934
Mazandaranın gözəl yerlərində seyr və şikara başladı, əsgərlərinin
cəmləşmələrindən sonra Fərhad xanla birlikdə Savə və Çəhardeh
yoluyla Astrabada gəldi, orduya birləşdi. Xarəzm vilayətinin
padşahı Hacı Məhəmmədlə oğlu Ərəb Məhəmməd, habelə Şahican
Mərvinin, Nisanın və Əbivərdin valisi Nurməhəmmədxan ibn
Əbülməhəmməd, yuxarıda yazıldığı kimi, Abdulla xanın hücumuna
görə öz irsi məmləkətlərindən çıxıb hümayun dövlətin kölgəsi altına
sığınmışdılar və indi şah ordusunun tərkibindəydilər. Bəstam
çəmənliyi bir neçə gün müzəffər əsgərlərin dayandıqları yer oldu.
Şah orada qalibiyyətli əsgərlərin rəsmi-keçidinə (san) baxdı, [amma]
Fars və Kirman əsgərləri gəlməmişdilər.
Belə bir vaxtda Əbdülmömin xanın, yuxarıda,
Mavərənnəhrin vəziyyəti bəhsində söylənildiyi kimi, Mir Qulbaba
Kukəltaşı cəzalandırması, onun Bəlx, Buxara, Səmərqənd və
Daşkənddən ləşkər çəkib Hezarə xan və özbək xanla cəng etməsi,
onlara qalib gəlməsi, fitnəkarlığa qurşanan hər bir sultanzadəni
aradan götürməsi, bütün özbəklərin onun hakimiyyəti altına
keçmələri və hal-hazırda isə tam şan-şöhrət, istiqlal, qələbə və ağır
qoşunla Bəlxə və Xorasana yollanması barədə xəbərlər yayıldı. Dar
düşüncəli bəzi şəxslər [şaha] bu il Xorasana getməyi məsləhət
görmədilər və dedilər ki, bu yürüşdə Astrabad işlərinin
tənzimlənməsi ilə məşğul olub bu məmləkətin zəbtindən xatircəm
olduqdan sonra geri qayıtmaq lazımdır ki, qoy Əbdülmömin xanın
gəldiyi qərar məlum olsun və gələn il, vaxta uyğun olaraq, [Xorasan
yürüşünə başlanılsın]. Əlahəzrət zilləllah şahın ucalarda uçan şahin
quşu artıq Xorasan məmləkətlərinin qartalını ovlamaq olduğundan,
şah elə dar düşüncəli şəxslərin səhv fikirlərinə iltifat göstərmədi.
Xülasə, onlar bir neçə gün göylərə ucalan çadır və
bargahlarda qaldıqdan sonra Astrabad işlərinin nizamlanmasından
ötrü oraya yollandılar. Mazandaran hakimliyi Fərhad xana aid
olduğundan, bu məkana yaxın olan Astrabadı da Mazandarana əlavə
edib ona tapşırdılar. Əhalinin, əyanların və hərəsi bir bölüyü (bölük)
özbaşına olaraq özünə tabe etmiş Astabad siyahpuşlarına nəvaziş
hökmləri göndərildi. Fərhad xan özünün Qaraman bəy adlı bir
qohumunu daruğə təyin edərək, onu üç yüz nəfər qaramanlı və
başqa adamlarla oraya yolladı. Astrabadın siyahpuş sərdarları bir-
biriləri ilə düşmənçilik etdiklərindən və hümayun ordu artıq qızılbaş
əsgərləriylə təmtəraqla Bəstama gəldiyi üçün, itaət etməkdən başqa
çarə tapmadılar və adı çəkilən daruğəyə tabe oldular.
935
Bu işlərin baş verdiyi vaxt, Əbdülmömin xanın sağlığında
hələ xan rütbəsi olmayan Yetim Sultanın Yusif Quşbəyi adlı bir
adamı elçi sifətilə [şahın yanına] gəldi. Yetim Sutanın göndərdiyi
məktub bu məzmunda idi: "Abdulla xan dövlətinin yetişdirdiyi biz
dövlətxah qardaşlar, atasından dönmüş Əbdülmömin xandan
dönərək onunla əlaqəni kəsdik və o, elə buna görə də ürəyində bizə
qarşı kin saxlayıb ədavət izhar etdi. Hal-hazırda səltənətdə müstəqil
olan xan, Abdulla xanın sağ olduğu vaxtlarda onunla müttəfiq olan
adamlardan intiqam almaqdadır. Buna görə də, mənim məslək
aşiyanlı astanadan (qızılbaş sarayından - Ş.F.) başqa heç bir
pənahım yoxdur. Əgər hümayun məiyyət günəşi Xorasana vüsal
kölgəsi salarsa, mən şahın tərəfdarları silsiləsinə girib belimə itaət
qayışı bağlayacağam".
Əlahəzrət şah bu xəbərdən sevindi, Herata gedərək Yetim
Sultana Yusif Quşbəyi ilə bir neçə baş tazı at və layiqli hədiyyələr
göndərdi.
Xülasə, Bəstam çəmənliyində müzəffər əsgərlərin
toplanmaları başa çatdıqdan sonra şah Hacı Məhəmməd xanı
Astrabad yoluyla Xarəzmə tərəf rəvan etdi, qədim vaxtlardan
Xarəzm sultanlarına tabe olan, Gürqan və Ətrək çayları kənarında
yaşayan yəqə ürkmanlarının sayinxani qəbilələrinə nəvaziş
məktubları göndərdi, onlan Hacı Məhəmməd xana itaət və
yoldaşlığa dəvət etdi. Hacı Məhəmməd xan da öz nəvələri Bərəndəq
Sultanı və Uluq Mirzəni şahın mülazimətində saxladı ki, qoy həmişə
müqəddəs şah məiyyətinin mülazimləri olsunlar.
Xan özünün ən böyük oğlu Ərəb Məhəmməd Sultan və
başqa övladları ilə [Xarəzmə tərəf] rəvan olduğu vaxt əlahəzrət də
zəfər və iqballa Bəstamdan çıxıb Cacərm yoluyla getdi. Fərhad xan,
Azərbaycan bəylərbəyi Zülfüqar xan və əsgərlərinin sayı on min
nəfərədək olan bəzi əmirləri şah çərxçisi və öndə gedən dəstə
(moqəddemətol - ceyş) şəklində bir mənzil irəli yolladı.
Şah Abbasın Əbdülmömin xana məktubu:
Bu hadisələrin baş verdiyi vaxt şahın nurlu xatiri istədi
ki, müqəddəs məiyətin canfəda mülazimlərinin birini elçi sifətilə
Əbdülmömin xanın yanına göndərib, ona şəfəqqətli nəsihətlər,
padşahanə kəlmələr, vədlərlə dolu bir məktub yazsın. Söhbət
yasovulu Ruhulla bəy Zülqədər bu xidməti qəbul etdi və həmin
936
məktub yazıldı. Məktubun xülasəsi belədir: "Əbdülmömin xan bir
neçə ildir ki, mülklər tutmaqdan ötrü hər il Xorasana tərəf yürüşlər
edir. Mənim başım İraqda və sərhəd yerlərində bəzi işlərə qarışdığı
üçün o, fürsət tapıb müqəddəs Məşhədi və Xorasanın bəzi
mahallarını işğal edib və daha bir neçə yeri əlinə keçirdi. Mənim,
onunla qarşılaşmaqdan ötrü, hər dəfə uzaq yol qət edib İraqdan
Xorasana gəldiyim vaxt o, müzəffər əskərlərimin önünə çıxmayır və
özünə fərar qərarı verirdi. O, belə bəhanə edirdi ki, onun padşah
olan atası (Abdulla xan -Ş.E) qızılbaş padşahı ilə müharibə etməyə
icazə vermirmiş. Həmin get-gəllər nəticəsində Xorasan vilayəti hər
iki tərəf ləşkərlərinin at təpikləri altında qalmış, rəiyyət və yoxsul
əhali didərgin və ev-eşiksiz olmuşlar. İndi, sizin möhtərəm atanız
fani dünyaya vida etmişdir və Mavərənnəhr, Türküstan, Bəlx və
Bədəxşan səltənəti siz böyük nəsildən olan şəxsin əlinə keçmişdir.
Siz artıq sizə qarşı olanları və əmi oğlanlarınızı dəf etmişsiniz və
başqa düşməniniz qalmamışdır. Artıq taxta tam əyləşmiş və
müstəqil olmuşunuz. Bütün özbək qoşunları sizin əmrinizə
tabedirlər. Biz isə, indi irsi mülkümüz olan Xorasanın xilası üçün
gəlmişik və bundan ötrü belimizə himmət kəməri bağlamışıq. Əgər,
inşallah, bu dəfə oranı tutmaq bizə müyəssər olmazsa, dövlət
mərkəzimizə qayıtmaq imkammız olmayacaqdır. Siz əgər bizim
şəfəqqətli nəsihətlərimizi razılıq qulağı ilə dinləsəniz, yaxşısı budur
ki, qədimdən bəri İrana daxil olan və bu xanədanın irsi mülkü kimi
tanınan Xorasandan əl çəkib birlik, ülfət və üzrxahlıq məqamına
gələsiniz ki, biz də didərginlərin geri qayıtmaları və Xorasan
diyarındakı biçarələrin asudəliyindən ötrü "uzaq keçmişdə olduğu
kimi"
629
, hərb və intiqam büsatı qurmayaq, sizinb məhəbbət, dostluq
və ülfət edək, dövlətinizin düz yola düşməsinə çalışaq, malımıza və
ləşkərimizə köməkçi olaq. Siz indi məsləhət qulağınıza qəflət
pambığı salmayın, dostluq qapılarını bağlamayın, müxalifət və
inadkarlıqda israr etməyin, keçən illərdə olduğu kimi məkr və hiylə
məqamında olmayın. İstiqlal və iqtidar mövcud olduğu bir vaxtda
fərar etmək aləm tərəfindən bəyənilməz bir işdir. Bu barədə
fikirləşərək, yubanmadan döyüş meydanına mərdanəlik qədəmi at
ki, daha bəhanəyə yer qalmamışdır. Haranı məsləhəl bilsən, oranı
da, illərdən bəri bütün aləmin intizar gözü ilə gözlədiyi
tərəflərimizin qarşılaşmasına qərar ver ki, İlahinin istəyi örtülü
629
İfadənin ərəbcəsi: "əl-madi və yuzkəru".
Dostları ilə paylaş: |