Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   16   17   18   19   20   21   22   23   ...   138

43 
 
“avropasentrizmin”  təzahürüdür.  Biz  bu  problemə  münasibətimizi  bildirərkən 
ədəbiyyatda  mövcud  olan  Şərq  Renessansını  Qərb  qəlibinə  yerləşdirmək,  onda 
Qərb Renessansının oxşarını görmək cəhdlərinə qarşı çıxış edirik. XII-XIII əsrlərin 
Şərq Renessansı (Azərbaycan da həmin mədəni sistemin tərkib hissəsi kimi) gerçək 
tarixi  fakt  idi.  XII-XIII  əsrlərdə  Şərq  mədəni  sisteminin  dəyərlərinin  dirçəlməsi, 
“oyanışı” prosesi olan Azərbaycan İntibahı (Renessansı) regional səciyyə daşımış, 
Şərq  Renessansının  tərkib  hissəsi  olmuşdur.  Həmin  dövr  Azərbaycan 
mədəniyyətinin inkişafında əsaslı keyfiyyət çevrilişi ilə səciyyəvi olmuşdur. Lakin 
bu  prosesdə  Azərbaycan  xalqının  mədəni-tarixi  imkanları  tam  şəkildə 
gerçəkləşməmişdi.  Ona  görə  də  Azərbaycan  tədqiqatçıları  bu  dövrdə  baş  vermiş 
İntibah  barədə  daha  ehtiyatlı  mülahizələr  irəli  sürməyi,  “Renessans 
elementləri”ndən,  “Nizaminin  yaradıcılığının  Renessans  təbiətli  olmasından”
166 
bəhs  etməyi  üstün  tuturlar.  Mədəni  imkanların  intensiv,  kütləvi  şəkildə 
gerçəkləşməsi,  özəl  tarixin  qədim  dövrlərinə  “müraciət”,  islamaqədərki  inamların 
incəsənətdə  aşkarlanması  və  s.  kimi  İntibah  üçün  səciyyəvi  olan  cəhətlər  XVI-
XVII əsrlərdə Azərbaycan mədəni-tarixi mühiti üçün səciyyəvi idi. 
XVI-XVII  əsrlərdə  Azərbaycan  İntibahı  Ümumtürk  İntibahı  kimi 
universal  bir  hadisənin  tərkib  hissəsi  olmuşdur.  Bu  İntibah  ilk  növbədə  siyasi 
sahədə,  türk  (Azərbaycan)  özünüdərki  əsasında  daha  qabarıq  idi.  XV  əsrdə 
Qaraqoyunlu  və  Ağqoyunlu,  Şirvanşahlar  dövlətləri,  XVI  əsrin  əvvəllərindən  isə 
Səfəvilər  dövləti  siyasi  dirçəlişin  mühüm  faktları  kimi  qeyd  olunmalıdır.  Bu 
dövlətlər  monqol  əsarətindən  sonra  Azərbaycan  xalqının  İntibahını  təmin  etmiş 
sabit siyasi birliklər idi. 
İntibah  prosesində  Azərbaycan  Səfəvilər  dövlətinin  mövqeyi  və  rolu 
böyük əhəmiyyətə malik idi. “Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi 
ilə, onun etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və 
şimal  vilayətlərinin  nisbətən  vahid,  mərkəzləşmiş  Səfəvilər  dövlətinin 
hüdudlarında birləşdirilməsi bu vilayətlərin keçmişdəkinə nisbətən daha çox siyasi, 
iqtisadi,  mədəni  və  etnik  yaxınlaşması  üçün  əsas  yaratdı”.
167
  Səfəvilər  dövləti 
(1501-1736)  Şirvanşahlar  dövlətindən  sonra  Azərbaycanın  ən  sabit  siyasi  tarixə 
malik  olan  orta  əsr  dövləti  idi.  Təxminən  bir  əsr  ərzində  Səfəvilər  dövləti 
Azərbaycan  mədəniyyətinin  (müharibələrə  və  dağıntılara,  itkilərə  baxmayaraq) 
yüksəlişini təmin etdi. Azərbaycan mədəniyyətinin vahid zəmində, yüksələn xətlə 
inkişafında türk (Azərbaycan) özünüdərkinin gerçək faktının - Səfəvilər dövlətinin 
mühüm rolu olmuşdur.  
Azərbaycanda  İntibah  türk  dilinin  aparıcı  əhəmiyyət  kəsb  etməsi, 
türkcədən ilk dəfə dövlətlərarası münasibətlər sistemində istifadə olunması, ədəbi 
əsərlərin bu dildə yazılması və s. ilə səciyyəvidir. Azərbaycan xalqının etnogenetik 
inkişafı  prosesində  aparıcı  rol  oynamış  qədim  türk  dili  məhz  bu  dövrdə  öz 
imkanlarını  aşkarladı.  “Həmin  dövrdə  Azərbaycan  xalqının  düşüncə  tərzində, 
mədəni-maddi-siyasi  həyatında  dönüş  yaranır,  yeni  dövr  başlanır.  Ümumiyyətlə, 


44 
 
türk dillərində differensiasiya XVI əsrin axırlarından aydın hiss olunmağa başlayır. 
Bu da təsdiq edir ki, XVI əsr həmin xalqların tarixində yeni mədəni-mənəvi dövrün 
astanasıdır”.
168
  “Azərbaycan  dili”  anlayışına  XI  əsrin  görkəmli  ədəbiyyatşünası 
olmuş  Xətib  Təbrizinin  yaradıcılığında  təsadüf  olunur.  Lakin  qədimlərdən 
əsrimizin  30-cu  illərinədək  bu  dil  “türk  dili”  adı  ilə  tanınmışdır.  Türk  dili 
Səfəvilərin və qızılbaşların doğma dili idi və XVIII əsrin ilk rübünə qədər sarayda 
və orduda öz aparıcı mövqeyini saxlamışdır. 
Ədəbiyyat  sahəsində  bu  İntibah  türk  dilində  yazılmış  bədii  əsərlərin 
artması ilə səciyyəvidir. Əgər Azərbaycanın XV-XVI əsrə qədərki peşəkar ədibləri 
ərəb  və  fars  dillərində  yazırdılarsa,  XVI  əsrdə  şərait  əsaslı  surətdə  dəyişdi.  Türk 
özünüdərki  prosesi  ədəbiyyatda  da  özünü  göstərməyə  başladı.  İmadəddin 
Nəsimidən  etibarən  güclənmiş  bu  proses  XVI-XVII  əsrlərdə  özünün  yüksək 
mərhələsini  keçirmişdir.  Azərbaycan  ədəbi  dilinin  inkişafında  Şah  İsmayıl 
Xətainin,  Füzulinin,  Kişvərinin,  Həqiri  Təbrizinin,  Xətai  Təbrizinin,  Fədai 
Təbrizinin  və  Əmani  Məhəmmədin  mühüm  rolu  olmuşdur.  “Bu  dövrdə 
Azərbaycan  dilində  bədii  əsərlərın  yazılması  ümumi  hal  oldu.  Farsca,  ərəbcə 
yazmaq  isə  getdikcə  məhdudlaşdı.  Azərbaycan  dili  həm  şifahi,  həm  yazılı  qollar 
üzrə  sarayda,  mədrəsələrdə,  şəhərli  tacirlərin,  sənətkarların  işlərində  və 
məclislərində  artıq  normalaşmış  ədəbi  dil  halında  işlənilən  ümumi  ünsiyyət  və 
mədəniyyət  vasitəsi  olmuşdur”.
169
  Azərbaycan  ədəbiyyatında  nəsr  janrının 
təşəkkülü  prosesi  başlandı.  Nəsrin  bir  janr  kimi  yaranması  Məhəmməd  Füzulinin 
adı ilə bağlıdır. 
Azərbaycan İntibahı incəsənətin bir sıra sahələrində (miniatür rəssamlığı, 
dekorativ və tətbiqi sənət sahələri, memarlıq, plastika, musiqi və s.) özünü təzahür 
etdirirdi. İslam ehkamlarının bir çox qaydalarına riayət olunmaması, islamaqədərki 
ənənələrə  və  inamlara  “qayıdış”  faktları,  qədim  türk  irsinə,  dünyagörüşünə 
“qayıdış”  bu  dövrün  incəsənət  əsərləri  üçün  səciyyəvi  hal  idi.  “Bu  dövrdə 
incəsənətdə  islamaqədərki  motivlər  yenidən  dirçəldi.  Daşdan,  metaldan  olan 
məmulatların  dekorunda  insan,  heyvan  və  quş  təsvirləri  yenidən  mərkəzi  yeri 
tutmağa  başlayır”.
170
  XVI-XVII  əsrlərdə  hətta  qəbir  daşları  üzərində  insanların, 
heyvanların  və  digər  canlıların  təsviri  olan  süjetli  rəsmlər  artmışdı.  Gerçək  həyat 
səhnələrini təsvir edən süjetli rəsmlər Azərbaycan incəsənətinin və digər xalqların 
mədəniyyətinin  qədim  əlaqələrindən  xəbər  verir.  Azərbaycan  ərazisində  aşkar 
olunmuş  daşyonma  sənəti  nümunələrinin  (at  və  qoyun  fiqurlarının)  əksəriyyəti 
XVI-XVII  əsrlərə  aiddir  və  Azərbaycan  türklərinin  digər  türk  xalqları  ilə  qədim 
əlaqələrinin  təsviri  ifadəsini  verir.
171 
Xalçaçılıqda,  kaşıkarlıqda,  miniatür 
rəssamlığında  da  qədim  irsin  intibahı  gerçək  fakt  idi.  Azərbaycan  miniatürlərinin 
tarixi  dövrləri  əhatə  dairəsi  çox  genişdir:  Eramızdan  əvvəl  IX  əsrdən  başlayaraq 
yeni  eranın  XVI  əsrinin  sonlarınadək.  Miniatürlərdə  Şərq  regionunda  yaşayan 
xalqların  qədim  dövrünə  dair  hadisələrin  təsviri  mühüm  yer  tutur.  Bu  təsvirlərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə