Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   14   15   16   17   18   19   20   21   ...   138

39 
 
Onun fikrinə görə, Şərq mədəni sistemində zaman konkret, sona çatmış, qapanmış 
dairə  timsalındadır.  Həm  tarix,  həm  də  təbiət  bu  qapalı  dairəyə  sığışdırılmışdır. 
F.Nortrop  beləqənaətə  gəlir  ki,  məhz  buna  görə  də  Şərq  mədəniyyətində  insanla 
təbiətin  qovuşması  ali  fəzilət  hesab  olunur.  Onun  mülahizələrində 
(“avropasentrizm”in  təsiri  olsa  da)  müəyyən  həqiqət  vardır.  C.Nehrunun  fikri  bu 
baxımdan  F.Nortropun  qənaəti  ilə  səsləşir:  “Sanskrit  poeziyasında  və  hind 
musiqisində  olduğu  kimi  incəsənətdə  də  rəssam,  bəstəkar  sanki  özünü  təbiətlə 
eyniləşdirir,  bütün  əhvali-ruhiyyəsi  ilə  insana  xas  olan  təbiətlə  və  kainatla 
həmahənglik  hisslərini  ifadə  edirdi.  Bu,  bütün  Asiya  incəsənətinin  leytmotividir. 
Asiya  incəsənəti  məhz  bunun  sayəsində  böyük  müxtəlifliklərə  və  aydın  sezilən 
milli fərqlərə baxmayaraq məlum vahidliyə, birliyə malikdir”.
143
 
Mədəniyyətin  bir  sistem  kimi  qeyri-bərabər  inkişaf  strukturuna  malik 
olması  onun  inkişafında  universal  təmayüldür.  Məlumdur  ki,  mədəniyyətə 
incəsənətin  müxtəlif  sahələri,  elm,  maarif,  dil,  fəlsəfə,  siyasi  və  hüquqi,  etik 
baxışlar sistemi, din və s. daxildir. Mədəniyyətin sistem kimi fəaliyyəti cəmiyyətdə 
baş verən ictimai-siyasi, iqtisadi amillərdən asılıdır. Hər hansı bir ictimai sistemin 
(bütövlükdə  bəşəriyyətin,  cəmiyyətin  və  s.)  dinamikası  onun  daxilində  olan 
ziddiyyətli proseslərlə  bağlıdır. Bu  mənada  mədəniyyətin ayrı-ayrı elementlərinin 
gücü, potensiyası da cəmiyyətdə olan ziddiyyətli proseslərin axarından irəli gəlir. 
Mədəniyyətin (xüsusilə onun tərkib hissəsi olan incəsənətin) keyfiyyəti tam surətdə 
iqtisadiyyatın  və  texnikanın  inkişaf  dərəcəsi  ilə  müəyyən  edilmir.  İqtisadiyyat 
yalnız  son  nəticədə  mənəvi  həyat  sahələrinin  inkişafını  müəyyən  edir.  Məsələn, 
“incəsənətə istehsalın inkişaf səviyyəsindən daha çox təsir göstərən amillər siyasət, 
əxlaq və dindir”.
144
 Dinin və siyasətin mədəni həyata güclü, bəzi hallarda həlledici 
təsiri  xüsusilə  orta  əsrlərdə  olmuşdur.  Orta  əsrlərdə  ictimai  həyatın  müxtəlif 
sahələrinin  zəif  differensiasiyası  (mədəniyyət  elementlərinin  sıx  əlaqəsi, 
çulğalaşması) da həmin dövrünsəciyyəvi xüsusiyyətlərindən biridir. Fəlsəfə, əxlaq, 
hüquqşünaslıq,  qanunvericilik  bir-birindən  tamamilə  ayrılmamışdı,  bir-birinə 
çulğaşan sistem əmələ gətirmişdi.
145 
Mədəniyyətin  başlıca  elementləri  olan,  incəsənət  sistemində  müstəsna 
mövqeyi  və  rolu  olan  ədəbiyyat,  din,  elm,  fəlsəfə,  folklor,  dil  və  ədəbi  dil 
məsələləri,  Azərbaycan  mədəniyyəti  tarixinin  xalqımızın  təşəkkülü  və  inkişafı 
prosesi  ilə  üzvi  bağlılığı,  “avropasentrizm”  və  “Şərq  sentrizmi”  və  digər  nəzəri-
metodoloji  problemlər  təqdim  olunan  əsər  müəllifinin  monoqrafiyasında
146
  və 
məqalələrində
147
 öz əksini tapmışdır. 
Xalqın  mədəniyyət  tarixi araşdırılarkən  Azərbaycan İntibahı probleminin 
aktuallığını və əhəmiyyətini nəzərə almaq vacibdir. XIX əsrin 60-cı illərinədək son 
orta  əsrlərdə  baş  vermiş  mədəni-tarixi  proses  -  İntibah  elmdə  xüsusi  tədqiqat 
obyekti  olmamışdır.  1860-cı  ildə,  Leypsiqdə,  alman  tarixşünaslığında  “mədəni-
tarixi  istiqamətin”  (XIX  əsrin  50-70-ci  illərində  təşəkkül  tapmışdır)  nümayəndəsi 
olan Yakob Burkhardtın (1818-1897) “İtaliyada Renessansın tarixi” adlı əsəri nəşr 


40 
 
edildi. Y.Burkhardt “Renessans” anlayışını müəyyən mədəni-tarixi mərhələnin adı 
kimi  ilk  dəfə  irəli  sürən  tədqiqatçılardandır.
148 
Təbiidir  ki,  problemin  həllinin  ilk 
cəhdi  sonrakı  tədqiqatlara  təkan  verdi.  İlk  tədqiqatlarda  İntibah  (Renessans)  sırf 
İtaliya  mədəni-tarixi  fenomeni  hesab  edilirdi.  Sonralar  sübut  olundu  ki,  İntibah 
Avropa  ölkələrinin  bir  çoxunda  (İspaniyada,  İngiltərədə,  Fransada  və  s.)  baş 
vermişdir.  Şərq  regionunda  Renessansın  mümkünlüyü  fikri  elmi  şəkildə  sübut 
olundu,
149
  Cənubi  Qafqazda  (Gürcüstanda,  Azərbaycanda  və  “Ermənistan”da) 
İntibahın keçilmiş mədəni-tarixi mərhələ olduğunu isbat edən əsərlər nəşr edildi.
150
 
Azərbaycan  Renessansı  fikrini  müdafiə  edən,  onu  əsaslandırmağa  çalışan 
müəlliflərin  əsərləri  meydana  gəldi.
151 
Azərbaycan  tədqiqatçılarının  əksəriyyəti 
Azərbaycanda  Renessansın  XII  əsrin  II  yarısında–  XIII  əsrin  əvvəllərində  baş 
verdiyini isbat etməyə çalışır, bu fenomenin Nizami Gəncəvi dövrü və ədəbi, bədii, 
fəlsəfi,  elmi  irsi  ilə  bağlı  olduğunu  qeyd  edir.  Lakin  Azərbaycan  İntibahı 
probleminin  müsbət  həllinə  bir  çox  tədqiqatçıların  avropasentrist  düşüncə  tərzi 
mane olur. Məsələnin müsbət həlli üçün vacib olan əsas şərt Qərbin, həm də Şərqin 
tarixinin mükəmməl şəkildə öyrənilməsi və onlar arasındakı oxşar, fərqli cəhətləri 
elmi surətdə müqayisə etməkdir. “Nəinki öz xalqından öyrənmək, habelə ardıcıl və 
diqqətli  surətdə  digər  xalqların  da  tarixi  təcrübəsini  nəzərdən  keçirmək,  onların 
inkişafındakı  oxşar  və  fərqli  cəhətləri  müəyyələşdirmək  zəruridir”.
152
 
Azərbaycanda  İntibah  problemini  “Şərq  sentrizmi”  mövqelərindən  həll  etmək 
cəhdləri  də  arzu  olunan  nəticələri  verməmişdir.  XVI-XVII  əsrlərin  Azərbaycan 
mədəniyyətinin  bir  çox  faktlarının  öyrənilməsi  mədəni-tarixi  inkişafımızda 
İntibahın  məhz  həmin dövrdə  baş verdiyini söyləməyə  əsas verir. Zənn edirik  ki, 
problemə  Ümumtürk  İntibahı  kontekstindən  yanaşmaq  daha  məqsədəuyğundur. 
XV-XVI  əsrlər  türk  xalqlarının  mədəni-tarixi  həyatında  özünüdərk  prosesi  ilə 
səciyyəvidir.  Siyasi  dirçəliş  (Əmir  Teymurun  qurduğu  dövlətin,  Azərbaycanın 
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, Osmanlı və Səfəvi dövlətlərinin qüdrəti, 
Yaxın  və  Orta  Şərq  regionunda  bu  türk  dövlətlərinin  aparıcı  mövqeyi),  ictimai-
iqtisadi  sahədə  canlanma,  türk  dilinin  potensial  imkanlarının  daha  aydın  şəkildə 
aşkara çıxması, ədəbi sahədə fars dilinin tədricən sıxışdırılması, folklor faktlarının 
xüsusi  intensivliklə  məhz  XVI-XVII  əsrlərdə  artması,  incəsənətin  bir  çox 
sahələrində  (təsviri  incəsənətdə,  dekorativ  sənət  sahələrində,  memarlıqda, 
plastikada  və  s.)  İslam  ehkamlarından  geri  çəkilmə,  qədim  türk  irsinə, 
dünyagörüşünə  “qayıdış”,  insanpərvərlik  ideyaları  Ümumtürk  İntibahının 
(oyanışının, əski irsə “qayıdışının”, özünüdərkinin) başlıca xüsusiyyətlərindən idi. 
XV-XVII  əsrlərdə  baş  vermiş  bu  universal  prosesin  mərkəzində  Azərbaycan 
dururdu.  Son  dövrün  bir  sıra  tədqiqat  əsərləri  Azərbaycan  İntibahının  XVI-XVII 
əsrlərin  tarixi  faktı  olduğunu  təsdiq  edir.  (Təbiidir  ki,  həmin  əsərlərin  müəllifləri 
Azərbaycan  İntibahı  probleminə  deyil,  mədəniyyətin  müxtəlif  sahələrinə  konkret 
tədqiqat obyekti kimi yanaşmışlar).
153
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə