Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   6   7   8   9   10   11   12   13   ...   138

23 
 
tək-tək  vilayətlərin,  o  cümlədən  Azərbaycanın  tarixindən  ayrılıqda  bəhs  etmir. 
Lakin bir sıra mənbələrdə  Azərbaycana xüsusi diqqət yetirilmiş, burada baş vermiş 
hadisələrin  təsvirinə  geniş  yer  verilmişdir.  Bu,  bir  tərəfdən  Azərbaycanın 
Hülakülər dövlətinin  mərkəzi vilayəti  və  Təbrizin paytaxt  şəhəri olmasından irəli 
gəlmişdisə, digər tərəfdən əsərin müəllifinin özünün Azərbaycana bəslədiyi səmimi 
münasibətdən doğmuşdur... Bu cəhətdən  Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi 
əl-Əhərinin “Tarixe Şeyx Üveys” əsəri müstəsna əhəmiyyət kəsb edir”.
51
 
Gəncəli  Kirakos  (Kirakos  Qandzaketsi)  təqribən  1200/01-1271/72-ci 
illərdə  yaşamış,  tarixçi  olmuşdur.  O,  erməni  dilində  yazılmış  “Tarix”  əsərinin 
müəllifidir.
52
  Əsərdə  IV  əsrin  əvvəllərindən  1265-ci  ilədək  baş  vermiş  tarixi 
hadisələr  öz  əksini  tapmışdır.  Həmin  əsərdə  Xarəzmşah  Cəlaləddinin  və 
monqolların  Cənubi  Qafqaza.  Azərbaycana  hücumları,  bu  hücumların  nəticələri 
haqqında  dəyərli  məlumatlar  vardır.  Müəllif  Qafqaz  Albaniyasına  xüsusi  fəsil 
ayırmışdır.  Qeyd  etmək  lazımdır  ki,  əsrlər  boyu  dövləti  olmayan  ermənilərin  bir 
çox  (siyasi,  mədəni  və  s.)  ehtiyaclarını  erməni  Qriqoryan  kilsəsi  yerinə  yetirmiş, 
tarix  elmini  daimi  nəzarət  altında  saxlamış,  çoxəsrlik  saxtakarlıq  ənənələrinin 
qorunmasına  can  atmışdır.  Kirakosun  bu  əsərində  də  həmin  təsir  hiss 
olunmaqdadır. 
Nizaməddin  Şami  (Şənbi,  Şənbi-Qazani)  Təbrizdə  anadan  olmuşdu, 
doğulduğu  yerin    adı  ilə  “Şami”  nisbəsi  daşıyırdı.  O,  1392-ci  ilədək  Bağdadda 
yaşamış, Əmir Teymur bu  şəhəri tutduqdan sonra  yeni fatehin  sarayında  xidmətə 
başlamışdı.  O, hərbi səfərlərdə  Əmir Teymuru  müşayiət etmişdir. 1401/02-ci  ildə 
o,  Əmir  teymurun  göstərişilə  fars  dilində  yeni  dövlətin  tarixini  yazmağa  başladı. 
Nizaməddin  Şaminin  əsəri  “Tarixe-fütuhate-Əmir  Teymur  Gurqan”,  yaxud 
“Zəfərnamə”  adlanır.
53
  1404-cü  ilədək  baş  vermiş  tarixi  hadisələri  əks  etdirən  bu 
əsərdə  Əmir  Teymurun  yaratdığı  yeni  dövlət,  İran,  Azərbaycan  və  bir  sıra  qonşu 
ölkələrin  iqtisadi,  siyasi  tarixinə  dair  dəyərli  məlumatlar  toplanmışdır.  “Əmir 
Teymurun  hərb  və  zəfərlər  tarixçəsini  əks  etdirən”
54
  bu  kitab  Azərbaycanın  XV 
əsrin əvvəlindəki vəziyyətini öyrənmək üçün çox əhəmiyyətlidir. 
Tacəddin əs-Səlmaninin “Tarixnamə” (şərti adıdır) əsərində 1405-1409-cu 
illərin tarixi hadisələri təsvir olunur. “Tarixnamə”də həmin dövrdə Orta (Mərkəzi) 
Asiyada, İranda və Azərbaycanda baş vermiş hadisələr öz əksini tapmışdır. Müəllif 
şərh olunan  tarixi hadisələrin şahidi olduğuna  görə  bu əsər tədqiq olunan dövrün 
müstəqil  və  qiymətli  mənbələrindəndir.  Bütün  hökmdarlar  kimi  Əmir  Teymur  və 
onun  xələfləri  də  özlərinin  hökmdarlıq  və  sərkərdəlik  fəaliyyətlərinin  tarixi 
salnamələrdə əks etdirilməsi qayğısına qalırdılar. Teymurun varisi Şahrux bir çox 
istedadlı  tarixçiləri  Herata  cəlb  etmiş,  onların  fəaliyyəti  üçün  əlverişli  şərait 
yaratmışdı.  Hafiz  Əbru  (1430-cu  ildə  vəfat  etmişdir)  və  Tacəddin  əs-Səlmani 
həmin  tarixçi-salnaməçilərin  arasında  xüsusilə  fərqlənənləri  olmuşdur.  Tacəddin 
əs-Səlmani  1409-cu  ildə  Teymurilər  sarayında  baş  vermiş  çevriliş  cəhdində 
iştirakına  görə  bir  dəstə  şəxslə  birgə  həbs  olunmuş,  ağır  cəzaya  məhkum 


24 
 
edilmişdi.
55 
“Tarixnamə”  əsəri  müəllifi  həbs  olunduğu,  cəzalandırıldığı  üçün 
yarımçıq qalmışdır. Teymuri  hökmdarının  Azərbaycanı işğal  etmək, onu öz  təsiri 
dairəsində saxlamaq cəhdləri Tacəddin əs-Səlmaninin əsərində aşkar şəkildə təsdiq 
olunur.  Müəllif  əsas  diqqətini  dövrün  hərbi-siyasi  fakt  və  hadisələrinə 
yönəltmişdir. 
Şərəfəddin Yəzdi XV əsrin İran tarixçisi olmuşdur. O, Teymuri hökmdarı 
Şahruxun (1405-1447) sarayında  yaşamışdır. Şahrux dünyasını dəyişdikdən sonra 
bu tarixçi bir müddət Yəzddə  yaşamış və 1454-cü ildə oradaca vəfat etmişdir. O, 
əsərlərini  fars  dilində  yazmışdır.  Onun  1424/25-ci  ildə  bitirdiyi  əsər  müxtəlif 
adlarla  tanınır:  “Zəfərnamə”,  “Zəfərnameyi-Teymuri”,  “Fəthnameyi-Sahibqrani”, 
“Tarixe-cahanguşaye-Teymuri”.  3  “məqalə”dən  ibarət  olacaq  (müəllifin  fikrinə 
görə)  bu  əsərin  yalnız  1  “məqalə”si  (Əmir  Teymura  həsr  olunmuş  qismi) 
araşdırıcıların  ixtiyarındadır  (güman  olunur  ki,  əsərin  sonrakı  2  “məqalə”si  ya 
yazılmamış,  ya  da  bizədək  gəlib  çatmamışdır).  Mötərizədə  olan  “fikrin  birinci 
hissəsi  ilə  razılaşmaq  olar”.
56
  Beləliklə,  Şahruxa  xidmət  etmiş  tarixçi  “öz 
hökmdarının”  və  bu  hökmdarın  oğlunun  “qələbələrini”  qələmə  almaq  imknı 
tapmamışdır.  Müəllif  dövrün  hərbi-siyasi  çəkişmələrinə  daha  çox  fikir  vermiş, 
Əlincə  qalasının  14  illik  mühasirəsinə,  Sultan  Əhməd  Cəlairiyə  və  Qara  Yusifə 
diqqət yetirmişdir. Əsərin Azərbaycana aid olan hissələri bunlarla məhdudlaşır. 
Əbdürrəzzaq  Səmərqəndi  (1413,  Herat-1482,  orada)  uzun  müddət 
Teymurilərin  sarayında  (Səmərqənddə)  xidmət  etmişdir.  1463-cü  ildən  isə  o, 
Sultan  Şahruxun  Heratdakı  xanəgahının  şeyxi  olmuşdur.  O,  fars  dilində  yazdığı 
“Mətlə  əs-sədeyn  və  məcmə  əl-bəhreyn”  (“İki  xoşbəxt  ulduzun  doğulması  və  iki 
dənizin  qovuşması”)  əsərində
57
  1304-1470-ci  illərin  hadisələrini  əks  etdirmişdir. 
əsərin II cildində Çobanilər, Cəlairilər, Qaraqoyunlular, Şirvanşahlar, Teymurilərin 
Azərbaycana  yürüşləri,  onların  Şirvanşahlarla  münasibətləri,  Azərbaycanda  baş 
vermiş üsyanlar haqqında məlumatlar vardır. 
Əbubəkr  ət-Tihrani  əl-İsfahani  XV  əsrin  İran  tarixçisi  idi.  O,  öncə 
Teymuri  Şahruxa,  1452-ci  ildən  sonra  Qaraqoyunlulara  xidmət  etmiş,  hərbi 
yürüşlərdə iştirak etmiş, Cahanşahın ölümündən sonra Qəzvində yaşamış, 1469-cu 
ildə  Uzun  Həsənin  dəvətilə  Ərdəbildə  onun  xidmətinə  keçmiş,  onun  yaxın 
şəxslərindən  birinə  çevrilmişdi.  Bu  şəxs  bir  müddət  Ağqoyunlu  hökmdarı  uzun 
Həsənin  sarayında  münşi (katib) olmuş və onun  sifarişilə  “Kitabi-Diyarbəkriyyə” 
əsərini  yazmışdır.  Əsərdə  Uzun  Həsənin  hakimiyyəti  illəri,  Qaraqoyunlular  və 
Teymurilər  barədə  məlumat  verilir.  Bu  əsər  Azərbaycan  tarixini  öyrənmək  üçün 
mühüm mənbədir. 
Fəzlullah  ibn  Ruzbihan  Xuncinin  (yaxud  Xunəcinin)  vəfatı  tarixi  dəqiq 
bəlli  deyildir.  O,  İsfahanda  anadan  olmuş,  gənc  ikən  Hicaza  getmiş,  Məkkə  və 
Mədinədə təhsil almış, 1487-ci ildə Təbrizə (Ağqoyunlu Sultan Yaqubun sarayına) 
gəlmiş  və  Ağqoyunlu  dövlətinin  tarixini  yazmağa  başlamışdı.  I  İsmayılın 
hakimiyyətə gəlməsindən sonra o, Kaşanda 3 il yaşamış, ölkədən qaçaraq Şeybani 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə