Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   2   3   4   5   6   7   8   9   ...   138


 
labirintindən  çıxmaq  mümkün  deyildir.  İctimai  sistemin  strukturu  nə  qədər 
mürəkkəbdirsə, onun başlıca qanunlarının və dəyişən formalarının, onun  meydana 
gəlməsinin,  inkişafının  və  ölüb  getməsinin  konkret-tarixi  tədqiqi  bir  o  qədər 
vacibdir”
1

Azərbaycan  tarixinin  vahid,  müəyyən  qədər  sabit,  tarixi  gerçəkliklərə 
uyğun  olan,  obyektiv  konsepsiyanın  yaradılması  zərurəti  keçən  əsrin  sonlarına 
doğru siyasi  müstəqilliyini  yenidən qazanmış ölkəmiz üçün xüsusi aktuallıq  kəsb 
edir. Azərbaycanın şimal torpaqları XIX əsrin ilk onilliklərində rus işğalına məruz 
qaldıqdan sonra xalqımızın öz mədəni irsindən uzaqlaşdırılması istiqamətində xeyli 
“tədbirlər”  görüldü.  Etiraf  etmək  lazımdır  ki,  Azərbaycan  tarixinin  bir  çox  
məsələləri  Sovet  hakimiyyəti  illərində  (1920  –  1991)  də  təhrif  olunmuş  surətdə, 
irəli sürülmüş ideoloji tələblərə uyğun şəkildə işıqlandırılmışdır. İmperiya mərkəzi 
(Moskva)  hər  vasitə  ilə  Azərbaycan  xalqının  (eləcə  də  digər  SSRİ  xalqlarının) 
etnogenezi,  mədəniyyət  tarixi  problemlərinin  həllolunmaz  səviyyədə  qalmasına  
can  atır,  “xalqlar  dostluğu”  ideyasını  təbliğ  etməklə,  asılı  xalqların  özünütanıma 
prosesini  ləngitməyə  çalışır,  yalnız  rus  mədəniyyətini  “dünya  səviyyəsinə  uyğun 
olan  dəyərlər  sistemi”  kimi  təbliğ  edir,  “rus  amilinin  geridə  qalmış  xalqlara 
mədəniləşdirici  təsir  göstərməsi  faktına”  diqqəti  cəlb  edirdi.  Həmin  dövrdə 
ölkəmizin  tarixinə  həsr  olunmuş  əsərlərin  əksəriyyətində  “Rusiya-Azərbaycan 
münasibətləri,  əlaqələri”  bölməsi  vacib,  məcburi  ünsürə  çevrilmişdi.  Təsadüfi 
deyildir  ki,  ən  azı  orta  təhsil  almış  Azərbaycan  vətəndaşlarının  əksəriyyəti  milli 
tarix faktlarından daha çox Rusiyanın keçmişinə aid olan faktları daha yaxşı bilirdi. 
Lakin  xalqın  öz  tarixindən,  mədəni  irsindən  uzaqlaşması  prosesi  1991-ci  ilin 
sonlarınadək  davam  etdi.  Mütərəqqi  olan  əks-proses  başlandı.  Yeni  əsrin 
“Azərbaycan  nəsli  milli  mədəniyyət  məsələlərinə  böyük  bir  həssaslıqla  yanaşır. 
Mədəniyyət  adamları,  yəni  ədəbiyyatçılar,  sənətkarlar,  müəllimlər,  humanitar 
sahələrə mənsub olanlar – tarixçilər və başqaları milli mədəniyyətləri ilə atəşin bir 
eşqlə  bağlıdırlar.  Onlar  bu  mədəniyyətin  ümumtürk  dəyərləri  və  bağlarına  çox 
böyük  əhəmiyyət  verirlər:  onlar  milli  mədəniyyəti  məzmunca  da,  formaca  da 
yüksək  tuturlar”
2
.  Müasir  Azərbaycan  ictimai  fikrində  belə  bir  qənaət 
formalaşmışdır  ki,  vətən  tarixinin,  mədəniyyətinin  obyektiv  şəkildə,  xalqın  ümdə 
mənafelərinə  uyğun  tərzdə  araşdırılmasının  başlıca  şərti  ölkənin  siyasi 
müstəqilliyidir.  “Xalqın  düşüncəsində  Azərbaycan  məfhumu  coğrafi  bir  mənadan 
ziyadə  fikir  və  əməl  şəklində  təcəssüm  ediyor.  İstiqlal  xaricində  onun  üçün  bir 
Azərbaycan yoxdur”
3

Monoqrafiyanın  başlıca  tədqiqat  obyekti  orta  əsrlərin  Azərbaycan 
mədəniyyəti,  onun  təkamülünün  əsas  mərhələləri,  mühüm  cəhət  və 
xüsusiyyətləridir.  XXI  əsrin  əvvəllərinədək  Azərbaycan  tarixşünaslığında  milli 
mədəniyyətin orta çağlardakı inkişafı prosesinə həsr olunmuş, xüsusi monoqrafiya 
yox idi (X. Qasımovun 1992-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası XVI – 
XVII  əsrlərin  Azərbaycan  mədəniyyətinin  tədqiqinə  həsr  olunmuşdu,  əsər 



 
monoqrafiya  şəklində  yalnız  2002-ci  ilin  sonlarında  nəşr  edilmişdir).  Təbiidir  ki, 
bir  araşdırıcının  fəaliyyəti,  bircə  monoqrafiyanın  varlığı  Azərbaycan 
tarixşünaslığında  önəmli  olan  bir  sahənin  –  mədəniyyət  tarixinin  uğurlu  inkişafı 
üçün  yetərli  deyildir.  Çoxəsrlik,  zəngin  və  ziddiyyətli  proses  olan  Azərbaycan 
mədəniyyətinin  tarixçilərin  nöqteyi-nəzərindən  xronoloji  ardıcıllıqla,  hərtərəfli, 
tam tədqiqi son dövrün aktual elmi problemlərindəndir. Bu problemin müsbət həlli 
xalqın  öz  mədəni  irsinə  maksimal  dərəcədə  yaxınlaşmasına,  özünü  tanımasına, 
özünü  beynəlxalq  aləmə  tanıtmasına,  bu  aləmdə  layiqli  mövqe  qazanmasına 
yardım  edə  bilər.  Məlumdur  ki,  hər  hansı  bir  xalqı  digər  xalqlardan  fərqləndirən 
başlıca cəhət onun mədəniyyəti, mədəni dəyərlər sistemi, mədəni potensialıdır. Bu 
baxımdan  qeyd  etmək  zəruridir  ki,  mədəniyyət  tarixi  öyrənilmədən  Azərbaycan 
tarixinin  vahid  (yəni  Azərbaycan  araşdırıcılarının  əksəriyyəti  tərəfindən  qəbul 
olunan), tarixi gerçəkliklərə  uyğun olan, obyektiv konsepsiyasını  yaratmaq qeyri-
mümkündür. 
Monoqrafiyanın  I  fəslində  mövzunun  tarixşünaslıqda,  digər  elm 
sahələrində  araşdırılması  səviyyəsi  haqqında  ətraflı  surətdə  bəhs  olunmuşdur. 
Burada  isə  yalnız  onu  qeyd  etmək  olar  ki,  Azərbaycan  tarixçilərinin,  milli 
mədəniyyətin  müxtəlif  cəhətlərini  sənətşünas  nöqteyi-nəzərindən  tədqiq  etmiş 
araşdırıcıların, fəlsəfi irsimizi araşdırmış tədqiqatçıların elmi uğurları, orta əsrlərə 
aid  olan  qaynaqların  Azərbaycana  aid  olan  hissələrinin  xeyli  qisminin  doğma 
dilimizə  (və  rus  dilinə)  tərcümə  olunması  əsas  tədqiqat  obyekti  kimi  seçilmiş 
mövzunun araşdırılması işinə xeyli yardım  edir. Lakin X. Qasımovun namizədlik 
dissertasiyası
4
  və  monoqrafiyası
5
  istisna  olunmaqla,  milli  mədəniyyətin  orta 
çağlardakı  təkamül  tarixi  Azərbaycan  tarixşünaslığında  xüsusi  araşdırma  obyekti 
olmamışdır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  X.  Qasımovun  monoqrafiyası 
Azərbaycan  mədəniyyətinin  yalnız  XVI  –  XVII  yüzilliklərdəki  inkişafı 
problemlərinə  həsr olunmuşdur. Müəllif orta əsr Azərbaycan mədəniyyətinin (III-
XVIII  yüzilliklər)  kompleks  şəkildə  tədqiq  olunmasına  yeni  cəhd  göstərərək  bu 
istiqamətdə  tarixçi  araşdırmalarının  davam  etdirilməsinin  zəruriliyini  nəzərə 
çatdırır. 
Monoqrafiya  müəllifi  qarşısına  orta  əsr  qaynaqlarına  və  tarix  elminin 
uğurlarına  əsaslanaraq  Azərbaycan  mədəniyyətinin  (ədəbiyyatın,  incəsənətin, 
mədəni həyatın digər sahələrinin, maarifin, fəlsəfənin və s.) orta çağlar  ərzindəki 
əsas  təkamül  mərhələlərini,  başlıca  cəhət  və  xüsusiyyətlərini  tədqiq  etmək 
məqsədini  qoymuşdur.  Bu  araşdırma  gedişində  hər  bir  tarixi  mərhələnin  ictimai-
iqtisadi,  siyasi,  ideoloji  şəraiti,  amilləri  maksimum  dərəcədə  nəzərə  alınmışdır. 
Araşdırma gedişində aşağıdakı vəzifələrin yerinə yetirilməsinə nail olunmuşdur: 
1.
 
Mədəniyyət  nəzəriyyəsinin  və  mədəniyyət  tarixinin  metodoloji  problemləri 
araşdırılmış,  mədəniyyətin  tərkib  elementləri  müəyyən  olunmuş,  Azərbaycan 
mədəniyyətinin VII əsrə qədərki təkamül tarixinə qısaca nəzər yetirilmişdir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə