967
Xülasə, irsən əlahəzrətə mənsub olan cənnətnişan
Mazandaran torpağı da Cürcan kimi, üsyankarların tör-
töküntülərindən təmizləndi, bütün sərhədyanı məmləkətlər, o
cümlədən Təbəristan, Cürcan, Mazandaran, Rüstəmdar, Gilanat,
Kəskər və Təvaleş qədim dövrlərdən bəri ehtişamlı hakimlər
arasında bölünmüş Şirvanın sərhədinədək [düşmənlərdən]
təmizləndi. Həmişə hakimlərin üsyanı, fitnə-fəsadı və dava-dalaşı
nəticəsində gözəl qadınların zülfü kimi qarışıq və pərişan olan bütün
vilayətlər güclü şahın hakimiyyəti altına keçərək, əmin-amanhq
evinə (darül-əman) çevrildi, əsirlər və asılı rəiyyət rahatlanmış
ürəklər kimi təskinlik tapdı. Hümayun fallı bayraqlar (rayat)
dalğalandı, zəfər və iqballa, çətin yollarına görə şərh və bəyanına
ehtiyac olmayan və o günlərdə bir nizə uzunluğunda qarla örtülmüş
Dəmavənd dağının ətəyi ilə İraqa qayıtdı. Bu beyt [Dəmavənd
dağının] görünüşünə uyğundur:
Beyt
Haqqın qüdrəti kimi onun zirvəsi uca,
Enişi neçə dəfə mənim bəxtimdən alçaq
646
Şah Abbasın Xorasan səfərindən
qayıdışı və səltənət paytaxtına gəlişi:
Müzəffər ləşkər o dağda çox əziyyətə düçar oldu. Belə ki,
əlahəzrət atdan düşdü, atın cilovunu öz mübarək əlinə alıb, qarın
olduqca daraltdığı və adamların yalnız bir-bir keçməsi mümkün olan
bir yol ilə piyada getdi, səadət və iqlalla oradan Dəmavənd
qəsəbəsinə gəlib-çatdı, sonrasa Qəzvin darüssəltənətinə rəvan oldu,
səltənət paytaxtı yenidən zəfərnişan məiyyətin gəlişindən gözəlləşib
şadlandı, əhali hümayun məiyyətin istiqbalına çıxdı, şadimanlıq
nağaraları ucadan səsləndi, Xorasan fəthinin səs-sorağı, dünyanı
tutan şəhriyarın cahangirlik üsulları haqqında deyilənlər hər tərəfə
gedib-çatdı, işrət əsaslı o şəhərdə abadlıq işləri başlandı, şəhər
sevinc aləminin ziynətini daha da artırdı. [Əlahəzrət] müzəffər
əsgərlərə özlərinin məskən və vətənlərinə getmək icazəsi verdi, səfər
646
Beytin farscası:
Fərazəş ço qodrət bolənd-o nəşibəş
Ze bəxtəm nequntər be çəndin mərateb.
968
cilovunu Qəzvindən İsfahan darüssəltənəsinə tərəf çevirdi, iki ulduz
parıltısının (neyreyn) iki xoşbəxt ulduzla qarşı-qarşıya gəlib
eyniləşəcək (məqarene) dörd hissəyə bölünməkdən (tərbi) uzaq
olduğu bir saatda Nəqşe-cahanın "Bağe-cəhanara"sı dünyanı gəzən
şah atının dirnaqlarından qopan tozlardan təmizlənib, ətirlənməyə
başlayanda qışı olduqca böyük şadyanalıqla həmin cənnətnişan
şəhərdə başa vurdu.
ALLAHIN TƏQDİRİ VƏ İSTƏYİ İLƏ FAYDALI XORASAN
SƏFƏRİ ZAMANI BAŞ VERƏN BƏZİ HADİSƏLƏRİN ZİKRİ
Bu il Xorasan səfərində baş vermiş hadisələrdən [biri də]
budur: Herat darüssəltənəsində şamlı yüzbaşılan silkinə məxsus olan
Mirzə Əli bəy Kəramili elçi sifətilə Hindistana göndərildi, ali
məqamlı padşah Cəlaləddin Məhəmməd Əkbərə Xorasan fəthinin
necə baş verməsi və Dinməhəmməd xanla müharibənin nə təhər
olması barədə ənbər qoxulu qələmlə yazılmış məktub apardı.
[Həmçinin] qeysər məmləkətlərinin (Rum ölkəsi - Ş.F.) hökmranı
Sultan Məhəmmədxan ibn Sultan Murada [da] məklub yazılıb baş
verənlər haqda məlumat verildi. Bu faydalı səfər zamanı bütün
İraqın rəiyyətinə və başqa kasıb əhalisinə şahanə iltifat edilərək,
onlara yüz min İraq tüməni məbləğində bir sıra həmesale* güzəştləri
edildi və təsdiqlədi.
[Məbləği azaldılan] vergilərdən biri çobanbəyi" vergisidir
ki, qoyunların sayına görə yığılır. Bu vergidən iyirmi min İraq
tüməni [pul] hər il ələ gətirilirdi. Xorasana hücümun
başlanmasından bu günədək, Xorasan əhalisinin öz malları və
canları bahasına müzəffər əskərlərə, xorasanlılara və hər təbəqədən
olan mehmanlara etdikləri çoxlu köməyə görə əlahəzrət həmin
xidmətlərin müqabilində qanun-qayda üzrə onlardan yığılan həmin
vergini ləğv etmək qərarına gəldi və əmr etdi ki, bundan sonra heç
kimdən bircə dinar belə çobanbəyi vergisi yığılmasın.
Ləğv olan ikinci vergi [növü] hakimlərin səlahiyyətində
olan "beşdə bir dinar" ("dinari-pənc-dinar") vergisidir ki, onun
yığılması zaman ötdükcə İraqda qanuna çevrilmişdi. "Dinari-pənc
dinar" tiyuldara və daruğəyə çatası vergi kimi beş rəiyyətin birindən
alınırdı. Bu vergi yığımı qədim qanunlar və cənnətməkan şahın
dosturüləməlinə xilaf olduğundan aradan götürüldü. "Dinari-pənc
dinar" vergisinin məbləği əlli-altmış min tüməndən artıq olurdu.
969
Başqa vergi növü isə İsgahan əhalisindən toplanan bir illik
(yeksale) mal vergisi idi ki, onu da ərbablara və rəiyyətə
bağışladılar. Həqiqətən də, o vergilərin ləğvi rəhmdillik (rafət) və
rəiyyətpərlikdən irəli gələn böyük şəfəqqət və mərhəmətdir.
Ümidvarıq ki, bu uca məqamlı, mübarək sifatlı, Allah dərgahının
bəyəndiyi zat bütün bəlalardan uzaq olacaq və onun ədalət nurunun
işığı daim aciz və kasıb bəndələrin başları üzərində parlayacaq,
davamlı olacaqdır.
Səfər vaxtı baş vermiş başqa bir əhvalat isə Durmuş xan
Şamlının nəvəsi Əliqulu xanın oğlu Vəlixan Mirzənin behişt ayinli
məclis xidmətçisi olan Saleh adlı təbrizli bir gənc tərəfindən
öldürülməsidir ki, o, öz yaxınları arasında bu dudmanın şərafətli
şəxslərindən sayılırdı. Dövranın ağıllı adamlarından gizli deyildir ki,
duz-çörəyin qədrini bilən hər təbəqə adamlarına vəlinemət [şah]
tərəfindən göstərilən kömək və verilən nemətin səbəblərindən biri
budur ki, gərək hər şəxs biri-digərinin xacədaşı (xacətaş) olan
ağaları özlərinin fərzəndi, dostu və qardaşı bilsin, biri-digərinin
namusunun qorunmasına çalışsın, əgər onların biri başqasına
xəyanət gözüylə baxarsa, qeyrətli adamların məzhəbinə görə,
cəzalanmalıdır. Adı çəkilən Vəlixan cəhalətinin, cavanlığının və
şüursuzluğunun çoxluğu üzündən adı çəkilən Salehə bir-iki dəfə
məhəbbət və xüsusi dilbirlik izhar etmişdi. Xorasana səfər vaxtı,
Cacərm yaxınlığında bir gecə Vəlixan behişt ayinli məclisdən çölə
çıxdıqda, Saleh onun arxasınca gedərək, özünün iti və qanlar tökən
qılıncı ilə onu öldürdü və elə o saat da geri qayıdıb məsələni şaha
ərz etdi. Onun bu hərəkəti qeyrət baxımından bəyəniləsi bir əməl
olduğundan, şah tərəfindən bəyənildi. Vəlixanın cəsədi sübhədək elə
həmin yerdə atılıb qaldı, çünki onun qardaş və mülazimlərinin [bu
gecə vaxtı] onu dəfn etmək imkanı olmadı. Gündüz isə, mülazimlər
dəfn izni aldılar, Vəlixanın qoşunu və ləşkəri isə onun kiçik qardaşı
və həmdamadı (bacanağı - ?) olan Hüseynxan Mirzəyə verildi. Baş
vermiş başqa hadisə isə budur: Bu ilin əvvələrində oxlu və yəqə
türkman camaatı atasından sonra Astrabada hakim təyin edilmiş
Əliyar xan Eymurun oğlu Məhəmmədyar xanla xilaf məqamına
gəldilər, hiyləgərliklə ona yaxınlaşdılar, hələ iyirmi yaşına
yetişməyən o cavanın ömür ağacını cavanlığının başlanğıcında iti
qılıncla üzdülər. Onun kiçik qardaşı Qılıc bəy ali saraya pənah
gətirib, şahla görüş şərəfinə yetişdi, şahanə iltifata layiq görüldü və
Astrabad hakimliyi rütbəsi ilə sərbülənd oldu. Buna baxmayaraq, o,
Dostları ilə paylaş: |