Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə325/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   321   322   323   324   325   326   327   328   ...   340

949 

 

qaldı. Bostan sahibləri onu görüb tamdılar, həbs edib Heratda şahın 



yanına gətirdilər. 

 

Padşah Dinməhəmməd xanın öldürülməsi: 



 

Bu    əsnada      Dinməhəmməd    xanın  öldürülmə  xəbəri  də 

gəlib  çatdı  və  xəbər  düzgün  çıxdı.  Amma,  onun  necə  öldürülməsi 

məlum deyildi. Bəzi adamlar dedilər ki, atdan yıxılıb ölüb. Yuxarıda 

adını  çəkdiyimiz  Mövlana  İbrahim  Münşi  isə  belə  söyləmişdi: 

"Çehel  doxtəran"a  qədər  onunla  həmrah  idim.  Atdan  yıxılması 

barədə deyilənlər düz deyil, səhih olansa budur: Xan elə ki, Maruçaq 

yaxınlığındakı Qaqçi eli adamlarının yanına gəlib-yetişdi, çoxda qan 

itirdiyi üçün olduqca zəifləmişdi. Yanındakı adamlar onu bir qədər 

dincəlməkdən ötrü bir tərəfdə  atdan düşürdülər, özləri isə xan üçün 

xörək  gətirmək  məqsədi  ilə  qaqçilərin  yanına  getdilər.  Həmin 

camaat ondan xəbər tutub üstünə tökülüşdü və işini bitirdi". 

Xülasə,  xan  elə  oradaca  axirət  sarayına  yollandı  və 

yoldaşları  onun  cəsədini  elə  o  yaxınlıqda  torpağa  tapşırdılar.  Bu 

haqda  başqa  bir  fikir  də  vardır:  "Qaqçi  camaatı  onun  cəsədini 

Murğab çayına tullamışdır". 

Sözün qısası əlahəzrət bir neçə gün şəhər xaricində dayanıb 

öz  şərafətli  vaxtını  kəsilmiş  başlara  və  ələ  keçirilən  axtərmələrə 

baxmaqla  keçirdi.  O  hər  kəsi  göstərmiş  olduğu  mərdanəliyə  görə 

mükafatlandırırdı. İraqda  Herat işləri barədə Fərhad xana  muştuluq 

yolladı. Həmin cəng zamanı öz tədbirsizliyi üzündən  məğlubiyyətə 

uğradığına  görə  şah  daxilən  xandan  incimişdisə  də,  amma  dediyi 

sözə  əməl  edib  Heratın  əyalət  və  mülkiyyət  ipini  və  Xorasan 

əmirəlüməralığını ona verdi. Xanın vəkilləri Xorasan məmləkətinin 

sahmana  salınmasına  başladılar  və  onun  adamlarının  əksəriyyəti 

şəhərdə  yerləşdi. Elə o əsnada  fələyin qəzası  və  asimanın qədərinə 

uyğun olaraq Fərhad xanın qəribə bir şəkildə qətli baş verdi,  Herat 

hakimliyi  və  bütün  Xorasanın  əmirülüməralığı  şəmşir  qorçisi 

Hüseyn xan Şamlıya verildi. 

 

 



 


950 

 

FƏRHAD XANIN QƏTLİNİN ZİKRİ, O VAXTLARDA BAŞ 



VERƏN BƏZİ HADİSƏLƏRİN BƏYANl VƏ ALLAHIN 

KÖMƏYİ İLƏ XORASAN İŞLƏRİNİN TƏNZİMLƏNMƏSİ 

 

Dünyanın  aqil  adamlarına  və  bilik  sahiblərinə  aşkardır  ki, 



sultanlarla  yaxınlıq  etməyin  mənəvi  ünsürü  qanla  qarışmışdır  və 

padşahların qəlb aləmi başqa bir aləmdir.  Ayıq ürəkli, hüşyar başlı 

adam gərək böyüklük badəsinin nəşəsindən məst olmasın, sultanlara 

yaxın  cövlangahda  onun  fikir  və  əndişə  ayağı  sürüşməsin. 

Sultanların  xidmətində  o  qədər  rəy  və  tədbir  sahibləri  olmuşlar  ki, 

onlar ali rütbələrə çatmış, sonradan yaxınlıq şəraitində ikən sədaqət 

yolundan  dönmüş,  dövranın  şilləsinə  tuş  olmuş,  onun  savadsızlıq 

ətəyi  yaxınlıq  atəşi  ilə  odlanmış  və  nəticədə  həmin  odla  da 

yanmışdır.  Xoş  o  adamın  halına  ki,  elə  vəziyyətdə  ona  İlahinin 

köməyi  yetişmiş,  bu  sətirlər  müəllifinin  rübaisində  deyildiyi  kimi, 

özünə sultanla yaxınlıq sərmayəsi qazanmışdır. 

 

Rübai 

 

Etsən də yaxınlıq şaha, bihuş olma,  



Vəslin meyini nuş eylə, mədhuş olma.  

