paytaxtı Ərzurumu ələ keçirməyi, daha sonra Trapezund üzərinə hücum etməyi və
Osmanlı imperiyasının paytaxtı İstanbul üçün təhlükə yaratmağı öz qarşısına
başlıca vəzifə kimi qoymuşdu.
Rusiya-Türkiyə müharibəsində Qafqaz hərbi əməliyyatlarırus qoşunlarının
Qarsistiqamətində hücumu ilə başlandı.1828-ci il iyunun 19-da rus qoşunu Qars
qalasına yaxınlaşdı. Elə həmin gün ilk döyüş baş verdi. 1828-ci il iyunun 19-da
Peterburqa göndərilən raportda deyilirdi: ―Düşmən süvarilərinin şücaətinə
baxmayaraq, bizim qeyri-nizami süvarilər döyüşün bu növündə onlardan heç nə ilə
geri qalmırdı‖ [47]. İyunun 22-də rus qoşunları Qars qalasını hücumlaələ
keçirdilər.
Rus komandanlığı Cənubi Qafqazda könüllü piayda və süvari alayları
təşkil etdi. Bu barədə olan əmrdə yazılırdı: ―... Hər birinin tərkibində 600 atlı olan
4 süvari – müsəlman alayı toplamaq, Naxçıvanda isə bundan əlavə vilayətdə
yaşayan ən döyüşkən tatar (azərbaycanlı – Red.) tayfalarından biri olan Kəngərli
süvarisi təşkil etmək‖ [48].
Qarsı tutduqdan sonra ruslar Ahalsıx üzərinə hərəkət etdilər. Avqustun 9-
da rus qoşunları Ahalsıxı ələ keçirdilər. Hələ bundan əvvəl rus qoşunları
Ahalkələkini və Xertsisi tutmuşdu. Avqustun sonlarına qədər rus qoşunu Bəyazid
qalası, Torpaqqala və Diadil sədləri ilə birlikdə bütün Bəyazid paşalığını ələ
keçirdi. 1828-ci il hərbi kompaniyasının sonuna yaxın rus qoşunu Ərzurumun 90
kilometrliyində yerləşirdi. Qara dəniz sahillərində türklər Anapa və Potidən
sıxışdırılıb çıxarıldı.
Yazda 1829-cu ilin hərbi əməliyyatlarına hazırlıq başlandı. Bu vaxt rus
hakim dairələri gələcək döyüşlərdə iştirak etməli olan öz alayları üçün
Azərbaycandan yeni qüvvə topladılar.
Yaz hərbi əməliyyatlarına Türkiyə də hazırlaşırdılar. O, ingilis və
fransızların köməyi ilə öz ordusunu nizama salmaqla kifayətlənməyib, keşmiş
Azərbaycan və Dağıstan xanlıqlarının yuxarı dairələri ilə əlaqəyə girmək qərarına
gəldi və bu məqsədlə öz emissarlarını göndərdi. Onlar özlərinin şəxsi mənafeləri və
keçmiş hakimiyyətlıərinin bərpa edilməsi naminə türklərə xidmət etməyə hazır
olan bəzi keçmiş xanlarla da gizli əlaqəyə girdilər. 1829-cu il hərbi
əməliyyatlarında Paskeviçin ordusunun başlıca vəzifəsi Anadolunun içərilərinə
doğru hərəkət etmək və Ərzurumu tutmaq idi. Hərbi əməliyyatlar 1829-cu il mayın
1-də Ahalsıx altında Sursqab adlı möhkəmləndirilmiş kəndin yaxınlığında qanlı
döyüşlərlə başladı.Bu döyüşdə5 minlik türk dəstəsi məğlub edildi. Bir aydan sonra
Diqur rayonunda Posxovçay üzərində, 1829-cu il iyununda isə Soğanlıq rayonunda
döyüş baş verdi [49].
1829-cu il hərbi əməliyyatların gedişində rus qoşunu Ərzurumu ələ
keçirdi və Trapezund üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi
əməliyyat meydanında isə rus qoşunu Balkan dağlarından keçərək Ədirnəni ələ
keçirdi və İstanbula yaxınlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il
sentyabrın 2-də (14-də) Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Türkiyə
şimalda Anpadan başlayaraq, cənubda Müqəddəs Nikolay limanına qədər Qara
dənizin bütün Şərq sahillərini və Ahalsıx paşalığının ərazisinin bir hissəsini
Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları ru və Qərbi Avropa ticarət
gəmiləri üçün açıq saxlanılırdı. Moldoviya və Valaxiya rus qoşunu tərəfindən
müvəqqəti olaraq işğal edildi və s. [50].
Ədirnə sülhü Çimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya
tərəfindən zəbt olunmasını təsbit etdi, Rusiyanın Orta Şərqdə və Balkanlarda
mövqelərini möhkəmləndirdi, Qara dənizdə ticarətin genişlənməsi üçün şərait
yarandı.
Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə
Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını
müharibə nəticəsində zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. Bu
tarixi ədalətsizlik nəticəsində vahid xalq bölündü və onların hər biri bir-birindən
fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. İşğal
nəticəsində Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal
bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı
müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə o demək idi ki, yalnız Rusiya
sənayesi üçün xammal istehsal etməli, sənayesi də buna xidmət etməli idi.
Nəhayət, ən başlıcası budur ki, Şimali Azərbaycan Rusiyanın ucqar
müstəmləkəsinə çevrildi.
Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycan
Rusiyasının tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Əlbəttə, Bakı kimi neft
sərvəti mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin XIX
yüzillikdə inkişaf etməsinin əsas amilləörindən biri idi. Rusiyanın tərkibində
Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması prosesi də sürətləndi.
Azərbaycanın çar Rusiyası tərəfindən istilasının nə kimi acı nəticələrə
gətirməsi Gəncədən millət vəkili İsmayıl xan Ziyadxanovun I Dövlət dumasında
1906-cı ilin iyununda söylədiyi nitqində öz kəskin ifadəsini tapmışdır:
―Zaqafqaziya torpaqları yüz il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu
yüz il içində biz müsəlmanlar, həmişə əsir müamiləsi görmüş və bu sifətlə hər
təqibata məruz qalaraq, hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyətinə
endirilmişik. Sözün həqiqi mənasında yüz il içində biz gözləri hər şeyi görən
şiddətli və əleyhimizə mənfi düzəltmələri altında yaşadılmışıq. Siyasi, sosial və
iqtisadi sahənin hansı sahəsi ələ alınarsa alınsın, hər birində bizim haqqımızda
haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız. Ölkəmiz istila edilər-edilməz,
dərhal milli varlığımıza təcavüzə qalxışıldı. Dinimizə və müqəddəslərimizə
müdaxilə edildi‖.
Ölkə Rusiya tərəfindən işğal ediləndən sonra elə ilk illərdə Azərbaycan
xanlıqlarında mövcud olan müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə əvəz
edildi. Bu tədbir ölkənin ayrı-ayrı rayonlar arasında ticarətin XIX yüzilliyin birinci