943
qızılbaş əmirlərinin geri qayıtma xəbəri özbəklər arasında yayıldı.
Xan qala və qaladarlıq ləvazimatı hazırlamaq fikrindən əl çəkib,
onlan cəzalandırmaq əzmi ilə getməyə başladı. Pole-Salarda
dayanarkən, gecə vaxtı əlahəzrət şahı tanıyan və onu körpü üstündə
(Səre-pol)
632
görən Mişməst ərəblərindən bir nəfər gəlib hümayun
şah məiyyətinin gəlişindən xəbər yetirdi. Ondan şah ləşkərinin
keyfiyyət və kəmiyyəti barədə soruşulduqda dedi: "O həzrətin
yanında az adam vardı, amma qızılbaş ləşkəri arxadan
gəlməkdədir". Əmirlər və ağsaqqallar məsləhətləşərək qızılbaşlarla
hərb etməyə razı olmadıqları üçün belə məsləhət gördülər: "Qayıdıb
Herata gedək, əvvəl yazdığımız tərzdə şaha bir dostanə məktub
yazaq, onu dilli-dilavər bir adamla göndərib sülh danışığına
başlayaq, sonra isə Baqi xanı qalada qoyub Mavərənnəhrə gedək.
Biz qızılbaş padşahı ilə müharibə etməyi qətiyyən dövlətimizə layiq
bilmirik".
Dinməhəmməd əmirlər və ağsaqqallara cavabında belə
demişdi: "Bu fikir tərəfimizdən bəyənilir, amma vaxt olduqca azdır.
Qızılbaşlar çox yaxınlaşmışlar. Əgər bu gecə buradan çıxıb şəhərə
üz tutsaq, ləşkərimizin yarısı dağılacaq, biz cəng etmədən fərar arına
giriftar olacağıq. Yaxşısı budur ki, mərd-mərdanə halda döyüş
meydanına gedək. Əgər qalib gəlsək mətləbimiz yerinə yetmiş olar,
yox, əgər məğlub olsaq, elə bir alişan padşah tərəfindən
məğlubiyyətimizin heç bir eybi olmaz".
[Beləliklə] özbək bahadırları bədbinliyə qapılmamaqdan
ötrü naçar halda hərbə razı oldular.
Şah Abbasın Dinməhəmməd xanla hərbi və qələbəsi:
Xülasə, Dinməhəmməd xan öz
cəhalət və qürurunun
çoxluğundan qızılbaşlarla müharibənin asan olacağını güman etdi.
Daxilindəki kin və qürur şöləsi elə zəbanə çəkdi ki, onu iti qılıncdan
başqa heç nə ilə söndürmək olmazdı. O günün ertəsi, məhərrəm
ayının altısında (miladi 1603, 16 iyun) qızılbaş ləşkərinin qaraltısı
göründü. Dinməhəmməd xan çərxçi cinahım, habelə bərənğar və
cəvanğan bəzəyib, qardaşı Baqi Sultanı Mirzə Abdulla Mənqət və
632
Bu sətirlər müəllifi Əfqanıstanda bir neçə Səre-pol adlı yer tanıyır ki, həmin
yerlərin birində - Bədəxşan vilayətinin Səre-pol şəhərində üç il (1963-1966)
işləmişdir - Ş.F.
944
Herat hakimi Hacı bəylə birlikdə sağ qola, bəzi əmirləri isə sol qola
təyin etdi. Qərara aldı ki, qızılbaş ləşkərinin çoxluğu görünərsə,
təxirə salmadan qol ləşkəri ilə irəli gedib, onları məğlub etməyə
çalışmaq lazımdır. Xanın özü isə özü ilə götürdüyü etibarlı və seçkin
min nəfər cavanla sol qolda dayandı. Bu qərara gəlmişdi ki, əgər
özbək ləşkəri qalib gələrsə, yaxud məğlub olarsa, o min nəfər cavan
adamın əksəriyyəti qoy ondan aralanmasın. Cah-cəlal ordusu Pole-
Salara çatdıqda havanın hərarətindən və hücumdan atların çoxu
gücdən düşmüşdü, müqəddəs ordunun mülazimlərindən isə
hümayun məiyyətə fəqət üç-dörd min adam gəlib çata bilmişdi.
Onlar Fərhad xanın qoşunu və çərxçi əmirləri ilə Hezar kəndinə
çatar-çatmaz şah Allahın inayətinə və padşah iqbalına güvənib
Fərhad xanı, Zülfüqar xanı və çərxçi əmirlərini dörd-beş min nəfər
döyüşçü ilə irəli göndərdi, hümayun qol isə şahın müqəddəs vücudu
ilə bəzəndi, əmirlər, qorçilər və qulamlar isə sağ və sol qollarda hərə
öz yerində qərar tutdu.
Robate-Pəryanda tərəflər bir-birilərinə yaxınlaşdılar və hər
iki dəstənin çərxçiləri bir-birilərinə qarışdılar. Əzəmətli qazilər atları
tez sürərək, toplum halda özlərini müxalif dəstələrə vurdular, özbək
çərxçilərini məğlub etdilər. Bütün ləşkər mərdanəlik şövqü ilə baş
və əxtərmə gətirməkdən ötrü* müxaliflərə üz tutdu. Belə ki, Fərhad
xanın yanında o qədər də çox adam qalmamışdı.
Çərxçi ləşkərinin basıldığını müşahidə edən Baqi xan öz
atını cəvanğar qoşunu ilə birlikdə irəli sürdü. Qızılbaşların çərxçi
döyüşçüləri isə o ləşkərin hücumuna tab gətirməyərək geri
qayıtdılar. Ləşkər sərdarının əlaməti olan bayraq (ələm) Fərhad
xanın yanında olmadığı üçün, çərxçi əsgərləri o mərəkədə Fərhad
xanı tapmadılar ki, onun başına toplaşsınlar. Bu vaxt, özbəklər
hücuma keçdiklərindən, qızılbaş [çərxçiləri] böyük məğlubiyyətə
uğradılar. Onların məğlub edilmələri xəbəri hümayun qola gəlib
çatdıqda bu məsələ az qalmışdı ki, qolun çaxnaşmaya düşməsinə
səbəb olsun.
Döyüş meydanında bir neçə nəfərlə qalan Fərhad xan hərbə
başladı, tutuşma zamanı yaralandı, məğlub edildi, həmkarları
arasında fərar və məğlubiyyət damğası ilə töhmətləndirildi, üzünə
fərar tozu qondu. Fərhad xanın, çərxçi əmirlərinin və Azərbaycan
ləşkərinin məğlub olduqlarını müşahidə edən əlahəzrət Allahverdi
xan Qorçibaşıya, əzəmətli əmirlərə, qorçilərə və sağ və sol
qulamlarına hərbə başlama icazəsi verdi. Onlar ali əmrə əməl
945
edərək, düşmən ləşkərinə hücuma keçdilər. Qarşı tərəfdən də
cəvanğar və bəranğar ləşkərləri cəng meydanına tərəf cumdular. Hər
iki qoşun bir-birinə qarışdı, döyüş meydanının toz-torpağı iti
fırlanan fələyədək ucaldı. O gün özbəklərin əksəriyyətinin müzəffər
şah məiyyətinin buraya gəlişini bilərək məyus olmalarına
baxmayaraq, onlar irəli çıxaraq mərdanə cənglər etdilər. Nəhayət
hümayun qol və müqəddəs məiyyət tərəfindən cəngə çıxarılan
dilavərlərin qorxunc zərbələrindən özbəklərin arasına çaxnaşma
düşdü, döyüşdən aciz olub məğlubiyyətə məruz qaldılar, fəth və
zəfər küləyi isə canfəda qazilər tərəfə əsməyə başladı.
Özbək ləşkərinin basıldığını müşahidə edən Dinməhəmməd
xan yanındakı min nəfər adlı-sanlı bahadırla, hümayun qolun sağ əli
tərəfindəki öz sol qolu ilə birgə döyüşməkdən ötrü atını irəli sürdü.
Toz-torpağın çoxluğundan onlar qaziləri görə bilmirdilər. Əlahəzrət,
təxminən iki yüz nəfər olan bəzi yaxın adamları və mülazimləri ilə
birlikdə meydanda dayanmışdı. Hümayun məiyyətin önündə duran
Budaq xanın oğlu Sultanəli Sultan Çekəni o yaxınlıqdakı
qamışlıqdan (neyzar) papaq və paltarları parıldayan bir ləşkərin
göründüyünü müşahidə etdi və bunu əlahəzrətə söylədi. Müqəddəs
ordu mülazimləri müxalif qoşunun çoxluğundan və bu məsud
döyüşçülərin azlığından bir qədər kədərlənmişdilər. Məsələdən hali
olan əlahəzrət öz fərasət nuruna əsasən başa düşdü ki, bu gələn
Dinməhəmməd xandır və hümayun şahla döyüşməkdən ötrü
çəkinmədən
mərdanəliklə
gəlməkdədir.
Müzəffər
ordu
mülazimlərinə xitab edərək dedi: "Nə durmusunuz? Fərarın arı
barədə düşünün və döyüş meydanına mərdanəliklə qədəm atın.
Mərdanəliklə öldürülmək binamus yaşamaqdan yaxşıdır".
Yaxşısı budur ki, hamımız ölək,
Məbadə düşmənə biz fürsət verək.
633
633
Beyitin farscası:
Biya ta həme tən bekoşton dehim,
Məbada ke, forsət be doşmən dehim.
Dostları ilə paylaş: |