Hərçənd ki, dostdan sənə çox naz gəlir,  

Öz meylini ərz eylə ki, xamuş olma.

634


 

 

Fərhad xanın qətlinin səbəbi: 

   

Bir  neçə  il  kamkar  şəhriyarın  diqqəti  ilə  cürbəcür  inayətə  



yetişib başqalarından  üstün  olan  Fərhad xanın acınacaqlı vəziyyəti 

barədə  həqiqət  belədir:  O,  ifrat  nəfsin  ucbatından  öz  sədaqət  ipini 

əlindən verdi və nəticədə ipə keçdi. Fərhad xan qətlinin zahiri səbəbi 

budur:  O  həmişə  şahın  yanında  boş  söhbətlər  edir  və  deyirdi: 

"Arzum  budur  ki,  həzrət  şahın  da  olduğu  bir  döyüşdə  öz  canımı 

hümayun şaha qurban edim".  

                                                           

634


  Rübainin farscası: 

Ey del, ze şərabe-qorb bihuş məşov,  

Və-z badeye-vəsl məst-o mədhuş məsov.  

Hərçənd ze dust biştər bini naz,  

Dər ərze-niyaz quş-o xamuş məşov. 



951 

 

Fərhad   xanın   qürur   badəsi   onun   güman   (pendar) 



badəsindən [daha çox] aşıb-daşdığına görə o, həmin qəflət badəsinin 

bir  sərxoşuna  çevrildi  və  Dinməhəmməd  xanla  baş  verən  cəngdə 

zəiflik  göstərərək  məğlub  oldu.  Bu  məğlubiyyət  nəticəsində  az 

qalmışdı  ki,  bu  əbədi  dövlətə  və  müzəffər  müqəddəs  zata  (Şah 

Abbasa  - Ş.F.) göz (çeşme-zəxm) dəysin. Buna görə də Fərhad xan 

başqalarına ibrət olsun və [dilindən] "öz canımı döyüş  meydanında 

vəlinemətimdən  ötrü  qurban  verərəm"  kimi  yalan  sözlər  bir  daha 

çıxmasın deyə, gərək cəzalandırılaydı. Bu qətlin başqa bir səbəbi isə 

budur: Vaxt ötdükcə əlahəzrətin xana qarşı şəkk-şübhəsi artır və şah 

onu sınayırdı. Xanın hərəkətlərini müşahidə etdikcə həmin şəkk get-

gedə  çoxalıb,  yəqinlik  sərhədinə  çatdı.  Elə  Fərhad  xanın  özü  də 

bunu hiss etmişdi. 

Öz  rəyi,  hüşyarlığı,  əqli  olan  xan  hadisələr  burulğanında 

ruzigar  tərəfindən  cəzaya  məruz  qaldı.  Şahın  sayəsində  bu  qədər 

cah-cəlala və ucalığa yetən xan şahanə şəfəqqətlərin qədrini bilmədi, 

şeytan  onu  öz  yolundan  döndərdi,  ona  qismət  olan  nemətin  qədr-

qiymətini anlamadı. 

 

Fərhad xanın qətli: 

 

Açıq-aşkar  görünən  sübutlar  hümayun  şahın  xan 



barəsindəki  fikrini  qətiləşdirdi,  onun  şüurunun  işığı  bu  məqsədə 

yönəldi və xan şaha olan etibarı əldən verdi. Nəticədə, qəzavü qədər 

icraçıları  onun  qətlinə  hazır  oldular,  Allahverdixana,  bəzi  əmirlərə 

və  qulamlara  bu  işin  yerinə  yetirilməsi  tapşırıldı,  onlar  da  onun 

evinə  gedərək  işini  bitirdilər.  Allahverdi  xan  əlini  uzadıb  onun 

xəncərini  belindən  çıxararkən,  xan,  artıq  məsələnin  nə  yerdə 

olduğunu  anladı. Fərhad  xan  türk ibarəsi  ilə təkcə  belə  deyə  bildi: 

"Beləmi  oldu?"  Yəni  "Mənim  işim  beləmi  oldu?"  ("Karema  çenin 

şod?").  Azərbaycan əmirülümərası olan onun qardaşı Zülfüqar xan 

qardaşının qətli ilə əlaqədar özünün də öldürüləcəyini güman edib, 

özünü  hümayun  dövlətxanaya  çatdıraraq  bu  qətlə  mane  olmaq 

istəmişdi.  Amma,  əlahəzrət...  (kitabda  ərəbcə  yazılan  ifadə 

anlaşılmır – Ş.F.) sözlərinə əməl edib, Zülfüqar xana qarşı lütfkarlıq 

və şəfəqqətdən başqa heç nə etmədi. O, elə həmin gün Zülfüqar xanı 

qiymətli  xələtlərlə  sərəfraz  etdi  və  onun  pərişan  əhvalı  xatircəm 

oldu. Xan istək və sufi heysiyyəti ilə (sufigəri) mürşidi-kamilin (Şah 

Abbasın  -  Ş.F.)  mübarək  fikrinə  təşəkkür  edərək  belə  dedi: 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə