Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Özbək ləşkərinin basılması vgə məğlubiyyəti



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə324/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   320   321   322   323   324   325   326   327   ...   340

946 

 

Özbək ləşkərinin basılması vgə məğlubiyyəti: 



 

Belə  deyirlər  ki,  qızılbaş  cavanlarının  at  oynadıb  özbək 

bahadırlıqlarını əllərindən alan birinci döyüşçü Əhməd ağa Kərampa 

Ustaclının  oğlu  Əli  bəy  Mirşikar  olmuşdur.    Həmçinin  hümayun 

məiyyətin önündə gedən xristian əsilli (nəsiriməneş) cavanların hər 

biri özbək düşmənlərini bircə-bircə igidlik atından torpağa salaraq, 

qırx-əlli  nəfər  bahadırı  həlak  etdi.  Qəzavü  qədər  Dinməhəmməd 

xanın başına idbarlıq tozu tökdüyü üçün o, atının cilovundan tutub 

irəli  gəlməyə  ürək  etmədi.  Özbəklərə  qorxu  üz  verdi  və  onlar 

döyüşdən  əl  çəkdilər.  Əlahəzrətin  Dinməhəmməd  xanla  şəxsən 

qarşılaşıb,  onu  iqbal  gücü  ilə  necə  olur-olsun  öz  əlinə  keçirmək 

istəyinə baxmayaraq,  Gəncəli xanm  mülazimi  gələrək, xandan belə 

bir  xəbər  gətirdi  ki,  bəs  Dinməhəmməd  xanın  qol  cinahı  hələ 

arxadadır. Buna görə də, əlahəzrət bu istəyindən əl çəkdi, həmin qol 

cinahının  gəlib  çıxmasını  gözlədi.  Amma  qazilər  təqibdən  əl 

çəkməyib  bir  çox  adlı-sanlı  bahadırı  torpağa  yıxdılar. 

Dinməhəmməd xan isə nizə ilə yaralanıb mərəkədən çıxası oldu. 

Xasseyyi-şərifə  qulamlarından  olan  Kəlul  bəy  Gürcü 

deyirdi:  "Mən  Dinməhəmməd  xanı  nizə  ilə  yaraladım  və  papağı 

başından düşdü. Gördüm ki, bahadırların biri öz papağını başından 

çıxarıb  onun  başına  qoydu  və  özü  başıaçıq  halda  getməyə  başladı. 

Bildim  ki,  o,  xanın  ləşkərinin  bir  sərdarıdır.  Xanın  papağınısa 

qazilərin biri götürmüşdü. Bir neçə nəfər özbək təsdiq edib dedi ki, 

bu xanın papağıdır". Qeyri bir neçə nəfər isə bunu inkar edir, Kəlul 

bəyin  etdiyi  iddianı  qəbul  etmirdilər.  Onunla  arası  olmayan  talış 

pirzadəsi  Abdal  bəy  isə  deyirdi:  "Dinməhəmməd  xanı  mən 

yaraladım". 

Mən  isə  Əbu  Taleb  Rezəvi  sülaləsindən  olan,  özbəklərin 

hakimiyyəti  zamanı  Herata  düşərək  əvvəlcə  Mir  Qulbaba 

Kukəltaşın,  sonra  isə  Dinməhəmməd  xanın  münşisi  olub,  onun 

məclislərinə  yol  tapan  kitablar  müəllifi  Mövlana  İbrahim 

Məşhədidən  Dinməhəmməd  xan  əhvalatı  və  onun  bu  döyüşünün 

təfşilatı barədə eşitdiklərimə əsasən bu hadisəni yazmışam. O, belə 

deyirdi: "Mən xan ilə həmrah idim. O, hümayun qol cilahına çatmaq 

məqsədiylə  qamışlıqdan  çıxdıqda,  yanında  az  adamın  qaldığını 

gördü.  Uzaqdansa  onun  nəzərinə  bir  qaraltı  dəydi.  Özbək 

bahadırlarının  hamısı  elə  təsəvvür  edirdilər  ki,  həmin  qaraltı 

hümayun  şahın  dəstəsinin  gəlişi  əlamətidir.  Qızılbaş  camaatının 




947 

 

cəsarətli  həmləsinin  gözə  görünən  bu  qaraltısından  özbəklərə  bərk 



qorxu  üz  verdi.  Dinməhəmməd  xanla  birgə  olan  özbək  əyan  və 

atalıqları  onun  atının  cilovundan  tutub  ərz  etdilər:  "Bizim  camaat 

məğlub olmuşdur. Məğlub ləşkər isə artıq gedib şəhərə çatmaqdadır. 

Qızılbaş  qoşunu  bizi  dövrələmişdir.  Əgər  biz  bu  azsaylı  dəstə  ilə 

məşğul olsaq, uzaqdan qaraltı qaldıran şah dəstəsi irəli gələrək bizi 

aradan  götürəcək.  Heç  kimin  nicat  ümüdü  yoxdur.  İş  daha  səy  və 

cəhd-cəhd  etməkdən  keçmişdir.  Nə  qədər  ki,  xanın  vücudu  sağ-

salamatdır,  nə  qədər  ki,  ona  heç  bir  sədəmə  hələ  toxunmamışdır, 

[xan] gərək aradan çıxsın". Onların ürəklərində hərbin kəramətini və 

cəngin  qorxusunu  görən  həzrət  xan  anladı  ki,  fərar  etmək 

niyyətindədirlər. Çarəsiz qalıb meydandan çıxdı. 

Amma, atın cilovunu çevirib heç on addım getməmişdi ki, 

araya bərk çaxnaşma düşdü və Dinməhəmməd xanın yanında iyirmi 

nəfərdən çox adam qalmadı. Arxadansa qızılbaşlar gəlirdilər. Onlar 

iki-üç  dəfə  gəlib  bizim  aramıza  girdilər.  Fərar  zamanı  xanı  nizə  ilə 

yaralamışdılarsa  da,  o,  bunu  yoldaşlarından  gizlətdi.  "Çehel 

doxtəran"  [adlı  yerin]  yaxınlığında  xanın  cibindən  və  böyründən 

bərk  qan  axmağa  başladı  və  bu  vaxt  o,  mənə  rüxsət  verib  dedi: 

"Şəhərdə sənin əhl-əyalın qalıbdır. Niyə gəlirsən? Geri qayıt". Mən 

oradan qayıdıb özümü şəhərə çatdırdım və şəhərdə vəziyyət məlum 

olana qədər gizləndim. Otuz-qırx nəfərlə meydandan çıxan Baqi xan 

Kəhdestan  (?)  tərəfə  çatdı,  Əndxod  və  Şibirğan  yolunu  önə  tutdu, 

Kərki  keçidindən  keçərək,  Buxaraya  getdi.  İlahinin  təqdiri  ilə  o, 

Mavərənnəhrdə  elə  çox  yüksəldi  ki,  bu  haqda  tezliklə  məlumat 

veriləcəkdir. 

Xülasə,  həmin  cəngdə  qoşunun  çox  məşhur  şəxsi 

öldürüldü.  Özbək  əmirlərinin  əksəriyyəti,  xüsusiylə  Herat  hakimi 

Hacı  bəy,  Naculi  bahadur,  Mirzə  Abdulla  Mənqət,  Məhəmməd 

Muradbəy,  Məhəmmədyar  oğlan  və  sair  əmirlərin  bəzisi  qətlə 

yetirildi,  bəziləri  isə  əsir  alındılar.  Mötəbər  sərdarların  biri  də  sağ 

qalmadı.  Şüarları  igidlik  olan  qazilər  Sərxiyaban  və  Gazərgahdan 

başlayıb  Kəhdestana  çatana  qədər  müxalifləri  təqib  etdilər  və 

olduqca çox adam öldürdülər. Öldürülənlərin sayı dörd  minə çatdı. 

Amma,  bir  neçə  gün  davam  edən  yürüş,  döyüş  meydanının  savaşı, 

havanın istiliyi, əskərlərin atlarının çoxunun yorğunluğu səbəbindən 

Kəhdestandan  o  yana  gedə  bilmədilər.  Özbəklərin  təqibinin 

davamına  gecənin  başlanması  da  səbəb  oldu.  Mərəkədən  sağ-

salamat  qurtulan  və  şəhərdə  əhl-əyalı  qalan  özbəklərsə  şəhərə 




948 

 

gəldilər,  arvad-uşaqlarının  əllərindən  tutdular,  var-yoxlarından 



imkanları olan qədərini götürdülər, Meymənə və Faryab yolunu üzə 

tutdular,  amma  şəhərlə  əlaqələri  olmayan  başqa  özbəklərsə,  elə 

döyüş meydanından fərar edib aradan çıxdılar. 

 

Ğuryan hakimi Şahın Kəltənin öldürülməsi: 

 

Əlahəzrət   zilləllah   şah   zəfər və iqballa Herat torpağına 



mənsub Pəryan karvansarasına çatdı, bu böyük qələbə münasibətilə 

Allahın  iltifatına  şükr  etdi,  zəif  adamlardan,  qadınlardan  və 

uşaqlardan  ibarət  ailələri  olan  əksər  özbək  əskərlərini 

cəzalandırmadı. 

Qızılbaş  döyüşçüləri  Sərxiyabanda  atlardan  yerə  endilər. 

Bu mərəkədə, adlı-sanlı adamlar olan  Vəli bəy Yüzbaşı  Ustaclı  və 

Qasım  bəy  Cilovdar  Şamlıdan  başqa  heç  kəs  öldürülmədi.  Cəmisi 

yüz  nəfərədək  adam  öldürülmüşdü.  Etimadüddövlə  Hatəm  bəy 

Vəzirin  ağrəq  ordusu  və  ləşkərin  qalan  hissəsi  Baxərz  kəhrizinə 

(karız)  [yenicə]  çatmışdılar  ki,  söhbət  yasovulu  Şahverdi  bəy 

Bayburdlu  şah  tərəfindən  gələrək  fəth  və  zəfər  müjdəsi  gətirdi. 

Onlar hamılıqla yollanıb Heratın Sərxiyabanına çataraq, bir-birlərinə 

birləşdilər.  Herat  əhalisi,  qəbilə  mirləri,  qıpçaq  həzarələri, 

teymurilər,  tahirilər  və  cəmşidilər  şahın  xidmətinə  yetişməklə 

sərəfraz  oldular,  şah  tərəfindən  iltifatlandılar.  Ğuryan  camaatından 

Xacə  Cəlaləddin  Əkbər  bir  dəstə  adamı  özünə  müvafiq  edib, 

hümayun  məiyyət  gəlməzdən əvəl  Guryan qalasına  gələrək, oranın 

hakimi  Şahım  Kəltəni  mühasirəyə  aldı.  Gəncəli  xanın  mülazimləri 

olan bir dəstə qızılbaş da əmrə əsasən bu əməliyyata təyin edilmişdi. 

Şahım Kəltə və onun bahadır yoldaşları Herat hadisələrindən xəbər 

tutduqları  üçün  fərar  etməkdən  başqa  bir  çarə  tapmadılar,  özlərini 

adamları  az  olan  bir  yerdən  keçirərək  aradan  çıxara  bildilər,  fərar 

yoluna  düşdülər.  Amma,  başqa  adamlar  bundan    xəbərdar  olub, 

onları təqib etməyə başladılar. Nəticədə özbəklərin böyük bir dəstəsi 

öldürüldü, yaxud əsir alındı, Şahım Kəltə isə bir neçə nəfərlə aradan 

çıxa  bildi.  Amma,  onlara  bədbəxtlik  üz  verdiyindən  Şahım  Kəltə 

Zurabad  hüdudunda  bir  bostana  (faliz)  çatıb  istədi  ki,  özünü  bu 

aclıqdan  kam  almaq  şirinliyinə  yetirsin,  amma  çöldə  dolaşan  bir 

adam  gələrək  onun  başına  elə  bir  zərbə  endirdi  ki,  atından 

yuvarlanıb  zillət  torpağına  düşdü,  bir  neçə  saat  bihuş  vəziyyətdə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə