946
Özbək ləşkərinin basılması vgə məğlubiyyəti:
Belə deyirlər ki, qızılbaş cavanlarının at oynadıb özbək
bahadırlıqlarını əllərindən alan birinci döyüşçü Əhməd ağa Kərampa
Ustaclının oğlu Əli bəy Mirşikar olmuşdur. Həmçinin hümayun
məiyyətin önündə gedən xristian əsilli (nəsiriməneş) cavanların hər
biri özbək düşmənlərini bircə-bircə igidlik atından torpağa salaraq,
qırx-əlli nəfər bahadırı həlak etdi. Qəzavü qədər Dinməhəmməd
xanın başına idbarlıq tozu tökdüyü üçün o, atının cilovundan tutub
irəli gəlməyə ürək etmədi. Özbəklərə qorxu üz verdi və onlar
döyüşdən əl çəkdilər. Əlahəzrətin Dinməhəmməd xanla şəxsən
qarşılaşıb, onu iqbal gücü ilə necə olur-olsun öz əlinə keçirmək
istəyinə baxmayaraq, Gəncəli xanm mülazimi gələrək, xandan belə
bir xəbər gətirdi ki, bəs Dinməhəmməd xanın qol cinahı hələ
arxadadır. Buna görə də, əlahəzrət bu istəyindən əl çəkdi, həmin qol
cinahının gəlib çıxmasını gözlədi. Amma qazilər təqibdən əl
çəkməyib bir çox adlı-sanlı bahadırı torpağa yıxdılar.
Dinməhəmməd xan isə nizə ilə yaralanıb mərəkədən çıxası oldu.
Xasseyyi-şərifə qulamlarından olan Kəlul bəy Gürcü
deyirdi: "Mən Dinməhəmməd xanı nizə ilə yaraladım və papağı
başından düşdü. Gördüm ki, bahadırların biri öz papağını başından
çıxarıb onun başına qoydu və özü başıaçıq halda getməyə başladı.
Bildim ki, o, xanın ləşkərinin bir sərdarıdır. Xanın papağınısa
qazilərin biri götürmüşdü. Bir neçə nəfər özbək təsdiq edib dedi ki,
bu xanın papağıdır". Qeyri bir neçə nəfər isə bunu inkar edir, Kəlul
bəyin etdiyi iddianı qəbul etmirdilər. Onunla arası olmayan talış
pirzadəsi Abdal bəy isə deyirdi: "Dinməhəmməd xanı mən
yaraladım".
Mən isə Əbu Taleb Rezəvi sülaləsindən olan, özbəklərin
hakimiyyəti zamanı Herata düşərək əvvəlcə Mir Qulbaba
Kukəltaşın, sonra isə Dinməhəmməd xanın münşisi olub, onun
məclislərinə yol tapan kitablar müəllifi Mövlana İbrahim
Məşhədidən Dinməhəmməd xan əhvalatı və onun bu döyüşünün
təfşilatı barədə eşitdiklərimə əsasən bu hadisəni yazmışam. O, belə
deyirdi: "Mən xan ilə həmrah idim. O, hümayun qol cilahına çatmaq
məqsədiylə qamışlıqdan çıxdıqda, yanında az adamın qaldığını
gördü. Uzaqdansa onun nəzərinə bir qaraltı dəydi. Özbək
bahadırlarının hamısı elə təsəvvür edirdilər ki, həmin qaraltı
hümayun şahın dəstəsinin gəlişi əlamətidir. Qızılbaş camaatının
947
cəsarətli həmləsinin gözə görünən bu qaraltısından özbəklərə bərk
qorxu üz verdi. Dinməhəmməd xanla birgə olan özbək əyan və
atalıqları onun atının cilovundan tutub ərz etdilər: "Bizim camaat
məğlub olmuşdur. Məğlub ləşkər isə artıq gedib şəhərə çatmaqdadır.
Qızılbaş qoşunu bizi dövrələmişdir. Əgər biz bu azsaylı dəstə ilə
məşğul olsaq, uzaqdan qaraltı qaldıran şah dəstəsi irəli gələrək bizi
aradan götürəcək. Heç kimin nicat ümüdü yoxdur. İş daha səy və
cəhd-cəhd etməkdən keçmişdir. Nə qədər ki, xanın vücudu sağ-
salamatdır, nə qədər ki, ona heç bir sədəmə hələ toxunmamışdır,
[xan] gərək aradan çıxsın". Onların ürəklərində hərbin kəramətini və
cəngin qorxusunu görən həzrət xan anladı ki, fərar etmək
niyyətindədirlər. Çarəsiz qalıb meydandan çıxdı.
Amma, atın cilovunu çevirib heç on addım getməmişdi ki,
araya bərk çaxnaşma düşdü və Dinməhəmməd xanın yanında iyirmi
nəfərdən çox adam qalmadı. Arxadansa qızılbaşlar gəlirdilər. Onlar
iki-üç dəfə gəlib bizim aramıza girdilər. Fərar zamanı xanı nizə ilə
yaralamışdılarsa da, o, bunu yoldaşlarından gizlətdi. "Çehel
doxtəran" [adlı yerin] yaxınlığında xanın cibindən və böyründən
bərk qan axmağa başladı və bu vaxt o, mənə rüxsət verib dedi:
"Şəhərdə sənin əhl-əyalın qalıbdır. Niyə gəlirsən? Geri qayıt". Mən
oradan qayıdıb özümü şəhərə çatdırdım və şəhərdə vəziyyət məlum
olana qədər gizləndim. Otuz-qırx nəfərlə meydandan çıxan Baqi xan
Kəhdestan (?) tərəfə çatdı, Əndxod və Şibirğan yolunu önə tutdu,
Kərki keçidindən keçərək, Buxaraya getdi. İlahinin təqdiri ilə o,
Mavərənnəhrdə elə çox yüksəldi ki, bu haqda tezliklə məlumat
veriləcəkdir.
Xülasə, həmin cəngdə qoşunun çox məşhur şəxsi
öldürüldü. Özbək əmirlərinin əksəriyyəti, xüsusiylə Herat hakimi
Hacı bəy, Naculi bahadur, Mirzə Abdulla Mənqət, Məhəmməd
Muradbəy, Məhəmmədyar oğlan və sair əmirlərin bəzisi qətlə
yetirildi, bəziləri isə əsir alındılar. Mötəbər sərdarların biri də sağ
qalmadı. Şüarları igidlik olan qazilər Sərxiyaban və Gazərgahdan
başlayıb Kəhdestana çatana qədər müxalifləri təqib etdilər və
olduqca çox adam öldürdülər. Öldürülənlərin sayı dörd minə çatdı.
Amma, bir neçə gün davam edən yürüş, döyüş meydanının savaşı,
havanın istiliyi, əskərlərin atlarının çoxunun yorğunluğu səbəbindən
Kəhdestandan o yana gedə bilmədilər. Özbəklərin təqibinin
davamına gecənin başlanması da səbəb oldu. Mərəkədən sağ-
salamat qurtulan və şəhərdə əhl-əyalı qalan özbəklərsə şəhərə
948
gəldilər, arvad-uşaqlarının əllərindən tutdular, var-yoxlarından
imkanları olan qədərini götürdülər, Meymənə və Faryab yolunu üzə
tutdular, amma şəhərlə əlaqələri olmayan başqa özbəklərsə, elə
döyüş meydanından fərar edib aradan çıxdılar.
Ğuryan hakimi Şahın Kəltənin öldürülməsi:
Əlahəzrət zilləllah şah zəfər və iqballa Herat torpağına
mənsub Pəryan karvansarasına çatdı, bu böyük qələbə münasibətilə
Allahın iltifatına şükr etdi, zəif adamlardan, qadınlardan və
uşaqlardan ibarət ailələri olan əksər özbək əskərlərini
cəzalandırmadı.
Qızılbaş döyüşçüləri Sərxiyabanda atlardan yerə endilər.
Bu mərəkədə, adlı-sanlı adamlar olan Vəli bəy Yüzbaşı Ustaclı və
Qasım bəy Cilovdar Şamlıdan başqa heç kəs öldürülmədi. Cəmisi
yüz nəfərədək adam öldürülmüşdü. Etimadüddövlə Hatəm bəy
Vəzirin ağrəq ordusu və ləşkərin qalan hissəsi Baxərz kəhrizinə
(karız) [yenicə] çatmışdılar ki, söhbət yasovulu Şahverdi bəy
Bayburdlu şah tərəfindən gələrək fəth və zəfər müjdəsi gətirdi.
Onlar hamılıqla yollanıb Heratın Sərxiyabanına çataraq, bir-birlərinə
birləşdilər. Herat əhalisi, qəbilə mirləri, qıpçaq həzarələri,
teymurilər, tahirilər və cəmşidilər şahın xidmətinə yetişməklə
sərəfraz oldular, şah tərəfindən iltifatlandılar. Ğuryan camaatından
Xacə Cəlaləddin Əkbər bir dəstə adamı özünə müvafiq edib,
hümayun məiyyət gəlməzdən əvəl Guryan qalasına gələrək, oranın
hakimi Şahım Kəltəni mühasirəyə aldı. Gəncəli xanın mülazimləri
olan bir dəstə qızılbaş da əmrə əsasən bu əməliyyata təyin edilmişdi.
Şahım Kəltə və onun bahadır yoldaşları Herat hadisələrindən xəbər
tutduqları üçün fərar etməkdən başqa bir çarə tapmadılar, özlərini
adamları az olan bir yerdən keçirərək aradan çıxara bildilər, fərar
yoluna düşdülər. Amma, başqa adamlar bundan xəbərdar olub,
onları təqib etməyə başladılar. Nəticədə özbəklərin böyük bir dəstəsi
öldürüldü, yaxud əsir alındı, Şahım Kəltə isə bir neçə nəfərlə aradan
çıxa bildi. Amma, onlara bədbəxtlik üz verdiyindən Şahım Kəltə
Zurabad hüdudunda bir bostana (faliz) çatıb istədi ki, özünü bu
aclıqdan kam almaq şirinliyinə yetirsin, amma çöldə dolaşan bir
adam gələrək onun başına elə bir zərbə endirdi ki, atından
yuvarlanıb zillət torpağına düşdü, bir neçə saat bihuş vəziyyətdə
Dostları ilə paylaş: |