Layihə çarizmin müstəmləkəçi məqsədlərini əks etdirirdi. O, qubernator və vilayət
rəisləri vəzifələrinə generalları təyin etməklə Rusiyanın daxili quberniyalarındakı
müvafiq idarələrin timsalında quberniya, vilayət və qəza inzibati və məhkəmə
idarələrinin yaradılmasını nəzərdə tuturdu. Bütün inzibati və məhkəmə idarələri
tamamilə "irsi rus zadəganlan" içərisindən çıxmış mə-murlardan təşkil edilməli və
hər işdə Rusiya qanunları rəhbər tutulmalı idi [108].
Beləliklə, Paskeviç "hərbi xalq üsuli-idarəsinin" aradan qaldırılması ilə
yanaşı, Zaqafqaziya xalqlarının milli xüsusiyyətləri ilə hesablaşmayaraq, hüquq,
məhkəmə və inzibati idarə sahəsində bütün yerli xüsusiyyətlərin də ləğv
olunmasını təklif edirdi.
Paskeviçin layihəsi o zaman Zaqafqaziya diyarını yoxlamış senatorlar
P.İ.Kutaysov və Y.İ.Meçnikov tərəfindən müdafiə olundu. Onların Paskeviçlə
birlikdə dövlət şurasına təqdim etdikləri "Zaqafqaziya diyarının quruluşu haqqında
təkliflər" Rusiyanın Zaqafqaziyanı qətiyyətlə ruslaşdırmağa can atan və diyarın
idarə olunmasında onun tarixi xüsusiyyətlərinin nəzərə alınmasına qarşı çıxan
hakim dairələrin siyasi xəttini əks etdirirdi.
1837-ci ildə Zaqafqaziyaya senator Qanın sədrliyi altında komissiya
göndərildi. Ona yerlərdə müvafiq məlumatlar toplamaq və "Zaqafqaziyanın idarə
olunması üçün müəssisələr" (idarələr - Reci.) lahiyəsini tərtib etmək göstərişi
verilmişdi. Lakin komissiya diyarın xüsusiyyətlərini öyrənmədi və Paskeviç
Kutaysov və Meçnikovun təklifləri əsasında artıq 1838-ci ilin əvvəllərində islahat
layihəsini tərtib edərək, onu Zaqafqaziya diyarının idarəsi üzrə komitənin təsdiqinə
verdi. Komitə və Qafqaz hakimiyyət orqanlan üzvlərinin layihəyə çoxsaylı qeydləri
ilə əlaqədar olaraq, bu inzibati məhkəmə islahatı layihəsi ancaq 1840-cı il aprelin
10-da l Nikolay tərəfindən "Zaqafqaziya diyarının idarə olunması üçün müəssisə"
adı altında təsdiq olundu [109].
1841-ci il yanvarın 1-dən islahat hər yerdə tətbiq olundu. Yeni inzibati və
məhkəmə idarələrinin açılışı yerli əyanların iştirakı ilə təntənəli şəraitdə keçirdi.
Bunların hamısı zahiri təsir göstərmək, xalqı aldadaraq onlarda xoşbəxt həyatın
başlandığı haqqında xülya yaratmaq məqsədi güdürdü.
Yeni idarələrin yaradılmasına görə "xilaskar" imperatora təşəkkürü
çatdırmaq üçün Peterburqa gürcü zadəganları, bəylər və digər imtiyazlı təbəqələrin
nümayəndələrindən ibarət heyət göndərildi.
İslahat Zaqafqaziyanın inzibati quruluşunu dəyişərək, onu Ümumrusiya
inzibati ərazi bölgüsünə uyğunlaşdırdı. Zaqafqaziya diyarı mərkəzi Tiflis olan
Gürcüstan-İmeretiya quberniyasına və mərkəzi Şamaxı olan Xəzər vilayətinə
bölünürdü. Quberniya ve vilayət qəzalara (dairələrə), onlar isə öz növbəsində
nahiyələrə (sahələrə - Red.) bölünürdü.
Azərbaycan torpaqlarının əksəriyyəti 7 qəzanı - Şamaxı (keçmiş Şirvan
əyaləti), Şuşa (Qarabağ əyaləti), Nuxa (Şəki əyaləti), Lənkəran (Talış əyaləti), Bakı
(Bakı əyaləti), Dərbənd (Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri) və Quba
(Samur dairəsi ilə birlikdə Quba əyaləti) qəzalarını özündə birləşdirən Xəzər
vilayətinin tərkibinə daxil oldu. Xalqları çar müstəmləkəçiləri ilə silahlı
mübarizəyə qalxmış Dağıstanla həmsərhəd olan sonuncu iki qəza xüsusi Dərbənd
hərbi dairəsinə daxil edildi.
Çar hökuməti "parçala və hökm sür" prinsipini rəhbər tutaraq Azərbaycan
torpaqlarının bəzi hissələrini - Qazax və Şəmşəddil distansiyaları ilə birlikdə
Yelizavetpol qəzasını, Car-Balakən vilavəti və İlisu sultanlığından yaradılmış
Balakən qəzasını, İrəvan qəzasını və Ordubad dairəsi ilə birlikdə, Naxçıvan
qəzasını Gürcüstan-İmeretiya quberniyasının tərkibinə daxil etdi.
Qəzaların tərkibində nahiyələr yaradıldı, onlardan çoxu keçmiş mahalların
ərazilərinə müvafiq gəlirdi. Nahiyələrin sayı və sahələri Qafqaz çar hakimiyyət
orqanları tərəfindən təsdiq olunmaq şərtilə əhalinin milli tərkibinə və iqtisadi
özünəməxsusluğuna qətiyyən məhəl qoyulmamaqla, ancaq əhalinin sayı və "dövlət
təhlükəsizliyinin təmin olunması mənafeləri" nəzərə alınmaqla quberniya və
vilayət idarələri tərəfindən müəyyənləşdirilirdi. Azərbaycan ərazi-sində cəmisi 32
nahiyə yaradılmışdı.
Zaqafqaziyanın ali idarəsi buradakı qoşunların baş rəisinin əlində
saxlanılırdı. O bilavasitə imperator tərəfindən təyin edilir və vəzifəsindən
çıxarılırdı. Baş rəis general-qubernatora nisbətən daha geniş səlahiyyətlərə malik
idi. O, quberniya idarə orqanlarının qərarlarını ləğv etmək, məmurları
vəzifələrindən uzaqlaşdırmaq və s. hüquqlara malik idi. Baş rəisin hakimiyyəti
təkcə quberniya idarələri üzərinə yayılmırdı. Daxili quberniyalarda müvafiq
nazirlik və idarələrin mərkəzləşdirilmiş tabeliyində olan gömrük, tədris, poçt və s.
idarə orqanları da burada baş rəisə tabe idi.
Baş rəisin sədrliyi altında Baş İdarə Şurası fəaliyyət göstərirdi. Onun
tərkibi imperatorun təyinatı üzrə Qafqaz hakimiyyət idarələrinin ali məmurlarından
təşkil olunurdu. Şura Xəzər vilayəti rəisi və Gürcüstan-İmeretiya qubernatorunun
illik hesabatlarım, Zaqafqaziyanın ayrı-ayrı rayonlarının təftişi üzrə materialları,
quberniya və vilayət prokurorlarınm etirazlarını, məhkəmə hökmlərinin
dayandırılması məsələlərini, gəlirlər və xərclər smetasını, mükəl-ləfıyyətlərin
qəzalar və şəhərlər arasında bölüşdürülməsini və diyarın idarə olunması üzrə digər
mühüm məsələləri nəzərdən keçirirdi. Şuranın senat tərəfindən təsdiq edilməli olan
qərarları ona (senata) göndərilir, yaxud da müvafiq nazirliyə bildirilirdi. Şuranın
digər (nisbətən az əhəmiyyətli) məsələlər üzrə qərarlan onların qəbul edilməsindən
dərhal sonra qanun qüvvəsinə minir və nazirliklərin ancaq nəzərinə çatdırılırdı
[110].
İslahat hərbi-komendant idarələrinin ləğvinə və onların ölkənin daxili
quberniyalarındakı idarələrə müvafiq yeni idarələrlə əvəz olunmasına gətirib
çıxardı. Quberniya idarələrinə "ali hakimiyyət"in nümayəndəsi olan qubenator,
Xəzər vilayəti idarələrinə isə vilayət rəisi başçılıq edirdi. Həm qubernator, həm də