sənətkarlıq sahələrindən bəziləri hələ bütünlükdə bazar tələblərini ödəyə bilmirdi.
Çünki bu göstərilən xırda əmtəə istehsalı sahələrindən bir çoxu həm yerli bazar
həm də sifarişçi üçün məmulat hazırlayırdı.
XIX əsrin birinci yarısında Azərbaycanda ailə istehsalında yundan
məmulat hazırlanması əsas rol oynayırdı [23]. Azərbaycanda qoyunçuluğun
inkişafı külli miqdarda yun istehsalına geniş imkan yaradırdı. Buna gırə də gəbə-
xalça toxunması işi ölkənin hər yerində inkişaf etmişdi. Xalçaçılığın inkişafı üçün
əsas amillərdən biri də Azərbaycanda təbii rəng verə bilən bitki və bitki köklərinin
çoxluğu idi.
Azərbaycanın bəzi yerlərində - Qarabağ və Qubada xalçalar xüsusi iri
emalatxanalarda toxunurdu. Lakin bu sahədə ev istehsalı xüsusilə geniş yayılmışdı.
Emalatxanalarda xalçaların bir hissəsi sifarişçilərin arzusu ilə bilavasitə onun təklif
etdiyi çeşidə - çeşniyə uyğun toxunurdu. Sifarişlər, hətta, xarici ölkələrdən də
alınırdı. Quba qəzasında Fransadan alınmış rəsmlər əsasında gəbə toxunduğu
məlumdur. Bununla yanaşı, ev istehsalında da fərdi sifarişlə xalça toxunurdu.
Azərbaycanda xalçaçılığın ən çox inkişaf etdiyi zona Qarabağ idi. Burada
elə bir qəza tapmaq olmazdı ki, orada müxtəlif növ gəbə-xalça toxunmasın. Xalça
istehsalı ilə əslində ölkənin əksər əyalətlərində - Nuxa və Zaqatalada, Gəncə və
Qazaxda, Lənkəran və Abşeronda da məşğul olurdular. XIX əsrin 40-cı illərindən
başlayaraq, ölkədə yaranmış nisbətən əlverişli şəraitlə əlaqədar olaraq, xalça
istehsalı artıq məişət tələblərinə ödəməklə yanaşı, daxili və Ümumrusiya bazarına
çıxarılır, hətta əcnəbi ölkələrə ixrac edilirdi. Xalçaçılıq bir sənətkarlıq sahəsi olmaq
etibarilə çoxçeşidli istehsal idi, müxtəlif çeşidli xalçalar ilə yanaşı palaz, kilim,
məfrəş, xurcun, heybə və s. geniş yayılmış xalçaçılıq məhsulları idi. Bununla belə
xalça hazırlanması üsulu əsli ənənəvi texnika və vərdişlərə əsaslanırdı.
Yundan həmçinin müxtəlif məmulatlar hazırlanırdı. Əsasən məişətdə
istifadə edilən bu məmulatın çeşidi olduqca zəngin idi. Bunlara şal, cürbəcür geyim
şeyləri, corab, yun şalvar, çuval, çatı, sicim, örkən və s. misal ola bilər. 1841-ci ildə
40 min manatlıq belə məmulat istehsal edilmişdi. Ev döşəməsi (xüsusilə yaylaq
mövsümündə) və başqa məişət məqsədləri üçün işlədilən müxtəlif ölçülü və
cürbəcür rəngli keçələr yundan istehsal edilirdi.
Sənətkarlıq şəhərlərdə daha çox inkişaf etmişdi. Bir sıpra şəhərlərdə bəzi
sənət növləri artıq əkinçilikdən ayrılmış və müstəqil sahələrə çevrilmişdi. Bakı,
Şamaxı, Nuxa, Gəncə, Şuşa, Quba, Naxçıvan və Ordubad bu sahədə xüsusilə
fərqlənirdi.
Azərbaycan şəhərləri içərisində sənətkarlığın inkişafı və sənətkarların sayı
baxımından Şamaxı və Nuxa xüsusi yer tuturdu [25]. Hər iki şəhərdə başmaqçılıq,
dərziçilik, papaqçılıq, dabbağçılıq peşələri, eləcə də toxuculuq sənəti daha geniş
yayılmışdı. Bakı, Gəncə, Şuşa, Naxçıvan və Ordubad şəhərlərinə hər birində
təqribən 20-dən 40-a qədər sənət-peşə növü və 300-500 sənətkar var idi.
Azərbaycanda kutar üsulla ipək sapı əldə etmək ipəktoxuma işində
mühüm mərhələni təşkil edirdi. Baramadan sap açıldıqdan sonra burulur və
toxuculuq üçün yararlı hala salınır. Əl cəhrəsi, yerli sapburma dəzgahı və cəhrələr
bu işdə xüsusi əhəmiyyət kəsb edirdi. 40-cı illərdən etibarən nisbətən təkmil
cəhrələrdən istifadə genişlənmişdi [26].
30-40-cı illərdə ipəksarımaqla məşğul olan yüzlərlə tənha kustar var idi ki,
onlar kəndbəkənd gəzərək, ipəkçi kəndlilərin baramasından ipək sapı açmaqla
məşğul olurdular. İpəksarıma – ipək – burna sahəsi istehlakçı – sifarişçilər, qismən
də yerli bazarların tələbi üçün işləyirdi.
Azərbaycanda ipək məmulatı istehsalı geniş miqyas almışdı. İpəkdən
cecim, kəlağayı, darayı, tayfa, qanovuz, məişətdə işlənən müxtəlif növ dəsmallar
və s. nəinki ölkənin özündə, eləcə də Zaqafqaziyada və Rusiyanın müxtəlif
şəhərlərində, xüsusilə Həştərxanda böyük həvəslə alınırdı. Çünki Azərbaycanın
ipək qalmamışdı. Şamaxı, Nuxa, Qarabağ və Ordubadda ipəksarıma işi Şamaxıda
630,Basqalda və digər kəndələrdə isə 50-yə qədər toxucu dəzgahı var idi. Şirvan
əyalətində 2800 nəfərə qədər toxucu var idi. Şamaxı və Şəkidə ipəktoxuma
emalatxanalarının bir hissəsi artıq xırda əmtəə istehsalı səviyyəsində idi.
Azərbaycanda inkişaf etmiş sahələrindən biri də metalın kustar üsulla
emalı idi. Burada misgərlikxüsusi yer tuturdu. Mis əşyalar Bakıda, Şamaxıda,
Nuxada, Gəncədə, Şuşada, Lənkəranda, Qubada, Naxçıvanda daha çox istehsal
olunurdu. XIX əsrin 30-cu illərində Gəncədə 6 misgər emalatxanası var idi. Orada
köməkçi işlərdə çalışanların nəzərə almadan, sahibkarlarla yanaşı, emalatxanalarda
10 nəfərə qədər fəhlə işləyirdi [27]. Misgərliyin əsil mərkəzi Lahıc kəndi idi.
Lahıcın təbii-coğrafi şəraiti burada sənətklarlıq və peşələrin inkişafını labüd
etmişdi.
1830-cu ildə Lahıcda 52-dən çox misgər emalatxanası vardı. İldə orta
hesabla 20 min manatlıq mis qablar və digər əşyalar hazırlanırdı. Misdən
hazırlanan məmulat təkcə Zaqafqaziyada deyil, İran və Türkiyədə də həvəslə
alınırdı.
Azərbaycanda silah istehsalı sahəsində mahir ustalar çalışırdı. 1839-cu
ildə Şamaxıda 18 nəfər, 1848-ci ildə isə 86 nəfər silah ustası var idi. Silah ustaları
Nuxada, Gəncədə, Şuşada, Naxçıvanda, Ordubadda və başqa şəhərlərdə də
fəaliyyət göstəriridi. Lahıc kəndi bu cəhətdən də fərqlənirdi. Orada düzəldilən
silahların keyfiyyəti yüksək olurdu.
Ölkədə bəzək şeyləri istehsalı və dəmirçilik əsasən şəhərlərdə
mərkəzləşmişdi. 40-cı illərdə Azərbaycanın 9 şəhərində 200 nəfərə qədər zərgər,
350 nəfərə qədər dəmirçi vardı.
Sənətkarlığın geniş yayıldığı sahələrdən duluzçuluğu və dərziçiliyi qeyd
etmək lazımdır. 30-cu illərdə Azərbaycan şəhərlərində 50-yə qədər duluzxana
vardı. Onalrdan müxtəlif növ saxsı dablar hazırlanırdı. Müxtəlif paltarlar həm