Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   9   10   11   12   13   14   15   16   ...   138

29 
 
İsmayılın fəaliyyəti, dövrün ictimai-siyasi çəkişmələri təsvir edilir. Əsərin adı şərti 
səciyyə daşıyır.
84
 Şah I İsmayılın əcdadları haqqında məlumat əsərin giriş hissəsini 
təşkil  edir.  Əsərdəki  məlumatlar  ictimai,  siyasi,  dini  amillərin  mədəniyyətin 
inkişafına təsirini öyrənmək baxımından maraqlıdır. 
Xondəmir  (Xandəmir)  Qiyasəddin  ibn  Hümaməddin  əl-Hüseyni  (1475, 
Herat-1535,  başqa  məlumata  görə  1536/37)  İran  (fars)  tarixçisidir.  O,  öncə 
Teymurilərin,  1507-ci  ildən  Səfəvilərin  və  1528-ci  ildən  isə  böyük  Moğol 
hökmdarlarının saray tarixçisi kimi fəaliyyət göstərmişdir. Bu cəhət onun ictimai-
siyasi,  tarixi  görüşlərinin  genişliyinə  səbəb  olmuşdur.  Tarixçinin  3  cilddən  ibarət 
olan  “Həbib  əs-siyər  fi  əxbar  əfrad  əl-bəşər”  (“Görkəmli  adamlar  haqqında 
xəbərləri  təsvir  edən  dost”)  əsərində  İranın  və  qonşu  ölkələrin  ən  qədim 
dövrlərindən  1524-cü  ilədək  olan  tarixi  təsvir  olunur.
85
  Əsər  1520-1524-cü  illər 
arasında yazılmışdır. “Kitabda nəzəri cəlb edən ən maraqlı məsələlərdən biri dinin 
iki məzhəbinə-şiəliyə və sünniliyə xidmət edən və bir-biriləri ilə daim müxalifətdə 
olan  Osmanlı-Səfəvi  dini-ideoloji  mübarizəsinin  əks  etdirilməsidir”.
86
  “Dəstur  əl-
vüzəra” (“Vəzirlərə göstəriş”) və “Hümayunnamə” əsərləri də onun hadisələrə fəal 
münasibətini  əks  etdirir.  Xondəmirin  əsərlərində  Azərbaycanın  mədəni  inkişafına 
dair  məlumatlar  epizodik  səciyyə  daşıyır.  Onun  Səfəvilər  dövlətinin  banisi  Şah  I 
İsmayıl Xətainin fərdi xüsusiyyətlərinə dair verdiyi məlumatlar daha maraqlıdır.
87
 
XVII  əsrin  saray  tarixçiləri  olmuş  Məhəmməd  Tahir  Vəhidin 
(“Abbasnamə”  əsəri),  Vəliqulubəy  Hacı  Davudqulu  oğlunun,  Məhəmməd  Yusif 
Qəzvininin.  Şeyx  Hüseyn  ibn  Şeyx  Abdal  Zahidinin  fars  dilində  yazdıqları 
əsərlərdə
88
  dövrün  hərbi-siyasi  çəkişmələrinə  daha  çox  fikir  verilmişdir.  Bu 
əsərlərdən XVII əsrdə mədəniyyətin əlverişli olmayan siyasi şəraitdə inkişaf etdiyi 
bəlli olur. XVI-XVII əsrlərin fərman və sənədlərində
89
 Azərbaycan mədəniyyətinin 
inkişafına dair məlumatlar çox cüzidir. Bu fərman və sənədlərin bəzilərində dinin, 
dini idarələrin rolu barədə məlumatlar vardır. 
XVIII  əsrdə  yaşamış  alban  katolikosu  Yesayi  Həsən-Cəlalyanın  “Alban 
ölkəsinin  qısa  tarixi”  əsərində  1702-1722-ci  illərin  tarixi  fakt  və  hadisələri  öz 
əksini  tapmışdır.
90
  Əsərdə  başlıca  diqqət  dövrün  siyasi,  hərbi  hadisələrinin 
təsvirinə  yönəldilmişdir.  Əsər  müəllifi  XIII  əsrdə  Qarabağın  Aşağı  Xaçın 
ərazisində hakim olmuş Həsən Cəlalın nəslindən idi. Həsən Cəlalın soykökü isə öz 
növbəsində  Mehranilər  sülaləsindən  olan  böyük  alban  knyazları  nəslinə  bağlı 
olmuşdur.  Həsən  Cəlal  nəslindən  olan  hökmdarlar  uzun  müddət  ərzində  ənənəvi 
olaraq Albaniyanın katolikosu vəzifəsini də icra etmişlər. 1240-cı ildə Xaçınçayın 
sol  sahilində,  sıldırım  dağın  geniş  ərazisində  Həsən  Cəlalın  tikdirdiyi  Qanzasar 
monastrı  əsrlərlə  erməni  kilsəsinin  təzyiqinə  məruz  qalan  alban  mədəniyyətinin 
sığındığı obyektə çevrilmişdi. Monqollar tərəfindən 1261-ci ildə öldürülmüş Həsən 
Cəlal  bu  monastırda  dəfn  olunmuşdur.  1511-ci  ildən  etibarən  Qanzasar  monastrı 
alban katolikoslarının iqamətgahına çevrilmişdi. Katolikos Yesayi Həsən-Cəlalyan 
alban patriarx taxtına 1702-ci ildə seçilmiş, bu vəzifəsini vəfatınadək (1728-ci ildə) 


30 
 
yerinə yetirmişdir. Bu şəxs XVIII əsrin əvvəllərindən Cənubi Qafqazı işğal etməyə 
can  atan  Rusiyaya  meyilli  idi.  O,  tənəzzül  prosesi  keçirən  Səfəvilər  dövlətinin 
təsirindən  qurtulmağa  can  atan  siyasi  qüvvələrin  Qarabağ  ərazisindəki  çıxışlarına 
istiqamət  vermiş  din  xadimlərindən  olmuşdur.  Alban  müəllifinin  bu  əsəri  də 
erməni  saxtakarlığının  təsirinə  məruz  qalmışdır.  Əsasən  dövrün  dini,  siyasi 
səciyyəli  hadisələrinə  fikir  vermiş  Yesayi  Həsən-Cəlalyanın  mülahizələrində 
diqqəti  cəlb  edən  mühüm  cəhət  tarixi  gerçəkliklərə  xristian  baxışıdır.  “Alban 
ölkəsinin qısa tarixi” tariximizin XVIII əsrlə bağlı olan dövrünün öyrənilməsi üçün 
dəyərli mənbələrdən biridir. 
Əslən  Tiflisdən  olan,  uşaq  ikən  xarici  dilləri  öyrənmək  məqsədilə 
Fransaya  getmiş  (aparılmış),  müəyyən  müddətdən  sonra  İrana  yollanmış,  Fransa 
səfiri de Gardanın tərcüməçisi olmuş, 8 il İranda yaşamış Jozef Tiflisinin “Vaqiati-
Mir  Veys  və  Şah  Hüseyn”  əsəri  Azərbaycan  tarixinin,  Səfəvilər  dövlətinin 
tənəzzülü  və  süqutu  dövrünün  öyrənilməsi  üçün  mühüm  mənbələrdəndir.
91
  Bu 
əsərin “ən yüksək məziyyəti onun Səfəvilər dövlətinin süqutu ərəfəsində baş verən 
Əfqanıstan-İran  siyasi  münasibətlərinin,  bu  iki  ölkə  ilə  bağlı  olan  ictimai-iqtisadi 
məsələlərin,  həmçinin  ayrı-ayrı  şəhərlər  və  müxtəlif  xalqlar  barədə  qiymətli 
məlumatlar  baxımından  ilkin  mənbə  olmasındadır.  Müəllif  əsasən,  gördüyü 
hadisələri qələmə almış, müşahidə etdiyi məsələləri əks etdirmişdir”.
92  
Polyak səyyahı Yan Tadeuş Kruşinskinin (1675-1756) “Xristian səyyahın 
tarixi”  əsəri  XVIII  əsrin  I  yarısında  İranda  və  Azərbaycanda  baş  vermiş  bir  sıra 
tarixi  hadisələri  əks  etdirir.
93 
Əsər  müəllifi  1708-1726-cı  illərdə  Səfəvilər 
dövlətinin  paytaxtı  İsfahanda  yaşamış,  fəaliyyət  göstərmişdir.  Güman  olunur  ki, 
“Tarixi-səyyahi Məsihi” (“Xristian səyyahın tarixi”) əsərin əsl adı deyildir və şərti 
olaraq bu cür adlandırılmışdır.
94
 Bu əsər fars dilinə “Bəsirətnamə” və “İbrətnamə” 
adları  ilə  tərcümə  olunmuşdur.
95
  “Bu  tarixi  əsərin  az  vaxt  ərzində  dünyada  belə 
sürətlə  yayılmasının  səbəbini  mənbədəki  hadisələrin  bilavasitə  onları  müşahidə 
edən  şəxs  tərəfindən  təsvir  olunmasında,  müəllifin  tarixi  həqiqətləri  obyektiv 
şəkildə  əks  etdirməsində  görmək  lazımdır”.
96
  Müəllif  həmin  əsəri  1726-cı  ildən 
sonra qələmə almışdır. “Tarixi səyyahi-Məsihi” əsəri həcmcə kiçikdir, lakin orada 
əks  olunan  tarixi  hadisələrin  dəyəri  olduqca  böyükdür”
.97
  Əsərdə  Təbriz,  Şəki, 
Şamaxı,  Niyazabad,  Gəncə  və  başqa  Azərbaycan  şəhərləri  haqqında  məlumatlar 
vardır. Müəllif müşahidələrinin nəticəsi olan bu əsərdə Səfəvilər dövlətinin süqutu, 
İsfahanın əfqanlar tərəfindən işğal olunması və bölgə ərazisində müəyyən müddət 
ərzində  əfqan  intizamının  bərqərar  olunması  müfəssəl  şəkildə  təsvir  olunur. 
“Tarixi-səyyahi-Məsihi” əsərinin misilsiz dəyəri vardır”.
98
 
Təqribən  XVIII  əsrin  II  yarısından  etibarən  Azərbaycanın  siyasi 
pərakəndəlik  dövrünü  yaşaması  dövrün  tarix  elmində  (salnaməçiliyində)  də 
bölgəçilik prinsipinin qərarlaşmasını şərtləndirmişdi. Həmin dövrün salnaməçiləri, 
tarixçiləri  baş  verən  müxtəlif  səciyyəli  hadisələrə,  mədəni  mühit  məsələlərinə 
məhdud bölgə  nöqteyi-nəzərindən yanaşırdılar. Bu dövrdə  salnaməçilik, tarixçilik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə