Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   8   9   10   11   12   13   14   15   ...   138

27 
 
gəlib  çatmışdır.  Əsərdə  Azərbaycanın  siyasi,  iqtisadi,  ictimai  tarixinə,  mədəni 
həyatına dair məlumatlar vardır. Müəllif Şərq tarix elminin ənənəsinə sadiq qalaraq 
əsərini  Səfəvilər    xanədanının  geneologiyası  (nəsəb  şəcərəsi)  ilə  başlayır.  Qazi 
Əhməd Qumi sülalənin banisi Şeyx Səfiəddinin həyat və fəaliyyətini ətraflı şəkildə 
təsvir  etdikdən  sonra  onun  varisləri  barəsində  qısa  qeydlər  vermişdir.  Əsərdə 
hadisələr xronoloji ardıcıllıqla təsvir olunmuşdur. Qazi Əhməd Qumi bildirir ki, o 
“Xülasət  ət-təvarix”  əsərini  Şah  II  İsmayılın  təklifilə  yazmış  və  şahın  istəyinə 
uyğun  olaraq  əsərini  Əbdürrəzzaq  Səmərqəndinin  (1413-1482)  “Mətlə  əs-
sədeyn...”  üslubunda  tərtib  etmişdir.
72
  Qazi  Əhməd  Səfəvilər  sarayındakı 
çəkişmələr,  fitnə-fəsadlar  nəticəsində  XVI  əsrin  sonlarına  doğru  artıq  saraydan 
uzaqlaşdırılmış,  Şah  I  Abbasın  “gözündən  düşmüş”,  şahın  “xoşlamadığı” 
şəxslərdən birinə çevrilmişdi. O, dövrün tanınmış tarixçisi, xəttatı olmuş İsgəndər 
bəy Münşinin müəllimi idi. “Onun yazdığı əsərlərdən məlum olur ki, Qazi Əhməd 
Azərbaycana  xüsusi  rəğbət  bəsləmiş  və  Azərbaycan  (türk)  dilini  mükəmməl 
bilmişdir”.
73 
Farsca yazılmış “Xülasət ət-təvarix”də xeyli  Azərbaycan sözü, atalar 
sözləri, türk dilində bir neçə şeir və məktub vardır. Qazi Əhməd həm “Xülasət ət-
təvarix”,  həm  də  “Gülüstani-hünər”  əsərində  azərbaycanlı  alimlər,  şairlər, 
rəssamlar,  xəttatlar  haqqında  böyük  həvəslə,  ətraflı  surətdə  məlumat  verir.  Qazi 
Əhməd Qumi Azərbaycanda baş vermiş hadisələrə xüsusi yer ayırır. Onun Sultan 
Məhəmməd,  Mirzə  Əli,  Mir  Seyid  Əli,  Sadiqbəy  Əfşar,  Mir  Əli  Təbrizi,  Cəfər 
Təbrizi,  Əli  Rza  Təbrizi  haqqındakı  məlumatları,  xüsusilə  diqqətəlayiqdir.  Qazi 
Əhmədin  1597-ci  ildə  tamamladığı  “Gülüstani-hünər”  əsərində  Azərbaycan 
mədəniyyət  faktları  daha  çox  xatırlanır.  Müəllifin  ilk  əsəri  olmuş  “Məcmə  əş-
şüəra” 6 cilddən  ibarət  idi.  Qazi Əhmədin  “Xülasət ət-təvarix”də  yazdığına görə, 
həmin  traktatın  əlyazması  hələlik  tapılmamışdır.  Burada  “Azərbaycanın,  İran  və 
Ərəbistanın  alim  və  şairlərinin  həyatı  haqqında  məlumat  verilir”.
74
  Qazi  Əhməd 
Qumi “Gülüstani-hünər” əsərini yazarkən özündən öncə yaşamış XVI əsr tarixçisi 
Mustafa  Alinin  “Mənaqibi-hünərvəran”  (“İstedadlıların  ləyaqəti”)  adlı  əsərinin 
quruluşundan istifadə etmişdir. “Gülüstani-hünər”də Qum, Herat, Qəzvin və Təbriz 
şəhərlərindəki  memarlıq  obyektləri  haqqında  da  məlumatlar  verilir.  “Burada 
Təbrizdəki Dəməşq mədrəsəsi, Süleymaniyyə məscidi, Çahar minar, Müzəffəriyyə, 
Mir Məftülbənd binası, Mir  Sabit məqbərəsi, Cahanşah binası, Nəsriyyə mədrəsəsi 
haqqında  bəhs  edilir”.
75
  Əsərdə  1555-ci  ildən  etibarən    Səfəvilər  dövlətinin 
paytaxtına çevrilmiş Qəzvin şəhəri haqqında geniş məlumat vardır. Əsərdən məlum 
olur ki, Şah I Təhmasib Çehel sütun eyvanını şəxsən öz əli ilə işləyib bəzəmişdir.
76
 
Beləliklə,  Qazi  Əhməd  Quminin  “Xülasət  ət-təvarix”  və  “Gülüstani-hünər” 
əsərlərində Azərbaycanın XVI əsr mədəniyyətinə dairr zəngin materiallar vardır. 
Şərəfxan  ibn  Şəmsəddin  Bidlisi  (1543-cü  ildə  anadan  olmuşdur,  vəfatı 
tarixi  bəlli  deyildir)  fars  dilində  “Şərəfnamə”  əsərinin  müəllifi  kimi  tanınmışdır. 
Mənşəcə kürd olmuş bu şəxs ana tərəfdən Səfəvi sülaləsi ilə qohum idi və müxtəlif 
vaxtlarda  Şirvan  və  Naxçıvan  hakimi  vəzifəsini  icra  etmişdir.  Sonralar  Şərəfxan 


28 
 
Osmanlı  sultanı  III  Muradın  tərəfinə  keçmişdir.
77
  O,  əsərində  Osmanlı-Səfəvi 
müharibələrinə geniş yer vermişdir. Əsərdə Azərbaycanın XIV-XVI əsrlər tarixinə 
də  aid olan  mühüm  məlumatlar vardır. Osmanlı sultanı III Muradın  Azərbaycana 
təşkil  etdiyi  hərbi  yürüşlərdə  iştirak  etmiş  Şərəfxan  Bidlisinin  əsərində  Osmanlı 
məlumat  mənbələrinin  təsiri,  müəllifin  Səfəvi  dövlətinə  mənfi  münasibəti  nəzərə 
çarpıq.
78
  “Şərəfnamə”  Azərbaycan  mədəniyyətinin  inkişaf  etdiyi  siyasi  şəraiti 
öyrənmək baxımından dəyərli mənbədir. 
Mahmud  bin  Hidayətullah  Nətənzi  (1531/32-ci  ildə  anadan  olmuşdur) 
nəzərdən  keçirilən  dövr  haqqında  məlumatlar  verən  müəlliflərdən  biridir.  Ruhani 
ailəsində  anadan  olmuş  Mahmud  Nətənzi  gənc  ikən  tarixə  və  İlahiyyata  dair 
kitablar oxumağa, şeirlər yazmağa mail idi. Onun ailəsi Heratın Səfəvi hakimi, şah 
I  Təhmasibin  qardaşı  Bəhram  Mirzə  tərəfindən  himayə  olunmuşdu.  Mahmud 
Nətənzi  “Nəqavət  əl-asar  fi  zikr  əl-əxyar”  (və  ya  “əxbar”)  (“Ruhani  şəxslər 
haqqında  hekayətlərdən  ən  yaxşısı”)  adlı  əsərini  1590-1599-cu  illər  ərzində 
yazmışdır.
79
  2  cilddən  ibarət  olan  əsərin  I  cildində  1576-1587-ci  illərin  mühüm 
hadisələri öz əksini tapmışdır. II cilddə isə şah I Abbasın hakimiyyətinin ilk 11 ili 
ətraflı şəkildə işıqlandırılmışdır. Şah I Abbasın taxta çıxmasına qədərki dövrün bir 
çox  hadisələri  Mahmud  Nətənzidən  əvvəlki  salnaməçilər  tərəfindən  ya 
xatırlanmamış,  ya da  həmin  hadisələr    ətraflı  şəkildə  təsvir olunmamışdır. əsasən 
şəxsi  müşahidələrinə  istinadlanmış  Mahmud  Nətənzi  dövrünün  siyasi  fakt  və 
hadisələrinə  xüsusi  fikir  vermişdir.  Müəllifin  nəinki  hadisələri,  habelə  həmin 
hadisələri  doğurmuş  səbəbləri  şərh  etməyə  meyli  əsərin  nəzərəçarpan 
cəhətlərindəndir.
80
 
XVI-XVII  əsrlərin  Azərbaycan  mədəniyyətinin  mühüm  faktları  barədə 
dəyərli  məlumatlar  verən  digər  müəllif  İsgəndər  bəy  Münşidir.  Bu  Azərbaycan 
tarixçisi də əsərlərini farsca yazmışdır. O, 1560-1634-cü illər ərzində yaşamış saray 
tarixçisi,  şair  və  xəttat  olmuşdur.
81
  İsgəndər  bəy  Münşi  (Türkman)  “Tarixe-
aləmaraye  –  Abbasi”  (“Aləmi  bəzəyən  Abbasın  tarixi”)  əsərini  təqribən  1630-cu 
ildə  tamamlamışdır.  Əsər  müqəddimədən,  girişdən  və  iki  cilddən  ibarətdir.
82
 
Dövrün  başlıca  hadisələri  onun  əsərində  öz  əksini  tapmışdır.  Məhəmməd 
Xudabəndənin (1578-1587) və  Şah I  Abbasın (1587-1629) dövründə  divan katibi 
kimi  yüksək  vəzifədə  olmuş  İsgəndər  bəy  Münşi  (Türkman)  Səfəvi  dövlətinin 
maliyyə  işləri  ilə  də  məşğul  idi.  O,  bir  sıra  hərbi  yürüşlərdə  və  səfərlərdə  iştirak 
etmiş, minlərlə azərbaycanlı rəssamın, şairin, xəttatın və sənətkarların zorla İranın 
vilayətlərinə  köçürülməsinin  şahidi  olmuşdur.  İsgəndər  bəy  Münşi  “Tarixe- 
aləmaraye  –  Abbasi”  əsərində  Səfəvilər  dövründə  Azərbaycan  (türk)  dilinin  rolu 
haqqında  da  məlumatlar  vermişdir.  Həmin  müəllifin  “Zeyle-tarixe-aləmaraye-
Abbasi” (“Aləmi bəzəyən Abbasın tarixinin davamı”) adlı digər, yarımçıq qalmış 
əsəri də vardır.
83
 Əsərdə Şah I Səfinin hakimiyyətinin ilk 5 ili də təsvir olunur. 
XVI əsrdə naməlum müəllif tərəfindən fars dilində yazılmış digər mənbə 
“Tarixe-Şah-İsmaile-Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) əsəridir. Əsərdə Şah I 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə