―praktiki ipəkçilik məktəbinin‖ yaradılması və i.a.obyektiv olaraq Azərbaycanın
iqtisadi inkişafına kömək edirdi.
§ 2. KƏND TƏSƏRRÜFATI
XIX əsrin birinci yarısında Azərbaycan kənd təsərrüfatı feodal
münasibətlərinin üstün mövqe tutması ilə səciyyələnirdi. 1801-1828-ci illər, yəni
Şimali Azərbaycanın Rusiya tərəfindən bilavasitə istilası dövründə kənd təsərrüfatı
dəfələrlə ağır sınaqlara məruz qalmışdı. XIX əsrin birinci otuz illiyində
Azərbaycanın düşdüyü mürəkkəb hərbi-siyasi şərait, ölkənin feodal pərakəndliyi
kənd təsərrüfatının vəziyyətinə mənfi təsir göstərirdi. Rusiya-İran müharibələrinin
hərbi əməliyyatları dövründə Azərbaycan ərazisi üç dəfə -1804, 1812 və 1826-cı
illərdə yadelli işğalçıların viranedici hücumlarına məruz qalmışdı.
İran və Rusiya qoşunlarının törətdiyi qarət və zorakılıqlar nəticəsində
Qarabağ, Talış, Şamaxı və Şəki xanlıqlarından on minlərlə iri və xırdabuynuzlu
mal-qara qovulub aparılmış, xeyli sakinin əmlakı əlindən alınmış, minlərlə ailə ev-
eşiyindən məhrum edilmişdi.
Yadelli qoşunların soyğunçu basqınları ilk növbədə məhsuldar qüvvələrin
dağılmasına, əkin sahələrinin və dənli bitkilərin istehsalının ixtisar olunmasına,
kənd təsərrüfatında əsas qoşqu qüvvəsi olan iribuynuzlu, habelə xırdabuynuzlu
mal-qaranın sayının azalmasına, ipəkçilik, pambıqçılıq və s. sahələrin tənəzzülə
uğramasına səbəb olmuşdu.
Lakin Azərbaycan kəndlilərinin özlərinin adi dinc əməyə qayıtdıqları
nisbətən dinclik və ya xarici basqınlardan müxtəlif fasilələr dövründə kənd
təsərrüfatı məhsulları nəinki yerli əhalinin tələbatını ödəyir, hətta müəyyən qədəri
bazara çıxarılır. Məsələn, təsərrüfata az zərər vurmamış birinci Rusiya-İran
müharibəsinin sonuna yaxın bir sıra əyalətlərdə taxıl istehsalı hələ də yerli tələbatı
üstələyirdi. Bununla əlaqədar olaraq, rus komandanlığının sərəncamı üzrə
Şirvandakı taxıl əkinləri ixtiras olundu, taxılın ―artıqları‖ təkcə bütün taxıl
vergisini danışıqsız ödəməyə deyil, həm də rus intendantlığına lazımi miqdarda
sursat satmağa imkan verirdi. 1812-ci il təkcə Şəki və Şamaxı xanlıqları rus
ordusuna onmin çervert (1.160 min pud) taxıl satmağı öhdəyə götürmüşdülər.
Buğda, düyü, zəfəran, qurudulmuş meyvə, mal-qara, ipək və qızıl boya, az
miqdarda olsa da, ölkə daxilində satışa gedir, habelə Gürcüstana, İrana və Rusiyaya
ixrac olunurdu.
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başa çatmasından sonra
Azərbaycan müstəmləkəyə çevrilsə də, kənd təsərrüfatının bərpası və inkişafı üçün
şərait yarandı, daxili müharibələrə son qoyuldu. XIX əsrin 40-cı illərində
həddindən artıq müxtəlif olan ölçü və çəki sistemlərinin vahid Rusiya ölçüləri ilə
əvəz olunmasına başlandı. Eyni zamanda, çar xəzinəsinin nəfiknə bir sırfa feodal
rüsumlarının, xüsusən də xanlıqlar dövründən mövcud olan gömrükxana
maneələrinin – rahdar deyilən vergilərin saxlanılması daxili ticarətin inkişafını
ləngidirdi. Xanlıqların yerini əyalətlərin tutduğu komendant üsuli-idarəsi dövründə
əyalətlər arasında ―rahdar rüsumları‖ qalmaqda idi. 20-ci illərin sonuna yaxın
Zaqafqaziyada 17 rahdar vergisi və sənətkarlıq məmulatları üzərinə qoyulan 120
müxtəlif rüsum alınırdı, 1851-ci ildə yeni ticarət tarifinə görə, Zaqafqaziyada
istehsal olunan mallar rüsum alınmadan Rusiyaya aparıla bilər. Buna baxmayaraq
uzun müddət ərzində Mərkəzi Rusiya quberniyalarına aparılan mallardan bu rüsum
alınırdı.
XIX yüzilliyin 30-50-ci illəri kənd təsərrüfatında məhsuldar qüvvələrin
nəzərəçarpacaq dərəcədə artımı və əmtəə-pul münasibətlərinin inkişafı dövrüdür.
Bununla yanaşı, hakim feodal münasibətləri kənd təsərrüfatının əksər sahələrinin
surətli inkişafına mane olurdu. Çar hökuməti özünün aqrar qanunları ilə
Azərbaycanda bu münasibətlərin möhkəmləndirilməsinə yardım göstərməyə cəhd
edirdi.
Kənd təsərrüfatında başlıca yeri, əvvəllərdə olduğu kimi, əkinçili tuturdu.
Dənli bitkilər – buğda, arpa, çəltik daha geniş yayılmışdı. Buğda aparıcı dənli bitki
olaraq qalırdı. O, Azərbaycanın bütün əyalətlərində becərilirdi. Buğdanın istehsalı
üzrə əsas yeri Şirvan və Qarabağ əyalətləri tuturdu. Bu əyalətlərdə buğdanın
ümumi istehsalı 1830-1832-ci illərdə 4861 min pud, 1845-ci ildə isə 8347 min
puda bərabər olmuşdu. Ümumiyyətlə isə 1845-ci ildə Azərbaycanın 8 qəza və
dairəsində - Quba, Şamaxı, Talış, Qarabağ, Şəki, Naxçıvan qəzaları, habelə Car-
Balakən və Yelizavetpol dairlərində, Qazax-Şəmşəddil torpaqlarında – ümumi taxıl
yığımı 7617 min puda bərabər olmuşdu. Bu da buğdaya olan daxili tələbatı ödəyir
və ixrac üçün məhsul qalırdı.
Buğda kimi, arpa da Azərbaycanın bütün əyalətlərində yayılmışdı. 1845-ci
ildə onun ümumi istehsalı 6919,4 min pud olmuşdu. Arpanın yetişdirilməsində
Şirvan və Qarabağ qəzaları fərqlənirdi.
Düyünün (çəltiyin) ümumi istehsalı nəzərə çarpacaq dərəcədə artdı. Onun
becərilməsində aparıcı yeri Talış əyaləti tuturdu, onun ardınca Şirvan və Qarabağ,
habelə Quba əyalətləri gəlirdi. 1830-1832-ci illərdə bu əyalətlərdə, 1208 min pud,
1845-ci ildə isə 1657 min pud çəltik yığılmışdı. Ümumiyyətlə isə, 1845-ci ildə
bütün Azərbaycan ərazisində düyünün ümumi istehsalı 2315,7 min puda bərabər
idi.
Bu dövrdə Azərbaycanda darı, yulaf, pərinc, paaxlalılar, lobya, noxud
kimi digər dənli bitkilər az miqdarda becərilirdi. XIX yüzilliyin əvvəlləri ilə
müqayisədə bu bitkilərin, xüsusən də darı becərilməsi genişlənsə də, onun ümumi
istehsalı cüzi idi. Ümumiyyətlə isə 40-cı illərdə dənli bitkilər istehsalı ləng artırdı.
Azərbaycan iqtisadiyyatında əhəmiyyətinə görə ikinci yeri tutan kənd
təsərrüfatı sahəsi heyvandarlıq idi. Onun inkişafı üçün ölkədə əlverişli şərait var
idi. Muğan, Mil, Şirvan və digər düzlərin geniş əraziləri təkcə Azərbaycanın deyil,