Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   2   3   4   5   6   7   8   9   ...   138

15 
 
bağlılığını təmin edir. Bu baxımdan “Albaniya tarixi” əsərinin Azərbaycan tarixinə 
dair qaynaqlar sırasında müstəsna mövqeyi vardır. 
Gəncədə  anadan  olmuş,  ilk  təhsilini  bu  şəhərdə  almış,  sonralar  təhsilini 
Kilikiyada  davam  etdirmiş
5
  Mxitar  Qoşun  (təqribən  1120,  başqa  məlumata  görə, 
1130-1213)  “Alban  salnaməsi”  əsəri  Azərbaycanın  Səlcuqilər  dövrü  tarixinin 
öyrənilməsinə  yardım  edən  mühüm  qaynaqlardan  biridir.  Yarımçıq  qalmış  bu 
əsərdə 1130-1162-ci illərdə baş vermiş hadisələrdən bəhs olunur. Alban katolikosu 
Stepanos  (1155  –  1195)  ilə  münasibətləri  pozulduğuna  görə  Mxitar  Qoş  1184-cü 
ildə  Gəncəni  tərk  etmiş,  Xaçında  əsasını  qoyduğu  Nor  Getik  monastrında  rahib 
həyat  tərzi  keçirmiş  və  oradaca  vəfat  etmişdir.  O,  “Təmsillər”,  hüquqi  məcəllə 
(Mxitar  Qoş  Qanunnaməsi)  və  s.  kimi  onlarla  əsərin  müəllifidir.  Sultan  Səncərin 
hakimiyyəti dövründə Arranın paytaxtı olmuş Gəncə Səlcuqilərin İraq sultanlığının 
tabeliyində  idi.  “Alban  salnaməsi”  məhz  bu tarixi dövrün  hadisələrini əks etdirir. 
Bir  çox  alban  yazılı  abidələri  kimi  bu  əsər  də  erməni  saxtakarlıqlarının  güclü 
təsirinə  məruz  qalmış,  erməni  dilinə  tərcümə  edilmiş,  əsərin  əsli  məhv  edilmiş, 
salnamə  “erməni  mədəni  faktı”  kimi  təqdim  olunmuşdur.  Mxitar  Qoşun  1139-cu 
ildə  Gəncədə  baş  vermiş  güclü  zəlzələ  haqqındakı  məlumatları  bir  anda  itirilmiş 
mədəni potensial haqqında  müəyyən təsəvvür yaradır:  “Zəlzələdən paytaxt Gəncə 
şəhəri  də  əhalisi  ilə  birlikdə  cəhənnəmə  vasil  oldu.  Dağlıq  mahallarda  bir  çox 
qalalar və  kəndlər əhalinin başına  uçulub tökülən  monastırlar və  kilsələrlə  (alban 
monastır və kilsələri ilə - X. Q.) birlikdə dağıldı. Viran olmuş binalar və qalaların 
altında  saysız-hesabsız  adam  tələf oldu...  Zəlzələnin baş  verdiyi elə  həmin gündə 
çar Davidin oğlu Gürcüstan çarı Demetre böyük bir qoşunla hərəkət edərək Arran 
vilayətinə  gəldi... Onlar sağ qalmış şəhər əhalisi üzərinə  amansızcasına  və  kobud 
surətdə  hücum  edərək  hamını  qılıncdan  keçirdilər,  ya  da  özlərinə  qul  etdilər. 
İşğalçılar...  qızıl  və  gümüş  xəzinələrini  qazıb  çıxararaq  özləri  ilə  apardılar. 
İşğalçılar  öz  basqınları  və  işgəncələri  ilə  (xalqa)  zəlzələdən  daha  çox  əzab 
verdilər”
6
.  “Salnamə”də  əsasən  dövrün  dini,  siyasi  fakt  və  hadisələrinə  diqqət 
yetirmiş müəllif təbii fəlakətlə birlikdə gürcü hökmdarlarının da Arranın, Gəncənin 
mədəni həyatına vurduqları ağır zərbələri nəzərdən qaçırmamışdır. 
Azərbaycanın  orta  çağlardakı  mədəni  təkamülü  prosesini  əks  etdirən 
mənbələr  arasında  ərəbdilli  müəlliflərin  əsərləri  mühüm  yer  tutur
7
.  Tarixçi,  fəqih 
və  ilahiyyatçı  Əbu  Cəfər Məhəmməd ibn  Cərir ət-Təbərinin (838-923) “Tarix ər-
rüsul və-l-müluk” (“Peyğəmbərlərin və padşahların tarixi”) əsərində başlıca diqqət 
əsasən  siyasi  tarix  məsələlərinə  yönəldilmişdir.  Çoxcildlik  bu  əsər  Yaxın  Şərq 
ölkələrinin  (eləcə  də  Azərbaycanın)  orta  çağlar  tarixinin  öyrənilməsində  mühüm 
mənbədir. Əsərdə ərəblərin Azərbaycanı işğal etməsi, Xürrəmilər, Babək hərəkatı 
(816-837),  Məzyədilər  sülaləsi  və  Sacilər  dövləti  haqqında  geniş  məlumatlar  da 
vardır  və  bu  məlumatlar  əsasında  Azərbaycan  mədəniyyətinin  inkişaf  şəraitinin 
öyrənilməsi  mümkündür.  Ərəb  xilafətinin  siyasi  həyatında  türklərin  rolu  və 
Azərbaycanda  onların  fəaliyyəti  haqqında  ət-Təbərinin  məlumatları  o  dövrdə 


16 
 
ölkədə  baş  vermiş  etnik  proseslər  barədə  müəyyən  təsəvvür  yaratması  ilə  də 
əhəmiyyətlidir.  Ət-Təbərinin  əsəri  ərəb  işğallarında  bilavasitə  iştirakçı  və  şahid 
olmuş  şəxslərin  məlumatlarına  əsaslandığı  üçün  ərəb  qaynaqları  arasında  ən 
mötəbəri  kimi  qiymətləndirilir
8
.  Ət-Təbərinin  əsərində  915-ci  ilədək  baş  vermiş 
tarixi hadisələr (əsasən hərbi-siyasi qarşıdurmalar) öz əksini tapmışdır. 
828/829-cu  ildə  dünyasını  dəyişmiş  Əbu  Məhəmməd  Əbdülməlik  ibn 
Hişamın  “Kitabül-tican  fi  müluk  himyər”  (“Himyər  hokmdarları  haqqında  taclar 
kitabı”) adlı əsərində beşinci ərəb xəlifəsi, Xilafətdə Əməvilər sülaləsinin banisi I 
Müaviyə  (661-680)  ilə  çağdaş  olmuş  Übeyd  ibn  Şəriyyə  əl-Curmuhi  barədə 
maraqlı  yazı  verilmişdir.  Əbu  Məhəmməd  ibn  Hişamın  kitabı  əslində  əl-
Curhuminin I Müaviyə ilə söhbətlərinin inikasıdır. Əsərin fəsillərindən biri “Übeyd 
ibn  Şəriyyə  əl  Curmuhinin  əxbarı”  (“Xəbərləri”)  adlanır.  Bu  fəsildə  Azərbaycan 
tarixinə  aid olan parçanı ilk  dəfə  Z.M. Bünyadov çap etdirmiş, onu ərəb işğalına 
qədərki  Azərbaycan  və  onun  türkdilli  əhalisi  haqqında  mötəbər  bir  qaynaq  kimi 
qiymətləndirmiş,  “Azərbaycanın  XI  –  XII  əsrlərdə  türkləşdiyini”  iddia  edən 
araşdırıcıların qeyri-obyektiv mövqedə olduqlarını ilkin mənbə məlumatı ilə sübut 
etmişdir.
9
 
Əbülabbas  Əhməd  ibn  Yəhya  ibn  Cabir  əl-Bəlazurinin  “Kitab  fütuh  əl-
buldan” (“Ölkələrin fəthi kitabı”) tədqiq olunan dövrün Azərbaycan mədəniyyətinə 
dair  müəyyən  məlumat  verən  dəyərli  qaynaqlardan  biridir.  Təqribən  820-892-ci 
illərdə  yaşamış,  fars  mənşəli  əl-Bəlazuri  Abbasilər  sarayına  yaxın  olmuşdur. 
Əsərdə  ərəb  ordularının  Azərbaycana  hücumu,  ölkənin  işğal  olunması,  müxtəlif 
ərəb  qəbilələrinin  Azərbaycana  köçürülməsi,  inzibati  idarələrdə,  dəftərxanalarda 
ərəb  dilinin  işlənməsi,  ərəb  qrafikasının  tarixi  haqqında  müfəssəl  məlumatlar 
verilmişdir.  Ərəb  ordu  başçılarının  Azərbaycan  vilayət  və  şəhər  rəhbərləri  ilə 
bağladıqları  müqavilələr,  müxtəlif  Azərbaycan  şəhərləri  haqqında  məlumatlar  da 
vətən  tarixinin  bu  dövrünü  araşdıranlar  üçün  əhəmiyyətlidir.  Əl-Bəlazuri  ərəb 
qəbilələrinin  tədricən  Arranda  və  Azərbaycanda  məskunlaşmasına,  işğal  olunmuş 
ərazilərdə  onların  qalalar, qəsrlər,  müxtəlif  təyinatlı  binalar  yaratmasına,  xüsusilə 
diqqət yetirmişdir.
10
 
Əbu  Yusif  Yəqub  ibn  İbrahim  əl-Kufinin  (731-798)  “Kitab  əl-xərac” 
(“Xərac  haqqında  kitab”)  əsəri  mövzunun  ətraflı  surətdə  araşdırılmasına  yardım 
edən qaynaqlardan biridir. “Əbu Yusif” adı ilə məşhurlaşmış bu ərəb qanunşünası 
“Əl-Xərac” əsərini xəlifə Harun ər-Rəşidin (786-809) göstərişi ilə yazmışdır. Əbu 
Yusif  həmin  dövrdə  Bağdadın  qazısı  olmuşdur.  Əsərdə  xəlifə  üçün  mühüm  olan 
iqtisadi-maliyyə  məlumatları  verilmişdir.  “Kitab  əl-xərac”  elə  bir  mənbədir  ki, 
Xilafətin  VII-VIII  əsrlər  tarixini  tədqiq  edərkən  onsuz  keçinmək  olmaz”
11
.  Əl-
Kufinin  əsərindəki  məlumatlar  mədəniyyətin  inkişafının  iqtisadi-siyasi  mühitini 
anlamaq baxımından əhəmiyyətlidir. 
Əbu Məhəmməd ƏHməd ibn Əsəm əl-Kufinin (926-cı ildə vəfat etmişdir) 
“Kitab  əl-fütuh”  (“Fəthlər  kitabı”)  əsəri  Xilafətin,  eləcə  də  ərəb  işğalına  məruz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə