Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   19   20   21   22   23   24   25   26   ...   138

49 
 
məsələləri  araşdırılmışdır.  Keçən  əsrin  60-cı  illərindən 
Azərbaycan 
tarixşünaslığında ayrı-ayrı şəhərlərin tarixinə həsr olunmuş əsərlər nəşr olunmağa 
başlandı.  S.B.Aşurbəylinin  monoqrafiyası
188
  bu  baxımdan  ilkin  əsərlərdəndir. 
Monoqrafiyada  Bakı  şəhərinin  VIII  əsrdən  XIX  əsrin  əvvəlinədək  olan  inkişaf 
tarixi araşdırılmışdır. 60-cı illərdə Ə.Əlizadə, Z.Bünyadov, T.Musəvi, Ə.Rəhmani, 
Y.Behzadi,  R.Hüseynov  Azərbaycan  tarixinə  dair  bir  sıra  orta  əsr  qaynaqlarını 
tərcümə etməklə  və  nəşr  etdirməklə  xalqın  mədəni-tarixi irsinin öyrənilməsi işini 
davam etdirmişlər.
189
 
Keçən  əsrin  70-80-cı  illərində  Azərbaycan  tarixçiləri  xalqın  tarixinin 
araşdırılması istiqamətində mühüm uğurlar qazandılar. Təbiidir ki, tarixşünaslıqda 
mövcud  olan  problemlər  məcmusunun  ağırlığı  bu  zaman  ərzində  də  mədəniyyət 
tariximizin başlıca araşdırma obyektinə çevrilməsini qeyri-mümkün etmişdi. Lakin 
nəşr olunmuş əsərlərin Azərbaycanın mədəni təkamül prosesinin öyrənilməsi üçün 
əhəmiyyəti  şübhəsizdir.  Bu  dövrdə  də  Azərbaycanın  tədqiqatçıları  Qafqaz 
Albaniyasına,  onun  mədəni  irsinə  xüsusi  diqqət  yetirmişlər.  F.L.Osmanovun 
əsəri
190
  20-dək  yaşayış  məntəqəsində  aparılmış  arxeoloji  qazıntıların  nəticələrinə 
əsaslanmışdır.  Əsər  müəllifi  arxeoloji  materiallar  əsasında  araşdırdığı  dövrün 
sənətkarlığı,  ticarəti  və  mədəni  əlaqələri,  ictimai  quruluşu,  təsərrüfat  həyatı 
haqqında  mülahizələrini  bildirmişdir.  Qafqaz  Albaniyasının  mədəni  həyatına 
xüsusi  diqqət  yetirmiş  araşdırıcılardan  biri  də  R.Göyüşov  olmuşdur.  Onun 
əsərlərində  arxeoloji  materiallar  və  bəzi  yazılı  mənbələr  əsasında  Qafqaz 
Albaniyasında  xristianlığın  mövqeyi  məsələsi  tədqiqi  olunmuşdur.
191
  C.Xəlilovun 
əsərində
192
  Qafqaz  Albaniyasının  maddi  mədəniyyəti  məsələləri  tədqiqat 
obyektidir.  T.M.Məmmədov  Qafqaz  Albaniyasının  və  qismən  Atropatenanın 
tarixini  erməni  mənbələrinə  əsasən  araşdırmışdır.
193
  F.Məmmədovanın  əsərləri
194
 
Azərbaycan  tarixinin  Albaniya  mərhələsinin  öyrənilməsinə  müstəsna  təkan 
verməsi  ilə  əlamətdardır.  Bu  əsərlərin  müəllifi  Alban  xristian  kilsəsinin  ölkənin 
mədəni  həyatındakı  rolu,  erməni  qriqoryan  kilsəsinin  təcavüzkar  mövqeyi, 
albanların  tədricən  qriqoryanlaşması,  erməniləşməsi,  lakin  onların  etnik  simasını 
tamamilə  itirməməsi  məsələlərini  də  araşdırmışdır.  Bu  dövrdə  Qafqaz 
Albaniyasının  mədəni  həyatına,  mədəni  irsinə  həsr  olunmuş  əsərlər  arasında 
N.Y.Rzayevin  monoqrafiyası
195
  da  seçilməkdədir.  Əsərdə  sənətşünas  Qafqaz 
Albaniyasında yaradılmış bədii keramika, metalın bədii emalı, şüşənin bədii emalı, 
daş,  sümük  və  ağac  üzərində  bədii  oyma,  qliptika,  plastika  nümunələrinin 
tədqiqindən  doğmuş  nəticələri  izhar  etmişdir.  IX  əsrin  II  yarısında-  XI  əsrin  I 
yarısında Azərbaycanda mövcud olmuş dövlətlərin tarixi M.X.Şəriflinin əsərində
196
 
öz əksini tapmışdır. M.Seyfəddininin 2 əsərində
197
 XII-XV əsrlərdə Azərbaycanda 
sikkə  zərbi  və  pul  tədavülü  məsələləri  başlıca  tədqiqat  obyekti  olmuşdur. 
A.Fazilinin  monoqrafiyasında
198 
Azərbaycanın  qədim  və  ilk  orta  əsrlər  tarixinin 
İran  tarixşünaslığında  işıqlandırılması  məsələləri  tənqidi  şəkildə  araşdırılmışdır. 
S.Y.Qasımovanın monoqrafiyasında
199 
Cənubi Azərbaycanın III-VII əsrlərdə etno-


