  biri-digərinə  tabe 

olmamağa  başladılar.  Vaxt  ötdükcə,  o  saxtakarların  və  siyahpuş 

sərdarlarının  başlarına  hakimlik  və  müstəqillik  havası  doldu, 

yolların darısqallığı, çətinliyi, meşə və cəngəlliklərin keçilməzliyinə 

arxalandılar,  nəhayət  qızılbaşlara  itaətdən  boyun  qaçırdılar,  yəqə 

türkmanları  Gürgan  çayı ilə çöl-səhra arasındakı yerlərə qayıtdılar. 

Onlar  bununla  kifayətlənərək,  Gürganın  gözəl  səhralarında  öz 

yaylaq və qışlaqlarını keçirməkdəydilər, siyahpuşların qorxusundan 

şəhərə,  meşələrə,  cəngəlliklərə  və  çətin  keçilən  yerlərə  gedə 

bilmirdilər.  Bəzən  onların  aralarında  anlaşma  şəraiti  də  yaranırdı. 

Vəziyyətləri  bir  neçə  il  belə  oldu,  amma  İsgəndər  şanlı  nəvvabın 

hakimiyyətinin  sonu  və  əlahəzrət  zilləllah  şahın  taxta  cülusunun 

əvvəlində bəzən Müztəzaqulu xan Pornak, bəzən də İsgəndər xanın 

qardaşı Bədr xan Əfşar o vilayət hakimliyinə təyin olunub Astrabad 

şəhərinə getdilər. 

Hər  biri  bir  bölgədə  hakimlik  və  istiqlaldan  dəm  vuran 

siyahpuş  sərdarları  yəqə  türkmanları  tayfasını  öz  hamiləri  bilərək 

üsyana  qalxdılar  və  [qızılbaş]  hakimini  saya  salmadılar.  Hakimin 

mülazimləri  şəhərdən  bir  fərsəx  məsafədən  artıq  kənara  getmir,  o 




959 

 

vilayətdən  heç  bir  həzz  ala  bilmirdilər.  Buna  görə  də,  onlar  yəqə 



türkmanlarının  qorxusu  və  siyahpuşların  tüğyanı  üzndən  həmin 

vilayətdə qala bilməyərək pis vəziyyətdə oranı tərk etdilər. Siyahpuş 

sərdarlarından  Xacə  Şərəfəddin  Savəri  başqalarından  daha  çox 

yaramaz  hərəkətlər  edirdi.  Mürtəzaqulu  xanın  bütün  var-yoxunu 

qarət  etdilər,  qazilərin  at  və  yaraqlarını  əllərindən  aldılar  və  onlar 

hər şeydən məhrum oldular. Nəhayət, Xorasanda özbəklərin tüğyanı 

başlandı,  Astrabad  vilayətinin  Kəbudcame  adlı  mahalına  bitişən 

Nisa,  Əbivərd,  Dərun  və  Bağdad  vilayətləri  özbək  əmirlərinin 

əllərinə keçdi, Abdulla xan isə Xarəzm vilayətini tutub, oranın valisi 

Hacı Məhəmmədxanı qovdu. 

Əlahəzrət,  sayinxani  ulus  başçılarının  özbəklərə  itaət 

edəcəklərini,  özbəklərin  vasitəçiliyi  ilə  Astrabad  vilayətini 

tutacaqlarını,  siyahpuşların  fitnəsinin Mazandarana  da  yayılacağını 

düşünüb,  zamanın  tələbinə  uyğun  olaraq,  onlarla  tədbirlə 

davranmağa  başladı.  Şah  həmin  dəstə  zümrəsindən  olan  və  başqa 

sayinxani qəbələlərindən etibarına  görə on çox etibar imtiyazı əldə 

edən, o vaxtlarda Mübarəkabad [qalası] yaxınlığında dayanan Əliyar 

bəy  Eymura,  Ziyaəddin  Fendereskinin  oğlu  Mirzə  bəyin  -  bu 

dövlətxah şəxsin, bu şah astanası xidmətçilərinə sədaqət izhar edən 

adamın  vasitəçiliyi  ilə  "xan"  rütbəsi  verməklə,  onu  sərəfraz  etdi, 

Astrabad  hakimliyi  Əliyar  bəyin  adına  yazıldı,  amma  siyahpuş 

sərdarları bu bəyə çox da arxalanmırdılar. Əliyar bəy onlarla barışıq 

yolu  ilə  davranır  və  istəyirdi  ki,  öz  naibini  şəhərdə  saxlayaraq 

hakimliyi ona tapşırsın, özü isə gedib Gürgan çayı kənarında, öz eli 

içərisində yaşasın. 

Bəyin  vəfatından  sonra  onun  oğlu  Məhəmmədyar  xan 

cahanpənah dərgaha gedərək, atasının yerinə təyin edildisə də, oxlu 

təbəqəsi ona qarşı xilaf məqamında durdu. Nəticədə, Məhəmmədyar 

xan oxlu camaatı tərəfindən qətlə yetirildi. [Bu dəfə] onun ən kiçik 

qardaşı Qılıc xan ali saraya gələrək, Astrabadı idarə etmək sənədini 

aldısa da, oxlu tayfasının tüğyanı və narazılığı nəticəsində bu qardaş 

da  hakimlik  edə  bilmədi.  Şahın  qələbə  ayəli  ordusunun  Xorasanı 

fəth etməkdən ötrü hərəkət edərək Bəstam çəmənliyində dayandığı il 

əlahəzrət  Cürcan  vilayətinin  zəbti  üçün  getdi  və  o  vilayət 

hakimliyini  Mazandaran  hakimi  olan  Fərhad  xana  verdi.  Xan  isə, 

yuxarıda yazıldığı kimi, həmin mülkə öz daruğəsini yolladı. 

O  ətrafda  şahın  təntənəli  gəlişi  xəbəri  yayılanda  özləri 

özlərinə  aludə  olan  düşmənlərin  səbat  kökünə  zəlzələ  düşdü, 




960 

 

Astrabad  vilayətinə  bitişik  olan  bütün  Mazandaran  qızılbaşların 



əlinə  keçdi.  [Vəziyyəti  belə  görən]  siyahpuş  sərdarları  öz  hallarını 

fikirləşdilər  və  itaət  etməkdən  başqa  çarə  tapa  bilmədilər, 

cahanpənah  dərgaha  gələrək,  xeyrli  Xorasan  səfərində  şaha  yoldaş 

oldular.  Fərhad  xanın  qətlindən  sonra  isə,  Astrabad  vilayətinin 

hakimliyi Hüseyn xan Ziyadoğlu Qacara verildi. 

Oxlu  və  yəqə  türkmanlarının  fitnəsini  yatırmaq  və 

Astrabadda  qayda-qanun  yaratmaqdan  ötrü  hümayun  məiyyətin  o 

səmtə  getməyi  lazım  görüldü.  Səadət  nişanlı  ordu  gəlib  Dəşte-

Bəhryanda  dayandıqda,  ordunun  əksər  ağrəqini  və  ləşkərin  bəzi 

mallarını  Bəstam  yoluyla  İraqa  göndərdilər,  müqəddəs  ordunun 

bütün mülazimləri əzəmətli əmirlərlə o istiqamətə üz tutdular, Yəqə 

türkmanlarını arxayınlaşdırmaqdan ötrü şahın izzət büsatının yaxın 

adamlarından  olan  Məhəmmədqulu  bəy  Əmiraxurbaşı  Cığatayı 

həmin yol üstündə yaşayan Qazı xan Mir Oxlunun yanına göndərib, 

türkman qəbilələrinin adına bir nəvazişnamə yazdılar: "Sizlər qədim 

dövrlərdən  bəri  Xarəzm  sultanlarının  təbəələri  olmusunuz.  Hal-

hazırda  dövran  hadisələrinin  təsiri  ilə  şah  dövlətinin  kölgəsi  altına 

pənah  gətirən  və  bir  müddət  hümayun  şahın  iqbal  kölgəsi  altında 

yaşayan  Xarəzm  padşahı  və  onun  övladları  bizim  yardım  və 

köməyimizlə  yenidən öz irsi  məmləkətini tutmuşlar, özlərini bizim 

hümayun  adamlarından  sayırlar.  Həqiqətən  də,  Hacı  Məhəmməd 

xana  mənsub  olan  adamlar  elə  bizim  adamlarımızdırlar.  Gərək, 

Məhəmmədqulu  bəylə  birlikdə  hümayun  məiyyəti  qarşılamağa 

çıxasınız  və  bizimlə  görüşməklə  sərəfraz  olasınız.  Siz  qətiyyən 

hümayun  məiyyətin  gəlişindən  həyəcanlanmayın.  Əgər  öz  qədim 

yerinizdə  sakin  olub  ayağınızı  ədəb  dairəsində  saxlasanız, 

tərəfimizdən  sizə  qarşı  iltifat  və  şəfəqqətdən  başqa  heç  bir  əməl 

zahir olmayacaqdır." 

Sonra hümayun  məiyyət iqbalın qəlavuzluğu*  və siyahpuş 

sərdarlarının  bələdçiliyi  ilə  Kobudcamə  dərəsi  yoluyla  hərəkətə 

başladı. 

Qari  xan  Oxlu  əvvəlcə  Məhəmmədqulu  bəyə  izzət  və 

ehtiram 

göstərdi,  başqa  ulusların  mir  və  ağsaqqalları 

məsləhətləşərək,  hamını  itaətə,  birliyə  və  ali  hümayun  şaha  bağlı 

olmağa rəğbətləndirdi, təklif etdi ki, onunla birlikdə şah astanasını 

öpməyə getsinlər. Amma, neçə ildən bəri özlərini Xarəzmdən ayırıb 

özbaşınalığa  başlayan  [oxluların]  bəzi  cahilləri  o  vaxtlarda  öz 

valilərinə  itaət  etmirdilər.  Onlar  izzət  və  cah-calal  məiyyətinin 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə