Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Gömrük işi sahəsində beynəlxalq əlaqələrin inki-



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
tar d qra 22 06 18

“Gömrük işi sahəsində beynəlxalq əlaqələrin inki-
şafı”
adlı beşinci fəslində Azərbaycan Respublikasının gömrük əməkdaş-
lığının əsas istiqamətləri araşdırılır, beynəlxalq müqavilələrdə nəzərdə 
tutulmuş müddəalar ətraflı təhlil olunur. Bu fəslin 
“Gömrük işi sahəsində 
beynəlxalq əməkdaşlığın ümumi vəziyyəti”
adlı birinci yarımfəslində 
qeyd olunur ki, beynəlxalq münasibətlərin müstəqil subyekti kimi 
Azərbaycan dövlətinin qarşısında duran ən mühüm nəzəri və praktik həllini 
gözləyən məsələlərdən biri də gömrük işi sahəsində beynəlxalq əmək-
daşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi olmuşdur. Göm-
rük işi sahəsində imzalanan ikitərəfli və çoxtərəfli sazişlər dövlətlər-arası 
gömrük münasibətlərinin əlaqələndirilməsində mühüm yer tuturdu. 
Regional təşkilatlarla əməkdaşlıq şimal, şərq və qərb istiqamətlərinə 
ayrılmaqla bərabər, hər bir istiqamət üzrə milli maraqların təmin edilməsi 
bu əlaqələri şərtləndirən əsas prioritetlərdir. Şimal istiqaməti üzrə 
əməkdaşlıq əsasən MDB və GUAM ilə əməkdaşlığı əhatə edirdi. Tədqiq 
olunan dövrdə Azərbaycan Respublikası MDB-yə daxil olan dövlətlərlə 
normal əməkdaşlıq münasibətləri yaratmağa çalışırdı. 1993-cü ilin 
sonlarında MDB-yə daxil olan 11 ölkənin qoşulduğu “İqtisadi ittifaqın 
yaradılması haqqında” sazişin imzalanması ilə bu əlaqələrin bünövrəsi 
qoyuldu. Bir il sonra isə MDB üzvü olan ölkələr arasında Azad ticarət 
1
Azərbaycan gömrüyü mədəni irsin keşiyində. Azərbaycan Respublikası DGK. 
Bakı: Elm, 2007; Customs service of Azerbaijan: Historic traditions and moder-
nity. Baku, 2007


40 
zonası, Gömrük birliyi, Ümumi mal və xidmət bazarı, Dövlətlərarası 
valyuta komitəsinin yaradılması haqqında sazişlər imzalandı. Lakin bu 
saziş və qərarların əksəriyyətinin işlək mexanizmi olmadığından kağız 
üzərində qalmışdır. 
Azərbaycanın gömrük təşkilatının beynəlxalq əlaqələrinin daha geniş 
miqyasda aparılmasının əsası 1995-ci ildə imzalanan ikitərəfli sazişlərlə 
qoyulmuşdur. İlk dəfə ixraca nəzarət sahəsində ABŞ təcrübəsi öyrənilmiş 
və gömrük tariflərinin tətbiqi ilə bağlı hüquqi-normativ aktın modeli də bu 
ölkənin müvafiq qanunvericilik təcrübəsi əsasında yaradılmışdı.

Tədqiq edilən dövrdə gömrük işi sahəsində beynəlxalq hüquqi əmək-
daşlıq əlaqələıri başlıca olaraq dörd istiqamət üzrə: 1) Dünya Gömrük 
Təşkilatı; 2) MDB üzv dövlətlərinin gömrük təşkilatları; 3) İqtisadi 
Əməkdaşlıq Təşkilatı çərçivəsində; 4) ikitərəfli münasibətlər əsasında ayrı-
ayrı dövlətlərin gömrük orqanları ilə aparılırdı. DGK-nın əməkdaşları MDB 
üzv dövlətlərinin gömrük xidməti rəhbərlərinin Şurası (GXRŞ) çərçivə-
sində keçirilən ekspert iclaslarında fəal iştirak edirdi. Həmin görüşlərdə 
hazırlanan sənəd və layihələri üzrə təkmilləşdirmə işləri aparılır, gömrük 
işinin qarşılıqlı fəaliyyətini tənzimləyən saziş layihələri hazırlanırdı. 
Beynəlxalq iqtisadi təşkilatlarla əlaqələr iki əsas istiqamət üzrə: regional 
təşkilatlar və BMT-nin müxtəlif təşkilat və proqramları ilə aparılırdı.
Beşinci fəslin ikinci 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə