Neftverən torpaqların sahibi kimi, xəzinə 30 il ərzində yalnız öz
mənfəətini güdərək neft6 hasilatını artırmaq, əsilo sənaye yaratmaq üçün heç bir
əsaslı iş görməmişdi. İltizam sisteminin tətbiqi texniki yenilik tətbiq etmədən
amansız istismar hesabına gəlir əldə etməyə şərait yaradır, ölkənin iqtisadi
inkişafına maneə törədirdi.
Azərbaycanda neft emalı ilə ancaq yüzilliyin ikinci yarısında məşğul
olunsa da, buna əvvəllərdə müəyyən təşəbbüslər göstərilmişdi. 1837-ci ildə dağ-
mədən mühəöndisi Volkoboynikovun neft emalı üçün hazırladığı qurğu
təkmilləşdirilmədiyinə görə, ondan istifadə etmək mümükün olmadı. Azərbaycanın
qərbində zəy istehsal olunurdu. Zəylik kəndi yaxınlığında çıxarılan xam zəyi
yandırmaq üçün bir neçə soba vardı. 1805-ci ildə bu müəssisədə filiz istehsalı
iltizama verildi. Zəyin pudu 80 qəpiyə xəzinəyə satılmalı idi. 1811-ci ildən 1828-ci
ilədək müəssisə müntəzəm işləmişdi. Bu ildən ta 1850-ci ilə kimi zəy istehsalı
yenidən iltizama verilmişdi. Xəzinəyə buradan ildə 5-6 min manat gəlir
götürürdülər.
Yeyinti məhsulu sahəsində narın və daş duz istehsalı xüsusi yer tuturdu.
Abçeronda 27 göldən narın duz yığılırdı. Belə göllər Cavad və Ağcabədi
yaxınlığında da vardı. Bu göllər 1808-1821-ci illərdə iltizama verilmiş, 1821-1825-
ci illərdə xəzinənin idarəsində olmuş, 1826-1834-cü illərdə yenidən iltizama
keçmiş və nəhayət, 1834-cü ildən 1850-ci ilədək təzədən xəzinənin idarəsinə
qaytarılmışdı. Kəndlilərin çoxu narın duzu istehsalında işləməklə dövlətə olan
mükəlləfiyyətlərini yerinə yetirmiş olurdular. Burada muzdlu əməkdən də istifadə
olunurdu [20].
Abşeron duz gölləri daha zəngin idi. 1819-cu ildə təkcə Masazır və
Zığdan 160 min puddan çox duz alınmışdı, 40-cı illərdə orta hesabla hər il 400 min
pud istehsal edilirdi [21].
Naxçıvanda daş duz Şıxmahmud, Cəhri və Sust kəndləri arasındakı dağlıq
ərazidən çıxarılırdı. 1828-ci ilədək duz mədənləri Kəlbalı xanın ixtiyarında olmuş
və göstərilən kəndlərin əhalisinin bir hissəsi bu mədənlərdə duz çıxarılmasına
təhkim olunmuşdu. Duz mədənləri çar xəzinəsinin əlinə keçəndən sonra da duz
eyni üsulla çıxarılırdı. 1830-1840-cı illərdə bu mədənlər iltizama verilmişdi. Daş
duz çıxarılması 40-cı illərdə xeyli artmışdı. 1843-cü ildə 97,7 min pud duz
çıxarılmışdısa, 1849-cu ildə bu, 136,4 min. Puda çatmışdı. Buna uyğun olaraq
dövlətin gəliri də çoxalmışdı. 1828-1829-cu ildə daş duz istehsalından xəzinəyə
gələn gəlir 1000 manat idisə, bu, 40-cı illərdə orta hesabla ildə 9000 manata
qalxmışdı.
Azərbaycanda keçmişdə olduğu kimi, yenə müəyyən qədər şərab istehsal
olunur və araq çəkilirdi. 30-cu illərin əvvəllərində Şirvan əyalətində təxminən 198
min litr araq şərab və 24 min litrə qədər araq istehsal edilmişdi. 40-cı illərin
ortalarında Şəki qəzasında ildə orta hesabla 168 min litr şərab, 33,6 min litr4 araq
istehsal olunurdu. Qarabağda istehsalın həcmi daha böyük idi. Burada 840 min litr
şərab və 42 min litr araqalınmışdı. Yalnız Gəncə şəhərində 228 min litr şərab hasil
edilmişdi. İstehsal olunan spirtli içkiləryerli əhalinin istehlakına gedir və əsasən
yerli bazarlarda satılırdı [22].
Azərbaycanda yeyinti məhsulları istehsalı sahəsində balıq və balıqdan
hazırlanan məhsullar xüsusi yer tuturdu. Mustafa xanın hakimiyyəti dövründə balıq
vətəgələri iltizama verilirdi. 1814-cü ildə Şəki xanlığının sərhədlərindən
başlayaraq, Xəzərə qədər Kür çayında balıq tutmaq 20 il müddətinə iltizama
verilmişdi. 1829-cu ildə bu sahə də xəzinənin ixtiyarına keçdi. Salyan balıq
vətəgələri əsasında ―Salyan xəzinə qəyyumluğu‖ adlı kommersiya şirkəti yaradıldı.
Sonrakı dövrlərdə ölkənin bütün balıq vətəgələrin tədricən ―qəyyumluğun‖
ixtiyarına keçmişdi. 1845-ci ildə ―Salyan qəyyumluğu‖ ləğv ediləndən sonra, artıq
vətəgələrin hamısından yenidən iltizam əsasında istifadəyə başladılar. 1829-1945-
ci illər ərzində Azərbaycanın balıq vətəgələrində tutulan balığın miqdarı 524,7
mindən 660,8 min ədədə qədər artmişdı. Ovlanan balıq və ondan hazırlanan
məhsullardan yerli əhali qismən istifadə edir, qalanı isə əsasən Rusiyaya
göndərilirdi.
Azərbaycanın balıq vətəgələrində işləyənlərin bir çoxu Rusiyadan buraya
gəlmələr idi. 1838-ci ildə Salyan və Qızılağacda 600 nəfərə qədər rus fəhləsi
işləyirdi. Balıq ovu mövsümündə bu işə 400 nəfərə qədər yerli əhali cəlb edilirdi.
Balıq vətəgələrində 330 nəfər qara fəhlə kimi çalışır, 270 nəfər peşəkar balıqçı isə
balıq ovu ilə məşğul olurdu. Ölkənin balıq vətəgələrində, xüsusilə Salyanda
muzdla işlədilənlərin sayı getdikcə artmaqda idi. 40-cı illərin əvvəllərində yalnız
Salyan vətəgələrində muzdlu işçilərin və peşəkar balıqçıların sayı 1000 nəfərə
qədər idi.
Azərbaycanda şəhərlərin hələ qədimdən mövcud olması sənətkarlığın
inkişafı üçün şərait yaradırdı. Dərziçilik, papaqçılıq, boyaçılıq, dabbağçılıq,
tornaçılıq, tənəkəçilik, saatsazlıq, baftaçılıq, təsərrüfat-məişət məmulatı istehsalı,
tikinti materialları istehsalı, eləcə də yeyinti-ərzaq sahələri, habelə bəzək şeyləri
ilə, musiqi alətlərinin hazırlanması, toxuculuq, metal emalı sahələri və s. ölkənin
iqtisadi həyatında mühüm yer tuturdu. Ümumiyyətlə, Azərbaycanda 100-dən çox
sənət və peşə sahəsi var idi.
Azərbaycan iqtisadiyyatının belə çoxsahəliliyi ölkənin təbii zənginlikləri,
onun iqtisadi inkişafının xüsusiyyətləri, daxili bazar tələbatının nisbətən yüksək
olması, habelə işçi qüvvəsinin bolluğu və s. ilə bağlı idi.
Göstərilən sənət və peşə sahələrindən bir çox (dərziçilik, papaqçılıq,
keçəçilik, palançılıq və s.) kəndli əhalisinin tələblərini, habelə istehlakçı
sifarişçilərinin ehtiyaclarını ödəyirdi.
Sənətkarlığın xırda əmtəə istehsalı pilləsinə yüksələ bilən və bazar üçün
məmulat istehsal edən sahələrindən toxuculuğu (ipək mallar), xalçaçılığı,
gəbəçiliyi, metal emalını – misgərlik, silah istehsalı, boyaqçılığı, dabbağlığı, tikinti
materialları (kərpic-kirəmit) istehsalını, şərabçılığı və s. göstərmək olar. Lakin bu