həmin ölkənin keçmiş hakimlərinin hesabatsız, özbaşına və qeyri-müəyyən
idarəçiliklərinin nişanələrini saxlayır‖ [83].
Komendant idarə sistemi çarizm tərəfindən bərqərar edilmiş despotik
müstəmləkə rejiminin məhsulu nə konkret təzahürü idi. Belə bir şəraitdə
komendatlara – yeni yaradılmış və zəif nəzarət olunan inzibati idarənin əsas
şəxsiyyətlərinə böyük hakimiyyət verilməsi görünməmiş cinayətkarlıq və
pozuntular doğururdu. Bu cinayətkarlıq və pozuntular komendant idarəsinin,
demək olar ki, bütün illərində mövcud idi, onlar bu idarəçiliyin ayrılmaz tərkib
hissəsi olunmuşdular.
Əhali ilk növbədə kəndlilər komendant idarəsinin hərbi-dairə rəisindən
başlamış kəndxudaya qədər bütün qulluqçuları tərəfindən amansız soyğunçuluğa
məruz qalırdılar.
Cənubi Qafqaz diyarını təftiş etmiş senatorlar Kutaysov və Meçnikov
çarın adına göndərdikləri 1831-ci il tarixli məlumatda göstərirdilər ki, ―knyaz
Mədətov müsəlman dairəsinin hərbi-dairərəisi olarkən özgələrin mülklərini
özbaşına ələ keçirmiş, əhalini Knyaz Mədətov sağ olsaydı, bu əmələrinə görə
məhkəməyə verilməli idi‖ [84].
Komendantlar da kəndliləri və şəhərliləri amansızcasına soyurdular. Talış
əyalətinin komendantı polkovnik Korniyenkonun və Quba əyalətinin komendantı
Gimbutun özbaşınalığı, zülmü və azğınlığı 1831-ci ildə Talış üsyanının və 1837-ci
ildə Quba kəndlilərinin silahlı çıxışlarının əsas səbəblərindən biri idi. Gimbut və
Korniyenko istisnalıq təşkil etmirdilər. Digər əyalətlərin komendanları da
kəndliləri amansızcasına soyur və azğınlıq törədirdilər.
Qarabağ əyaləti komendantının şəxsiyyəti komendant idarəsi üçün çox
səciyyəvi idi. 1837-ci ildə Qarabağ əyalətini çar məmuru göstərirdi ki, ―xalqın
ümumi səsi komendant knyaz Baratovu... hədsiz özbaşınalıqda və amansızlıqla
günahlandırır‖. Çar məmurunun dediyinə görə, əhali bildirirdi ki, komendantla
―pulla hər şey etmək olar, pulsuz heç bir şey etmək olmaz‖ [85].
Əhalini soyub talamaqla komendanta öz qənimətlərini onunla bölüşdürən
naiblər kömək edirdilər. Çar məmuru açıqcasına bildirirdi ki, ―naiblərin məqsədi
ancaq öz xeyirlərini güdmək idi‖ [86].
Komendant idarəsi məmurlarının zülm və zorakılıqları haqqında Qarabağ
əyalətinin Zəngəzur mahalının Parkagüt kəndinin sakinjləri obrazlı şəkildə belə
yazırdılar: ―Bizim rəislər, sürüyə daranmış cavanlar kimi, müxtəlif sıxıntılarla
bizim güzəranımızı pozurlar. Rəhbərliyin hər hansı verginin, yaxud
mükəlləfiyyətin ödənilməsi tələbi həmişə naib tərəfdən ikiqat artırılır‖ [87].
Bütün Şimali Azərbaycanda komendant idarəsinin məmurları xalq
kütlələrini amansızcasına soyub talayırdılar. Bunu hətta yüksək rütbəli çar
məmurları da etiraf etməyə məcbur olmuşdular.Senatorlar Meçnikov və
Kutaysovun ədliyyə nazirinin adına göndərdikləri təqdimatda deyilirdi: ―Müsəlman
əyalətərinin idarə edilməsini tədqiq edərkən idarə edənlərin azğınlığından və xalqın
əzabından insan əqli dəhşətə gəlir. Burada artıq insanlıq tamamilə tapdanmış,
yüksək ədalət və azğın özbaşınalıq dairə rəislərinin, komendantların, pristavların
və digər rəhbər şəxslərin fəaliyyətinin əsasıdır‖ [88].
XIX yüzilliyin 20-ci illərinin sonlarında çar Rusiyasının Cənubi
Qafqazdakı müstəmləkəçilik siyasətində yeni mərhələ başlandı. Bu, iki səbəblə
şərtlənirdi: birincisi, Rusiyanın daxili quberniyalarında kapitalist sənayesinin, hər
şeydən əvvəl toxuculuq sənayesinin inkişafı və ikincisi, Cənubi Qafqazda hərbi-
strateji şəraitin əsaslı şəkildə dəyişməsi idi. Sonuncudan ölkənin İran və
Türkiyənin təcavüzkar qəsdlərindən etibarlı müdafiə olunduğu aşkara çıxdı.
Belə bir şəraitdə hökumət və ticarət-sənaye dairələri Cənubi Qafqaza, o
cümlədən Şimali Azərbaycana perspektivli xammal bazası və rus sənayesinin
məhsullarını satmaq üçün əlverişli bazar kimi baxmağa başladılar.
Lakin bu iqtisadi məqsədlərə nail olmaq üçün çarizm, hər şeydən əvvəl,
bu ölkədə özünün siyasi hökmranlığını möhkəmləndirməli idi. Çarizmin həm
Petrburqdakı, həm də Qafqazın özündəki yüksək rütbəli müstəmləkə siyasəti
strateqlərinin fikrincə çatmağın ən mühüm amillərindən biri bu yerlərin idarəsini
Rusiyanın əsasən tamamilə yenidən qurmaq olmalı idi.
§ 8. MÜSTƏMLƏKƏ VƏ FEODAL ƏSARƏTĠ
ƏLEYHĠNƏ ÇIXIġLAR. QUBA ÜSYANI
XIX yüzilliyin 30-cu illərində müstəmləkə və feodal əsarəti əleyhinə bir
neçə böyük çıxış baş verdi. Amansız feodal istismarı və müstəmləkə zülmü
kəndliləri mütləqiyyətə və feodallara mübarizəyə qaldırırdı.
Müstəmləkə əleyhinə ilk böyük çıxış 1830-cu ildə Car-Balakən ərazisində
baş verdi. Rusiya tərəfindən işğal edilən bu icmalar 1830-cu ilədək özlərinin daxili
muxtariyyətini qoruyub saxlamışdı. Lakin bu, mütləqiyyətin Qafqazda köhnə idarə
sistemini rus hərbi idarəçiliyi ilə əvəz etmək kursuna zidd idi.
Çarizmi azad icmaların muxtariyyətini ləğv etməyə təhrik edən əsas
amillərdən biri hərbi strateji planlar idi: çar hakimiyyət orqanları cammat
torpaqlarından Dağıstan dağlılarının milli-azadlıq hərakatını yatırtmaq üçün
istifadə etməyə cəhd edirdi. 1830-cu ilin əvvəlində Cənubi Qafqazın baş hakimi
Paskeviçin imzaladığı bəyannamədə deyilirdi ki, camaatlar Rusiyanın
vilayətlərindən birinə çevrilməli və çar məmurları tərəfindən idarə olunmalıdır.
Carlıların
rus
hakimiyyət
orqanlarına
göstərdikləri
müqavimət
müvəffəqiyyətsizliyə uğradı: onlar məğlub olaraq təslim oldular. Camaat
torpaqlarında 1830-cu il 24 iyun tarixli xüsusi ―Qaydalar‖ əsasında idarə olunan
car vilayəti təşkil edildi. Vilayətin idarə olunması tərkibi rəisdən, Qfaqazdakı baş
komandan tərəfindən təyin edilən iki müşavirdən – rus məmurlarından və
camaatlar tərəfindən seçilən 6 kəndxudadan ibarət olan Müvəqqəti vilayət