Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   11   12   13   14   15   16   17   18   ...   138

33 
 
məlumatlar  vermiş,  ölkənin  mədəni  inkişafında  şəhərlərin  aparıcı  rolunu  xüsusilə 
qeyd etmişdir. 
1685-1694-cü  illərdə  İranda  və  Azərbaycanda  olmuş  alman  alimi  və 
səyyahı  Engelbert  Kempferin  Azərbaycan  (türk)  dilinin  Səfəvi  dövlətinin 
hüdudlarında  aparıcı  rolu,  bu  dilin  zənginliyi  və  eyni  zamanda  sadəliyi,  müsbət 
keyfiyyətləri  haqqındakı  məlumatları  çox  əhəmiyyətlidir.
111 
Avropa  və  Osmanlı 
müəlliflərinin bəzi əsərlərində dəqiq olmayan məlumatlar (şəhər əhalisinin sayı və 
s. haqqında) vardır. Lakin bu cəhət həmin əsərlərin əhəmiyyətini azaltmır. 
XVIII  əsrin  əvvəllərindən  Rusiya  dövlətinin  hakim  dairələri  “dənizlərə 
çıxış  əldə  etmək”  bəhanəsi  ilə  Cənubi  Qafqazda,  eləcə  də  Azərbaycanda  öz 
mövqelərini  möhkəmləndirmək  istiqamətində  fəal  tədbirlər  görməyə  başladılar. 
Səfəvilər  dövlətinin  zəifləməsi  buna  əlverişli  şərait  yaratmışdı.  Moskva  knyazı 
(1721-ci  ildən  isə  Rusiya  imperatoru)  I  Pyotrun  təşəbbüsü  ilə  Cənubi  Qafqaza 
kəşfiyyat  məqsədilə diplomatlar, “səyyahlar”  göndərilirdi.  XVIII əsrin sonunadək 
Azərbaycanda olmuş rus  “səyyahları”,  “diplomatları” gördüklərini  tərtib etdikləri 
yol  qeydlərində,  gündəliklərində  əks  etdirmişlər.  1716-1718-ci  illərdə 
Azərbaycanda  və  İranda  olmuş  A.P.Volınskinin  (1689-1740)  fəaliyyəti  bu 
baxımdan  diqqətəlayiqdir.  Dövlət  xadimi,  diplomat  olmuş  A.P.Volınski  1716-cı 
ilin  martında  Moskva  knyazlığının  elçisi  sifətilə  Səfəvilər  dövlətinin  paytaxtı 
İsfahana  gedərkən  3  aydan  artıq  Şamaxı  şəhərində  qalmış,  I  Pyotrun  tapşırığı  ilə 
Şirvan haqqında siyasi və iqtisadi səciyyəli məlumatlar toplamışdı.
112
 O, I Pyotrun 
gizli tapşırığına əsasən Azərbaycanda yubanmalı, ölkə haqqında müfəssəl məlumat 
toplamalı idi. A.P.Volınski geri qayıdarkən 8 aya yaxın Azərbaycanda qalmışdı.
113
 
Başlıca  diqqətini  hərbi,  siyasi,  iqtisadi,  ticarət  məsələlərinə,  bölgədə  yaşayan 
xristian əhalisinin sayına, bu əhalinin siyasi mövqeyinə yönəltmiş A.P.Volınskinin 
məlumatları  Azərbaycanın  XVIII  əsr  mühitinin  öyrənilməsi  üçün  əhəmiyyətlidir. 
Həmin əsrin 20-60-cı illərində Azərbaycanda olmuş rus elçilərinin məlumatları da 
əsasən siyasi, iqtisadi səciyyə daşıyır.
114 
Azərbaycan  ədəbiyyatı  inciləri  orta  çağların  Azərbaycan  mədəniyyətinin 
öyrənilməsi  gedişində  mütləq  nəzərə  alınmalıdır.  “Kitabi-Dədə  Qorqud”  dastanı 
Azərbaycan  tarixinin  mühüm  mənbələrindən  hesab  oluna  bilər.  XV-XVI  əsrlərdə 
yenidən yazıda maddiləşmiş bu şifahi ədəbiyyat incisinin ilk dəfə qələmə alınması 
tarixinin  X  əsrdən  əvvəlki  dövrlə  bağlı  olduğu  təxmin  olunur.
115
  VII-IX  əsrlərdə 
tam təşəkkül tapmış bu dastanda ən qədim dini-mifoloji təsəvvürlər və bəzi adət-
ənənələr  oğuzların  ibtidai  dövrünə  (III-IV  əsrlərə),  islamaqədərki  tarixi  dövrə 
aiddir.
116
  12  boydan  ibarət  olan  “Kitabi-Dədə  Qorqud”  Azərbaycan  mədəniyyəti 
tarixinin  misilsiz  mənbələrindəndir.  Orta  çağlarda  yaşayıb-yaratmış  Azərbaycan 
ədiblərinin (Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl 
Xətai,  Məhəmməd  Füzuli,  Molla  Vəli  Vidadi,  Molla  Pənah  Vaqif  və  başqaları) 
əsərləri  də  milli  mədəniyyət  problemlərimizin  araşdırılmasına  yardım  edən 
mənbələr sırasındadır. 


34 
 
 
§ 2. Problemin tarixşünaslıqda, elmi ədəbiyyatda 
tədqiqi səviyyəsi 
 
“Mədəniyyət”  (“kultura”)  anlayışının  qədim  tarixi  vardır.  Ərəb  mənşəli 
anlayış  olan  “mədəniyyət”  “oturaq,  köçəri  olmayan,  şəhər  həyatına  mənsubluq” 
mənalarını  daşıyır.
117 
Avropa  mənbələrində,  elmi  araşdırmalarında  geniş  istifadə 
olunan  “kultura”  anlayışı  isə  ilk  dəfə  antik  Roma  natiqi  və  filosofu  Mark  Tulli 
Siseronun e.ə. 45-ci ildə yazdığı “Tuskulan disputları” əsərində işlədilmişdir. Antik 
müəllif  “kultura”nı  nəzəri  anlayış  kimi  işlədirdi.
118
  Bu  anlayışı  yeni  mənada  ilk 
dəfə  elmi  dövriyyəyə  1767-ci  ildə  Şotlandiya  tədqiqatçısı  A.Fergüsson  daxil 
etmişdir. Anlayışın mahiyyəti haqqında elmi mübahisələr hələ də davam edir. 
Mədəniyyət  insanın  və  cəmiyyətin  dəyişdirici  fəaliyyəti  prosesidir,  bu 
fəaliyyətin  bütün  növlərinin,  habelə  maddi  və  mədəni  dəyərlərin  dialektik 
məcmusudur.  Mədəniyyət  “cəmiyyətin  maddi  həyat  şəraiti  və  ictimai 
münasibətlərinin başlıca cəhətləri ilə şərtlənmiş  mənəvi  həyatıdır ki,  maddi həyat 
şəraitinə,  ictimai  münasibətlərə  özünün  əks-təsirini  göstərir”.
119 
Kulturoloji 
tədqiqat əsərlərində bu anlayışın müxtəlif izahı, tərifi verilir.
120
 
Mədəniyyət  nəzəriyyəsi  olmadan  mədəniyyət  tarixinin  nisbətən  müstəqil 
elm  sahəsi  kimi  meydana  gəlməsi,  təşəkkülü  və  inkişafı  qeyri-mümkün  olardı. 
Mədəniyyət  nəzəriyyəsi  ilə  mədəniyyət  tarixi  arasında  əhəmiyyətli  fərqlər  var. 
Elmlərdə  gedən xüsusiləşmə  prosesi tarix elmi  üçün də  səciyyəvidir. Mədəniyyət 
tarixi  bu  prosesin  nəticəsidir  və  o,  nisbi  müstəqilliyə  malik  olan  sahədir. 
Mədəniyyət tarixinin predmeti, tədqiqat obyekti bəşəriyyətin, cəmiyyətin, konkret 
xalqın  mənəvi  həyatının  inkişafı  prosesidir.  Əgər  mədəniyyət  nəzəriyyəsi  bu 
prosesi 
konkret-tarixi 
şəraitdən  uzaqlaşaraq,  yüksək  mücərrədləşdirmə 
səviyyəsində  tədqiq  edirsə,  mədəniyyət  tarixi  mənəvi  həyatın  inkişafını  konkret-
tarixi  səviyyədə,  dövrün,  regionun,  ölkənin  xüsusiyyətlərini,  konkret-tarixi  şəraiti 
nəzərə  alaraq  araşdırır.  Mədəniyyət  tarixinin  mədəniyyət  nəzəriyyəsindən  başlıca 
fərqi  də  məhz  bundadır.  Mədəniyyət  tarixçisinin  mənəvi  həyatın  bütün  sahələri 
üzrə  (dil,  ədəbiyyat,  incəsənət,  fəlsəfə,  elmin  müxtəlif  sahələri,  maarif  və  s.) 
mütəxəssis  olması  vacib  deyil  və  buna  lüzum  da  yoxdur.  Mədəniyyət  tarixçisini 
“birləşdirici  ümumiləşdirmələrə  yol  arayan  sintezatora”  bənzətmək  olar.
121 
Mədəniyyət  tarixi  yeni  sahədir.  Hətta  bir  sıra  Avropa  ölkələrinin  mədəni  inkişaf 
tarixinə həsr edilmiş ümumiləşdirici əsərlər yoxdur. 
Azərbaycan  mədəniyyəti  ümumbəşər  mədəni  sisteminin  tərkib  hissəsidir 
və  bütün  xüsusiyyətləri,  səciyyəvi  inkişaf  tarixi,  rəngarəngliyi  ilə  bu  sistemdəki 
qarşılıqlı təsir prosesindən kənarda  deyildir. Bu  mədəniyyət çoxəsrlik, ziddiyyətli 
inkişaf  prosesinin  məhsuludur  və  ona  bəsit  yanaşmaq  elmi  araşdırmalarda 
birtərəfliliyə  gətirib  çıxara  bilər.  Milli  mədəniyyəti  qapalı  sistem  kimi  öyrənmək 
meyli  düzgün  elmi  nəticələr  çıxarmağa  imkan  vermir.  Dinamik  və  ziddiyyətli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə