258
Xoş gəlir o kəsə dünyanın dəmi,
Çox yığma başına hurü sənəmi,
Qafil, özgələrə gedər, ağlarsan…
…Çox bulanma bu dünyanın qanına,
Vəfa yoxdur sultanına, xanına,
Danasını bir gün qoymaz yanına
Bizim inək kimi təpər, ağlarsan.
159
Siyasi fəaliyyətinin sonu faciəli olan Vaqif “ədəbi-bədii təfəkkürün (və
ədəbi-bədii dilin) milli əsasda inkişafını mütləqləşdirdi, onun xidməti nəticəsində
folklor üslubu klassik üslubun nüfuzunu sındırıb aparıcı mövqeyə çıxdı”.
160
Vaqifdən sonra Azərbaycan ədəbiyyatının inkişafını folklor üslubu müəyyən etdi.
“Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir
və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də,
onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar. Vaqif
ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və nazik şeirlər
yazmışdır”.
161
Vaqifin poetik fəaliyyəti əsasən XVIII əsrin II yarısına təsadüf
etmiş, təqribən 50 il ərzində Azərbaycan ədəbi prosesinin aparıcı şəxslərindən
olmuş, qətlə yetirildikdən sonra evi Məhəmməd bəy Cavanşir tərəfindən talan
olunmuş, ədəbi irsinin müəyyən qismi bu talan zamanı məhv edilmişdir. “XVIII
əsr Azərbaycan mədəniyyəti daha çox dil mədəniyyətidir, ona görə də Vaqif
rəssam işini də görür; rənglərin nisbətini professional həssaslıqla (intibah
professionallığı səviyyəsindən) müəyyən edir”.
162
Molla Pənah Vaqif zəngin,
çoxcəhətli yaradıcılığı sayəsində nəinki XVIII yüzilliyin, habelə bütövlükdə milli
ədəbiyyatımızın, mədəniyyətimizin böyük simalarından birinə çevrilmişdir.
XVIII əsr Azərbaycan ədəbiyyatının ən dəyərli örnəklərindən biri
“Şəhriyar” əsəridir. Öncə qeyd olunmalıdır ki, “Şəhriyar” nəsr əsəridir. Şeirə
nisbətən Şərq aləmində (eləcə də Azərbaycanda) nəsrin inkişafı daha ağır və ləng
olmuşdur. Bu isə əsasən Şərqdə poeziyaya meyl, mənəvi tələbatın üstünlük
qazanması, Şərqin özünəməxsus bədii-estetik görüşlərindən doğmuş fenomen idi.
XVIII yüzillikdə Azərbaycan bədii nəsri formalaşaraq yeni təkamül məcrasına
düşməyə başladı. Bir sıra şifahi ədəbiyyat nümunələrinin məhz bu dövrdə yazıda
maddiləşməsi və geniş yayılması da mənəvi ehtiyacdan doğmuşdu. “Şəhriyar”
dastanı nəsrimizin qanunauyğun təkamülünün nəticəsi kimi səciyyəvidir. Klassik
səciyyəli nəsr ilə yeni nəsr arasında körpü rolunu oynamış əsərlərdən biri kimi
“Şəhriyar” əsəri diqqətəlayiq ədəbi nümunədir. Əsərdə əski dastan-epos irsi ilə
XVIII əsrin ənənələri üzvi surətdə birləşmişdir. Əsərdə olan bu şeir parçasına
əsasən ədəbiyyatşünaslıqda “Şəhriyar” dastanının Məhəmməd adlı şəxsə məxsus
olduğu qənaəti mövcuddur:
Bağda bülbül
həmrah ola güliylən,
259
Ona şeyda qıla sidqi-diliylən,
Həsrət çəkə-çəkə uzun iliylən,
Məhəmməd kuyində qalan yar hanı?!
163
Dastanın başqa bir yerində Məhəmməd Əmirli adlı bir şəxsin adı yad
olunur və güman edilir ki, adları çəkilmiş hər iki şəxs eyni simadır. “Şəhriyar”
dastanı şifahi deyil, yazılı ədəbiyyat nümunəsidir. Əsərin qəhrəmanı Şəhriyar tacir
oğlu, onun sevgilisi Sənubər isə cəmiyyətin yuxarı təbəqəsindən çıxmış şəxsdir. Bu
əsərdə XVIII yüzillikdə bədbəxt və nakam qəhrəman deyil, sevgilisinə qovuşan,
istəyinə çatan aşiq daha çox sevilir, məsnəvi dastanların qəhrəmanına çevrilirdi.
“Şəhriyar” dastanında söz ilə saz, şeirlə musiqi birləşir, əhvalat bu hadisələri,
təhkiyəni qoşma, gəraylı, qəzəl, müxəmməs və təkbeytlər müşayiyət edir və
tamamlayır. Dastanda hadisələr Azərbaycanda – Qazaxda, Şəmşədilli mahalında,
Gəncədə, Ozan və Bağban məhəllələrində, Ortaçalada, Soğanlıda, Qarayazı
meşəsində, Tiflisdə, Kirmanda və s. yerlərdə cərəyan edir. Əsərdə şah Abbasın
adının xatırlanması göstərir ki, əhvalat onun zamanında baş verir. Ehtimal olunur
ki, “Şəhriyar” dastanı Qazax və Borçalı nahiyələrində yaranmışdır.
164
Bu dastan
“məcnunluq təfəkkürünün süqut edib, məhəbbətə intibah münasibətinin
normalaşdığı dövrün məhsuludur – ehtiva etdiyi ictimai-tarixi münasibətlərin və
coğrafiyasının məzmunu etibarilə milli təfəkkürün faktıdır”.
165
Şeirlə deyişmələr
əsər mətninin təxminən 40, dialoqlar 50, təhkiyə isə cəmisi 10 faizini təşkil edir.
166
Bu, əsərin güclü dramaturji potensiyaya malik olmasının göstəricisidir.
“Şəhriyar”ın dilində kobud ifadələr adətən saray mühitində işlənilir. Bu,
gerçəkliyin inikası idi. Səmimilik, xoş rəftar, ülvi insani keyfiyyətlər daha çox
saray mühitinin deyil, xalq həyatının fərqləndirici xüsusiyyətləridir. Beləliklə,
XVIII əsr ərzində ədəbiyyat Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi
inkişaf
etmiş, ədəbiyyat tariximizin əsaslı keyfiyyət mərhələsini keçirmişdir.
XVIII əsrdə Azərbaycan dilində müxtəlif elmi bilik sahələrinə aid olan
ilk, lakin həcmcə kiçik əsərlər meydana çıxdı. Məsələn, hesaba aid olan “Üsul
asaba” (“Yeddiliklər üsulu”), astronomiyaya aid olan, ilin fəsillərinin və aylarının
xarakteristikasını təqdim edən “Kitabi-ruznamə” əsərləri bu qəbildən idi. Kitabda
astronomik cədvəllər vardır və həmin cədvəllərə izahlar əsərin giriş hissəsindədir.
“Kitabi-tibbi-mənafeül nas” (“Təbabətə dair faydalı kitab”) əsəri təbabət üzrə
dəyərli əsərlərdən idi. Bu dövrdə tarix problemləri üzrə də Azərbaycan dilində bəzi
əsərlər meydana gəlmişdi. Məsələn, 1711-ci ildə “Təvarixi-zamani Şah Abbas ibn
Xudabəndə” sərlövhəsi ilə anonim əsər yazılmışdı. Əsər müəllifinin başlıca diqqət
obyekti Şah I Abbasın müharibələridir.
167
1733-cü ildə yazılmış “Səfəviyyə
padşahları” adlı əsərdə Səfəvilər sülaləsinin tarixindən bəhs olunur. Bu tarixi
əsərlərdə hərbi anlayışların Azərbaycan dilində təqdim olunması, “dilimizin qanun
və qaydalarının pozulmaması”
168
diqqəti cəlb edir. 1784-cü ildə ərəb dilinin
sintaksisinə həsr olunmuş kitab yazılmışdı. Azərbaycan dilində yazılmış bu kitab
mədrəsələrdə təhsil alanlar üçün nəzərdə tutulmuşdu. Həmin dövrdə üslubiyyata