idarəsinə həvalə edilirdi [89]. Lakin sonuncular ancaq məşvərətçi səsə malik idilər
və bütün işləri rəis və 2 məmur idarə edirdi. Camaatlara gəldikdə isə onlar idarə
hüququndan məhrum edilir və tamamilə çar hərbi dairələrindən asılı olan adi kənd
icmalarının səviyyəsinə endirilirdi.
Vilayətin əhalisi belə vəziyyətlə barışmaq istəmirdi. Keçmişdən qalan
vergi qalıqlarının toplanması da narazılıq doğururdu. Dağıstan dağlılarının
nümunəsi carlıları da mübarizəyə ruhlandırırdı.
1830-cu ilin iyununda dağlıların dəstələri Car vilayətlərinin ərazisinə daxil
olarkən bir çox sakinlər onlara qoşuldu. Üsyançılar nizami çar ordusunun
qarşısında dura bilməyib, yenidən tikilməkdə olan Yeni Zaqatala qalası
yaxınlığında məğlub oldular, Laki carlılar və digər əhali silahı yerə qoymadı. Onlar
Qafqaz dağlılarının rəhbərlərindən biri olan Həmzət bəylə əlaqəyə girdilər.
1830-cu il sentyabrın əvvəlində Həmzət bəyin 2 min nəfərlik dəstəsi Car
vilayətinə daxil oldu. Carlılar üsyan qaldırdılar və dağıstanlılara qoşuldular. Yeni
Zaqatala qalasında yerləşən çar qoşunu demək olar ki, hər yerdən təzrid olundu.
Oktyabrın 15-də baş verən döyüşdə üsyançılar çar qoşununu məğlubiyyətə
uğratdılar. Lakin kömək alan çar qoşunu tezliklə hücuma keçdi. Dağlılar Car-
Balakəndən çəkildilər, üsyançılar isə düşmənin üstün qüvvələri ilə üzbəüz qaldılar.
Çar qoşunu üç böyük kəndi – Car, Köhnə Zaqatala və Göyəm kəndlərini hücumla
alaraq dağıtdılar. 1830-cu ilin dekabrında dağlıların dəstələrini yenidən Car
vilayətinə daxil oldular və vilayətdə üsyan baş verdi. Lakin üsyan yerli xarakter
daşıyırdı: ancaq Balakən əhalisi mübarizəyə qalzxmışdı. 1830-cu ilin dekabrında
üsyançılar məğlub oldular.
Bir neçə ay keçdi və Azərbaycanın başqa yerində - Talış əyalətində
mütləqiyyətin sosial və müstəmləkə zülmünə qarşısına qarşı yönəlmiş yeni üsyan
baş verdi. Azərbaycanın digər əyalətlərində olduğu kimi, bu əyalətdə də kəndlilərin
əksəriyyətini (kənd əhalisinin ümumi sayının 72,6 faizini) dövlət kəndliləri təşlik
edirdi. Dağ mahallarında torpaqların çatışmazlığı, vergi yığanların zülmü və
özbaşınalığı ilə daha da dərinləşən vergi və mükəlləfiyyətlərin ağırlığı kəndliləri
əzab və ehtiyaclara məhkum edirdi. Dövlət əkərləri daha ağır vəziyyətdə idilər.
Onların vəziyyətini çar məmurlarının özləri ―acınacaqlı və dəhşətli‖ vəziyyət kimi
xarakterizə edirdilər [90].
Sahibkar
kəndliləri
də
ağır istismara məruz qalırdılar. Çar
müstəmləkəçiləri tərəfindən törədilən zülm və özbaşınalıq da kəndlilərin
narazılığına səbəb olurdu.
Faktik olaraq 1824-cü ildən xanlığı idarə edən mayor İlyinski ona verilmiş
hakimiyyətdən açıq və kobud şəkildə istifadə edərək, rüşvət toplamaqla məşğul
olurdu. İlyinski 1826-1828-ci illər Rusiya-İran müharibəsi dövründə xüsusilə əl-
qol açmışdı. Onun əmrinə əsasən xanlığın 14 sakini istintaqsız və məhkəməsiz
Xəzər dənizində batırılmışdı. Çar hakimiyyət orqanları onları İran ordusuna yardım
göstərməkdə günahlandırırdı. Çar məmurları onların əmlaklarını mənimsəmək
məqsədi ilə günahsız adamlara divan tutmuşdu. Onlardan birinin, tacir Hacı
məhəmmədhəsənin əmlakının qiyməti 1000 çervon məbləğində idi [91].
Xanlıq, ümumiyyətlə, ləğv edildikdən və Rusiya-İran müharibəsi
qurtardıqdan sonra komendant Talışa öz mülkü kimi baxmağa başladı. Onun
sərəncamına əsasən vergilər ikiqat həcmdə toplanırdı [92]. Kəndlilər deyirdilər ki,
―verməyənləri, təkcə kişiləri deyil, qadınları da ölümcül olana qədər döyürdülər...,
ələ keçən hər şeyi, hətta qadın paltarlarını da zorla alırdılar, nəticədə onlar
tamamilə müflisləşərək, öz evlərini tərk etməyə məcbur olurdular‖ [93].
Çar müstəmləkəçilərinin siyasətindən, artıq onların əlində oyuncağa
çevrilmiş Lənkəran xanlığının keçmiş hakimi Mir Həsən xan və onun ətrafında
birləşən feodallar da narazı idilər. İlyinski Mir Həsən xanı alçaldaraq təhqir etmiş
və onun şəxsi torpaqlarının 2/3-ni ələ keçirmişdi.
1826-1828-ci illər Rusiya-İran müharibəsi dövründə xan bir çox bəylərlə
birlikdə İran şahının tərəfinə keçərək İrana qaçdı və hakimiyyəti bərpa etmək üçün
əlverişli şərait gözləməyə başladı. 1831-ci il martın əvvəllərində Mir Həsən xan
Rusiya-İran sərhədlərinə yaxınlaşdı və martın 5-də 30 silahlı atlı ilə sərhəd çayı
olan Astara çayını keçərək Lənkəran tərəfə hərəkət etdi. Xanın gəlməsi xəbəri lap
əvvəlcədən geniş xarakter almışkəndli üsyanının başlanması üçün siqnal oldu:
Talış əyalətinin 8 mahalından 5-i həyəcanlarla əhatə olunmuşdu. Qafqaz ölkəsinin
baş komandanı Paskeviçin verdiyi məlumata görə, xanın dəstəsi martın 9-da artıq
min atlıya çatırdı. Baş komandan həyəcanla yazırdı: ―Bu kütlə hər gün onun (Mir
Həsən xanın – Red.) yanına yalançı vədlərlə yoldan çıxarılmış adamların gəlməsi
ilə artırdı‖. Paskeviçin elə həmin məlumatda etiraf etdiyi kimi, bu zaman
―Lənkəran xanlığının artıq bir çox mahalları qiyama cəlb edilmişdi‖ [94]. Sonralar
üsyançıların sayı rəsmi məlumatlara görə 2 min nfəri ötmüşdü. Şamaxı
komendantının Paskeviçin adına göndərdiyi 22 mart 1831-ci il tarixli raportunda
deyilirdi: ―Bütün Lənkəran xalqını qiyama təhrik edən Mir Həsən xan 2 mindən
çox atlı və piyadaya malikdir‖ [95].
Hərəkatda rəhbər rol oynayan bəylərlə yanaşı, kəndlilər,dövlət və sahibkar
rəiyyətləri, əkərlər, nökərlər də iştirak edirdilər. Təhkimçi dövlət tərəfindən
amansız istismar olunan, müstəmləkə zülmünün yaradılmış bütün ağırlığını hiss
edən kəndlilər nifrətlə mütləqiyyət siyasi şüurun şüası ilə işıqlandırılmayan
kortəbii partlayış, müstəmləkəçilərin sistem həddinə çatdırılmış kütləvi
soyğunçuluqlarına və özbaşınalıqlarına, çarizmin ağır vergi zülmünə qarşı
yönəldilmiş silahlı etiraz idi. Kəndlilər vəd verməklə xəsislik etməyən xan və
feodalların sözlərinə inanaraq, qələbə çalacaqları təqdirdə yaxşı güzəran əldə
edəcəklərini güman edridilər.
Beləliklə, Talış üsyanı, hər şeydən əvvəl, artıq hər yerdə keçmiş
xanlıqların yerində yaradılmış hərbi müstəmləkə idarə sisteminə qarşı çevrilmikşdi.
Bu sistem kəndlilərin ölkənin torpaq fondunun böyük hissəsinin mülkiyyətçisi olan
çar dövlət xəzinəsinin xeyrinə hədsiz dərəcədə amansızlaşan istismaredilmə