251
Alimi daha çox ictimai-fəlsəfi məsələlər maraqlandırırdı. O, təqribən 30 il ərzində
Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta (Mərkəzi) Asiyanı səyahət
etmişdir. Elm aləminə onun 4 başlıca əsəri məlumdur. Alimin əsərləri XIX əsrin
20-30-cu illərinə aid olsa da XVIII yüzilliyin mühüm tarixi, fəlsəfi, elmi, əxlaqi,
dini, etnoqrafik, ədəbi, estetik gerçəkliklərinin inikasından ibarətdir. “Həqiqət əl-
həqaiq” (“Həqiqətlərin həqiqəti”, 1836-1837) adlı əsərində alimin səyahət
təəssüratları öz əksini tapmışdır.
141
Hacı Məhəmmədəlinin təbabətə dair dəyərli
əsərləri də vardır.
Tanınmış tarixçi və şair Əbdürrəzzaq bəy XVIII əsrin II yarısında-XIX
əsrin əvvəllərində yaşamışdır. O, Təbriz hakimi Nəcəfqulu xanın oğlu idi, 10
yaşından etibarən 16 il müddətində Kərim xan Zəndin yanında girov saxlanılmış və
yalnız Kərim xanın ölümündən sonra Təbrizə qayıda bilmişdi. Əbdürrəzzaq bəy
uzun müddət ərzində Təbriz-Xoy xanlığında vəzir vəzifəsini icra etmişdir. Tarixçi
“Məasir-i Sultaniyyə” (“Sultan abidələri”), “Tarixi-Dənabilə” (“Dünbulilərin
tarixi”), “Təcrübat əl-əhr və təsəliyyət əl əbrar” (“Azadələrin təcrübəsi və
müqəddəslərin təsəllisi”), “Nigaristani-Dara” (“Dara gülüstanı”) və s. əsərlərin
müəllifidir. Həmin əsərlər Azərbaycan tarixinin bəzi məsələlərinin araşdırılması
üçün dəyərli mənbə hesab olunur. Nəzərə almaq lazımdır ki, XVIII yüzillikdə də
ərəb və fars dilləri Yaxın və Orta Şərqdə başlıca elmi dil funksiyalarını
itirməmişdilər. Yuxarıda adları sadalanmış elm xadimləri öz əsərlərini ərəb və fars
dillərində yazmışlar.
XVIII yüzillikdə də Azərbaycan xalqının bədii, fəlsəfi, elmi, etik, estetik,
ictimai-siyasi baxışları, bütün yaradıcılıq potensialı ədəbiyyatda gerçəkləşirdi. Bu
zaman ərzində də Azərbaycan mədəni həyatında aparıcı rol və mövqe ədəbiyyata
məxsus idi. Aramsız ictimai-siyasi, iqtisadi böhranlar, hərbi çəkişmələr
ədəbiyyatda konkret tənqidi meylləri gücləndirmişdi. Ədiblər gerçəkliyin
mənfiliklərinə daha çox diqqət yetirirdilər, müqəssirləri tənqid etməyə çalışırdılar.
Azərbaycan ədibləri istər-istəməz tarixçi, filosof, təbliğatçı kimi çıxış edirdilər.
“Orta əsrlər poeziyasının müəyyən etdiyi qanun-qaydalardan uzaqlaşma, xalq
yaradıcılığına məxsus poetik xüsusiyyətlərin yazılı ədəbiyyatda geniş tətbiqinə
meyl bu dövrün ədəbiyyatı üçün daha səciyyəvi haldır… Orta əsrlər poeziyasının,
onun əsrlər boyu dəyişilməz sayılan qayda-qanunlarının el ədəbiyyatının güclü
təsiri ilə sarsılması dövrün başlıca ədəbi prosesinə çevrilir”.
142
Bu dövrdə klassik
poeziyaya məxsus olan normativlik prinsiplərinin istər ideya-məzmun, istərsə də
vəzn sistemi, kompozisiya quruluşu və digər baxımdan pozulması prosesi gedirdi.
Yeni poetik xüsusiyyətlərin yaranması nəticəsində əski və yeni prinsiplərin
kəmiyyət nisbəti tədricən keyfiyyət dəyişikliyinə çevrilməyə başladı. Geniş
kütlələrin anladığı, xalqın istəklərini ifadə və təmin edən, onun estetik görüşlərinə
və fəlsəfi düşüncə tərzinə çox yaxınlaşmış bu ədəbiyyat “baş verən gündəlik siyasi
hadisələri” də əks etdirmək iqtidarında idi.
143
XVIII yüzillikdə mütərəqqi
ziyalıların çoxusu el ədəbiyyatı örnəklərini toplamağa, şifahi xalq şeiri üslubunda
252
əsərlər yazmağa meyl göstərirdi. Azərbaycan xanlarının çoxu mənşəcə el
ədəbiyyatına bağlı olan köçəri tayfalara mənsub olduğu üçün aşıqlar, aşıq şeiri
saray məclislərinin üzvi, tərkib, ayrılmaz iştirakçılarına, hissəsinə çevrilmişdilər.
Ədəbiyyatda klassik şeir ənənələrini davam etdirən ədiblər də aşıq şeiri üslubunda
qoşmalar yazmağa çalışırdılar. Azərbaycan şairləri artıq daha çox heca vəznində
şeirlər yazmağa mail idilər. Şifahi xalq ədəbiyyatına olan bu meyl tədricən
güclənir, ədəbi dil sadələşir (yəni xalq üçün anlaşıqlı hala düşür, ərəb və fars
ifadələri və tərkiblərindən azad olur), şifahi xalq şeirinin forma və janr
xüsusiyyətləri dövrün ədəbi prosesində qərarlaşırdı.
144
Bu dövrdə əruz vəznində
yazan şairlərin xeyli hissəsi bu vəzni xalq danışıq dilinin xüsusiyyətlərinə daha çox
uyğunlaşdırmağa çalışırdı. Şeir dili canlı xalq dilindən gələn sözlər və ifadələr
hesabına zənginləşmişdi. XVIII əsrin II yarısında Azərbaycan şeirində janrların
işlənmə dairəsi baxımından da bir sıra yeniliklər meydana gəldi. Qəsidə janrı
əvvəlki mövqeyini itirməyə başladı. Əruz vəznində yazan şairlər qəzəl janrını da
vam etdirirdilər, lakin artıq qəzəldən çox müxəmməs yazılmasına əhəmiyyət
verilirdi. Tarixi mənzumələr, həcvlər, mədhiyyələr və mərsiyələr müxəmməs
şəklində yazılırdı. Poema və mənzum hekayələrdə isə məsnəvi formasından
istifadə edilirdi. Yeni janrlar da yaranırdı. Bu cəhət dövrün yeni yaranan nəsr
əsərlərində daha aydın surətdə nəzərə çarpırdı.
145
Bu dəyişikliklər ədəbiyyatın
məzmunca yeniləşməsindən və daha geniş oxucu kütlələrinin tələblərini ödəmək
ehtiyacından irəli gəlirdi. XVIII yüzillikdə baş vermiş tarixi hadisələr Azərbaycan
ədəbiyyatı qarşısında yeni və mühüm vəzifələr qoymuşdu. Təbiidir ki, həmin tarixi
hadisələr ədəbiyyatın əzəli və əbədi mövzusu olan məhəbbəti arxa plana keçirə
bilməmişdi. Azərbaycan ədəbiyyatında məhəbbət mövzusu yenə də aparıcı
mövqedə idi. XVIII əsrdə yazılmış, klassik üsluba bağlı olan lirik əsərlərdə
“ümumən orta əsr poeziyası üçün səciyyəvi olan bəzi motivlər axtarmaq əbəsdir.
Məsələn, elmi bilik və təsəvvürlərə aid fikirlər, xüsusi fəlsəfi-ideoloji, dini-təbliği
ruh XVIII əsr şeiri üçün yabançı idi. Sufi simvollar və obrazlar, əsasən zahiri,
ənənəvi bədii vasitə kimi işlənirdi. Bu dövrdə xüsusilə xalq aşıq tərzinin təsirilə
konkret həyati hadisələrin təsvirinə meyl güclənirdi”.
146
XVIII əsrin I yarısında
Azərbaycan poeziyasında aşkarlıqla nəzərə çarpan yeni meyllər əsrin II yarısında
daha da gücləndi və yeni ədəbi cərəyan halını aldı. Ümumiyyətlə, bütövlükdə
dövrün ədəbiyyatı barədə bəhs olunarkən əsasən poeziyadan danışılması təsadüfi
deyildir: XVIII əsrdə də Azərbaycan ədəbiyyatının aparıcı sahəsi poeziya
olmuşdur, ədiblərdən hər şeydən öncə poetik qabiliyyət, məharət, poetik əsərlər
tələb olunurdu. Nəsr əsərləri dövrün ədəbi prosesində kütləviləşməmişdi, az nəzərə
çarpırdı. Azərbaycan poeziyasının mövzu dairəsi daha geniş və çoxcəhətli idi.
Dövrün Azərbaycan poeziyası əsasən orta əsrlər ədəbiyyatı xarakteri daşısa da,
onda baş verən yeni keyfiyyət dəyişiklikləri artaraq orta əsrlər ədəbiyyatından yeni
tipli ədəbi sistemə çevrilməyə başlamışdı. Bu keçid klassik poeziyanın mütərəqqi
ənənələri ilə xalq yaradıcılığı amillərinin birləşməsi şəklində təzahür etmişdir.
Dostları ilə paylaş: |