50 
 
siyasi  və  ictimai-iqtisadi  tarixinin  bir  sıra  problemləri  tədqiq  olunmuşdur.  Orta 
çağların  Azərbaycan  mədəniyyəti  problemlərinin  araşdırılması  gedişində 
M.A.Dadaşzadənin  monoqrafiyasına
200
  müraciət  olunması  zəruridir.  Müəllifin 
etirafına  görə,  monoqrafiya  əsasən  etnoqrafik  tədqiqatın  nəticəsidir.  Əsərdə 
Azərbaycan xalqının mənəvi həyatında mühüm yer tutan dini etiqadlar (zərdüştilik 
və  İslam)
201
  xalq  bayramları,
202
  xalq  oyunları  və  əyləncələr
203 
başlıca  tədqiqat 
obyektləridir.  Burada  müxtəlif  bayramların  təşəkkülü  problemləri  təhlil  olunur, 
xalq  oyun  və  mərasimlərinin  əhəmiyyəti  və  rolu  işıqlandırılır.  Monoqrafiya 
müəllifi İranda nəşr olunmuş əsərlərə, habelə Avropa müəlliflərinin əsərlərinin fars 
dilinə  tərcümə  variantlarına  xüsusilə  istinadlanmış,  “marksizm  klassiklərini”, 
M.Qorkini, V.Belinskini də “unutmamışdır”. Azərbaycan mədəniyyətinin təkamül 
prosesinin 
erkən 
orta 
əsrləri 
nəzərdən 
keçirilərkən 
İ.H.Əliyevin 
monoqrafiyasından
204
  istifadə  olunması  zəruridir.  Azərbaycanın  cənub  qisminin 
əski keçmişi (antik dövrü) Atropatena, onun mədəni irsi ilə üzvi surətdə bağlıdır. 
İ.H.Əliyevin  monoqrafiyasının  VI  və  VII  fəsillərində  Atropatenanın  maddi 
mədəniyyəti, dini baxışlar, Avesta problemi, zərdüştilik və onun təşəkkülü, inkişafı 
məsələləri  tədqiq  olunmuşdur.
205
  Həmin  dövrü  öyrənmədən  eramızın  ilk 
əsrlərindən  başlanan  dövrün  Azərbaycan  mədəniyyətinin  mahiyyətinin  dərk 
olunması qeyrimümkündür. 
Keçən  əsrin  80-ci  illəri  Azərbaycan  tarixşünaslığının  inkişafında 
məhsuldarlığı  ilə  əlamətdardır.  Problemin  hərtərəfli  tədqiqinə  yardım  edən 
araşdırmalar  sırasında  O.Əfəndiyevin  yeni  əsəri
206
  (bu  əsər  1993-cü  ildə 
Azərbaycan  dilinə  tərcümə  edilərək  nəşr  olunmuşdur)  mühüm  yer  tutur. 
Monoqrafiyada  XVI  əsrdə  Azərbaycanın  siyasi,  ictimai-iqtisadi  inkişafı  ətraflı 
şəkildə 
tədqiq 
olunur. 
Mənbə 
zəmininin 
genişliyi 
əsərin 
mühüm 
xüsusiyyətlərindəndir. Müəllif Səfəvilər dövlətinin etnik mənşəyi, müəyyənliyi və 
mənsubiyyəti barədəki problemi tam  həll etmiş, bu dövlətin  Azərbaycan  xalqının 
konsolidasiyası (bütövləşməsi) prosesində, mədəni təkamülündə həlledici rolunu
207
 
elmi  dəlillərlə  əsaslandırmışdır.  Təbiidir  ki,  əsas  diqqəti  mühüm  problemlərin 
məcmusuna  yönəltmiş  müəllif  Azərbaycanın  XVI  əsrdəki  mədəni  inkişafına 
konkret tədqiqatobyekti kimi yanaşa bilməzdi. 
Ə.Rəhmaninin  əsərləri
208
  Azərbaycanın  1590-1700-cü  illərdəki  ictimai-
siyasi,  iqtisadi  inkişafı  prosesinin  tədqiqindən  ibarətdir.  Müəllifin  ikinci  əsərinin 
bir  fəslində  XVII  əsrdə  Azərbaycanda  elmin,  incəsənətin,  maarifin,  ədəbiyyatın 
inkişafı probleminə toxunulmuşdur.
209
 
Orta  çağlarda  Azərbaycan  mədəniyyətinin  tərəqqisi  probleminə 
S.Aşurbəylinin  əsərində
210
  də  toxunulmuşdur.  Lakin  “Şirvanşahlar  dövləti” 
monoqrafiyasının  geniş tarixi dövrü əhatə  etməsi (VI-XVI əsrlər), siyasi,  ictimai, 
iqtisadi problemlərin başlıca tədqiqat obyekti olması S.Aşurbəyliyə mədəni inkişaf 
məsələlərinə  daha  çox  diqqət  yetirməyə  imkan  verməmişdir.  Lakin  müəllif  orta 
çağların  Azərbaycan  mədəniyyətinin  başlıca  fakt  və  hadisələrinə  Şirvanşahlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə