vilayət rəisi çarın fərmanı ilə təyin edilir və bilavasitə Qafqazın baş rəisinə ta-be
olurdular.
Quberniya və vilayət orqanları sisteminə qubeniya (vilayət) idarəsi, xəzinə
və dövlət əmlakı palatalan, zemstvo mükəlləfiyyətləri komitəsi və s. daxil idi.
Gürcüstan-İmeretiya quberniyasından fərqli olaraq, Xəzər vilayətində xeyriyyə
işlərinə rəhbərlik edən zadəgan deputatlar məclisi, təbabət idarəsi və bəzi digər
idarələr yaradılmamışdı. Guya ki, bu fərqlər "Zaqafqaziyanın bu və ya digər
hissəsinin rus vətəndaşlıq hüququnu qəbul etməyə hazırlığının qeyri-bərabərliyi
üzündən yerli xüsusiyyətlərə qayğı xatirinə" qoyulmuşdu. Əslində isə, bu,
müsəlman əhalisi ilə məskunlaşmış milli ucqarlara münasibətdə çar hökumətinin
müstəmləkəçilik siyasətinin bir daha təzahürü idi.
Qəza idarəsinə qəza rəisi başçılıq edirdi. O, qəzada qayda-qanuna riayət
olunmasına, şəhər və zemstvo polisinin vəzifələrinə daxil olan hər işə cavabdeh idi.
Qəza rəisinin köməkçisi, qəza xəzinəsi, nahiyə iclasçıları və şəhər polisi ona tabe
idi.
"Qayda-qanun"un
bilavasitə
keşikçisi, hakimiyyət orqanları və
məhkəmənin bütün sərəncamlarının icraçısı nahiyə iclasçısı idi. O, vergilərin əhali
tərəfindən vaxtında ödənilməsini və bütün digər mükəlləfiyyətlərin yerinə
yetirilməsini təmin etməli idi.
1840-cı il 10 aprel qanunu Zaqafqaziyanın məhkəmə sistemində mühüm
dəyişikliklər etdi. Qəza məhkəməsi hakimlərdən, çar hakimiyyət orqanları və vergi
verən təbəqələrdən olan iclasçılardan ibarət idi. Qəzanın polis və məhkəmə
orqanlarında işlərin aparılması üzərində nəzarəti qubeniya və vilayət
prokurorlarının təqdimatı üzrə diyarın baş rəisi tərəfindən təyin edilmiş qəza
prokurorları həyata keçirirdi.
Məhkəmə islahatı həm də bunda ifadə olundu ki, artıq cinayət işlərinə
hərbi məhkəmələrdə yox, ümummülki məhkəmələrdə baxılırdı. Lakin bu islahatın
əsas ideyalarından biri - məhkəmənin idarəçilik işindən ayrılması həyata keçmədi
və məhkəmə səlahiyyətlərinin bir hissəsi nahiyədən tutmuş diyaradək Qafqaz
hakimiyyət orqanlarının əlində qalmaqda idi. Məsələn, qəza rəislərinə əmlak
mübahisələrini və iddialarım, habelə bəzi cinayət işlərini 100 manat məbləğinədək
həll etməyə icazə verilirdi [111].
Məhkəmə işləri mərhələlərin çoxluğu ilə səciyyələnirdi. Nahiyə iclasçısı
formal istintaq aparır və materialları qəza rəisinə, sonuncu isə qəza məhkəməsinə
təqdim edirdi. Qəza məhkəməsinin hökmü və ya qərarı isə baxılmaq üçün qəza
prokurorluğuna təqdim olunurdu. İş qəza prokurorunun qərarı ilə birlikdə
quberniya və ya vilayətin cinayət və mülki məhkəmə palatasına daxil olurdu.
Sonuncunun qərarı quberniya və ya vilayət prokuroruna ötürülür, o isə öz
göstərişləri ilə birlikdə məhkəmə palatasına qaytarır, palata prokurorun qeydlərini
nəzərdən keçirir və hökmdə düzəlişlər aparırdı. Bundan sonra bütün iş qubernatora
(və ya vilayət rəisinə) göndərilirdi. O, altı həftə ərzində ya hökmü təsdiq edir, ya da
onu öz qeydləri ilə birlikdə geriyə - palataya qaytarırdı.
Mülki işlərə ümumimperiya qanunlarına əsasən baxılırdı. Mülki məhkəmə
prosesində əhalinin yoxsul təbəqələrinin müraciətini çətinləşdirən və onların
narazılığını doğuran xeyli lüzumsuz formalizm nəzərdə tutulurdu.
1840-cı il qanunu ruhanilərin əlində ancaq nikah və vərəsəlik işlərini həll
etmək hüququnu saxlasa da, Azərbaycanın yerli sakinləri bütün mülki-hüquqi
mübahisələrə görə şəriət məhkəmələrinə üz tutmaqda davam edirdilər. Çar
hökuməti şəriət məhkəmələrinin saxlanılıb onlara nisbətən geniş hüquqlar
verilməsindən, mütləqiyyətin sosial dayağı kimi, müsəlman ruhaniləri ilə ittifaqı
möhkəmləndirmək üçün istifadə etməyə can atırdı [112].
İnzibati məhkəmə islahatının obyektiv olaraq bəzi müsbət cəhətləri var
idi. Çünki o, feodal pərakəndəliyinin aradan qaldırılmasına şərait yaradırdı. İslahat
vahid pul, ölçü və çəki sistemlərinin tətbiq olunmasını, rahdar vergisinin ləğvini
sürətləndirirdi. Bu isə sabit olan idarə və məhkəmə sisteminin yaradılmasına
gətirib çıxarırdı. Bütün bunlar sənaye və ticarətin inkişafına şərait yaradırdı.
Lakin 1840-cı ilin inzibati məhkəmə islahatı eyni zamanda çarizmin milli-
müstəmləkə zülmünün daha da güclənməsinə səbəb oldu. Azərbaycanlı məmurlar
inzibati idarələr və məhkəmələrdən çıxarılır, hər yerdə onların vəzifələrinə rus
məmurları təyin olunurdu. Bütün kargüzarlıq ancaq rus dilində aparılırdı.
Saxlanılma xərcləri ağır yük kimi zəhmətkeş əhalinin üzərinə düşən bürokratik-
məmur aparatının tərkibi xeyli genişləndi. Xəzinə və xüsusi sahibkar torpaqlarında
yaşayan kəndlilərdən alınan vergilər artırıldı, pul mükəlləfiyyəti tətbiq olundu,
kəndlilər və şəhər yoxsullarının narazılığının daha da artmasına səbəb olan bir sıra
digər tədbirlər həyata keçirildi.
Yeni inzibati-polis aparatında məsul vəzifələrə çox vaxt əhaliyə
münasibətdə sui-istifadələrdə və qanunsuzluqlarda ittiham olunan keçmiş
komendantlar və başqa şəxslər təyin edilirdi.
İnzibati-məhkəmə islahatı çarizmin sosial dayağı məsələsini xeyli
kəskinləşdirdi. İslahatın keçirilməsi zamanı hökumətdə mütləqiyyətin etibarlı
dayağı ancaq "təbii rus zadəganları" olmalıdır, rus zadəganlarım burada bəy və
ağaların, tiyul torpaq sahibliyini ləğv etmək hesabına malikanələrdə yerləşdirmək
fikirləri mövcud idi. Çarizm xüsusi və xəzinə ticarət-sənaye kompaniyalarına
paylamaq üçün həmin yolla torpaq fondu yaratmaq niyyətində idi.
Bəzi tərəddüdlərdən sonra çar hökuməti belə bir addımı atmaq qərarına
gəldi. Zaqafqaziya diyarı Baş İdarə Şurasınm Gürcüstan-İmeretiya quberniyası
Qazax, Şəmşəddil və Borçalı nahiyələrinin ağaları və maliklərinin kəndlərin idarə
olunmasından kənar edilməsi barəsində 1841-ci il 13 fevral tarixli [113] və Xəzər
qərarlarına əsasən vilayəti bəylərinin kəndlərin idarəsindən kənar edilməsi
barəsində 1841 -ci il 24 mart tarixli bəylər və ağalar özlərinin tiyul torpaqlarından
məhrum edildilər [114]. Əslində bu qərarlardan ancaq birincisi həyata keçirilsə də,