Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   2   3   4   5   6   7   8   9   ...   138

12 
 
araşdırmalar  təhlil  olunur,  orta  çağların  mədəni-tarixi  prosesləri  tədqiq  edilir. 
Mahiyyətcə,  bütün  bunlar  Azərbaycan  mədəniyyəti  tarixinə  aid  olan  qeyri-tarixçi 
araşdırmalarına əhəmiyyətli tarixçi əlavəsidir. 
-
 
Monoqrafiyada  çox  böyük  tarixi  dövrün  (III  –  XVIII  əsrlər)  Azərbaycan 
mədəniyyətinin  təkamülü  prosesi  başlıca  araşdırma  obyektinə  çevrilmişdir.  Məhz 
bu,  Azərbaycan  tarixinin  öyrənilməsi  prosesində  təqdim  olunan  tədqiqat  işinin 
əhəmiyyətini müəyyənləşdirir. 
-
 
Araşdırma  nəticəsində  əldə  olunmuş  nəticələrdən  tədqiqat  işində  göstərilmiş 
istiqamətlərdə  (mədəniyyət  nəzəriyyəsi  və  mədəniyyət  tarixi,  Azərbaycan 
mədəniyyətinin  inkişafının  ictimai-iqtisadi  və  siyasi  ilkin  şərtləri,  orta  çağların 
müxtəlif  yüzilliklərində  Azərbaycan  mədəniyyəti)  xüsusi  kursların  keçirilməsi, 
xalqın tarixinin tədrisi, təbliği zamanı istifadə oluna bilər. 
Monoqrafiya  işi  AMEA-nın  A.  Bakıxanov  adına  Tarix  İnstitutunun 
“Azərbaycanın orta əsrlər tarixi” şöbəsində yazılmış və müzakirə olunmuşdur. 
Əsərin yazılması və çapa hazırlanmasında AMEA-nın müxbir üzvü, tarix 
elmləri  doktoru,  professor  O.Ə.  Əfəndiyev  başda  olmaqla,  “Azərbaycanın  orta 
əsrlər tarixi” şöbəsinin əməkdaşlarının bir sıra qeyd və təklifləri nəzərə alınmışdır. 
Müəllif  onlara,  habelə  AMEA  A.A.  Bakıxanov  adına  Tarix  İnstitutunun 
rəhbərliyinə öz dərin minnətdarlığını bildirir. 
 
1
Дружинин  Н.  М.  Воспоминания  и  мысли  историка,  с.  5  –  bu  və  bundan 
sonrakı  tərcümələr  müəllifindir,  əsərlərin  nəşr  ili  və  həcmi  haqqında  məlumat 
“İstifadə olunmuş mənbə və ədəbiyyatın siyahısı”nda verilmişdir. 
2
Rəsulzadə M. Ə. Çağdaş Azərbaycan tarixi, s. 105. 
3
Yenə onun. Azərbaycan Cümhuriyyəti, s. 95. 
4
Bax: Гасымов  Х.  С. Культура  Азербайджана  в  XVI  -  XVII  вв.  Автореферат 
диссертации  на  соискание  ученой  степени  кандидата  исторических  наук. 
Баку, 1992, 23 с. 
5
Bax:  Yenə  onun.  Azərbaycan  mədəniyyəti  (XVI  –  XVII  əsrlər).  Bakı,  Nurlan, 
2002, 170 s. 
 
 
 
 
 
 
 
 
 
 
 


13 
 
I FƏSİL 
 
BAŞLICA MƏNBƏLƏRİN VƏ ELMİ ƏDƏBİYYATIN İCMALI, 
AZƏRBAYCANIN İSLAMAQƏDƏRKİ 
MƏDƏNİ TƏKAMÜL PROSESİNƏ ÜMUMİ 
BİR BAXIŞ 
 
 
§ 1. BAŞLICA MƏNBƏLƏR 
 
Azərbaycan  mədəniyyətinin  orta  çağlar  ərzindəki  təkamül  tarixinin 
araşdırılması prosesində dövrün yazılı ilkin qaynaqlarından istifadə olunması labüd 
və zəruridir. Tarixi prosesi əks etdirən və xalqın keçmişinin öyrənilməsi işini xeyli 
asanlaşdıran  tarixi  mənbələrə  dövrümüzə  qədər  gəlib  çatmış  maddi  mədəniyyət 
abidələri  və  yazılı  qaynaqlar  daxildir.  Müxtəlifliyi  və  zənginliyi  ilə  fərqlənən 
maddi  mədəniyyət  abidələri  arxeologiya  elminin  araşdırma  obyekti  olduğu  üçün 
onların  ətraflı  şəkildə  nəzərdən  keçirilməsini  zəruri  hesab  etmədik.  Təbiidir  ki, 
araşdırma  gedişində  maddi  mədəniyyət  abidələrinin elmi təhlilinin  nəticələri olan 
tədqiqat  əsərlərindən  kifayət  qədər  istifadə  olunmuşdur.  Buna  görə  də  başlıca 
diqqəti yazılı mənbələrə yönəltmək fikrindəyik. Nəzərdən keçirilən çoxəsrlik tarixi 
dövrün  yazılı  qaynaqlarının  əsas  kütləsi  ərəb  və  fars  dillərindədir.  Ərəb  və  fars 
dillərində  tərtib  olunmuş  həmin  əsərlərin  (əsasən  təsviri  səciyyə  daşıyan 
salnamələr, “ümumdünya” və regional miqyaslı tarixi hadisələri əks etdirən, tarixi 
dastanlar  və  s.)  xeyli  qismi  hələ  Azərbaycan  dilinə  tərcümə  olunmamışdır.  Bu 
mənbələrin  Azərbaycan  dilinə  tərcümə  olunması  işi  yalnız  son  10-15  il  ərzində 
sürətlənmişdir  və  bu  hal  daha  çox  Azərbaycanın  XX  yüzilliyin  sonlarına  doğru 
yenidən siyasi müstəqillik qazanması ilə bağlıdır. Orta çağlar ərzində ərəb və fars 
dillərində yazılmış əsərlərin bir qismi rus dilinə tərcümə olunmuşdur. Ərəb və fars 
dillərində  tərtib  olunmuş  orta  çağ  salnamə  və  əsərlərinin  müəllifləri  müasiri 
olduqları  dövrün  faktlarını,  hadisələrini  maddi  və  siyasi  cəhətdən  hakim  olmuş 
qüvvələrin  mənafeləri  baxımından  işıqlandırmışlar.  Orta  çağların  müxtəlif 
yüzilliklərində  Azərbaycanda  olmuş  Şərq  (əsasən  ərəb)  və  Avropa  səyyahları  da 
dövrün  fakt  və  hadisələrinə  mənsub  olduqları  ictimai-siyasi,  etnik  mühit 
baxımından  yanaşmışlar.  Beləliklə,  orta  çağ  qaynaqlarının  obyektiv  və  subyektiv 
qüsurlara  və  üstünlüklərə  malik olması onlara  elmi,  tənqidi surətdə  yanaşılmasını 
zəruri edir. 
Moisey  Kalankatuklunun  “Albaniya  tarixi”  adlanan  salnaməsi 
Azərbaycanın  islamaqədərki  ictimai-iqtisadi,  siyasi,  mədəni  tarixinə  aid  olan 
qaynaqlardan ümdəsidir
1
. Salnamədə Qafqaz Albaniyasının siyasi, ictimai-iqtisadi, 
dini-ideoloji,  mədəni  tarixinin  başlıca  məsələləri  V  əsrdən  VIII  əsrə  qədər 
(Albaniya  çarlığının  süqutunadək)  izlənilmişdir.  Əsərdə  hadisələrin  təsviri  X 


14 
 
əsrədək davam etdirilmişdir. Məlumdur ki,  VII əsrin sonlarına doğru Azərbaycan 
ərazisinin  əksər  qismi  ərəblər  tərəfindən  işğal  olunaraq  böyük  dövlətin  –  Ərəb 
xilafətinin  tərkibinə  daxil  olunmuşdu.  Azərbaycanın  şimal  vilayətlərində  yaşayan 
xristian albanların çoxu İslamı qəbul etmiş, Qarabağın dağlıq ərazilərində yaşayan 
xristian  albanlar  isə  əski  dinə  etiqadlarını  saxlamış,  lakin  sonralar  xristian 
ermənilərin  əhatəsində  olduqları  üçün  tədricən  doğma  dillərini  itirmiş, 
erməniləşmişdilər.  Alban  apostol  kilsəsini  özünə  tabe  etmiş  erməni  qriqoryan 
kilsəsi  albanlara  məxsus  olan  abidələri  (xüsusilə  yazılı  abidələri)  erməni  dilinə 
tərcümə  etdirərək,  onları  “erməni  abidələri”  kimi  təqdim  etməyə  başladı.  Qeyri-
erməni  yazılı  abidələri  tərcümə  olunaraq,  “özəlləşdirildikdən”  sonra  həmin 
abidələrin  əsli  (orijinalı)  məhv  olunmuşdu.  Moisey  Kalankatuklunun  “Albaniya 
tarixi” əsəri də bu cür “əməliyyata” məruz qalmış Albaniya (ərəb işğalından sonra 
“Arran”  adlandırılmışdır)  yazılı  abidələrindən  biridir.  Əsər  dəfələrlə  erməni 
dilində,  rus  və  Avropa  dillərində  nəşr  olunduqdan  sonra  Z.  Bünyadov  tərəfindən 
Azərbaycan  türkcəsinə  tərcümə  olunmuş,  kitab  şəklində  işıq  üzü  görmüşdür. 
Qafqaz Albaniyasının Uti vilayətindəki Kalankat adlı yaşayış məntəqəsində (Bərdə 
şəhərindən  cənub-qərbdə,  Tərtər  çayının  sahilində)
2
  anadan  olmuş  Moisey 
Kalankatuklu labüdən dövrünün və mühitinin dini, siyasi baxışlarının daşıyıcısı idi. 
Onun anadan olduğu Kalankat kəndi erkən orta əsrlərdə Qafqaz Albaniyasının dini 
və  siyasi  həyatında  müəyyən  rol  oynamışdır.  Bu  yaşayış  məntəqəsində  olan 
zadəganlar və din xadimləri Alban apostol, xristian kilsəsinin yığıncaqlarında fəal 
iştirak  etmişlər.  Moisey  Kalankatuklu  3  hissədən  ibarət  olan  “Albaniya  tarixi” 
əsərini alban dövlətinin ən qüdrətli dövründə, müasiri olduğu Cavanşirin və Varaz 
Trdatın  hakimiyyəti  zamanı  yerli  əfsanələr  və  rəvayətlər,  alban  agioqrafik 
ədəbiyyatı,  kilsə  qanunları,  Roma  müəlliflərinin  əsərləri  və  şəxsi  müşahidələri 
əsasında  yazmışdır.  Ehtimal  olunur  ki,  710-cu  ildən  sonrakı  tarixi  hadisələrin 
təsviri  əsərə  başqa  şəxslər  tərəfindən  əlavə  edilmişdir  (əsər  bizə  məhz  həmin 
redaktədə  gəlib  çatmışdır).  Əsərin  birinci  hissəsinin  ilk  2  fəslində  Bibliya  tarixi 
şərh olunur, albanların mənşəyi Yafəs nəsli ilə əlaqələndirilir, albanlar yazısı olan 
15  xalq  sırasında  göstərilir
3
.  Salnamənin  III  hissəsində  ərəblərin  siyasi  tarix 
səhnəsinə  çıxmasından  sonrakı hadisələr öz  əksini  tapmışdır
4
. Təbiidir ki,  erməni 
qriqoryan  kilsəsi  “Albaniya  tarixi”ni  (habelə  digər  alban  yazılı  abidələrini) 
“özəlləşdirmək” 
sahəsində 
çalışarkən, 
onu 
maksimum 
dərəcədə 
“erməniləşdirməyə”  can  atmış,  lakin  istəyinə  tam  nail  ola  bilməmişdir. 
Ümumiyyətlə, Azərbaycanın X əsrə qədərki tarixi haqqında  müəyyən məlumatlar 
verən  yeganə  yerli  yazılı  mənbə  Moisey Kalankatuklunun  bu salnaməsidir. Məhz 
buna  görə də “Albaniya tarixi” Azərbaycanın mədəniyyət tarixinin  araşdırılması 
üçün əvəzolunmaz qaynaqdır. Albaniya (Arran) nəinki Qafqazda, habelə Şərqdə ilk 
xristianlıq  mərkəzlərindən,  ocaqlarından  biridir.  Qeyd  etmək  lazımdır  ki, 
Azərbaycan  (Atropatena)  atəşpərəstliyin  (zərdüştiliyin)  də  ocaqlarındandır.  Bu 
tarixi  gerçəkliklər  Azərbaycanın  Şərq  aləminə,  bəşər  mədəni  sisteminə  üzvi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə