958
fitnəsini aradan qaldırmaqdan ötrü Gürgan çayı kənarındakı
Mübarəkabad qalasını hazırlayıb, belə qərara aldı ki,
hakimlər şəhərdən çıxaraq, yəqə türkmanlarından qorunmaq və
məmləkətin təhlükəsizliyini təmin etməkdən ötrü həmin qalada
iqamət etsinlər. O vaxtlarda baş vermiş hadisələrin təfsilatı [bu
kitabın] birinci səhifəsində, cənnətməkan şahın bəhsi hissəsində
qələmə alınmışdır.
Yeri cənnət asiyanlı şahın vəfatından sonra İsgəndər şanlı
nəvvab və İraq Azərbaycanın ləşkəri rum hücumunu dəf etməklə
məşğul idi. Xorasan əmirləri [isə] iki dəstəyə bölünüb bir-birləri ilə
savaş məqamına gəldilər. Qızılbaş tayfalarının başı elə qarışdı ki,
onlar bir neçə il Astrabadın zəbt olunma məsələsi ilə məşğul ola
bilmədilər, bu məmləkətin müstəqil bir hakimi olmadı. Yəqə
türkmanları, xüsusilə Əliyar bəy Eymur ürəklənib Zərrabxanə və
Mübarəkabad qalasınadək şəhərin üç fərsəxliyinə gəlib çatdı,
türkmanlar orada dayandılar, qalanı dağıtdılar və rahatlandılar.
Astrabad əhalisi onların hücumunu dəf etmək məqsədiylə bir qədər
dözdülər. Nəhayət, türkmanlarda düşmənçilik və üsyan duyğusu baş
qaldırdı. Hər bölgədə bir saxtakar (motəqəlleb) adam ortaya çıxdı və
siyahpuşluq qaydası təzələndi. Onlar o torpaqda qala tikdilər, oraya
çoxsaylı tüfəngçi və kamandar topladılar, biri-digərinə tabe
olmamağa başladılar. Vaxt ötdükcə, o saxtakarların və siyahpuş
sərdarlarının başlarına hakimlik və müstəqillik havası doldu,
yolların darısqallığı, çətinliyi, meşə və cəngəlliklərin keçilməzliyinə
arxalandılar, nəhayət qızılbaşlara itaətdən boyun qaçırdılar, yəqə
türkmanları Gürgan çayı ilə çöl-səhra arasındakı yerlərə qayıtdılar.
Onlar bununla kifayətlənərək, Gürganın gözəl səhralarında öz
yaylaq və qışlaqlarını keçirməkdəydilər, siyahpuşların qorxusundan
şəhərə, meşələrə, cəngəlliklərə və çətin keçilən yerlərə gedə
bilmirdilər. Bəzən onların aralarında anlaşma şəraiti də yaranırdı.
Vəziyyətləri bir neçə il belə oldu, amma İsgəndər şanlı nəvvabın
hakimiyyətinin sonu və əlahəzrət zilləllah şahın taxta cülusunun
əvvəlində bəzən Müztəzaqulu xan Pornak, bəzən də İsgəndər xanın
qardaşı Bədr xan Əfşar o vilayət hakimliyinə təyin olunub Astrabad
şəhərinə getdilər.
Hər biri bir bölgədə hakimlik və istiqlaldan dəm vuran
siyahpuş sərdarları yəqə türkmanları tayfasını öz hamiləri bilərək
üsyana qalxdılar və [qızılbaş] hakimini saya salmadılar. Hakimin
mülazimləri şəhərdən bir fərsəx məsafədən artıq kənara getmir, o
959
vilayətdən heç bir həzz ala bilmirdilər. Buna görə də, onlar yəqə
türkmanlarının qorxusu və siyahpuşların tüğyanı üzndən həmin
vilayətdə qala bilməyərək pis vəziyyətdə oranı tərk etdilər. Siyahpuş
sərdarlarından Xacə Şərəfəddin Savəri başqalarından daha çox
yaramaz hərəkətlər edirdi. Mürtəzaqulu xanın bütün var-yoxunu
qarət etdilər, qazilərin at və yaraqlarını əllərindən aldılar və onlar
hər şeydən məhrum oldular. Nəhayət, Xorasanda özbəklərin tüğyanı
başlandı, Astrabad vilayətinin Kəbudcame adlı mahalına bitişən
Nisa, Əbivərd, Dərun və Bağdad vilayətləri özbək əmirlərinin
əllərinə keçdi, Abdulla xan isə Xarəzm vilayətini tutub, oranın valisi
Hacı Məhəmmədxanı qovdu.
Əlahəzrət, sayinxani ulus başçılarının özbəklərə itaət
edəcəklərini, özbəklərin vasitəçiliyi ilə Astrabad vilayətini
tutacaqlarını, siyahpuşların fitnəsinin Mazandarana da yayılacağını
düşünüb, zamanın tələbinə uyğun olaraq, onlarla tədbirlə
davranmağa başladı. Şah həmin dəstə zümrəsindən olan və başqa
sayinxani qəbələlərindən etibarına görə on çox etibar imtiyazı əldə
edən, o vaxtlarda Mübarəkabad [qalası] yaxınlığında dayanan Əliyar
bəy Eymura, Ziyaəddin Fendereskinin oğlu Mirzə bəyin - bu
dövlətxah şəxsin, bu şah astanası xidmətçilərinə sədaqət izhar edən
adamın vasitəçiliyi ilə "xan" rütbəsi verməklə, onu sərəfraz etdi,
Astrabad hakimliyi Əliyar bəyin adına yazıldı, amma siyahpuş
sərdarları bu bəyə çox da arxalanmırdılar. Əliyar bəy onlarla barışıq
yolu ilə davranır və istəyirdi ki, öz naibini şəhərdə saxlayaraq
hakimliyi ona tapşırsın, özü isə gedib Gürgan çayı kənarında, öz eli
içərisində yaşasın.
Bəyin vəfatından sonra onun oğlu Məhəmmədyar xan
cahanpənah dərgaha gedərək, atasının yerinə təyin edildisə də, oxlu
təbəqəsi ona qarşı xilaf məqamında durdu. Nəticədə, Məhəmmədyar
xan oxlu camaatı tərəfindən qətlə yetirildi. [Bu dəfə] onun ən kiçik
qardaşı Qılıc xan ali saraya gələrək, Astrabadı idarə etmək sənədini
aldısa da, oxlu tayfasının tüğyanı və narazılığı nəticəsində bu qardaş
da hakimlik edə bilmədi. Şahın qələbə ayəli ordusunun Xorasanı
fəth etməkdən ötrü hərəkət edərək Bəstam çəmənliyində dayandığı il
əlahəzrət Cürcan vilayətinin zəbti üçün getdi və o vilayət
hakimliyini Mazandaran hakimi olan Fərhad xana verdi. Xan isə,
yuxarıda yazıldığı kimi, həmin mülkə öz daruğəsini yolladı.
O ətrafda şahın təntənəli gəlişi xəbəri yayılanda özləri
özlərinə aludə olan düşmənlərin səbat kökünə zəlzələ düşdü,
960
Astrabad vilayətinə bitişik olan bütün Mazandaran qızılbaşların
əlinə keçdi. [Vəziyyəti belə görən] siyahpuş sərdarları öz hallarını
fikirləşdilər və itaət etməkdən başqa çarə tapa bilmədilər,
cahanpənah dərgaha gələrək, xeyrli Xorasan səfərində şaha yoldaş
oldular. Fərhad xanın qətlindən sonra isə, Astrabad vilayətinin
hakimliyi Hüseyn xan Ziyadoğlu Qacara verildi.
Oxlu və yəqə türkmanlarının fitnəsini yatırmaq və
Astrabadda qayda-qanun yaratmaqdan ötrü hümayun məiyyətin o
səmtə getməyi lazım görüldü. Səadət nişanlı ordu gəlib Dəşte-
Bəhryanda dayandıqda, ordunun əksər ağrəqini və ləşkərin bəzi
mallarını Bəstam yoluyla İraqa göndərdilər, müqəddəs ordunun
bütün mülazimləri əzəmətli əmirlərlə o istiqamətə üz tutdular, Yəqə
türkmanlarını arxayınlaşdırmaqdan ötrü şahın izzət büsatının yaxın
adamlarından olan Məhəmmədqulu bəy Əmiraxurbaşı Cığatayı
həmin yol üstündə yaşayan Qazı xan Mir Oxlunun yanına göndərib,
türkman qəbilələrinin adına bir nəvazişnamə yazdılar: "Sizlər qədim
dövrlərdən bəri Xarəzm sultanlarının təbəələri olmusunuz. Hal-
hazırda dövran hadisələrinin təsiri ilə şah dövlətinin kölgəsi altına
pənah gətirən və bir müddət hümayun şahın iqbal kölgəsi altında
yaşayan Xarəzm padşahı və onun övladları bizim yardım və
köməyimizlə yenidən öz irsi məmləkətini tutmuşlar, özlərini bizim
hümayun adamlarından sayırlar. Həqiqətən də, Hacı Məhəmməd
xana mənsub olan adamlar elə bizim adamlarımızdırlar. Gərək,
Məhəmmədqulu bəylə birlikdə hümayun məiyyəti qarşılamağa
çıxasınız və bizimlə görüşməklə sərəfraz olasınız. Siz qətiyyən
hümayun məiyyətin gəlişindən həyəcanlanmayın. Əgər öz qədim
yerinizdə sakin olub ayağınızı ədəb dairəsində saxlasanız,
tərəfimizdən sizə qarşı iltifat və şəfəqqətdən başqa heç bir əməl
zahir olmayacaqdır."
Sonra hümayun məiyyət iqbalın qəlavuzluğu* və siyahpuş
sərdarlarının bələdçiliyi ilə Kobudcamə dərəsi yoluyla hərəkətə
başladı.
Qari xan Oxlu əvvəlcə Məhəmmədqulu bəyə izzət və
ehtiram
göstərdi, başqa ulusların mir və ağsaqqalları
məsləhətləşərək, hamını itaətə, birliyə və ali hümayun şaha bağlı
olmağa rəğbətləndirdi, təklif etdi ki, onunla birlikdə şah astanasını
öpməyə getsinlər. Amma, neçə ildən bəri özlərini Xarəzmdən ayırıb
özbaşınalığa başlayan [oxluların] bəzi cahilləri o vaxtlarda öz
valilərinə itaət etmirdilər. Onlar izzət və cah-calal məiyyətinin
Dostları ilə paylaş: |